Azərbaycan neftinin qiyməti 88 dolları ötüb .....                     Rusiya bazarı Ermənistan üçün bağlanır .....                     Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı .....                     "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb .....                     “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur .....                     Tıxaclar şairimizi də yorub... .....                     "Artıq ikinci dəfədir ki.." .....                     Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... .....                     Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... .....                     Husilər İranın xahişinə "HƏ" dedilər .....                     "Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." .....                     Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... .....                     Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq .....                     Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR .....                     Feyziyevin aşıb-daşan sərvəti... .....                     Bölmək... bölünmək o qədər asandır ki... .....                     "Qarabağ" son nöqtəni də gözəl qoydu... .....                     “İmişli”nin loqosu plagiatdır? .....                     6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? .....                     Başçı Şabranı zibilxanaya çevirib .....                     ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? .....                     Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir .....                     Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! .....                     Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR .....                     İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... .....                     Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib .....                     "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR .....                     Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi .....                     Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir .....                     “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb .....                     Çarukyanın nələri varmış?! .....                     Asiya İnkişaf Bankına yeni vitse-prezident .....                     “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” .....                     Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? .....                     Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? .....                     Qaqauzlar Türkiyədən dəstək istədi: .....                 

Göygöl səhiyyəsində NƏLƏR BAŞ VERİR? - ŞOK İTTİHAMLAR
Tarix: 2-06-2022, 11:56 | Çap et
Göygöl səhiyyəsində NƏLƏR BAŞ VERİR?
Göygöl Mərkəzi rayon Xəstəxanası Publik Hüquqi Şəxsin harınlamış, təyinatından bəri qorxmadan korrupsiya və rüşvətə aludə olmuş direktoru Vasif Əliyev indi də xəstəxana kollektivinə qarşı qoçuluqla, əl-qol atmaqla, cərrahiyyə əməliyyatları üçün aldığı və ya pasientlərdən tələb etdiyi rüşvəti ifşa edən xəstəxana işçilərini başının dəstəsilə birgə döyməklə məşğuldur. Demokratik.Az-ın məlumatına görə, hazırda Göygöl rayon polis şöbəsində və rayon prokurorluğunda açılan cinayət işi məhz bu rəzillikdən bəhs edir, laboratoriya müdir Zeynalabdin Əliyevin şikayəti üzrə istintaq aparılır.
Yuxarıda ipucu verdiyim qəbuledilməz detallara varmadan hazırda TƏBİB adlı quruma rəhbərlik etməkdə olan Vüqar Qurbanova bir daha bildirək ki, sələfi Ramin Bayramlının Göygöl xəstəxanasına təyin etdiyi "60 minlik" direktorun adi etik davranış və idarəetmə bacarıqları yaşı 40-ı ötsə də formalaşmayıb. İxtisasca cərrah olan bu əndazə və səlahiyyət həddi tanımayan şəxsin oturduğu isti qucaqlardakı məstedici rahatlığı, şımarıqlığı, məhz Vüqar Qurbanovun və digər dövlət qurumlarının Vasif Əliyev davranışlarına biganəliyi onu direktorluq-həkimlik qılafından tamamən çıxarıb. Bu, bir kənddən ağır hikkələrilə şəhərə enən adam büründüyü cəzasızlıq mühitində ona həvalə edilmiş vəzifə səlahiyyətlərini ilk öncə qazanc məqsədilə istifadə edir, bacarıq-qabiliyyətinə görə deyil, maddiyyatla qonduğu kreslosuna xeyli ağır gəlir. Ən dəhşətlisi, Vasif Əliyev rayon Xəstəxanasını 1994-cü ildə hakimiyyəti ələ keçirmək üçün Ulu Öndər Heydər Əliyevə qarşı çıxmış Kəramət Kərimovu günlərlə Balçılıdakı bağında gizlətmiş, sabiq baş nazir Sürət Hüseynovla dostluq etmiş mərhum atası Şahin Əliyevin xırmandalı zənn edib istədiyi kimi tarıma çəkir. Adam o qədər xəstədir ki, nə il ərzində xəstəxanaya ayrılan 150 min manatlıq dərmanı yeməklə, nə xəstəxanada stasionar pasientlərə bişirilməli olan yeməkləri və gündəlik çörək və digər nazu-nemətləri həzm-rabe etməklə də doymaq bilmir. Tam əksi, direktor ola-ola təlimatdankənar bütün əməliyyatlara burnunu soxan, rüşvət alaraq xəstələri doğrayan Əliyev gün keçdikcə tamahını qılıncdan da iti edir. Bu kimi faktları yazsaq da, desək də Vüqar əfəndinin öz tabeliyindəkinə qulaqburması verməməsinə şahidlik etməkdəyik. Bu isə, ölkə səhiyyəsinin inkişafına, kadrların seçimində şəffaflığa həssas yanaşan prezidentin TƏBİB rəhbərliyinə etimadına ən azından hörmətsizlikdir.

Beləliklə, xəstəxanadakı dava olayına keçək;
Mayın 25-də, saat 14:30 radələrində direktor Vasif Əliyev yanına cərrah İlkini, Simral, Elşad, Fuad, Nazim, Nazir adlı nəzarəçiləri götürərək xəstəxananın radiologiya şöbəsinin ikinci mərtəbəsində fəaliyyət göstərən laboratoriyaya hücuma keçib. Direktor və yandaşları dava etmək niyyətilə laboratoriya müdiri Zeynalabdin Əliyevin iş otağına daxil olduqdan sonra, mikroskopla işləyən adamı döyməyə başlayıblar. Əvvəlcə, direktor ağır sözlərlə Z.Əliyevi təhqir edib, onu stolun arxasındaca şillə ilə vurub. Ardınca da, cərrah İlkin laboratoriya stoluna təpikləyib otaqda əlinə keçən nə varsa hər şeyi zərərçəkmişin başına vurmaqla, əl-qol atmaqla döyüblər.

Dava zamanı otağın qapısı direktorun göstərişilə koridordan bağlanıb və Simral adlı nəzarətçi davanı durdurmağa çalışan işçilərin otağa girməsini dayandırıb. Lakin, şöbənin xanım işçiləri Təqiqət Ağayeva və Ceyran Məmmədova israrlı cəhddən sonra otağa daxil olaraq direktoru və qoçuluq edən İlkini birtəhər koridora çıxara biliblər. Dava zamanı laboratoriya otağındakı tibbi ləvazimatlar, qoruyucu kamera, ventilyator, mikroskop, petri, karon və şüşəli əşyalar sındırılaraq yararsız vəziyyətə salınıb. Otağın döşəməsi şüşə qırıqları ilə dolub, rəngli maye sabunu yerlə bir olub. Xadimə işləyən Ceyran Məmmədovanın dava əsnasında Vasif Əliyevə; "Səni pul alıb direktor qoyana lənət, sən özünü apara bilmirsən. Get ərizəni yaz, rədd ol bu xəstəxanadan, canımız qurtarsın səndən.." sözləri xəstəxananın koridorlarında artıq trend olub.

Olayla bağlı Demokratik Az-a danışan Zeynalabdin Əliyevin bildirdiyinə görə, davaya səbəb onun xəstəxanada pasientlərdən yığılan və tələb edilən rüşvət faktlarına etiraz etməsi ilə əlaqədar olub. Laboratoriya müdiri deyir ki, əməliyyat öncəsi xəstələr laboratoriyada analizlər verdikdə onlardan rüşvət istənildiyini öyrənib. Eləcə də pullu xəstələrin müxtəlif müayinələr üçün Vasif Əliyev tərəfindən "Gəncə İstanbul NS" klinikasına göndərilməsinə, pasientlərin əlavə xərcə salınmasına, xəstəxanada müasir laborator şərait ola-ola kənara göndərişlərin özbaşınalıq olduğuna etiraz edib. Çoxsaylı xəstələri rüşvət verməməyə, aldanmamağa çağırıb. Nəticədə, özü də cərrahlıq edən direktor tamah məqsədilə və öz rüşvət mexanizmini qorumaq hikkəsilə sözügedən biabırçılığa imza atıb.
Z.Əliyevin başına gələnlərdən aydın olur ki, Vasif Əliyev özünün də əməliyyatında iştirak etdiyi xəstələri Gəncədəki klinikalara pasient göndərişinin hər biri üçün müəyyən gəlir əldə edir. Eləcə də, adi apendisit üçün vətəndaşlardan 250 manat, öd kisəsinin çıxarılması üçün 300-400 manat, doğum şöbəsində analardan, digər şöbələrdə müalicə adı ilə müxtəlif məbləğlərdə rüşvət yığılır.

Zeynalabdinin bildirdiyinə görə, dava günü cərrahların əməliyyat üçün tanıdığı daha bir pasientdən də 250 manat rüşvət aldıqlarını öyrənib. Pasientə görə öz cibinin pulu ilə reaksinlər alıb öz işini gördükdən sonra, İlkin həkimdən xəstənin pulunun geri qaytarılmasını xahiş edib. İlkin etiraz etdikdə, xəstəyə əməliyyat xərclərinin İcbari Tibbi Sığorta tərəfindən ödənildiyini söyləyərək şikayət üçün direktor Vasif Əliyevin yanına göndərib. Məhz bundan sonra Vasif Əliyev Z.Əliyevə zəng edərək: "sən kimsən ki, xəstələri öyrədirsən, bizim pul işimizə qarışırsan axı.."-deyib və qısa zaman sonra da utanmadan öz qoçuluğunu edib.

Direktorun təşkil etdiyi davanın xəstəxanadakı təhlükəsizlik kameralarına da yansıdığı bildirilir. Baş verənlər isə adi xuliqanlıq, adamdöymə əməli deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə xəstəxana direktorunun Vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadəsidir. İşin içində rüşvətalma, tabeliyindəkiləri rüşvətə sövqetmə cinayəti var.
Həmin məcəllənin 308.2-ci maddəsinə görə, "vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Olayda ortaya çıxan ictimai önəmli məsələ Göygöl MRX PHŞ-də hələ də rüşvət və korrupsiyanın mövcudluğunun təsdiqi, direktorun harınlığı və qudurğanlığıdır. Əgər bu səhiyyə ocağında hələ də abırsızcasına, ləyaqətsizcəsinə icbari tibbi sığorta ödəmələrilə əməliyyat olunan, müalicə alan xəstələrdən rüşvət alınırsa, bu hal ciddən araşdırılmalıdır. Əgər, əhali icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində Göygöl MRX PHŞ-də məhz direktor Vasif Əliyevin cərrah bıçağının altında rüşvətlə soyulursa və buna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və digər başbilənlər özləri münbit şərait yaradırlarsa bu özbaşına ünvanda prezident administrasiyası, baş prokurorluq və DTX tərəfindən xüsusi yoxlamanın keçirilməsi məcburidir. Ədalətli araşdırma üçün isə, ümumiyyətlə harınlamış Vasif Əliyev dərhal vəzifəsindən uzaqlaşdırılmalı, onun illərdir toplamış olduğu rüşvətə şəriklilik həvəsi kimsələrdə olmamalıdır. Əgər, Vasif Əliyevin gəlişindən bəri xəstəxanada əməliyyat olunan, övlad dünyaya gətirən şəxslərin bir çoxu obyektiv dindirilsələr rüşvət mexanizmi ifşa edilmiş olar. Son illərdəki mühasibat-uçot sənədləri də diqqətlə vərəqlənsə, dərmanların hara yoxa çıxdığı soruşulsa, korrupsiya deyilsə hansı zərurətlə eyni çarpayı sayı olan xəstəxanada Vasif Əliyevin 100-dən artıq süni ştat yaratmasının səbəbləri öyrənilərsə dövlət səhiyyəsini bunca gözdən salan bir direktorun həbsi sadə iş olar.

Bu olaydan sonra da Vasif Əliyev öz direktor toxunulmazlığını qoruya biləcəksə, rəzil hadisə harınlamış direktorla dostluq edən rayon prokurorumuz İlqar Hacızadə tərəfindən malalanacaqsa, bəri başdan deyirəm - Vasifkimilərə züy tutanlara, ona tumar çəkənlərə sadəcə AR OLSUN!

Osman Nərimanoğlu
Demokratik.Az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Babək Hüseynov gələcəyin RUZİSİNİ DƏ YEYİR - Ayağımızda milyardlıq borclar var...
Bu gün, 07:07
Feyziyevin aşıb-daşan sərvəti... - BU HƏLƏ HARASIDIR Kİ...
Bu gün, 06:56
Bölmək... bölünmək o qədər asandır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:47
"Qarabağ" son nöqtəni də gözəl qoydu... - Ardı gəlsin!
Bu gün, 06:42
“İmişli”nin loqosu plagiatdır? - FOTO
Bu gün, 06:36
6.7 milyondan çox borcu olan “Azfert” MMC kimindir? - FOTO
Bu gün, 06:29
Başçı Şabranı zibilxanaya çevirib - Asif Hüseynov hansı günə o kürsünü məşğul edir ki...
Bu gün, 06:25
ABŞ-İran qarşıdurması genişmiqyaslı müharibəyə çevrilə bilər? - Partiya sədrindən PROQNOZ
Bu gün, 06:19
Rusiya və İranın TRİP marşrutuna strateji təhdid olması gözlənilmir - ŞƏRH
Bu gün, 06:15
Doğrudanmı, Rusiya heç dəyişmək istəmir?! - AKTUAL
Bu gün, 06:13
Trampın iştirakı Güney Qafqazdakı sülh üçün MÜHÜMDÜR - ÇÜNKİ...
Bu gün, 06:11
İsrail saxta erməni soyqırımını tanısa, o zaman yəhudi soyqırımını da şübhə altına alacaq... - Knesset Netanyahu kimi CIRTQOZ DEYİL
Bu gün, 06:08
Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verilib – Kimin planıdır?
Bu gün, 06:03
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC qanunları BELƏ POZUR - FOTOFAKT
Bu gün, 06:02
Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Dünən, 18:02
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Dünən, 17:58
“Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Dünən, 17:56
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Dünən, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Dünən, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Dünən, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Dünən, 17:23
Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Dünən, 17:19
Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Dünən, 17:08
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Dünən, 17:04
AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Dünən, 17:03
Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Dünən, 17:01
"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Dünən, 17:01
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Dünən, 16:49
İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Dünən, 16:45
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Dünən, 16:29
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Dünən, 16:22
Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Dünən, 16:15
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru