“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur .....                     Tıxaclar şairimizi də yorub... .....                     "Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                     Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... .....                     Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq .....                     Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR .....                     Feyziyevin aşıb-daşan sərvəti... .....                     Bölmək... bölünmək o qədər asandır ki... .....                     "Qarabağ" son nöqtəni də gözəl qoydu... .....                     “İmişli”nin loqosu plagiatdır? .....                     6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? .....                     Başçı Şabranı zibilxanaya çevirib .....                     ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? .....                     Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir .....                     Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! .....                     Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR .....                     İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... .....                     Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib .....                     "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR .....                     Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi .....                     Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir .....                     “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb .....                     Çarukyanın nələri varmış?! .....                     Asiya İnkişaf Bankına yeni vitse-prezident .....                     “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” .....                     Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? .....                     Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? .....                     Qaqauzlar Türkiyədən dəstək istədi: .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb .....                     AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır .....                     Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi .....                     "Villa Inn" otelində sevgilisini döydü .....                 

Neftçalanın seyid başçısı ŞƏHİD AİLƏSİNƏ QARŞI... - Şəhid atasına niyə torpaq verilmir...
Tarix: 16-06-2022, 08:51 | Çap et
Neftçalanın seyid başçısı ŞƏHİD AİLƏSİNƏ QARŞI...
Hamımız deyirk ki, Qarabağ şəhidləri başımızın tacıdır, ailələrinə qayğı göstərməliyik.
Bu barədə dəfələrlə cənab Prezident İlham Əliyev məmurlara sərt formada tapşırıb. Amma təəssüf ki, bəzi məmurlar, icra başçıları şəhid ailələrinə etinasız yanaşırlar.
İndi oxuyacağınız ürək ağrıdan sözlər də şəhidin atasına məxsusdur.
Belə ki, Xüsusi Təyinatlı Qüvvələrin ( XTQ ) kəşfiyyatçı giziri, Qarabağ ordenli Manafov Şahmar Vidadi oğlunun atası Manafov Vidadi Əliqulu oğlu redaksiyamıza təşrif buyurub.
Şəhid atasının müxbirimizə dediklərini olduğu kimi dərc edirik.
Şəhid atasının dediklərinə görə, oğlu Şuşa-Xocalı cəhbəsində şəhid olub. Şəhidin atası şəhid ailəsinə verilən evdən könüllü imtina edib. Yeri gəlmişkən, qəhrəman şəhidimizin anası da dünyasını dəyişib. Bircə övlad atası olan Vidadi kişi indi evində tək, tənha yaşayır.
Vidadi kişinin dediklərindən bəlli olur ki, bu günədək oğlunun məzarının götürülməsinə, yanında bulaq tikilməsinə, abadlıq və digər işlərə görə iki bankdan 9600 manat kredit götürüb, mağazalara isə 4000 manatdan artıq borcu var.
Şəhidin atası bildirir ki, Neftçala icra hakimiyyətindən mənə nə lazımdır kömək edəcəyik, narahat olma, desələr də indi kömək edən yoxdur.
Qəhrəman şəhid atası 5 hektar torpaq götürüb əkib-becərmək istəsə də icra hakimiyyəti onun bu istəyinə mane olur.
Şəhidin atası deyir ki, mənim oğlum bu torpaq uğrunda həlak olub, amma mən heç bir təmənnada deyiləm, ancaq bir onu demək istəyirəm ki, mənə 10 hektar torpaq vermirlər ki, əkib-becərim, başım qarışsın, vaxtım olmasın ki, nə isə düşünüm, bir dəqiqə boş qalan kimi dünya, aləm başıma fırlanır. Nə həyat yoldaşım var, nə oğlum! İndi mənim bu həyatda yaşamağım üçün yeganə çıxış yolum bu yaşımda ancaq və ancaq 24 saat işləmək, qazandıqlarımı isə xeyriyəçilik işlərinə sərf etməliyəm. Onda mən rahat olaram ki, qəhrəman şəhidimin ruhu şad olar. Mənim oğlumdan mənə Qarabağdan başqa heç bir yadigar qalmayıb. Bir ay idi ki evlənmişdir. Ancaq heç bir yadigarı qalmadı. İndi mən çıxış yolunu ancaq 24 saat işləməkdə, fiziki əməklə məşğul olmaqda görürüəm. Mən icra başçısı Mirhəsən Seyidova demirəm ki, gətir mənə pul ver, mənim ondan yeganə tələbim odur ki, mənə kəndimizdə 10 hektar torpaq sahəsi versin ki, əkim, becərim. Onu da vermir. Amma bizim kənddən olmayan Əmənulla Ələkbərova 500 hektar torpaq sahəsi veriblər, bu necə olur..?
Məlumat üçün qeyd edək ki, Əmənulla Ələkbərov 90-cı illərdə kolxoz sədri olarkən Neftçala rayonun Cəngan kəndinin torpaqlarında islahat aparılanda 500 hektar münbit torpağı ələ keçirib, uzun müddətli müqavilə adı altında. Əslində həmin 500 hektar torpağın cəmi 100 hektarının sənədi var, qalan 400 hektarı qanunsuz ələ keçirib.
