Mülayim şimal-qərb küləyi əsəcək .....                     Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” .....                     Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi .....                     Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib .....                     Flora Kərimovanın səhhəti necədir? .....                     NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar .....                     Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə .....                     Autizmli uşağın anası: .....                     “Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi .....                     Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır .....                     AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? .....                     "Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq .....                     Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... .....                     “Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın .....                     ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib .....                     Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub .....                     “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” .....                     MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? .....                     Paşinyan "boz kardinal"la yollarını ayırır .....                     "Bax, Aytən Səfərova, bu budur.." .....                     Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? .....                     Qubada 5 aylıq hamilə xəstəxanada ölüb .....                     Dərmanları rütubət içində saxlayıblar .....                     Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır .....                     Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... .....                     Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ .....                     ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. .....                     Gənci avtomobildə kəmərlə boğdular, hər şeyi "TikTok"da canlı göstərdilər .....                     Le Penin prezidentliyə gedən yolu .....                     "Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq .....                     Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi .....                     Ünvanlı sosial yardım üçün müraciət edib, amma... .....                     “Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub .....                     Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: .....                     "Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı .....                     "Bəlkə də camış göstərsən, tanımazlar..." .....                     Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı .....                     Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq .....                     İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür .....                     Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib .....                 

Məni Anar Kərimov bura qayda-qanun yaratmağa göndərib... - Ağcabədidə nə baş verir?
Tarix: 31-01-2023, 11:15 | Çap et
Məni Anar Kərimov bura qayda-qanun yaratmağa göndərib...
Uzun illər Laçın rayon Şamkənd uşaq musiqi məktəbinin müəlliməsi Qiymət Əhmədovaya hədə-qorxu gəlinərək vəzifəsindən kənarlaşdırılıb.

DİA.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya onun həyat yoldaşı Ələsgər Qasımov məlumat verib. Ələsgər Qasımov həyat yoldaşı Qiymət Əhmədovanın 2003-cü ildən 2021-ci ilədək Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbində musiqi müəlliməsi işlədiyini qeyd edib:

"Həmin məktəbin direktoru həyat yoldaşımı çağıraraq bildirib ki, Ağcabədi Regional Mədəniyyət İdarəsinin yeni rəisi Qalib Həsənov səninlə bağlamış olduğum 29 sentyabr 2021-ci il tarixli 1 illik əmək müqaviləsini pozmağımı və 20 oktyabr 2021-ci il tarixdən etibarən səni işdən azad etməyimi təkid edir. Əks halda onun özünü direktorluqdan azad etməklə hədələyib. Ertəsi gün həyat yoldaşımla birgə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla görüşüb bu barədə söhbət etdik. Həyat yoldaşımın müəllimlik fəaliyyətini davam etdirməsi üçün rəisin maddi marağı isə həm təəccübümüzə, həm də narazılığımıza səbəb oldu. Digər tərəfdən bizim maddi durumumuz da bu tələbi yerinə yetirməyə imkan vermirdi”.

Ələsgər Qasımov ikinci dəfə həyat yoldaşıyla 20.10.2021-ci il tarixdə Q.Həsənovun qəbulunda olublar:

"Qəbula gələcəyimizdən xəbərdar olan Q.Həsənov özünə tabe olan beş-altı nəfər işçisi və mühavizə polisi ilə bizi qəbul etdi. Biz anladıq ki, məzhəkə qabiliyyətli bu şəxsin fikri mənə və həyat yoldaşıma polis vasitəsi ilə hədə-qorxu gəlmək və saxta aktlaşdırma tətbiq etməkdir. Buna baxmayaraq, həyat yoldaşım onunla bağlanmış əmək müqaviləsinə qeyri-qanuni olaraq xitam verilməsini xatırlatdı və öz işinə qaytarılmasını xahiş etdi. Bunun qarşılığında oturduğu kreslonu ata mirası hesab edən bu şəxs "bu dəqiqə səni bayıra atdıracam, dur çıx çölə” hədələri ilə həyat yoldaşımın üstünə qışqıraraq əlavə etdi ki, "məni mədəniyyət naziri Anar Kərimov bura qayda-qanun yaratmağa göndərib. 80 nəfər müəllimi işdən çıxartmışam. Sənin işdən çıxma əmrini bu gün verdirəcəyəm. Mənim heç kimdən qorxum yoxdur”.

Ələsgər Qasımov iddia edir ki, Qalib Həsənovun göstərişi ilə işdən çıxarılan 80 nəfərdən çox müəllimin dərs saatları musiqi məktəblərində işləyən müəllimlərə pul müqabilində paylanılır:

"Açıq-aydın görünür ki, burada əsas məqsəd kapital yığmaqdır. Həmin vaxt iki ay idi ki, Q.Həsənov vəzifəyə təyin olmuşdu. Vətəndaşı dinləmək əvəzinə içəridəki polisə göstəriş verdi ki, bunu at bayıra. Polis isə qeyri-etik formada həyat yoldaşımın qolundan tutub itələyə-itələyə bayıra çıxartdı. Artıq həyat yoldaşım fiziki təziqlərə məruz qaldığı üçün əsəb və ürək xəstəliyi tapıb. Çox maraqlıdır, Q.Həsənovun mədəniyyət sahəsində hansı fəaliyyəti və hansı titulları olub ki, belə bir vəzifəyə gətirilib? Macarıstanda yarıtmaaz fəaliyyətinə görə vəzifədən uzaqlaşdırılan bu şəxsin Ağcabədi Regional Mədəniyyət İdarəsində uğur qazanacağı real görünmürdü. Hərbi xidməti borcunu belə yerinə yetirməyən fərarinin dövlət qulluğunda vəzifə tutması olduqca təəccüblüdür”.

Şikayətçi yazır ki, Q.Həsənovun saxtakarlığının bir nümunəsi də həyat yoldaşı Qiymət Əhmədovanın işdən çıxarılması ilə bağlı 01.10.2021-ci il tarixli, 129 nömrəli əmrin tarixindədir:

"O, 22 oktyabr 2021-ci il tarixədək Şamkənd kənd uşaq musiqi məktəbinə dərs dediyi halda Q.Həsənov onun işdən çıxma əmrini 22 gün geri tarixə, yəni 01 oktyabr 2021-ci il tarixinə verdirib. Xatırladım ki, Q.Həsənov özünə tabe olan işçilərin çoxunu, o cümlədən xidməti maşınının sürücüsünü – 44 günlük Vətən müharibəsi qazisini də bezdirərək ərizəsini alıb işdən azad edib. Əvəzində öz yaxın qohumunu sürücü kimi işə götürüb. İdarənin polisi öz qohumu, rəisin müavini tələbə yoldaşı, idarənin baş mühasibi həmyelisi və s. - yazmaqla bizməz”.

Məktub sahibi yazır ki, Adil Kərimlinin mədəniyyət nazirinin birinci müavini təyin edilməsi və ona nazir səlahiyyətinin verilməsi bölgələrdəki mədəniyyət işçilərinini çox sevindirib:

"Ancaq Qalib Həsənov vəzifədə qalması, qanun pozuntularını davam etdirməsi üçün Adil Kərimlinin üstünə minnətçilər göndərmək üçün yollar axtarır. Bizdə olan məlumata görə, bu məqsədlə Ağcabədi rayonundan millət vəkili seçilmiş Tahir Rzayevi, Şəmkir rayon polis rəisi olan qardaşı Elnur Həsənovu və sabiq icra başçısı olan atası Şamil Həsənovu hərəkətə keçirib Q.Həsənov. Çox güman ki, yığdığı var-dövlət müqabilində öz işində qalması üçün əlindən gələni etməyə çalışacaq. İndiyədək Nazirliyə ünvanladığımız məktubların araşdırılmasını şikayət etdiyimiz Q.Həsənovun üstünə göndərirlər. Lazımı tədbir görmək əvəzinə şikayət məktublarımızın Q.Həsənova ünvanlanması onun nazirlikdəki havadarları ilə birgə dırnağarası "fəaliyyətinin" nəticəsidir. Q.Həsənovun rəhbərlik etdiyi Regional İdərədə ədalətli yoxlamalar aparılsa, ciddi maliyyə fırıldaqçılığı üzə çıxacaq”.

Ələsgər Qasımov qeyd edib ki, sabiq mədəniyyət naziri Anar Kərimov 26 may 2022-ci il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlarla qəbul keçirərkən ona olanları yazılı şəkildə bildirib:

"Bundan əlavə, Qalib Həsənov digər musiqi məktəbləri ilə yanaşı Şamkənd kənd uşaq musiqi məktəbinin müəllimlərindən on min manat pul yığdırıb. Bununla bağlı heç bir tədbir görülmədi. Ətraflı araşdırılsa, Ağdam, Ağcabədi və Laçın rayon musiqi məktəblərindən hər ay külli miqdarda hesab alındığı faktlarla hər kəsə bəlli olacaq. Bunun bariz nümunəsi kimi Laçın rayon Şəlvə kənd musiqi məktəbini də göstərmək olar. 30 nəfərdən ibarət müəllim kollektivi məktəbdə Q.Həsənovun göstərişi ilə rüşvət yığılması ilə bağlı cənab Prezident İlham Əliyevə şikayət ərzəsi ilə müraciət etmələri və kollektiv şəkildə Mədəniyyət Nazirliyinə şikayət etmələri barədə məlumatlar KİV-də yayılıb. Mən və həyat yoldaşım 1 il 2 aydır ki, bütün dövlət orqanlarına, məhkəmələrə müraciət etsək də, Q.Həsənov aldığı rüşvətlər hesabına çirkin əməllərini ört-bastır etməyi asanlıqla bacarır. Haqq-ədaləti pul müqabilində tapdamaq Q.Həsənovun ustalıqla bacardığı işdir”.

Ələsgər Qasımov Mədəniyyət Nazirliyində Qalib Həsənovun yaxın adamlarının olmasına baxmayaraq, mədəniyyət naziri cənab Adil Kərimli baş vermiş nöqsanları araşdımasına və bununla bağlı müvafiq qərar verəcəyinə inanır.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə müraciət ünvanladıq. Bir həftədən çox keçsə də, vəd olunan cavabı ala bilmədik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Bu gün, 12:18
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Bu gün, 12:14
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib - “News.am”
Bu gün, 12:04
Flora Kərimovanın səhhəti necədir?
Bu gün, 12:01
NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar - İLGİNC İDDİA
Bu gün, 11:55
Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə 7 il 6 ay həbs cəzası verildi
Bu gün, 11:46
Autizmli uşağın anası: - "Ailələlər böyük maddi yükün altında əzilir"
Bu gün, 11:42
“Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi - TƏFƏRRÜAT
Bu gün, 11:32
Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır - NARAZILIQ VAR...
Bu gün, 11:27
AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? - NHMT sədri soruşur ki...
Bu gün, 11:18
"Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq - TƏDARÜK VAR...
Bu gün, 11:12
Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... - NƏ BAŞ VERİR?
Bu gün, 11:10
“Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın VERGİ BORCU VAR
Bu gün, 11:08
ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib - TƏFƏRRÜAT
Bu gün, 11:07
Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub - DOSYE
Bu gün, 11:03
“Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” - KREML
Bu gün, 11:02
MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? - ARAŞDIRMA
Bu gün, 10:59
Paşinyan "boz kardinal"la yollarını ayırır -hakim komandada böhran
Bu gün, 10:57
"Bax, Aytən Səfərova, bu budur.."
Bu gün, 10:55
Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? –Moskvanın tələbi açıqlandı
Bu gün, 10:48
Qubada 5 aylıq hamilə xəstəxanada ölüb
Bu gün, 10:46
Dərmanları rütubət içində saxlayıblar - “Buta Farm” cərimələndi
Bu gün, 10:32
Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır - DETALLAR
Bu gün, 10:30
Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... - BİZİM YOX!
Bu gün, 10:24
Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ
Bu gün, 10:22
ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. -İSRAİL KİV
Bu gün, 10:18
Gənci avtomobildə kəmərlə boğdular, hər şeyi "TikTok"da canlı göstərdilər - TƏFƏRRÜAT
Bu gün, 10:15
Le Penin prezidentliyə gedən yolu - GƏLİŞMƏ
Bu gün, 10:07
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq
Bu gün, 10:04
Almaniyadan “Toyota Camry” gətirəcəyinə söz verdi, 18 mini ələ keçirdi - 4 illik HƏBS CƏZASI
Bu gün, 10:00
Ünvanlı sosial yardım üçün müraciət edib, amma... - MÜRACİƏT
Bu gün, 09:58
“Xalq Bank” 2026-cı ilin ilk yarısını ciddi AZALMALARLA başa vurub - HESABAT
Bu gün, 09:49
Qısqanclıq mübahisəsi məhkəməyə daşındı: - Əri tərəfindən döyülən qadın onu bağışladı
Bu gün, 09:46
"Azərneft"ə məxsus teplovozu satmaq istəyən “makler” azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 08:26
"Bəlkə də camış göstərsən, tanımazlar..." - partiya sədri
Bu gün, 07:30
Plastik əməliyyat: Dünya kinosunun güzgüsündə qadının görünməz ağrısı - Günel Musa yazır...
Bu gün, 07:16
Tramp çıxışında Çinin ABŞ seçkilərinə müdaxiləsindən danışacaq - CBS
Bu gün, 07:09
İranda savaş gedir, ABŞ Kubaya müdaxiləni düşünür - GƏLİŞMƏ
Bu gün, 07:07
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib
Bu gün, 07:06
"200-ə yaxın bilet 2-3 dəqiqəyə satıldı..." - MƏZƏLƏNİRLƏR?
Bu gün, 07:05
Bu 30 ildə Qarabağ azad olundu, Əliabad-Piran yolu çəkilmədi... - MÜRACİƏT
Bu gün, 06:53
İran Hörmüz boğazının açılması üçün şərtlərini açıqlayıb - "Mehr"
Bu gün, 06:42
Bakıda bu orta məktəbdə ŞIDIRĞI qızıl alveri - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Elxan Səmədov PFL-in prezidenti vəzifəsində qalacaq - de
Bu gün, 06:30
“Eyni xəstəyə fərqli rəylər verilir” - NARAZILIQ VAR...
Bu gün, 06:28
Bazarda yerli limon tapılmır: Qiyməti "cib yandırır" - QƏHƏTƏ ÇƏKİLİB
Bu gün, 06:24
İmişlidə Nurullayevlərə qarşı fəhlə etirazı - Pulların ödənilməsi tələb edilir
Bu gün, 06:14
Müştərilər təşvişdə: Banklar bağlanır? - AKTUAL
Bu gün, 06:07
AQTA bu pozuntuları istehlakçı şikayətindən əvvəl aşkarlamalı idi - Ekspertdən İRAD
Bu gün, 06:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru