"Sənədləri Xətai rayon İcra Hakimiyyətinə toplayıb vermişdim..." - Şəhid ailəsindən NARAZILIQ
Tarix: 4-07-2022, 11:37 | Çap et
 “Biz Bakıda da, Naxçıvanda da kirayədə yaşayırıq. Naxçıvanda anam kiçik qardaşımla bərabər kirayədə yaşayır, amma çox vaxt Bakıda mənim yanımda olur. Qardaşım şəhid mayor Vüsal Vəliyev subay olduğu üçün nə Naxçıvanda, nə də Bakıda bizi mənzillə təmin etmirlər. Bizə deyirlər ki, Naxçıvanda kənddə eviniz var və orda da anam gedib tək yaşaya bilmir. Əslində bizə mənzil Bakıda verilməlidir, çünki anam Xətai rayonunda qeydiyyatdadır”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsində şəhid olan mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib. E.İslamoğlu bir şəhid ailəsi kimi onlara qarşı bu laqeyd münasibətdən təəssüfləndiyini bildirib:
“Bakıda isə bizə deyirlər ki, məhkəməyə müraciət etməlisiniz ki, məhkəmə sizin mənzil haqqınızı tanısın. Vüsal əslində MİDA-da mənzil üçün qeydiyyatdan keçmişdi. Amma şəhid olandan sonra MİDA onun mənzil seçimi hüququnu da ləğv edib və onun seçimindən yaxınları olaraq biz istifadə edə bilmirik. Özləri də bizi mənzillə təmin etmirlər. Bir sözlə, Naxçıvan qeydiyyatı olduğumuza görə ortalıqda qalmışıq.


Vüsalın 19 illik xidməti var, əslində o, çoxdan mənzillə təmin olunmalı idi. Elə şəhid ailələri var ki, şəhid anası ayrı, həyat yoldaşı da ayrı mənzillə təmin olunub. Amma bizim ailəni bu məsələdə nəzərə almırlar. Anamın səhətində Vüsaldan sonra çoxsaylı problemlər var. Mən bunu indiyə kimi deməyi qüruruma sığışdırmırdım. Amma indi məcbur qalıb hər şeyi açıb sizə deyirəm. Mənim qardaşım döyüşə gedəndə məhkəməylə getməmişdi ki, indi mənzil məsələsinə görə də məhkəməyə müraciət edək. Bütün sənədləri Xətai rayon İcra Hakimiyyətinə toplayıb vermişdim. Amma imtina cavabı aldım. Dedilər ki, ancaq məhkəməyə müraciət etməlisiniz. Mən isə utanıram məhkəməyə müraciət edim ki, qardaşım şəhid olub və mənim ailəmi mənzillə təmin edin. Amma bütün bunlardan cavabdeh şəxslər utanmırlar. Özləri bizi mənzillə təmin etməlidir, kor deyillər ki. Qardaşım nişanlı ola-ola heç nəyi vecinə almadı, döyüşə getdi. Bizim ailədə 6 oğlan övladı böyüyür, amma mən şəxsən onlara demərəm ki, gedin özünüzü qurban verin. Çünki qardaşıma qarşı medal məsələsində haqsızlıq və hazırkı mənzil problemi bizi məyus edir. Bir nəfər anamın səhhətiylə maraqlanmır. Bir neçə gün əvvəl onun doğum günü idi və bir nəfər zəng vurub anamı təbrik etmədi. Halbuki Vüsal anamı birinci təbrik edirdi. Yəni başqaları kimi biz müavinət və ya başqa bir şey tələb etmirik. Biz mənəvi diqqət istəyirik, ağlamaqdan anamın gözünə mirvari suyu gəlib, gözləri zəifləyib, böyrəklərində, ayaqlarında problem var. Şəhidin ailəsinin problemini həll etmirlər, amma uşağın 18 yaşı tamam olanda gəlib qapımı döyürlər ki, uşağı ver əsgər aparaq. Mən isə övladlarıma deməyəcəm ki, gedin əminiz kimi özünüzü qurban verin. Mən görürəm ki, şəhid ailələrinə necə dırnağarası diqqət göstərirlər. Ən azından nəvələri görür ki, anama necə diqqət göstərirlər”. Qeyd edək ki, Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində təhsil alıb. 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu il tarixlərində isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alaraq hərb sənətinin sirlərini öyrənib. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl – Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinəcən yüksəlib. Mayor Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağdan başlayaraq Şuşanın azadlığı uğrunda gedən döyüşlərədə savaş yolu keçib. Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixində Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36 |
|
|
|
| • Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15 |
|
|
|
| • Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14 |
|
|
|
| • Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08 |
|
|
|
| • Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05 |
|
|
|
| • "Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52 |
|
|
|
| • Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41 |
|
|
|
| • Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36 |
|
|
|
| • Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26 |
|
|
|
| • "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22 |
|
|
|
| • Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15 |
|
|
|
| • Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09 |
|
|
|
| • Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07 |
|
|
|
| • Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56 |
|
|
|
| • Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47 |
|
|
|
| • "Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42 |
|
|
|
| • “İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36 |
|
|
|
| • 6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29 |
|
|
|
| • Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25 |
|
|
|
| • ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19 |
|
|
|
| • Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15 |
|
|
|
| • Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13 |
|
|
|
| • Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR - ÇÜNKİ...
Bu gün, 06:11 |
|
|
|
| • İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... - Knesset Netanyahu kimi CIRTQOZ DEYİL
Bu gün, 06:08 |
|
|
|
| • Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?
Bu gün, 06:03 |
|
|
|
| • "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
Bu gün, 06:02 |
|
|
|
| • Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02 |
|
|
|
| • Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58 |
|
|
|
| • “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56 |
|
|
|
| • Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42 |
|
|
|
| • Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37 |
|
|
|
| • “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31 |
|
|
|
| • Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23 |
|
|
|
| • Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19 |
|
|
|
| • Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08 |
|
|
|
| • Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
| • AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03 |
|
|
|
| • Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01 |
|
|
|
| • "Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01 |
|
|
|
| • “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49 |
|
|
|
| • İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45 |
|
|
|
| • “ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29 |
|
|
|
| • “Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22 |
|
|
|
| • Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15 |
|
|
|
| • Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09 |
|
|
|
| • Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:04 |
|
|
|
| • Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Dünən, 15:59 |
|
|
|
| • Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Dünən, 15:47 |
|
|
|
| • Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Dünən, 15:46 |
|
|
|
| • "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Dünən, 15:28 |
|
|
|
|