Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı .....                     Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı .....                     Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM .....                     Əlillərlə bağlı BU TƏLƏB VAR... .....                     Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? .....                     Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib .....                     DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? .....                     İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? .....                     "İki gündür internetimiz kəsilib, amma..." .....                     Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı .....                     Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır? .....                     Trampın sensasion Zəngəzur dəhlizi planı .....                     Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB .....                     Moskvaya daha bir “sürpriz” .....                     Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir .....                     Azərbaycan təhsilinin QARA GÜNLƏRİ .....                     "Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır" .....                     BU NƏDİ BELƏ: Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi… .....                     Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir .....                     Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? .....                     Ölkədə hərbi baza yerləşdirməyimizin vaxtı çatıbmı? .....                     Putin üçün xüsusi tribunal: .....                     Aİ-nin İrana qarşı təzyiq mexanizmləri məhduddur .....                     Rusdilli məktəblərin bağlanması ilə bağlı VACİB XƏBƏR .....                     “Bəli, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi olmayacaq” .....                     Hava ilə bağlı yeni narahatlıq .....                     "Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" .....                     “Vaqif Bakinski” Azərbaycanın sorğusu əsasında həbs edilib? .....                     “Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı .....                     Orenburqda “qanuni oğru” Zaur Naxçıvanski saxlanıldı: .....                     Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib .....                     Ayı ilə öz dilində danışmaq lazımdır .....                     Rusiya və Azərbaycanın Baş Prokurorluqları müntəzəm əlaqə saxlayırlar .....                     Rusiya azərbaycanlı sənətçilərə qadağa qoyub? .....                     Ölkəyə ekstazi gətirən Ramazanov .....                     Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə .....                     Baş direktordan "Sputnik Azərbaycan"ın fəaliyyəti ilə bağlı açıqlama .....                     ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR .....                     Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb .....                     Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb .....                 

“İndi özünü xəstəliyə vurub, amma MTN-də yekə-yekə danışırdı” - MTN İŞİ...
Tarix: 1-06-2022, 08:29 | Çap et
“İndi özünü xəstəliyə vurub, amma MTN-də yekə-yekə danışırdı”
MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Mövlam Şıxəliyev və onun keçmiş üç işçisindən zərərçəkmişlərdən biri də Cavidan Hacıyevdir. O danışır ki, vaxtilə şəriki ilə birlikdə girov qoyub, bizneslərini inkişaf etdirmək məqsədilə “Texnikabank”dan 30 milyon kredit götürmüşdülər. Bununla da MTN-çilərin hədəfinə çevrilmişdilər. Heç bir cinayət törətmədikləri halda, MTN-də ondan və şərikindən 1 milyon pul alındı. Cavidan Hacıyev mayın 31-də sabiq MTN-çilərin məhkəməsində zərərçəkmiş qismində ifadə verərkən bu barədə danışıb.

Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan daha üç nəfərin – istintaq idarəsinin sabiq rəis müavini, 1-ci şöbənin rəisi olmuş Yasin Məmmədov, 2-ci şöbənin rəisi olmuş Vüsal Ələkbərov, metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun işinə Bakı Hərbi Məhkəməsində baxılır. Bu işə baxan hakim Elbəy Allahverdiyev əvvəlki kimi, yenə də jurnalistləri sabiq MTN-çilərin məhkəməsinə buraxmır. Jurnalistlər də əvvəlki məhkəmə iclaslarında olduğu kimi, yenə də prosesdə baş verənlər haqda ətraflı məlumat əldə edə biliblər.

Zərərçəkmişlər isə hakimi sabiq MTN-çilərin əməllərini ört-basdır eləməkdə, onları qorumaqda ittiham edir.

Zərərçəkmişlər həmçinin Mövlam Şıxəliyev kimi, digər üç təqsirləndirilənin də həbs olunmasını tələb edir. Onlar bildirir ki, adları çəkilən üç nəfər nə əməllərindən peşmandır, nə də zərərçəkmişlərə vurduqları ziyanı ödəmək niyyətindədir. Onların hansı səbəbdən azadlıqda saxlandığı da anlaşılmır.

Mayın 31-də keçirilən məhkəmə iclasında öncə şahid kimi Vüqar Cəfərov dindirilib. O, zərərçəkmiş Etibar Cəfərovun qardaşıdır.

Şahid deyir ki, qardaşı “Sədərək” ticarət mərkəzində sahibkarlıqla məşğul olurdu. 2013-cü ilin avqustunda qardaşını Seyran Nəcəfov, Balaşirin Babayev, Elman Əhmədov, Elvar Əliyev və Natiq Teymurovla birlikdə MTN əməkdaşları saxlayıb, onları qaçaqmalçılıqda ittiham ediblər. Etibar Cəfərovun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“İstintaqı Fuad Məmmədov aparırdı. Müstəntiq Fuad Məmmədov şöbə rəisi Yasin Məmmədovla birlikdə atamdan qardaşımın buraxılması üçün 300 min manat istədi. Halbuki, qardaşım nə qaçaqmalçılıq, nə də başqa bir cinayət törətmişdi, onu şərləyirdilər. Qohum-əqrəbadan borc aldıq, nəyimiz var, satdıq, 210 min manat toplayıb, MTN-in arxasında Fuad Məmmədova verdim. 3-4 gün sonra qardaşımı azad etdilər”, – şahid ifadəsində bildirib.

Etibar Cəfərov və digərləri haqqında cinayət işi Qaradağ Rayon Məhkəməsinə göndərilib. Orada qaçaqmalçılıq ittihamı ölkəyə keyfiyyətsiz mal gətirilmə ittihamına tövsif olunub: “Bu da yalan idi, mallar keyfiyyətliydi. Ona görə boş qutuları yandırıb videoya çəkdilər ki, guya keyfiyyətsiz malları yandırırlar. Qardaşımla bərabər tutulanlardan da pul almışdılar. Məhkəmə onların hər birinə cərimə cəzası kəsdi”.

Şahid əlavə edib ki, MTN-də onlara vurulan ziyan ödənilməyib.

Məhkəmədə dindirilən daha bir zərərçəkmiş Cavidan Hacıyev hazırda həbsdədir. O bildirib ki, 2016-ci ildə “Texnikabank”dan 18 milyon manat kredit götürüb mənimsəməkdə təqsirləndirilərək, 10 il azadlıqdan məhrum edilib. Sonradan cəzası 6 ilə endirilib.

Həbs olunana qədər Türkiyə və başqa ölkələrdə böyük bizneslə məşğul olduğunu deyən Cavidan Hacıyevin sözlərinə görə, onun Rauf Kərimov adlı şəriki vardı. Biznesin inkişafı üçün 2008-ci ilin dekabrında “Texnikabank”a girov qoyub, 30 milyon dollar uzunmüddətli kredit götürüblər. Rauf Kərimova məxsus “Bakı” mehmanxanası da girov qoyulub.

2012-ci ilin martında “Texnikabank”ın rəhbəri Etibar Əliyev MTN tərəfindən həbs olunandan az sonra – may ayında onları da Vüsal Ələkbərov MTN-ə çağırıb:

“Türkiyədən ölkəyə gəlib, Vüsalın çağırışıyla mütəmadi MTN-ə gedirdim. 2-3 ay belə davam elədi. Vüsal Ələkbərov hər gün məndən və Rauf Kərimovdan “Texnikabank”dan krediti necə, kimin vasitəsilə götürdüyümüzü, nəyə xərclədiyimizi soruşurdu. Nəhayət, bir gün tələb elədi ki, hərəmiz ona 500 min pul verməliyik, yoxsa ikimiz də həbs olunacağıq. Əvvəl razılaşmadıq. Çünki heç bir cinayət törətməmişdik. Amma Vüsal Ələkbərov əl çəkmədi. Bizi hədələyirdi. Bizi 3-4 dəfə Təhsin Ağayevin otağına apardı. Təhsin Ağayev də ona qoşulub hər dəfə bizə hədə-qorxu gəlirdi, israrla 1 milyon manat verməyimizi tələb edirdi. Təhsin Ağayev bu gün özünü xəstəliyə vurub, aradan çıxıb. Amma MTN-də özünü dəcəl uşaq kimi aparırdı, yekə-yekə danışırdı. Bizi o qədər bezdirdilər ki, Təhsin Ağayev və Vüsal Ələkbərovun tələbilə razılaşmağa məcbur olduq. Razılaşmamışdan bir neçə gün əvvəl Təhsin Ağayev Vüsal Ələkbərovun otağından Raufu birbaşa Mövlam Şixəliyevin kabinetinə aparmışdı. Təxminən 15 dəqiqəlik söhbətdən sonra Rauf gəlib dedi ki, pulu düzəldib verməsək, axırımız yaxşı olmayacaq. Mövlam Raufa demişdi ki, 1 milyonu verməsəniz, ikiniz də həbsdə çürüyəcəksiniz”.

Cavidan Hacıyev əlavə edib ki, şəriki ilə 2012-ci ilin sentyabr-noyabr aylarında “Yunayted Kredit Bank” və “Atrabank”dan kredit götürüb, MTN-ə veriblər.

Məhkəmədə dindirilən daha bir zərərçəkmiş Orxan Abdullayev deyir ki, şəriki Sərdar İsmayılovla Gürcüstanda satmaq üçün Çindən pirotexniki vasitələr və yapışqanlı lent sifariş eləmişdilər. Mallar Tbilisi şəhərindəki “Lilo” bazarının bazasına gəlib. Malların üstündə Gürcüstanın bayrağı olmadığı üçün bu ölkədə satışı da mümkün olmayıb. Ona görə həmin malları Azərbaycanda satmaq haqda düşünüblər. Sərdar İsmayılov tanışı Elman Məsimov vasitəsilə malları Bakıya gətirə biləcəyini deyib. Sərdarla birlikdə Balakənə gedib, orada Elmanla görüşüblər. Elman da öz növbəsində onları Əfsəl və Məcid adlı şəxslərlə tanış edib. Həmin adamlarla birlikdə Tbilisiyə gedib, malların yerini Əfsəl və Məcidə göstərib, Balakənə qayıdıblar.

“10 sentyabr 2013-cü ildə Sərdarla Bakıda “Eqzotika” çay evində oturub çay içirdik. Orada bizi saxlayıb MTN-ə gətirdilər. Günyarım orada qaldıq. Bizdən pul istəyirdilər. Dedilər ki, gedin, sizi çağıracağıq. Növbəti gün çağırdılar, getdik, həbs olunduq. Barəmizdə ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçildi. 17 gün sonra müstəntiq Fuad Alməmmədovun xidməti otağında məndən ifadə alınanda ora Yasin Məmmədov gəldi. Mənə dedi ki, “ay naxçıvanlı, sənə yaraşmaz belə seyə görə burada oturmaq, 100 min manat ver, ev dustaqlığına çıx”. Yasin Məmmədova dedim ki, o qədər pulum yoxdur. Noyabrda məni MTN-in istintaq təcridxanasından Yasin Məmmədovun otağına gətirdilər, atam da orada idi. Təxminən 5 dəqiqə söhbət elədik. Atama dedim ki, “Yasin Məmmədov nə istəyir, onu ver, məni çıxar, burada qala bilmirəm”, – Orxan Abdullayev bildirib.

Onun sözlərinə görə, 4 ay 23 gün MTN-də həbsdə saxlandıqdan sonra 2014-cü ilin yanvarında ekspertizadan xəstəlikdən əziyyət çəkməsi haqda rəy alınıb, ev dustaqlığına buraxılıb. Atasından öyrənib ki, bunun müqabilində Yasin Məmmədova 50 min manat pul verilib: “Atam məni həbsdən buraxdırmaq üçün mənzilimi satıb vermişdi. Ekspertiza üçün də əlavə 3 mini atamdan almışdı. Cinayət işi məhkəməyə göndərilməmişdən əvvəl Yasin Məmmədovun otağına getdim. Orada daha iki nəfər vardı. Dedi ki, “məhkəmədə artıq-əskik danışmayasınız, demişəm, sizə şərti cəza veriləcək”. Elə də oldu. İş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Hakimin köməkçisi vasitəsilə 26 min manat alıb, həqiqətən də şərti cəza verdilər”.

Sabiq MTN-çilərin işi üzrə məhkəmə prosesi davam edir.

2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı - BUNDAN SONRA...
Bu gün, 09:26
Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:22
Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:20
Əlillərlə bağlı BU TƏLƏB VAR... - DİQQƏT!
Bu gün, 09:16
Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? - AKTUAL
Bu gün, 09:14
Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib
Bu gün, 09:12
DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? - Gerçək şir indi oyanır
Bu gün, 09:08
"İki gündür internetimiz kəsilib, amma..." - GİLEY
Bu gün, 09:04
Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı - indi DƏRBƏNDİMİ GERİ TƏLƏB EDƏK?
Bu gün, 09:01
Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır? - ÖZÜ DANIŞDI
Bu gün, 08:59
Trampın sensasion Zəngəzur dəhlizi planı - Görünəni odur ki...
Bu gün, 08:51
Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB - BU NƏDİ BELƏ?
Bu gün, 07:23
Moskvaya daha bir “sürpriz” – Bakıda mühüm müzakirələr başladı
Bu gün, 07:13
Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:11
Azərbaycan təhsilinin QARA GÜNLƏRİ - təhsili oyun-oyuncağa çeviriblər...
Bu gün, 06:59
"Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır" - İstiqlalçı deputatdan ÇAĞIRIŞ
Bu gün, 06:53
BU NƏDİ BELƏ: Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi… - Şok səs yazısı
Bu gün, 06:50
Rusiya hələ də “bərabər hüquqlu müttəfiq” anlayışını qəbul edə bilmir - Tural Abbaslı
Bu gün, 06:41
Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? - AÇIQLAMA
Bu gün, 06:38
Ölkədə hərbi baza yerləşdirməyimizin vaxtı çatıbmı? - GƏLİŞMƏ
Bu gün, 06:34
Putin üçün xüsusi tribunal: - Nürnberq və Haaqa arasında
Bu gün, 06:32
Aİ-nin İrana qarşı təzyiq mexanizmləri məhduddur - Tehran hakimiyyəti əlini gücləndirir
Bu gün, 06:30
Rusdilli məktəblərin bağlanması ilə bağlı VACİB XƏBƏR - AKTUAL
Bu gün, 06:26
“Bəli, Azərbaycan bir daha Rusiya ilə əvvəlki kimi olmayacaq” - ÇÜNKİ...
Bu gün, 06:21
Hava ilə bağlı yeni narahatlıq – Kəskin dəyişə bilər
Bu gün, 06:13
"Dövlətin ayırdığı pulsuz dərmanı ala bilmirəm" - GİLEY
Bu gün, 06:10
“Vaqif Bakinski” Azərbaycanın sorğusu əsasında həbs edilib? - TƏFƏRRÜAT
Bu gün, 00:18
“Melissa Park”ın rəhbəri istənilən məbləğlə razılaşıb azadlığa çıxdı - Qalmaqallı ev söküldü
Bu gün, 00:16
Orenburqda “qanuni oğru” Zaur Naxçıvanski saxlanıldı: - Lənkəranskinin “xaç oğlu”, Talıbovun varisi kimdir?
Dünən, 22:14
Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib - KİV
Dünən, 22:11
Ayı ilə öz dilində danışmaq lazımdır - başqa yolu yoxdur!
Dünən, 18:05
Rusiya və Azərbaycanın Baş Prokurorluqları müntəzəm əlaqə saxlayırlar - TASS
Dünən, 18:03
Rusiya azərbaycanlı sənətçilərə qadağa qoyub? - RƏSMİ AÇIQLAMA
Dünən, 18:00
Ölkəyə ekstazi gətirən Ramazanov HAKİM QARŞISINDA
Dünən, 17:57
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - Qərar
Dünən, 17:52
Baş direktordan "Sputnik Azərbaycan"ın fəaliyyəti ilə bağlı açıqlama
Dünən, 17:49
ABŞ Azərbaycana YENİ DİPLOMAT GÖNDƏRİR – Emi Karlo Bakıya gəlir
Dünən, 17:48
Paşinyan II Qaregini vəzifəsini dərhal tərk etməyə çağırıb
Dünən, 17:35
Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb
Dünən, 17:34
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
Dünən, 16:17
Əfqanıstanın XİN başçısının müavini ölkəsinin Bakıdakı səfirliyini ziyarət edib
Dünən, 16:07
Memarlıqda... təhlükəli DURUM... - AXI NİYƏ?
Dünən, 16:01
Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır? - TƏFƏRRÜAT
Dünən, 15:45
Məktəb direktoru faciəvi şəkildə vəfat etdi
Dünən, 15:36
Əməliyyatdan sonra ölən qadının anası naziri məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 15:31
Tramp və Zelenski ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırmasını müzakirə edəcək
Dünən, 15:26
“Bilmirəm ömrümə nə qədər qalıb, ən böyük arzum onu xoşbəxt görməkdir...”
Dünən, 15:16
İƏT-lə əməkdaşlıq ölkəmizin nüfuzunun artırılması baxımından xüsusi önəm daşıyır -ŞƏRH
Dünən, 15:11
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru