Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                     Kamil Əliyev özü üçün işıqfor qoydurub .....                     Rusiyanın 5 şəhərində kritik durum .....                     Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir .....                     Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı .....                     Azərbaycan restoranı darmadağın edildi .....                     Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır .....                     Bakıdakı İran mağazalarında .....                     Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək .....                     Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin .....                     İqtisadi Zirvənin siyasi yükü .....                     “Kişilər Turan qurur” deyənlər görür ki... .....                     "Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" .....                     Professordan virus xəbərdarlığı .....                     Milli Məclis büdcənin icrasını təsdiqləyib .....                     Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları .....                     "Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" .....                     Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu .....                     Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur .....                     “Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” .....                     Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən .....                     Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR .....                     AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... .....                     Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... .....                     Sertifikasiyada kütləvi kəsilmə: .....                     Zelenskini Bakıya zənginə görə hədəf aldılar .....                     Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! .....                     Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? .....                     Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR .....                     Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... .....                     Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı .....                     Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı .....                     Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM .....                     Əlillərlə bağlı BU TƏLƏB VAR... .....                     Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? .....                     Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib .....                 

DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? - TƏFƏRRÜAT
Tarix: Bu gün, 09:10 | Çap et

Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimov qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib. Onun sözlərinə görə, Rusiya qanunvericiliyi Rusiya Federasiyası vətəndaşını başqa ölkəyə ekstradisiya etməyə imkan vermir. Mariya Zaxarova Zahirəddin İbrahimovun daha əvvəl qanunsuz hərəkətlərinə görə Rusiya Federasiyası vətəndaşlığından məhrum olunduğunu söyləyib.

Zahirəddin İbrahimov Agarza oğlu, 1954-cü il fevralın 22-də Lənkəran rayonunun Şaglaser kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Lənkəran Pedaqoji Texnikumunu, sonra isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Sonra separatçı “Avesta” cəmiyyəti yaradıb. 1992-93-cü illərdə Şaglaser kəndində sovxoz direkroru işləyib. 1997-ci ildən Rusiyanın Yekaterinburq şəhərinə köçüb. 2002-ci ildə Rusiya vətəndaşlığı alıb. 2017 və 2019-cu illərdə Ermənistanda təşkil olunmuş separatçı talış konfranslarında iştirak edib.

Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib. O, Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan əleyhinə saxta ittihamlar səsləndirib, qərəzli bəyanatlar verib, ölkəmizdə separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib. Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama verən vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Zahirəddin İbrahimovun həqiqətən DTX-nın istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Zahirəddin İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib. Zahirəddin İbrahimovun fəaliyyətinə nəzər yetirdikdə, məlum olur ki, o, heç də öz ağlının və zəkasının nəticəsi olaraq, doğulub boya-başa çatdığı dövlətinə, milli kimliyinə daş atmır. Zahirəddin İbrahimovun iradəsizliyindən və maddiyyata daha çox meyl etməsindən istifadə edən Ermənistanın xüsusi xidmət orqanları onu tora salmaqla məkrli niyyətlərini həyata keçirməyə nail olublar. Nəticədə Zahirəddin İbrahimov Ermənistan DTX-sının əlində oyuncağa çevrilib. Məhz Ermənistan DTX-sının sifarişləri əsasında o, YouTube kanalında talış dilində veriliş aparıb. Hətta ona ofis, aylıq 12 min 800 ABŞ dolları maliyyə yardımları göstərilib. Bu cür maddi və mənəvi dəstəkdən ruhlanan Zahirəddin İbrahimov 2012-ci ildə qurulan “Talış Mədəniyyəti Mərkəzi”nin təsisçilərindən biri olub. Bununla yanaşı, Azərbaycana qarşı qarayaxma kampaniyasının detallı şəkildə aparılması üçün Zahirəddin İbrahimov dəfələrlə Ermənistanda olub. Səfəri çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının binasında rəhbər şəxslərlə görüşlər və müzakirə aparıb. Bunu Zahirəddin İbrahimovun vəkili Səyyarə Əliyeva da mətbuata açıqlamasında qeyd edib. Bildirib ki, Zahirəddin İbrahimov istintaq tərəfindən dindirilmə zamanı Ermənistanla əlaqələrindən danışıb.

Vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, Zahirəddin İbrahimovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsinin tərkibi var: “Cinayət Məcəlləsinin 274-cü maddəsi dövlətə xəyanət adlanır. Casusluq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyi əleyhinə fəaliyyətdə iştirak etmiş şəxslər bu maddə ilə ittiham olunurlar. Cinayət Məcəllənin 281-ci maddəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına yönələn açıq çağırışlar edən şəxslər ittiham olunurlar. Məcəllənin 283-cü maddəsi ilə etnik nifrət və ayrı-seçkilik salmağa yönələn çağırışlar edənlər ittiham olunurlar. Bu maddələr üzrə sübutlar mövcud olarsa və günahı təsdiqlənərsə, Zahirəddin İbrahimovu 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə, hətta ömürlük həbs də gözləyə bilər”.

Tanınmış vəkil bildirib ki, Zahirəddin İbrahimovun vətəndaşlığı olmayan şəxs statusunda olması onu cinayət məsuliyyətindən azad etmir: “Əgər əməl Azərbaycan ərazisində və ya Azərbaycan Respublikasına qarşı törədilibsə, Azərbaycan qanunvericiliyi bu əməlləri məhz ölkədaxili hüquqi müstəvidə qiymətləndirir. Zahirəddin İbrahimovun hekayəsi sadəcə bir şəxsin xəyanəti deyil, həm də dövlətin milli təhlükəsizliyinə qarşı yönəlmiş uzunmüddətli düşmənçilik planının fraqmentidir. Ermənistanın öz məqsədləri üçün etnik və sosial zəmində manipulyasiya etməsi, casus şəbəkələri formalaşdırması yeni deyil. Lakin Azərbaycan hüquq-mühafizə orqanları vəziyyəti nəzarətdə saxlayaraq, torpağını satanları həbs edir. Azərbaycan məhkəməsi belə əməllərə öz qiymətini verəcək. Qanunun ən sərt üzü belə şəxslərə göstərilməlidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Bu gün, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Bu gün, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Bu gün, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Bu gün, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
"Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30
Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28
Milli Məclis büdcənin icrasını təsdiqləyib
Bu gün, 11:26
Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları - uğursuz cəhdin tarixçəsi...
Bu gün, 11:13
"Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" - "Deutsche Welle"
Bu gün, 11:09
Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 11:07
Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur - MƏQALƏ
Bu gün, 11:00
“Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” - FOTO
Bu gün, 10:58
Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub
Bu gün, 10:52
Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR - ARAYA ƏMİSİ OĞLU GİRDİ VƏ...
Bu gün, 10:45
AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... - URRRAAA!!!
Bu gün, 10:37
Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... - DİQQƏT: TƏHLÜKƏ VAR...
Bu gün, 10:18
Sertifikasiyada kütləvi kəsilmə: - Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı
Bu gün, 10:14
Zelenskini Bakıya zənginə görə hədəf aldılar - Kreml İSTERİKADADIR...
Bu gün, 09:57
Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? - ARAŞDIRMA
Bu gün, 09:47
Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR - SİZ DƏ ELƏ BİLİRSİNİZ Kİ...
Bu gün, 09:38
Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... - “Johovurd”
Bu gün, 09:30
Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı - BUNDAN SONRA...
Bu gün, 09:26
Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:22
Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:20
Əlillərlə bağlı BU TƏLƏB VAR... - DİQQƏT!
Bu gün, 09:16
Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? - AKTUAL
Bu gün, 09:14
Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib
Bu gün, 09:12
DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? - Gerçək şir indi oyanır
Bu gün, 09:08
"İki gündür internetimiz kəsilib, amma..." - GİLEY
Bu gün, 09:04
Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı - indi DƏRBƏNDİMİ GERİ TƏLƏB EDƏK?
Bu gün, 09:01
Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır? - ÖZÜ DANIŞDI
Bu gün, 08:59
Trampın sensasion Zəngəzur dəhlizi planı - Görünəni odur ki...
Bu gün, 08:51
Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB - BU NƏDİ BELƏ?
Bu gün, 07:23
Moskvaya daha bir “sürpriz” – Bakıda mühüm müzakirələr başladı
Bu gün, 07:13
Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:11
Azərbaycan təhsilinin QARA GÜNLƏRİ - təhsili oyun-oyuncağa çeviriblər...
Bu gün, 06:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru