Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                 

"FHN DSMF-nun yanında toyagetməlidir": - Üstəlik də korrupsiya...
Tarix: 2-11-2022, 15:27 | Çap et
"FHN DSMF-nun yanında toyagetməlidir":
Bu xalqın himalay boyda problemlərindən biri sosial problemlər - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (ƏƏƏSMN). Nazirliyin də "himalay boyda" problemlərindən biri və birincisi ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişovdur.

Biz ötən yayımlarımızda DSMF-nun Mil-Muğan regional filialında baş verən saymaqla bitməyən qanunsuzluq halları barəsində danışarkən, bütün bu olanların arxasında dayananın Himalay Məmişovun olduğunun deyildiyini də qeyd etmişdik.

Görünür, Himalay Məmişov təkbaşına bütün ölkəni çalxalamağı bacarıb. Yəqin, sözügedən qurumda güvəndiyi "Everest"ə çox arxayındır ki, "özbaşınalıq" deyilən bütün hallarda "imzası" var - yəni onun adıyla bağlanır.

Söhbəti çox uzatmadan, keçək əsas mövzuya.

Ötən həftənin şənbə günü "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramına DSMF-nun Gəncə - Daşkəsən regional filialının keçmiş işçisi olan Musayeva Aygün Urfan qızı qoşulub.

Aygün Musayeva canlı yayımda bildirir:
- "Mən Musayeva Aygün Urfan qızı. 15 il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dovlet Sosial Müdafiə Fondunda dövlət qulluqçusu olmuşam. Çalışdığım dövr ərzində namusumla, şərəfimlə xidmət etmişəm. Vəzifə funksiyalarımın öhdəsindən layiqincə gəlmişəm. Əmək fəaliyyətim dövründə heç bir töhmətim olmayıb.

22 iyun 2022-ci il tarixində DSMF tərəfindən mənə heç bir əsas və səbəb göstərilmədən mənim işdən azad olunmağım üçün ərizə yazmağım istənilmişdi. DSMF-nun İnsan Resurslarının İdarə edilməsi Departamentindən səbəb soruşduqda isə mənə "Xanım, siz ərizəni yazın göndərin, səbəbini sonra deyəcəyik" dedilər. Həmin dövrlərdə DSMF-nun sədri Himalay Məmişovun Fondun Bərdə rayon filialında vətəndaş qəbulu var idi. Mən həmin qəbula yazılaraq, Himalay Məmişovun qəbulunda oldum. Ailə başçısı itirdiyimi, müharibə veteranı qızı olduğumu, iki uşaq oxuduğumu və maddi vəziyyətimin çox çətin olduğunu bildirərək, hansı səbəbə görə ərizəmin istənilməsini soruşdum. Mənə çalışdığım qurum haqqında hər hansı qanunsuzluqlardan xəbərdar olduğumu dedilər və bildiklərimi söyləməyimi tələb etdilər. Mən isə öz növbəmdə övladlarımın canına and içərək, heç nə bilmədiyimi söylədim. Mən düz desəm işdə qalacağımı, səhv desəm işdən çıxarılacağımı söylədi. Lakin, mənim düz bildiklərim, dediklərim Himalay Məmişovun görünür, işinə yaramayıb. Kimlərəsə şər böhtan desəydim işdə qalacaqdım. Günahım olmadığını və ərizə yazmayacağımı bildirdikdə isə işdən çıxarmanın başqa yollarının da olduğu bildirildi. Bir sözlə, işdən çıxarılmaqla təhdid edildim.
Bundan sonra Nazirliyin Daxili Nəzarət və Audit Departamentinə çağırıldım. Burada məndən izahat alındıqdan sonra, yenə də ailə vəziyyətimi maddi durumumun çətinliyini və mənim heç bir nöqsanım olmadığını bildirdim. Hətta, durumum o dərəcədə çətindir və mən o qədər çarəsiz vəziyyətdəyəm ki, işdən haqsız yerə azad olacağım təqdirdə intihar edəcəyimi də bildirdim. Nazirlik əməkdaşı isə mənə, "O sizin şəxsi işinizdir" deyə, cavab verdi.

İndi mən sizdən soruşuram, fəaliyyət istiqaməti əhalinin həssas təbəqəsini, əhalinin sosial müdafiəsi olan nazirlik öz işçisiylə bu cur haqsız rəftar edərək, müqaviləsinə xitam verə bilərmi, belə bir səlahiyyəti varmı?

Avqust ayının 15-i müddətli əmək müqaviləmin müddəti bitəcəkdi. İyun ayından bəri qızımın səhhəti ilə bağlı məzuniyyətə çıxmaq istəsəm də mənə çeşidli bəhanələr gətirilərək, "araşdırma gedir" bəhanəsiylə mənim əmək məzuniyyəti hüququm məhdudlaşdırılmışdır. Demək ki, fikirləri elə məni heç bir əsas və səbəb gətirmədən işdən azad etmək imiş. Araşdırma barədə və araşdırmanın nəticələri barədə mənə heç bir məlumat verilməmiş, Prezident Administrasiyasına, Xanım Mehriban Əliyevaya, ƏƏSMN-nə bu barədə etdiyim müraciətlərə DSMF məni lağa qoyarmışcasına 3 cümləlik "Siz hal-hazırda çalışırsınız və əmək müqaviləniz qüvvədədir" cavabı göndərilmişdir.

Mən Cənab Prezidentimiz İlham Əliyevdən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan mənə qarşı bu cür haqsızlığın qarşısının alınması - "əmək müqaviləsinin müddəti bitib" adı ilə pozulmuş hüququmun ört-basdır edilməməsi üçün lazımi göstərişlər vermələrini xahiş edirəm.

İşdən azad olma səbəbimi soruşandan mənə verilən cavab bu oldu ki, "DSMF rəhbəri sizinlə işləmək istemir. Sanki, mən 15 il dövlətin idarəsində yox, rəhbərin evində qulluqçu işləmişəm. Bu sözü özümə qəbul edə bilmirəm. Çox qürur qırıcı, alçaldıcı ifadədir. Əminliklə deyirəm, Cənab Prezidentimizin bəzi özünə güvənən məmurlardan xəbəri yoxdur. Özbaşınalıq baş alıb gedir."

Səbəbə baxın !
- "Rəhbərlik sizinlə işləmək istəmir "
Üstəlik də daxili nəzarət də deyir, "İnanmıram işdə qalasız, çünki Himalay müəllimin tapşırığıdır".

Kimdir axı bu Himalay müəllim?

Məyər Himalay müəllimin tapşırığı bu qədər icra edilməməsi mümkünsüz tapşırıqdır?

Ümumiyyətlə işində nöqsanı olmayan işçini işdən çıxarmaq üçün Himalay Məmişov hansı ixtiyarla tapşırıq verir?

Maraqlıdır, o özü kimin "tapşırığı ilə vəzifəyə gəlib" ki, bu gün də çox sərbəst şəkildə, heç kimdən, heç nədən çəkinmədən bu cür absurd tapşırıqlar verir?

Halbuki, özü məmurdur.
Ölkə başçısı da deyir: "Məmur xalqın xidmətçisidir"!

Ancaq, Himalay Məmişov kimi məmurlar özlərini xalqın ağası sanırlar, xalqı qul kimi işlədirlər, ürəkləri istəyəndə də "öz evindən", "ata mülkündən" qovurmuş kimi işdən çıxarırlar.



Yeri gəlmişkən, Aygün xanım onu da vurğuladı ki, Himalay Məmişov ona barmaq silkələyib, "Bir dənə köhnə işçi qoymayacam qala, hamısını çıxaracam", deyib. Özü də işdən çıxarılanların yerinə təyinatın qiyməti də xanımın dediyinə görə, sən demə 25.000 (iyirmi beş min) manat imiş. Bakı şəhərində 1 otaqlı evin, yaxud yaxşı markalı avtomobilin qiyməti.

Bəs o qədər rüşvəti verib, işə düzələn adam həmin məbləği nə qədər vaxta qazana bilər?

Yaxud da sualı belə quraq, sadəcə dövlət maaşı alacağı bir iş üçün o qədər rüşvət verməyə kim, niyə razı olsun ki?

Belə çıxır ki, ora o qədər rüşvət ödəyən ("maya"sını haramla yoğuran) şəxs, o pulu geri qazanmağın yollarını da artıq düşünüb.

Burdan da belə aydın olur ki, sözügedən qurumda çalışan səlahiyyətli şəxslərə korrupsiya ilə məşğul olmaları üçün birbaşa Himalay Məmişov şərait yaradır.

Gəlin yaddaşımızı təzələyib, bir neçə gün əvvəl yayımladığımız məlumatlara nəzər salaq!

Orda qeyd olunur ki, "etibarlı mənbənin "DogruXeber.az"a bildirdiyinə görə Mil-Muğan regional filialının keçmiş direktoru Rafael Məmmədov direktor vəzifəsinə gəlməzdən bir neçə gün əvvəl şəxsi avtomobilini satıbmış. Maraqlıdır ki, Rafael Məmmədov Gəncə - Daşkəsən regional filialına təyinat aldıqdan sonra, onun yerinə Mil-Muğan regional filialına təyinat alan gənc direktor Fəxrəddin Gülüşov da bu vəzifəyə gəlməzdən bir neçə gün əvvəl şəxsi avtomobilini satıb". Aygün xanımın xüsusi vurğuladığı 25.000 (iyirmi beş min) manat da elə yuxarıda da dediyimiz kimi, bir avtomobilin qiymətidir.

Bir də DSMF-nun keçmiş işçilərindən bir neçəsi"DogruXeber.az"a danışarkən, onu da qeyd etdilər ki, "Rafael Məmmədov pul yığmağı yaxşı bacardığı üçün onu daha böyük regiona göndərdilər.

Bəs kargüzarı "bir dənə də olsun köhnə işçi saxlamayacağı ilə təhdid edən " Himalay Məmişov, niyə"köhnə işçi " olan Rafael Məmmədovun vəzifəsini böyüdə bilməsə də ərazisini bitirərək, daha böyük regiona direktor təyin etdi?

P.S: Bütün bu məlumatlarla bağlı fikirlərini öyrənmək məqsədilə Himalay Məmişpvun elektron ünvanına rəsmi müraciət göndərdik. Lakin, iki gün keçməsinə baxmayaraq, müraciətimiz cavabsızdır.

Mövzuya təkrar qayıdacağıq və növbəti yayımımızda "Fövqəladə Hallar Nazirliyi DSMF-nun yanında toyagetməlidir" deyən Aygün Musayevanın hər birinizin marağına səbəb olacaq məlumatları təqdim edəcəyik.
Bizi izləyin !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru