“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                 

Gömrükçü “Nemes”in ən böyük günahı - İLGİNC FAKTLAR
Tarix: 21-07-2022, 16:00 | Çap et
Gömrükçü “Nemes”in ən böyük günahı
Yaxından tanıdığım bir adam var. Gömrükdə kiçik bir vəzifədə işləyirdi. Düz işlədiyinə, yəni özləri kimi əliəyri olmadığına görə GK-da onun adını “Nemes Filankəs” qoymuşdular. Gömrük strukturlarında Səfər Mehdiyevdən əvvəl işləyirdi. İşlədiyi 25 il ərzində cəmi bir addım qabağa gedə bilmişdi: ucqar rayonlardan birində inspektordan baş inspektorluğa yüksəlmişdi. Bu müddət ərzində zorla polkovnik leytenant olmuşdu. O da 13 illik kapitanlıqdan sonra.

Yerində saymağının səbəbi savadsızlığı da deyildi. Əksinə, özü üstündə işləyən, müasir texnologiyaları dərindən öyrənməyə çalışan və örəndiyini iş prosesinə tətbiq edən xarakterə malik idi. Təbii ki, bütün Allah bəndələri kimi, o da günahsız (məsum) deyildi. Ən böyük günahı isə Səfər Mehdiyevin yaxını, qohumu, kəndlisi olmaması idi.

2 il bundan qabaq mənimlə görüşüb dərdini anlatdı. Adam 60 yaşını tamamlamışdı və hər gün Bakıdan durub Xaçmaza getmək ona çətin gəlirdi. Bəzən işdən evə gecə yarısı gəlib çıxa bilir və bir neçə saatlıq yuxudan sonra yenidən işə qaçmalı olurdu. Yeganə istəyi vardı: Əmək Məcəlləsinə əsasən, Bakıdakı gömrük idarələrindən birinə kiçik bir vəzifəyə təyinat almaq.

Eşitmişdi ki, Gömrüyün sədri mənim tələbə yoldaşımdır və digər strukturlarda da məhəllə uşaqlarım yüksək vəzifə tuturlar. Onun düşüncəsinə görə, bu qanuni tələbi yalnız kiminsə xahişi ilə icra oluna bilərdi. Halbuki, mən bilən, qanuna görə belə, eyni adamın 25 il sərasər eyni yerdə işləməsi yolverilməzdir. Ən azı o səbəbdən ki, bu durum istər-istəməz həmin işçinin özünə yaxın çevrə yaratması ilə nəticələnə bilər və beləcə, korrupsiya, rüşvətxorluq üçün münbit zəmin hazırlanardı.

Gömrükçü “Nemes”in ən böyük günahı

Qısası, onun xahişini yerə salmamaq üçün GK-da yüksək vəzifədə çalışan və xahişini edəcəyim adamın kəndlisi olan bir tələbə yoldaşımın vatçap nömrəsinə yazaraq, vəziyyəti ona nəql etməyi qərara aldım. Salam-kəlamıma eyni məzmunda cavab aldım. Daha sonra “Nemes” adlandırdıqları bu adamı tanıyıb-tanımadığını soruşdum. Əslində bu sualı söhbətə giriş üçün vermişdim. Tələbə yoldaşım, “Nemes”i çox yaxşı tanıyırdı. “Nemes”in atası nəinki o kəndin, hətta deyərdim ki, regionun ən tanınmış adamı idi. Bilirdim ki, tələbə yoldaşım da öz kəndlərindən çıxan bu ağsaqqalla fəxr etmişdi. Məni ona yazmağa həvəsləndirən də bu idi əslində. Zira, gömrükdə ağız aça biləcəyim kifayət qədər adam vardı, mən isə tanıyırdı deyə, ona üz tutmuşdum.

Amma tələbə yoldaşıma ünvanladığım bu sual 2 ildir cavabını gözləyir. Zamanında cavab almadığıma görə çox üstünə də getmədim. Açığını deyim, tələbə yoldaşımın bu etinasızlığı xeyli xətrimə dəysə də, bir müddətdən sonra baş verənləri unutdum.

Gömrükçü “Nemes”in ən böyük günahı

Üzərindən hardasa bir il keçəndən sonra GK-dan redaksiyamıza bir məlumat gəldi. Səfər Mehdiyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun korrupsiyaya bulaşdığına görə işdən qovulmuş “qara kassa”sı Fuad Əlizadəni işə götürmüşdü. Məlumatda deyilirdi ki, Fuad Əlizadə keçmiş nazir Səlim Müslimovun bacısının kürəkənidir. Daydayısının bütün qara işlərini və xaricdəki biznesini idarə edən Fuad Əlizadə ƏƏSMN-dən qovulduqdan cəmi 6 ay sonra Gömrük Komitəsində yeni vəzifəyə təyin olunub. Üstəlik, yeni vəzifə “daydayı” himayəsindəki işindən heç də aşağı deyildi. O, ƏƏSMN-nin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinə rəis vəzifəsinə transfer olunmuşdu”. Mən də əldə etdiyim bu məlumatlara istinad edərək yazırdım: “Fuad Əlizadənin hansı keyfiyyətinə görə bu cür sıçramasına şərait yaradıblar, yəqin ki, bu sualın ən düzgün cavabını ancaq gömrük generalı Səfər Mehdiyev bilir. Görünür, Fuad Əlizadənin ƏƏSMN-də qazandığı təcrübəni Dövlət Gömrük Komitəsinə daşıması general Mehdiyevə hava-su kimi lazımdır”.

Sözsüz ki, Fuad Əlizadənin ƏƏSMN-da qazandığı təcrübə rüşvət yığmaq və korrupsiya ola bilərdi. Mən də məhz bu məqama eyham vurmaq üçün həmin sətirləri qələmə almışdım. Çünki Səfər Mehdiyev o zamanlar and içib, aman edirdi ki, bəs onun mübarək barmaqları haram pula dəyməyib. Məni də o zaman hansı məntiqlə adı korrupsiyada hallanan bir adamı gətirib gömrüyüm ən pullu şöbəsinə qoyduğu maraqlandırırdı.

Gömrükçü “Nemes”in ən böyük günahı

Yazı dərc olunduqdan az sonra Azərbaycan mediasında adam qalmadı, mənə telefon açmasın. Hər biri də özünü Fuad Əlizadənin yaxın qohumu kimi təqdim edirdi. Əlbəttə ki, mən onların şirin vədlərlə dolu xahişini geri çevirirdim. Birdən mənə heç gözləmədiyim bir adam zəng etdi. Tələbə vaxtı mənimlə 5 il eyni otaqda yaşayan ən yaxın dostum. Sən demə, 1 il əvvəl mənim adi bir sualıma cavab verməyi belə özünə yaraşdırmayan digər tələbə yoldaşım ona zənq edib bəndənizdən xeyli şikayətlənib. Deyib ki, bəs Heydər bir tərəfdən bizdən öz yaxın adamının işini xahiş edir, bir tərəfdən də bizi yıxıb sürüyür. İmkan vermir ki, biz onun xahişini yerinə yetirək. Açığı, bu sözü mənə edilmiş siyasi rüşvət kimi başa düşdüm və 5 illik otaq yoldaşımla görüşə çağırdım. Ona cavabsız qalan sualımı göstərdim və deyəsən dostum da bu etinasızlığa xeyli təəccübləndi. Dedi, bəlkə danışaq o adamın xahişini yerinə yetirsinlər? O adam isə artıq öz ərizəsi ilə işdən çıxmışdı və mən hansısa siyasi rüşvətə gedəcək tiplərdən deyiləm.

Bu gün media orqanlarından birində GK-dakı kadrların seçilməsi ilə bağlı məlumatlara baxıram, ölkəmizin nə qədər rəzil durumda olduğuna, bilmirəm, ağlayım, yoxsa gülüm. Təsəvvür edin, 4 min nəfər işçisi olan gömrük orqanlarında çalışanların az qala yarısı eyni kənddəndir. Məlumatda hətta Səfər Mehdiyevin Gömrük Akademiyasına yalnız bir kəndin adamlarının qəbul olunmasını əmr etdiyi belə vurğulanır. Komitədə işə götürülən kəndlilərin böyük əksəriyyəti isə öz işlərinə tamamilə yad insanlardır. Bu yad ünsürlərin ölkə iqtisadiyyatını necə tar-mar etdikləri, inhisarlar yaradaraq iş dünyasının altını üstünə çevirdikləri, hətta əsgər siqaretinə göz dikəcək qədər rəzilliyinə getdikləri ortadadır. Təmizliyinə görə adına “Nemes” deyib xor baxdıqları, 25 il Yalama-Bakı yolunda işə gedib-gəlməklə qocaltdıqları, əvəzində 13 il eyni rütbədə saxladıqları vicdanlı bir gömrükçü isə öz savad və təcrübəsini həyata keçirməyə yer tapa bilmir.

Heydər Oğuz,

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru