Goranboy icra hakimiyyətində NƏ BAŞ VERİR? - ŞOK FAKTLAR
Tarix: 5-07-2022, 12:27 | Çap et
 Bu günlərdə Goranboy Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şaiq Qəmbərlinin qız qaçırması barədə sosial şəbəkələrdə məlumat yayıldı. Məlumata görə, onun ailəli bir qadını qaçırması iddia edilib. Deyilənə görə, həmin qadın əri tərəfindən döyüldüyü tez-tez döyüldüyü üçün boşanmaq üçün məhkəməyə müraciət edib. Olayla bağlı cumhuriyyet.az olaraq tərəflərin fikirlərini diqqətinizə çatdırırıq.
Bu məlumatlar yayıldıqdan sonra Ş.Qəmbərli barəsindəki iddiaların həqiqəti əks etdirmədiyini və vəzifəsi ilə bağlı qarayaxma kampaniyasının aparıldığını deyib: “Yayılanlar tamamilə şər-böhtan və qarayaxmadır. Mən bu il mayın 10-dan İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli İdarəetmə Orqanları ilə İş Şöbəsinin rəhbəri təyin olunmuşam. Çox güman ki, haqqımda bu söz-söhbəti yayaraq mənə qarşı qarayaxma aparan şəxs də elə yerinə təyin olunduğum adamdır. Mən heç kimi qaçırmamışam, öz ailəmin və işimin başındayam. Üstəlik, İcra Hakimiyyətinin hər tərəfi kameradır, bu gün kim kimi qaçıra bilər?! Haqqında danışılan qadın – Ülviyyə Rüstəmova da açıqlamasında bildirib ki, sosial şəbəkələrdə paylaşılan informasiyalar həqiqəti əks etdirmir: “Mən həyat yoldaşımla ailə münaqişəsi zəminində dalaşmışam. Mənə qarşı mütəmadi kobudluq etdiyi üçün boşanmaqla bağlı məhkəməyə müraciət etmişəm. Buna görə də anamın evinə gəlmişəm və hazırda anamın yanındayam”. Bunun ardınca Ü.Rüstəmovanın həyat yoldaşı Anar Abbasovun açıqlaması yayıldı: “Şaiq Qəmbərli və yoldaşım yalan məlumatlar yayaraq hər kəsi inandırmağa çalışırlar ki, guya mən narkotik aludəçisiyəm, guya hər gün yoldaşımı döyürəm. Lakin yoldaşımla aramızda olan yazışmalarla da sübut edə bilərəm ki, bizim münasibətimiz pis olmayıb ki, mən onu hər gün döyüm. Mən telefonda bunların mesajlaşmasını tutduqdan sonra yoldaşım özü mənə etiraf etdi ki, Şaiq Qəmbərli ona Gəncə şəhərindən kirayə ev tutub, hərçənd ki, indi bunu təkzib edir. Baxmayaraq ki, biz yoldaşımla iyunun 17-nə kimi birgə yaşamışıq, yoldaşım Şaiq Qəmbərlinin köməyi ilə hələ may ayından gizlin şəkildə vəkil də tutubmuş”.
Onu da bildirək ki, olayda adı çəkilən Şaiq Qəmbəri ilə bağlı bu ilk qalmaqal deyil. Ölkə mediasında yer alan xəbərlərə istinadən cumhuriyyet.az bildirir ki, Qarabağ qazisi, Goranboy rayonunun Xoylu kənd sakini Anar Süleymanov təxminən 1 il əvvəl Goranboy rayon İcra Hakimiyyətinin işçiləri, konkret olaraq Qəmbərli Şaiq Akif oğlu tərəfindən döyülərək xəsarət yetirilib. Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi Ş.Qəmbərlinin bu “xidmətini” dəyərləndirərək, təxminən 1 ay əvvəl onu şöbə müdiri vəzifəsinə təyin edib. icra başçısının bu qərarı rayonda ciddi narazılığa səbəb olub.
Maraqlıdır ki bütün bu iddialarla bağlı Goranboy rayon icra hakimiyyəti tərəfindən heç bir açıqlama verilmir. Ümumiyyətlə, Goranboy rayonuna rəhbərlik edən Məhərrəm Quliyevin adı ətrafında çox söz-söhbətlər dolaşmaqdadır. Bu istiqamətdə cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı belə bir məlumatla rastlaşdıq ki, bəzi icra başçılarının həbsi həyata keçirildiyindən, Məhərrəm Quliyev rüşvət alarkən işini olduqca ehtiyatlı tutur. Yəni, o, kimdən rüşvət alacaqsa, həmin şəxslə RİH-ə məxsus ayaqyolunda görüşür. Çünki, bu şəxs dərk edir ki, hazırda rüşvət almaq üçün ayaqyolu ən təhlükəsiz bir yerdir. Digər tərəfdən, bu şəxsin adı 1988-1993-cü illərdəki proseslərdə Əlikram Hümbətovla bağlı məsələlərdə, yəni qondarma “Talış — Muğan Respublikası”nın təbliğatçılarından biri olmaqda da hallandı. Bu iddialar isə növbəti yazımızın mövzusudur… //cumhuriyyet.az//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58 |
|
|
|
| • Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55 |
|
|
|
| • Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52 |
|
|
|
| • Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49 |
|
|
|
| • Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23 |
|
|
|
| • "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10 |
|
|
|
| • “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12 |
|
|
|
| • MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05 |
|
|
|
| • ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02 |
|
|
|
| • Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55 |
|
|
|
| • “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52 |
|
|
|
| • Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50 |
|
|
|
| • Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44 |
|
|
|
| • “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35 |
|
|
|
| • İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33 |
|
|
|
| • ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15 |
|
|
|
| • Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14 |
|
|
|
| • Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12 |
|
|
|
| • Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03 |
|
|
|
| • ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59 |
|
|
|
| • Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
| • Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Dünən, 11:47 |
|
|
|
| • Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Dünən, 11:40 |
|
|
|
| • Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Dünən, 11:30 |
|
|
|
| • Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Dünən, 11:26 |
|
|
|
| • Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
| • Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Dünən, 11:16 |
|
|
|
| • Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Dünən, 11:13 |
|
|
|
| • Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:10 |
|
|
|
| • Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Dünən, 11:08 |
|
|
|
| • Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Dünən, 11:05 |
|
|
|
|