Əmənulla təkcə böyük torpaq sahələrini deyil, sovet dövründə kolxoza məxsus olan fermaları da özününküləşdirib, örüş yerlərini zəbt edib. İndi kənd camaatı öz mal-qarasını otarmağa yer tapmır.
Əmənulla o qədər artırıb ki, kəndin icra nümayəndəsi Şahini başqa kənddən gətirib təyin etdirib, kəndin bələdiyyə sədri Elmanı seçdirib. Bir sözlə, kəndxudalıq edir. Şahin eyni zamanda Əmənullanın biznesinə mühasiblik edir.
İndi təsəvvür edirsiniz, kəndin 500 hektar torpağını zəbt edən Əmənulla həmin ərazidən şəhid atasına 10 hektar torpaq sahəsi vermək istəmir, amma özü 500 hektarı qamarlayıb.
Şəhidin atası deyir ki, onun övladının bu topraq uğrunda heç barmağı da qanamayıb, amma mən oğul itirmişəm...
Şəhidin atası dəfələrlə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbulunda olsa da heç bir nətəcə olmayıb.
Vidadi kişi deyir ki, icra başçısı və onun müavinləri mənə, “Əmi, yaxşı olacaq, darıxma” deyərək yola verirlər.
Bütün bu ədalətsizlik və süründürməçilikdən bezən şəhid atası bu il may ayının 20-də, saat 14-00-da Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyevin qəbulunda olub.
Şəhid atasının dediyinə görə, Zeynal müəllim onu çox yüksək səviyyədə qəbul edib və rayonun kuratoru Dəyanət müəllimi çağıraraq məsələni təcili araşdırmağı tapşırıb.
Dəyanət müəllim 10 dəqiqədən sonra gələrək məruzə edib ki, icra başçısı ilə danışdım, sahibkar Əmənulla da razıdır, gəlsin torpağı verək.
Amma təəssüf ki, rayonun icra başçısı Mirhəsən Seyidov hətta rəhbərliyin də göstərişini saymayıb.
Bütün bunlar azmış kimi, icra hakimiyyəti ən çirkin yola əl ataraq şəhid ailələrini üz-üzə qoyur.
Belə ki, icra hakimiyyəti tərəfindən “təmin” olunan bəzi şəhid valideynləri Vidadi kişinin üzərinə gələrək deyirlər ki, bu işdən əl çək.
Şəhid atası onu da qeyd etdi ki, icra başçısı Mirhəsən Seyidov rayon camaatını yaxşı tanımır, onu müavini Bürcəli idarə edir.
Söhbətimizin sonunda şəhid atasının dedikləri bizi lap sarsıtdı.
Onun dediklərinə görə, icra hakimiyyəti Prezident Administaraiyasına hesabat göndərib ki, şəhid Şahmar Mənafovun hüzr məclisinə “ 10 kilo kartof, 5 kilo soğan, 5 paçka salfetka, 3 kilo yağ göndərmişik”.
Sözün düzü, Vidadi kişinin bu son sözlərindən sonra yazmağa söz tapmadıq.
Düşünürük ki, yazının dərcindən sonra müvafiq dövlət qurumları lazımi addımı atacaqlar.
P.S. Hörmətli Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, biz QHT rəhbərləri və jurnalist təşkilatları olaraq Füzuli rayonuna əsgərlərlə görüşə gedəndə, şəxsən bizə xahiş edirdin ki, sizdən sonra deyin mənə də söz versinlər. Biz onu etdik. Sənə həmişə doğma yanaşdıq. Ön xətdə getməməyin üçün bizə xahiş etdin. Səni aparmadıq, dedik ki, çox gəncsən. Eybi yox, böyüyər xalqımız üçün gərəkli övlad olar. Axı, sənin getməyə cəsarət etmədiyin yerlərdə şəhid olanların hüquqlarını pozmağa sənin ixtiyarın yoxdur. Bir dostumuz kimi səndən xahiş edirik ki, şəhidin atasına hörmətlə yanaşın, onun istəklərinə müsbət münasibət sərgiləyin. İmkan verin şəhidimizin RUHU rahat olsun. AXI O BU GÜN SAĞ OLSAYDI ONUN ATASI VİDADİ KİŞİNİN SƏNDƏN HEÇ BİR TƏLƏBİ OLMAZDI. BÜTÜN NEFTÇALA CAMAATI BİLİR Kİ, VİDADİ KİŞİNİN ŞƏHİD QƏHRƏMANI SAĞ OLANDA ONUN HEÇ NƏYƏ EHTİYACI OLMAYIB, HEÇ KİMDƏN HEÇ NƏ UMMAYIB. VERİN ONUN İSTƏDİYİNİ!!!
//gundelik-baku.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15
Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13
Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR - ÇÜNKİ...
Bu gün, 06:11
İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... - Knesset Netanyahu kimi CIRTQOZ DEYİL
Bu gün, 06:08
Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?
Bu gün, 06:03
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
Bu gün, 06:02
Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58
“Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23
Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19
Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04
AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03
Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01
"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49
İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22
Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09
Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:04
Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Dünən, 15:59
Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Dünən, 15:47
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru