“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur .....                     Tıxaclar şairimizi də yorub... .....                     "Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                     Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... .....                     Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq .....                     Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR .....                     Feyziyevin aşıb-daşan sərvəti... .....                     Bölmək... bölünmək o qədər asandır ki... .....                     "Qarabağ" son nöqtəni də gözəl qoydu... .....                     “İmişli”nin loqosu plagiatdır? .....                     6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? .....                     Başçı Şabranı zibilxanaya çevirib .....                     ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? .....                     Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir .....                     Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! .....                     Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR .....                     İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... .....                     Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib .....                     "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR .....                     Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi .....                     Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir .....                     “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb .....                     Çarukyanın nələri varmış?! .....                     Asiya İnkişaf Bankına yeni vitse-prezident .....                     “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” .....                     Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? .....                     Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? .....                     Qaqauzlar Türkiyədən dəstək istədi: .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb .....                     AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır .....                     Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi .....                     "Villa Inn" otelində sevgilisini döydü .....                 

Beyləqanda müdiri ifşa edən işçinin başına oyun açırlar... - GİLEY
Tarix: 13-06-2022, 09:44 | Çap et
Beyləqanda müdiri ifşa edən işçinin başına oyun açırlar...
"Məsələn, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rayonda 200-dən çox artezian quyusu var. Həmin quyuların sayğaclarındakı rəqəmlər hər ay 2-3 dəfə şişirdilir, bir müddətdən sonra izi itirmək üçün həmin sayğaclar qəsdən yandırılır. Hərbi hissələr var ki, yerləri dəyişdirilib, köhnə hərbi hissələrin sayğacları yoxdur, deyək ki, orda təkcə gözətçi qalır. Sayğac və binada fəaliyyət olmadığı halda şişirdilmiş rəqəmlərlə işıqpulu yazılır. Halbuki, bir gözətçi o binada nə qədər işıq işlədir ki? Bu rəqəmlər gəlib mənə çatanda, onları sistemə vurmaqdan imtina edirdim, deyirdim, bu rəqəmlər şişirdilib. Bu da şəbəkə rəhbərliyinin xoşuna gəlmirdi”.

Beyləqan sakini, Füzuli Həsənov Meydan TV-yə danışır ki, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Beyləqan Elektrik Şəbəkəsinin rəhbərliyinin qanunsuz əməllərini ifşa etdiyinə görə işsiz qalıb.

Onun sözlərinə görə, şəbəkəyə yeni rəhbərlik gələndən qanunsuzluqlar çoxalıb. O da bu barədə müxtəlif qurumlara yazıb:

"Beyləqan Elektrik Şəbəkənin rəisi Zülfü Salahov, Satış şöbəsinin rəisi Anar Mirzəyev, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elnur Həsənov əlbir olaraq qanunsuzluqlarla məşğul idilər. Mənsə onlardan bu qanunsuzluqları dayandırmağı tələb edirdim”.

"Mən informasiya mühəndisiydim, onların bütün qanunsuzluqlarını görən bəlkə də yeganə işçiydim. Çünki bütün məlumatlar gəlib məndən keçirdi. Onlar çox vaxt məni də bu qanunsuzluqlara ortaq olmağa məcbur edirdilər, mən isə razı olmurdum. Buna görə də məndən zəhlələri gedirdi, çünki əl-ayaqlarına dolaşırdım”.
Füzuli Həsənov deyir ki, onlardan DTX-ya, digər qurumlara yazmağa başlayanda bu adamlar da onu hədələməyə başlayıblar:

"Dedilər, səni ləkələyib işdən Əmək Məcəlləsinin 70c bəndiylə qovacağıq, əmək kitabçanı korlayacağıq, heç yerdə səni işə götürməyəcəklər”.

Keçmiş işçi deyir, şəbəkənin rəisi 2020-ci ilin oktyabrında, satış şöbəsinin rəisi Anar Mirzəyevsə 2021-ci ilin avqustunda həmin vəzifələrə təyin olunub. Elə həmin vaxtdan da şəbəkədəki qanunsuzluqlar, rüşvət halları artıb:

"Mən bunların qanunsuz əməllərindən yazdıqca, bunları çağırıb sorğu-sual etməkdənsə, vəzifələri artırılır. Anar Mirzəyev əvvəllər Bakının Xətai rayonunda işləyib, qanunsuz əməllərinə görə işdən çıxarılıb, sonra nə yollasa Füzuliyə göndərilib. Orda da düzgün işləməyib, işdən çıxarılaraq bizə – Beyləqana göndərilib. Mənim qurumlara yazdığım məktublardan sonra – bu ilin martında qanunsuz əməllərini ört-basdır etmək üçün Zərdaba göndərilib”.

Füzuli Həsənovun sözlərinə görə, elə onun özü də bu ilin martından işsiz qalıb:

"Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elnur Həsənov martın əvvəli məni yanına çağırıb dedi ki, sənin işin çətindir. Hamıyla düşmən olmusan, münasibətləri korlamısan. Biz məcburuq ki, səni maddəylə işdən çıxaraq, əmək kitabçan korlanacaq, özünə iş tapa bilməyəcəksən. Gəl özün ərizə yaz, narahat olma, işsiz qalmayacaqsan, başqa şəbəkəyə keçirərik. Mən də düşündüm ki, sonradan işsiz qalmaqdansa, ərizə yazım, bəlkə ən doğru yolu bu olar. Ərizəmi yazan kimi əmrimi verdi, özümü də qovdu”.

Füzuli Həsənov deyir, bu ilin yanvarından DTX-ya, DİN-ə, Baş Prokurorluğun Korrupsiya İdarəsinə, Müdafiə Nazirliyinə, Meliorasiya və Su Təsərrüfatı ASC-yə, "Azərişıq” ASC-yə elektron məktublar göndərib. Ancaq həmin qurumların heç biri məsələ ilə maraqlanmayıb:

"Yalnız zəng vuraraq bildiriblər ki, müraciətiniz quruma çatdı. Vəssalam. Nə bir maraqlanan var, nə də araşdıran…”.

Ancaq iş yoldaşları da Füzuli Həsənovdan qurumlara şikayətlər yazıblar:

"Mən o şəbəkədə 6 rəis, iki regional rəis dəyişmişəm, qüsursuz işləmişəm, 12 ildə bircə dəfə də töhmətim olmayıb. Mənə böhtan atırdılar ki, guya kiməsə xətt satmışam, rüşvət almışam, rəqəmləri saxtalaşdırmışam. Halbuki, bunların heç biri mənim vəzifəmə aid deyil. Mənim işim kompüter mühəndisliyidir, abonentə necə xətt sata bilərəm? Yaxud, kompüter mühəndisi hansı işə görə rüşvət ala bilər? Mənim sahəmdə rüşvət verilməsi üçün heç nə yoxdur axı…”.
Füzuli Həsənov mart ayından işsiz qalıb və çətinliklərə düşdüyünü deyir:

"İki övladım var, ikisi də nitq qüsurludur, 5-6 yaşları var, danışmırlar. Onların müalicəsi üçün bankdan 8 min manat kredit götürmüşəm, işləyib kreditimi ödəyirdim, indi borcların qarşısında çarəsiz qalmışam. Uşaqların müalicəsi dayanıb. Mənim bircə yolum qalıb ki, gəlib "Azərişıq” ASC-nin qarşısında aksiya keçirim. Bir var yararsız kadr olasan, çıxarıb atalar çölə. Bir də var, dediyim kimi, 12 il qüsursuz, töhmətsiz işləmişəm. Həmişə qanuna hörmətlə yanaşmışam, özbaşınalığa etiraz etdiyim üçün məni işsiz qoyublar. Fakrlar yazıram ki, bu adamlar belə edir, baxan da yoxdur”.

Beyləqan Elektrik Şəbəkənin rəisi Zülfü Salahov Meydan TV-yə bildirib ki, Füzuli Həsənovun özünün fəaliyyətində neqativ hallar olub:

"Əslində o neqativ hallarla bağlı işdən çıxarılmalıydı. Ancaq öz ərizəsiylə işdən çıxdı. İşdən çıxandan sonra da yazdıqlarıyla bağlı araşdırma olub, izahat verib ki, əsəbləşib yazmışam”.

Füzuli Həsənovsa keçmiş rəisinin yalan danışdığını bildirib: ""Azərişıq” ASC-dən zəng vurub dedilər ki, belə bir şeylər yazmısan, əsəbi olub yazmısan, gəl bir izahat yaz ki, əsəbi olmuşam, mən dediklərini etmədim”.

Meydan TV








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15
Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13
Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR - ÇÜNKİ...
Bu gün, 06:11
İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... - Knesset Netanyahu kimi CIRTQOZ DEYİL
Bu gün, 06:08
Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?
Bu gün, 06:03
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
Bu gün, 06:02
Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58
“Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23
Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19
Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04
AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03
Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01
"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49
İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22
Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09
Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:04
Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Dünən, 15:59
Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Dünən, 15:47
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru