Füzuli Əsədov İNTİM QALMAQALA QURBAN VERİLİR... - Artıq kabinetini boşaldıb...
Tarix: 19-08-2022, 14:29 | Çap et
 DİA.AZ: - Dünən məlum oldu ki, Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən şəxs tutulub. DİA.AZ bildirir ki, bir sıra media və sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb.
Rəsmi məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparmış, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olmuşdur.
Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb. Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bütün bunlar məsələnin rəsmi tərəfi... DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, Zaur Mirzəyev bu proseslərin heç də tək qurbanı deyil və onunla yanaşı FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov da hədəfə çevrilib.
Məlumatı verən mənbə iddia edir ki, Zaur Mirəzyevin təkcə qohumu yox, həm də himayədarı olan Füzuli Əsədov artıq bu gün kabinetini boşaldıb.
Qeyd edək ki, yntim videoları ilə ölkənin gündəmini dəyişmiş Zaur Mirzəyev FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədovun köməkçisi və yaxın qohumudur. Jurnalist Məhəmmədəli Qəribli Z.Mirzəyevin 10 il ərzində polkovnik rütbəsini qazandığını yazıb. “Son günlərin porno ulduzuna çevrilən FHN-nin polkovniki Zaur Mirzəyevin maraqlı və sürətli karyera yüksəlişi olub. O, Yanğından Mühafizə İdarəsinin rəisi general Füzuli Əsədovla qohum olandan sonra , 10 il ərzində polkovnik rütbəsinə yüksəlib. Normalda rütbələrin 3-4 ildən bir verildiyini nəzərə alsaq, onda Zaur Həsənov ən yaxşı halda mayor ola bilərdi. Əldə etdiyim dəqiq məlumata görə, Zaur Həsənova polkovnik-leytenant və polkovnik rütbələri şəxsən Füzuli Əsədovun təqdimatı əsasında vaxtından əvvəl, yəni “dosroçnı” verilib. İndi hörmətli Kəmaləddin müəllim Füzuli Əsədovu çağırıb soruşsun ki, belə yüksək səviyyədə “xidmət” təşkil edən kadrla bağlı general rütbəsinə niyə vaxtından əvvəl təqdimat verməyib?”
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58 |
|
|
|
| • Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55 |
|
|
|
| • Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52 |
|
|
|
| • Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49 |
|
|
|
| • Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23 |
|
|
|
| • "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10 |
|
|
|
| • “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12 |
|
|
|
| • MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05 |
|
|
|
| • ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02 |
|
|
|
| • Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55 |
|
|
|
| • “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52 |
|
|
|
| • Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50 |
|
|
|
| • Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44 |
|
|
|
| • “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35 |
|
|
|
| • İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33 |
|
|
|
| • ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15 |
|
|
|
| • Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
| • Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12 |
|
|
|
| • Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03 |
|
|
|
| • ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59 |
|
|
|
| • Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
| • Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47 |
|
|
|
| • Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40 |
|
|
|
| • Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30 |
|
|
|
| • Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26 |
|
|
|
| • Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16 |
|
|
|
| • Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13 |
|
|
|
| • Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10 |
|
|
|
| • Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08 |
|
|
|
| • Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05 |
|
|
|
|