"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                 

"Bütün sənədlərimiz qaydasındadır, İcra hakimiyyəti tikintiyə mane olur" – VƏTƏNDAŞLAR NARAZIDIR
Tarix: 26-09-2022, 15:03 | Çap et
"Bütün sənədlərimiz qaydasındadır, İcra hakimiyyəti tikintiyə mane olur"
Bakıda yaşayış kompleksi tikilib, lakin həyətinə giriş yoxdur. Bəli, düz oxudunuz, binaların sakinlərinin mənzilə gedib gəlmələri və yüklərini daşıyan avtomobillərin həyətə daxil olması üçün qanuni giriş yoxdur.

DİA.AZ xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsindəki 2335-ci məhəllədə tikilən "My Home" yaşayış kompleksinin sakinləri Marja.az-a şikayət edərək kompleksin həyətinə avtomobillər üçün giriş-çıxışın olmadığını, polislərin təmirə icazə vermədiyini, bu səbəblərdən mənzillərini təmir etdirə bilmədiklərini, kompleksin həyətyanı sahəsinin abadsız vəziyyətdə olduğunu bildiriblər. Sakinlərin sözlərinə görə, ən böyük problem binanın həyətinə girişin olmamasıdır ki, onun da təmin olunması səlahiyyətli orqanların maneələri səbəbindən baş tutmur. Sakinlər həm mülkiyyətçi, həm də rahat və təhlükəsiz yaşayış hüquqlarının kobud şəkildə pozulduğunu, Nizami rayon İcra Hakimiyyətinin də yaranmış problemlərin həllinə kömək etmədiyini iddia edirlər.

"6 İLDİR EVİMƏ KÖÇƏ BİLMİRƏM"

"My Home" yaşayış kompleksindəki mənzil sahibi olan Faiq Aydəmirov "Marja.az"a bildirdi ki, 6 ildən çoxdur evinə köçə bilmir:

"Mənim burada sökülmüş binada evim olub. Tikinti şirkəti mənə yeni tikilən binada təmirli mənzil verməlidir. Artıq 6 ildən çoxdur evimə köçə bilmirəm. Həyətə giriş-çıxış olmadığı üçün tikinti materiallarını daşımaq mümkün deyil, eyni zamanda tikinti işlərinə icazə verilmir. Mən öz evimə gəlib-getməkdə çətinlik çəkirəm, binaların həyəti sakinlər üçün yararsız vəziyyətdədir, tikintiyə icazə verilmədiyi üçün tikinti şirkəti mənə ayrılan mənzili təmir edə bilmir. Köhnə beşmərtəbənin yanından olan yoldan da bura gedib-gəlməyə icazə vermirlər. Səbəb həmin beşmərtəbənin sakinlərinin şikayət etmələridir. "My Home" yaşayış kompleksinin tikintisini həyata keçirən "Vesta Construction" şirkəti yeni inşa edilmiş binaların arasında obyekt üçün nəzərdə tutulmuş yerdən müvəqqəti yol vermək istəyir, ona da səlahiyyətli orqanlar mane olurlar".

"TİKİNTİ ŞİRKƏTİNDƏN GİRİŞ TƏLƏB EDİRİK"

Faiq Aydəmirov qeyd etdi ki, artıq 6 ildir "Vesta Construction" şirkətinin vəsaiti hesabına kirayədə qalırlar:

"Kirayədə əziyyət çəkirik. Düzdür, tikinti şirkəti kirayə haqqını ödəyir. Lakin kirayə verənlərin tələbi ilə tez-tez ev dəyişmək məcburiyyətindəyik – əşyaları sök, qablaşdır, daşı, quraşdır və s. Bu işlər hamısı xərcdir. Artıq 6 ildə 4 dəfə kirayə ev dəyişmişəm, bunun qarşılığında mənə kompensasiya ödənilməyib. Düzdür tikinti şirkəti tərəfindən kirayə haqqı verilir, vaxtı-vaxtında gəlib tikinti şirkətindən alıram, narazıçılığım yoxdur. Narazı olduğum budur ki, 6 ildir evimi təmir etmək mümkün deyil, mən öz halal evimə gedib-gəlməkdə çətinlik çəkirəm. Biz "Vesta Construction" şirkətindən giriş tələb edirik. Şirkət də bizə müvəqqəti giriş təmin etmək istəyir, amma səlahiyyətli orqanlar buna mane olurlar.

Biz tələb edirik ki, tikinti şirkəti bizə müvəqqəti giriş versin, həyəti abadlaşdırsın. Sonra beşmərtəbələr olan ərazidən girişi təmin edər, o, şirkətin problemidir. Tikinti şirkəti milyonluq obyektindən imtina edib, müvəqqəti giriş təmin edir, amma biz görürük ki, bəzi qurumlar mane olurlar. Xahiş edirəm, Nizami rayon icra Hakimiyyəti biz vətəndaşların düşdüyü vəziyyətin həlli üçün kömək etsin"

"YENİ İCRA BAŞÇISININ QƏBULUNDA OLDUQ, CAVABI BİZİ QANE ETMƏDİ"

Şikayətçi Hüseyn Hüseynov bildirdi ki, öz şəxsi vəsaiti hesabına 6 il əvvəl "My Home" yaşayış kompleksindən mənzil alıb:

"Binamız mənzillərin təmiri üçün hazırdır. Amma həyətə yük avtomobillərinin daxil olmasına keçid olmadığından, təmirə tələb olunan inşaat materiallarını alıb gətirə bilmirik.

72 yaşım var. Mən nə üçün başqasının evində vəfat etməliyəm?! Mən ömrümün qalan hissəsini öz evimdə yaşamaq və Dünyadan da öz evimdən köçmək istəyirəm. Bir neçə gün öncə Nizami rayonunun yeni İcra başçısının qəbulunda olduq. O bizə, vəzifəyə yeni təyin olunduğunu və vəziyyətdən məlumatlı olmadığını bildirdi. Bu cavab bizi qane etmir, İcra başçısı vəziyyəti bilmir, İcra hakimiyyətinin digər əməkdaşları bilirlər. Beşmərtəbənin sakinləri haqsız şikayətlər edirlər - guya maşın gəlib, onun pəncərəsinin qarşısında dayanır və onun səsindən yata bilmirlər. Uzun müddətdir bu problem həll olunmur, mən mənzilimi təmir etdirə bilmirəm. "Vesta Construction" şirkəti üzərinə düşən işləri görmək istəyir, amma səlahiyyətli orqanlar imkan vermirlər. Mən pul verib aldığım məznilə niyə köçə bilməyim?!"

"BİZƏ SÖZ VERMİŞDİLƏR Kİ...."

Faiq Aydəmirov, "2016-cı ildə Nizami rayon İcra Hakimiyyətinin təşəbbüsü və iştirakı ilə buradakı evimizdən köçmüşük" deyərək şikayətinə belə davam etdi: "Bizə vəd verdilər ki, 2018-ci ildə yeni tikiləcək binada yeni evimizə köçəcəyik. Artıq 2022-ci il başa çatır, amma evimə köçə bilmirəm. Pilot layihə üzrə, sakinlər ilə şirkət arasında müqavilə bağılanıb, Nizami rayon İcra Hakimiyyəti bu işə zamin durub".

"POLİSLƏR USTALARA İŞLƏMƏYƏ İMKAN VERMİR"

Hüseyn Hüseynov qonşusunun dediklərinin davamı olaraq əlavə etdi: "Hətta, o vaxtın İcra başçısı belə bir söz də verdi: "Əgər hansı bir şirkət qrafikdən geri qalarsa həmin şirkət uzaqlaşdırılacaq, sərmayəsi batacaq və tikintini yeni şirkət davam etdirəcəkdir. Biz tikintiyə çox ciddi nəzarət edəcəyik". Gərək düzünü deyək, pandemiya ilə əlaqədar olaraq "Vesta Construction" şirkətinin çətinlikləri oldu. Buna baxmayaraq "Vesta Construction" şirkəti öz işlərini görməyə çalışır, amma məmurlar, polislər bura gəlib işləməyə icazə vermirlər. Gəlib mənim mənzilimdə işləyən usta və fəhlələri dayandırırlar. Mən mənzil sahibi olaraq həyətə keçid verilməsini tələb edirəm. İstəyirəm öz şəxsi evimə rahat gedib-gələ bilim, mənzilimi təmir etdirim".

4 AİLƏNİN KÖÇMƏK İSTƏMƏMƏSİ KOMPLEKSİ QANUNİ GİRİŞ YOLUNDAN MƏHRUM EDİB

Şikayətlər ilə əlaqədar olaraq "My Home" yaşayış kompleksinin tikintisin həyata keçirən "Vesta Costruction" şirkətinin mövqeyini öyrəndik.

Şirkətin İcraçı direktoru Zeynal Zeynalov bildirdi ki, "My Home" yaşayış kompleksinin tikintisinə 2016-cı ildə start verilmiş pilot layihələr çərçivəsində başlanılıb:

"Bu ərazidə bir neçə köhnə binlar sökülərək yeni hündürmərtəbəli binların tikintisinə başlanılıb. Artıq 3 bina, yəni 3 blok hazırdır - C bloku və B bloku üzrə mülkiyyətçilərə çıxarış (kupça - red) verilib, binalarda yaşayış var, A bloku da faktiki hazırdır, sakinlər təmirə başlaya bilərlər. Eyni zamanda, D blokunun tikintisi aparılır. Digər blokların tikintisi üçün ərazidəki köhnə beşmərtəbəli binalar sökülməlidir.Razılaşdırılmış və təsdiq edilmiş layihəyə uyğun olaraq "My Home" yaşayış kompleksin həyətinə giriş-çıxış hazırda köhnə beşmərtəbəli binların olduğu ərazidən nəzərdə tutulub. Lakin həmin binalarda 4 ailənin razı olmaması səbəbindən bu binların sökülməsi gecikir və kompleksə giriş-çıxış təmin oluna bilmir. "Vesta Construction" şirkəti həmin ailələrə tikiləcək binada hazırkı mənzillərinin sahəsindən 20% artıq sahəyə malik mənzil verməyə və ya bazar qiyməti əsasında kompensasiya ödəməyə hazırdır. Amma, bu ailələr ya Nizami rayonunda Qara Qarayev metrosu yaxınlığnda 4 otaqlı, ya da Nərimanov metrosu yaxınlığında 3 otaqlı mənzil istəyirlər. Məsələn, hazırda mənzili 126 kv.m olan bir sakin, sahəsi 20% artıq olan - təxminən 150 kv.m sahəli yeni mənzil almalıdır. Belə bir mənzili də Nizami rayonunda təxminən 250 min manata almaq olar. Amma binanın sökülməsinə razı olmayanlar bizdən 300-350 min manatlıq mənzil tələb edirlər. Tikinti şirkəti onların istədikləri məbləği ödəsə, ziyana düşər və müflis olar. Qısası, həmin ailələrin yaratdığı problemə görə, köhnə beşmərtəbələri söküb həm yeni binaların tikintisinə başlaya, həm də kompleksin həyətinə giriş təmin edə bilmirik. Düzdür, köhnə beşmərtəbə ilə D bloku arasındakı ərazidən həyətə yük maşınları daxil ola bilər. Lakin beşmərtəbəli binanın sakinləri guya səs-küy yarandığı, təhlükəsizlik qaydaları pozulduğu iddiaları ilə rəsmi qurumlara şikayət edirlər. Həmçinin həyətlərindən girişi bağlayıblar. Halbuki, təsdiq edilmiş layihəyə görə kompleksə giriş həmin hissədən nəzərdə tutulub.

Tikinti şirkətinin rəhbərliyi beşmərtəbələrdən köçmək istəməyən ailələr ilə razılaşanadək həyətə keçid təmin etmək niyyətindədir. Biz bunu etməliyik, yaşayışa verilmiş binada 160-a yaxın ailə yaşayır, təmirə başlanacaq binaya isə 90 ailə köçəcək. Biz onların rahat gediş-gəlişlərini, həyətdən istifadə etmək hüquqlarını təmin etməliyik. İndi gözləmək vaxtı deyil, problem həll olunmaldır, 250 narazı ailə razı salınmalıdır".

ŞİRKƏTİN ALTERNATİV HƏLL YOLUNA NİZAMİ İCRA HAKİMİYYƏTİ QARŞI ÇIXIR

Zeynal Zeynalov qeyd etdi ki, "Vesta Construction" şirkəti alternativ həll yolunu müəyyən edib:

"İndi istəyirik ki, həyətin abadlaşdırılmasını həyatə keçirək, vətəndaşların hərəkəti, tikinti materiallarını daşıyacaq yük avtomobillərinin həyətə daxil olması üçün giriş təmin edək. Tikinti şirkətinin rəhbərliyi C və D blokları arasında nəzərdə tutulan qeyri-yaşayış binasının ərazisini müvəqqəti giriş-çıxış üçün ayırıb. Təsdiq edilmiş layihəyə görə, bu ərazidə 3 mərtəbəli qeyri-yaşayış binası tikilməli və "Vest Construction" şirkəti həmin sahəni sataraq gəlir əldə etməlidir. Amma şirkətimiz bu gəlirindən vətəndaşların xeyirinə imtina edir. Qərar vermişik ki, qeyri-yaşayış binasının olacağı ərazi müvəqqəti giriş olsun, gələcəkdə beşmərtəbələrdən köçmək istəməyən ailələr ilə razılaşma təmin olunarsa qanuni giriş yaradıb, müvəqqəti girişin olduğu ərazidə qeyri-yaşayış binası tam tikilər.

Eyni zamanda, C və D blokları arasından həyətə girişin təmin edilməsi, sakinlərin və avtomobillərin təhlükəsiz hərəkəti və gələcəkdə binanın obyekt kimi istifadə olunması üçün bir sıra tikinti işlərinin aparılmasını tələb edir. Birincisi, binaların altı avtomobil dayanacağı üçün nəzərdə tutulduğundan qaraj hissəsi tikilməli, vətəndaşların və avtomobillərin üzərinə tikintisi davam edən binadan əşyaların düşməməsi üçün girişin üzəri örtülməlidir. Bunun üçün də qeyri-yaşayış sahəsinin birinci mərtəbəsini tikməyi, bu mərtəbədən giriş-çıxışı təmin etməyə qərar verdik. Qeyri-yaşayış binasının 2-ci və 3-cü mərtəbələri isə tikilmir. Birinci mərtəbə həm təhlükəsiz gediş-gəliş, eyni zamanda tikinti şirkətinin gələcəkdə təkrar xərc çəkməməsi və tikilini obyektə asan çevirə bilməsi üçün tikilməlidir. Köhnə beşmərtəbələr söküləndə və həmin ərazidən həyətə giriş imkanı yarananda obyektin 2-ci və 3-cü mərtəbələri tikiləcək və satılacaq.

Bizim vətəndaşları razı salmaq işimizə imkan verilmir. Giriş üçün inşaat işlərinin aparılmasına Nizami rayon İcra Hakimiyyəti mane olur. Razılaşdırılmış plan, təsdiq edilmiş eskiz layihə, tikinti obyektinin istismarına icazə daxil bütün sənədlərimiz qaydasında olmasına baxmayaraq Nizami Rayon İcra Hakimiyyəti tikiti işlərini dayandırır.

"BU TİKİNTİ ŞİRKƏTİ ÜÇÜN ZƏRƏRDİR, MÜFLİS OLA BİLƏRİK"

Bizə bildirilir ki, tikinti işləri aparılmadan keçid olsun. Amma kim təminat verə bilər ki, hazırda tikinti işlərinin aparıldığı binadan əşya düşməyəcək?! Oradan düşən daş vətəndaşın başına düşə və ölüm hadisəsi baş verə bilər. Burada bəzi tikinti işlərini aparmadan giriş təmin edildiyi zaman asfalt çəkilməldir. Bir müddət sonra beşmərtəbələr olan ərazidən giriş təmin ediləndə, müvəqqəti girişdə çəkilmiş asflat sökülməli, yenidən qaraj yeri qazılmalıdır. Bu işlər şirkəti ziyana salır. Onsuz da yaranmış vəziyyətə görə "Vesta Construction" şirkətinin xərcləri artıb və müflis ola bilərik. "Vesta Construction" şirkəti sökülən binaların sakinlərinə təmirli mənzil təhvil verməlidir. Razılaşmaya görə, sakinlər yeni mənzil alanadək tikinti şirkətinin hesabına kirayədə qalırlar. Sakinlərin maksimum 18 ay kirayədə qalmaları nəzərdə tutulurdu, amma artıq tikinti şirkəti 6 ildir kirayə haqqı ödəyir. Bu şirkət üçün böyük zərərdir. Əlavə xərc çəkilərək yeraltı avtomobil dayanacağına müvəqqəti giriş də yaradılıb, hansı ki gələcəkdə söküləcək. "Vesta Construction" 250 ailəni razı salmaq üçün obyektini qurban verərək problemi həll etməyə çalışır. Düzdür, layihədə buradan giriş nəzərdə tutulmayıb. Lakin məcburiyyətdən buradan müvəqqəti giriş verilməlidir ki, əhali rahatlasın".

Bütün sənədlər qaydasında olduğundan indidən müvəqqəti girişin altındakı qarjı tikərək vətəndaşları avtomobil yeri ilə, həm də qeyri-yaşayış binasının birinci mərtəbəsini tikərək təhlükəsiz gediş-gəlişi təmin edə bilərik. Buna da mane olurlar".

"KÖHNƏ BEŞMƏRTƏBƏLƏRİN SAKİNLƏRİNİN DƏ RAHATLĞI POZULMAMALIDIR, "MY HOME"UN SAKİNLƏRİNİN DƏ ÇƏTİNLİYİ HƏLLİNİ TAPMALIDIR "

Zeynal Zeynalov vurğuladı ki, köhnə beşmərtəbəli binalarda yaşayanlar da müəyyən məna haqlıdırlar: "Əgər binaların sökülməsi bir neçə şəxsin kompensasiya ilə razı olmadığına görə gecikirsə, həmin binaların digər sakinlərinin də rahatlığı pozulmamalıdır. Biz tikinti ərazisini çəpərləmişik, onaları narahat etmək istəmirik. Eyni zamanda, "My Home" sakinlərinin də giriş çətinliyi həllini tapmalıdır. Məsələyə mane olmaq yox, həlli üçün kömək göstərmək lazımdır".

"İCRA BAŞÇISI COŞQUN CƏBRAYILOV "RƏYİ GƏTİR, İŞİNƏ BAŞLA" SÖZÜNÜ VERMİŞDİ"

Tikinti şirkətinin direktoru bildirdi ki, Nizami Rayon İcra Hakimiyyətindən qadağanın səbəbini rəsmi olaraq təqdim etmələrini xahiş ediblər. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov şirkətə "Eskiz layihəni və layihəyə rəyi təqdim edin, tikintinizə davam edin" deyib. "Vesta Construction" şirkəti eskiz layihə və layihəyə rəy daxil bütün sənədləri təqdim edib, buna baxmayaraq İcra Hakimiyyəti tikintiyə icazə vermir:

“Sentyabr ayının 19-da İcra Hakimiyyətinin nümayəndələri əraziyə gələrək tikinti işlərinin dayandırılmasını tələb etdilər. Onlar bildirdilər ki, tikintinin davam etdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin ekspertiza rəyi lazımdır. Halbuki, pilot layihədə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün bütün sənədlər toplanır və İcra hakimiyyətinə təqdim edilir, İcra Hakimiyyəti rəyləri alandan sonra paket şəkilində Baş planı təsdiqləyir. Əgər "Vesta Construction" şirkətinin Baş planında çatışmazlıq var idisə nə üçün təsdiq etmisiniz?! Biz yenidən Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən ekspertiza rəyini aldıq və Nizami Rayon icra Hakimiyyətinə təqdim etdik və tikinti işlərini davam etdirdik. Bundan sonra Nizami Rayon icra Hakimiyyətinin nümayəndələri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları ilə birgə gəldilər. Komitənin iki əməkdaşı bildirdi ki, bizim eskiz layihədə möhür yoxdur. Biz izah etdik ki, 2017-ci ildə Şəhərsalma və Arxitektura Komitəsi eskiz üçün İcra hakimiyyətinə rəy verirdi. İcar hakimiyyəti bizdən həmin rəyi istədi. "Vesta Construction" şirkəti Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi rəyin bir nüsxəsini rəsmi məktubla Nizami rayon İcra Hakimiyyətinə təqdim etdik. Bundan sonra, bildirdilər ki, 2019-cu ildə Nazirər Kabinetinin sərəncamı ilə "Pilot layihə" qaydaları ləğv olunduğundan bizə təqdim edilmiş sərəncam da ləğv olunmalıdır. Biz də izah etdik ki, qəbul edilən qanun geriyə deyil, irəliyə şamil olunur. Yəni biz hazırda işləri Pilot layihə olaraq davam etdirirk və başa çatdırmalıyıq. Gələcəkdə beşmərtəbələr pilot layihə üzrə deyil, qarşılıqlı razılaşma əsasında söküləcək və yeni binalar tikiləcək. Bu dəfə İcra hakimiyyətinin nümayəndəsi bizə bildirdi ki, həftənin cümə axşamı gününədək, yəni 22 sentyabradək "Vesta Construction" şirkətinə rəsmi, yazılı şəkildə cavab veriləcəkdir. Biz də yazılı şəkildə iradları öyrənmək və əgər çatışmazlıq varsa onu aradan qaldırmaq istəyirik. Əgər İcra hakimiyyətinin tələbləri qanunsuzdursa, biz həmin rəsmi cavab ilə məhkəməyə müraciət etməyi nəzərdə tuturuq. Amma şirkətimizə rəsmi cavab verilmədi. Biz İcra hakimiyyətinə bildirmişdik ki, əgər söz verdiyiniz tarixdə rəsmi cavabı verməsəniz, tikinti işlərini davam etdirəcəyik, çünki həyətə giriş təmin olunmalıdır. Cənab başçı da şəxsən demişdi ki, "rəyi gətir işinə başla". Rəyi də rəsmi məktubla, ümumi şöbədə qeydiyyatla təqdim etmişik. Biz qanunsuz bir şey istəmirik. Əgər esksiz layihə Nizami rayon İcra hakimiyyətilə razılaşdırılıbsa, deməli bütün sənədlər qaydasında olduğu üçün razılıq verilib. Biz istəyirik ki, vətəndaşların və "Vesta Construction"şirkətinin hüquqları təmin edilsin. Bizə tikintinin dayandırılmasına səbəb göstərə bildirmirlər, sadəcə "tikinti aparmaq olmaz" deyib bura nümayəndələrini, polisləri göndərirlər. Bu cür qeyri-müəyyən hərəkətlər vətəndaşların hüquqlarını pozur, onlarda narazılığı artırır, biznesə, iş adamlarına zərər vurur".

Tikinti şirkətinin direktoru əlavə etdi ki, "Vesta Construction" şirktinin hər bir sənədi qaydasındadır, buna görə tikintiyə davam edəcəkdir.

Ərazidə mənzillərin təmirini aparan ustalar da Marja.az-a təsdiq etdilər ki, polislər tez-tez mənzilə gələrək işi dayandırmağı tələb edirlər.

Məsələ ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət olundu. Təəssüf ki, İcra Hakimiyyətinin elektron poçtuna (e-mail) daxil olmuş müraciətləri geri cavablandırmadığını müşahidə edirik. Mövqe öyrənmək üçün bizə təqdim edilən telefonun dəstəyini də qaldıran yoxdur. Nizami Rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

PREZİDENT COŞQUN CƏBRAYILOVU VƏZİFƏYƏ TƏYİN EDƏNDƏ BELƏ TAPŞIRIQ VERMİŞDİ

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdi:

"Rayonda mövcud olan problemlər təhlil edilməlidir, bütün problemlər həll olunmalıdır. Nizami rayonunun bütün guşələrində işlər elə getməlidir ki, nümunəvi olsun. Yerlərdə həlli mümkün olmayan problemlərin, - elə problemlər təbii ki, var, - həlli üçün siz mərkəzi icra orqanlarına müraciət etməlisiniz, həlli mümkün olan problemləri isə özünüz həll etməlisiniz ki, insanlar sizdən razı olsun. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam."

Qeyd edək ki, 2016-cı ilin fevral ayında Nazirlər Kabinetinin qərarı ilə Bakıda yaşayış evlərinin sökülməsi və onların yerində yeni yaşayış binalarının inşası (“pilot layihə”) işlərinə başlanılıb. 2019-cu ildə isə, Nazirlər Kabineti “pilot layihə” ilə bağlı qərarını ləğv edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru