Azərbaycanlılara hücumun pərdəarxası .....                     Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi .....                     Bu gün Oleq Bakinskiyə hökm oxunacaq .....                     Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: .....                     Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… .....                     Müştərisindən “Leobank”a ciddi ittihamlar .....                     Kamil Əliyev özü üçün işıqfor qoydurub .....                     Rusiyanın 5 şəhərində kritik durum .....                     Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir .....                     Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı .....                     Azərbaycan restoranı darmadağın edildi .....                     Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır .....                     Bakıdakı İran mağazalarında .....                     Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək .....                     Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin .....                     İqtisadi Zirvənin siyasi yükü .....                     “Kişilər Turan qurur” deyənlər görür ki... .....                     "Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" .....                     Professordan virus xəbərdarlığı .....                     Milli Məclis büdcənin icrasını təsdiqləyib .....                     Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları .....                     "Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" .....                     Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu .....                     Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur .....                     “Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” .....                     Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən .....                     Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR .....                     AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... .....                     Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... .....                     Sertifikasiyada kütləvi kəsilmə: .....                     Zelenskini Bakıya zənginə görə hədəf aldılar .....                     Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! .....                     Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? .....                     Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR .....                     Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... .....                     Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı .....                     Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı .....                     Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM .....                     Əlillərlə bağlı BU TƏLƏB VAR... .....                     Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? .....                 

Rusdilli məktəblərin bağlanması ilə bağlı VACİB XƏBƏR - AKTUAL
Tarix: Bu gün, 06:26 | Çap et

Artıq bir müddətdir ki, Rusiyada həmyerlilərimizə qarşı edilən zorakılıqların şahidiyik. Bununla paralel olaraq Rusiya Azərbaycan arasında gərginlik də davam etməkdədir. Bu gərginliyin nəticəsində bir neçə mövzular aktuallaşıb. Belə mövzulardan biri də ölkəmizdə fəaliyyət göstərən rusdilli məktəblərin bağlanması və ya dövlət tərəfindən maliyyələşdirilməsinin dayandırılması ilə bağlıdır. Nəzərə alsaq ki, Azərbaycanda kifayət qədər dövlət hesabına rusdilli məktəblər fəaliyyətdədir.

İki ölkə arasındakı hazırki vəziyyəti nəzərə alaraq Azərbaycanda rusdilli məktəblərin bağlanılması baş verə bilərmi? Əslində rusdilli məktəblərin dövlət hesabına fəaliyyəti nə qədər əhəmiyyətlidir? Həmçinin dünyada ingilis dilinin dominant dil olması fonunda rus dilinə bu qədər bu qədər maddi yardımın ayrılması nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirib ki, Rusiyada həmyerlilərimizə qarşı edilən zorakılıq təbii ki, çox ürəkağrıdıcıdır, tükürpədici bir vəhşilikdir. Biz bu kimi münasibətləri Rusiya dövlətindən zaman-zaman görmüşük. Müstəqilliyimizin ilk illərindən Rusiya dövlətindən ölkəmizə və xalqımıza qarşı təxribatlara şahidik. Hələ müstəqilliyimizin əldə olunmasından öncə 20 Yanvar faciəsini bizim xalqımız unutmayıb. O faciədə xalqımızın - övladlarımızın, bacı-qardaşlarımızın, dinc əhalinin qətlə yetirilməsində etnik tərkibi rus olan hərbçilərin "qəhrəmanlıqlarını" görmüşük. Torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında qaldı və əslində bu 30 illik işğala rəvac verəndə məhz Rusiya dövləti olub. Eyni zamanda biz Xocalı faciəsini yaşamışıq. Xocalı soyqırımında ermənilərə dəstək verəndə rus hərbçiləri olub. Zaman-zaman Ermənistana hərbi-siyasi dəstəyi də bizim xatirimizdədir. Həmçinin Azərbaycanın, ümumiyyətlə qonşu dövlətlərin daxili işlərinə qarışmaq, təxribatlar törətmək görünən budur ki, bu özünü bu gün regionda hegemon sayan Rusiyan dövlətinin həmdə dövlət siyasəti səviyyəsində reallaşdıran əməlləridir.

Təhsil eksperti onu da bildirib ki, bizə bu qədər faiciələr yaşadıblar, amma biz Rusiya dövlətinə qarşı zaman-zaman ədalətli mövqe nümayiş etdirmişik. Düşünmüşük ki, qonşumuzdur, qonşu dövlətdir. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi hər zaman Rusiyaya münasibətdə ədalətli mövqe tutub və sağlam münasibət sərgiləyib. Amma görünən budur ki, hər şeyin bir xətti var və sonuncu Qarabağ müharibəsində Rusiyanın "İskəndər" roketlərini ölkəmizin ərazisinə atılması faktını biz yaddan çıxarda bilmərik, həmçinin elə II Qarabağ müharibəsində Ermənistana silah yardımı faktlarını təsdiqləyən nə qədər görüntülər var. Lakin bizim dövlətimiz, xalqımız hər zaman təmkinlə, səbrlə "nə zamansa onlar çirkin əməllərinə son verəcək" deyə düşünərək səbr nümayiş etdirdi, təmkin göstərdi. Təəssüflər olsun ki, bunların nəticəsi yox imiş, çünki qeyd etdiyim kimi dövlət siyasəti olaraq Rusiya dövləti bu gün bu yolu tutub. Bütün qonşularla münasibətdə konflikt yaşayır. Bütün qonşulara münasibətdə imperialist və faşist mövqeyilə seçilir. Biz Rusiyada yaşayan miqrantlara qarşı təkcə azərbaycanlılara deyil, həm də digər dövlətlərdən olan miqrantlara qarşı bu vəhşilikləri zaman-zaman görmüşük, müşahidə etmişik. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti Rusiya dövləti ilə sağlam əməkdaşlığa hər zaman önəm verib. Bu əməkdaşlıqlar həm siyasi, həm mədəni, həm iqtisadi, həm elmi - yəni bütün parametrlərdə Azərbaycan bu münasibətlərin sağlam olmasına tərəfdar olub və Rusiyayla münasibətdə bu siyasət həyata keçirilib. Lakin bu xalq, bu dövlət sivil yol tutmaq, sivil yaşamaq üsulunu unudub. Sanki qonşu dövlətlərini, region dövlətlərini özünün təsir dairəsində görmək və onların daxili işlərinə, xarici siyasət məsələlərinə qarışmaq yolunu tutub. Ancaq onlar unudurlar ki, Azərbaycan qalib dövlətdir, Azərbaycanın güclü lideri var, Azərbaycan əvvəlki zəif Azərbaycan deyil və Azərbaycanla bu tonda danışmaq olmaz. Sonuncu təyyarə olayını xatırlatmaq istəyirəm. Azərbaycanın mülki əhalisini günün günorta çağı vurmaq, eyni zaman üzr istəmək əvəzinə onlar min bir bəhanə gətirdilər. Onlar mülki təyyarəni dənizdə batırmaq istədilər. Bunlar dünənin tarixidir və çox uzun zaman deyil. Biz yenə də səbr nümayiş etdirdik. Lakin görünən budur ki, bunlar səbr bilmirlər, bunlar "hüquqi dövlət nə cürdür?" onu başa düşmürlər. Yekaterinburq şəhərində soydaşlarımıza qarşı münasibət də bunu göstərdi. Ona görə də Azərbaycanda Rusiya dövlətinin bu münasibətinə adekvat olaraq seçimimizi etməliyik. Azərbaycanda rus təhsilinin ləğv edilməsi, dayandırılması ilə bağlı zaman-zaman çağırışlar olub.

İlqar Orucov onu da deyib ki, o vaxtilə böyük qonşu dövlətin dilini bilməyin faydalı olacağı qənaətində olub. Həm də biz rus dilinə iki dövlət arasında münasibətləri yaxınlaşdıran bir dil kimi baxmışıq. Biz bu dilə böyük Tolstoyun dili olaraq qəbul etmişik. Lakin indi zaman bir daha onu sübut etdi ki, bu dil təkcə Tolstoyun dili deyil, təkcə Dostoyevskinin dili deyil, bu eyni zamanda qaniçən imperialist düşüncədə olan bir dövlətin dilidir.

Azərbaycan Rusiya ilə münasibətlərində hər zaman sivil münasibətlər yolu tutub. Ancaq bizim dövlətimizin böyük qələbəsini həzm edə bilməmək, bizim haqlı mövqeyimizdən irəli gələn işləri görməmək və buna ölkəmizə qarşı hələ də güc nümayiş etdirməkdə yolunu tutan bir dövlətin münasibətlərdə biz artıq korrektələr etməliyik. Hesab edirəm ki, edəcəyimiz korrektələrdən biri də rus dilli təhsilə münasibətdə olmalıdır. Mütləq şəkildə bu olmalıdır, çünki Rusiya dövləti artıq başa düşməlidir ki, onun nazı ilə, onun diktəsi ilə, onun istəyi ilə Azərbaycan siyasət yürütməyəcək. Azərbaycan dövləti həyata keçirdiyi dövlət siyasətində öz vətəndaşının maraqlarını və milli maraqlarını əsas götürür.

Bizim vətəndaşımızı Rusiyada qətl edirlərsə, onlara qarşı vəhşiliklər həyata keçirirlərsə, onlara qarşı bu ağlagəlməz cinayətləri həyata keçirirlərsə buna dövlət necə dözə bilər?

Müsahibimiz hesab ki, artıq bu münasibət artıq rus dilinə münasibətdə də belə olmalıdır. Azərbaycanda rus dilli məktəblərin bağlanması zamanıdır. Ehtiyac olacaqsa məktəblərdə əlavə dil kimi rus dili davam etdiriləcək, ehtiyac olmayacaqsa heç o da olmayacaq. Cənab prezident hər zaman qeyd edir ki, bizim bir ailəmiz var, o da türk dövlətləri ailəsidir. Belə olan təqdirdə bizim zərurətimiz, öhdəliyimiz və yaxud hansısa məcburiyyətimiz yoxdur ki, biz bu dildə tədrisi həyata keçirək. Azərbaycana milli ruhda insanlar lazımdır, Azərbaycana sağlam vətəndaş lazımdır.

Rusiya dövlətinin Azərbaycanda olan pozuculuq işlərini həyata keçirən, dünən həbs olunmuş insanları gördük. Təbii ki, istintaq gedir və istintaqın sonunda hər şey bəlli olacaq. Artıq zamanı gəlib ki, Rusiya öz ağlını başına yığsın və zaman o zaman deyil, Azərbaycan əvvəlki Azərbaycan deyil. Əgər Azərbaycanla doğru düzgün siyasət qurmaq istəyirsə buyursun addımını atsın.

"Bizim Rusiyaya qarşı heç zaman təxribat xarakterli hərəkətlərimiz olmayıb. Azərbaycan prezidenti hər zaman regionda, dünyada barışdırıcı və sülh nümayiş etdirən siyasət həyata keçirib. Amma Rusiyanın siyasəti nə olub? Düşmənçilik, şovinizm, digər xalqlara və dövlətlərə qarşı yırtıcı siyasət. Qeyd etdiyim kimi, ona görə də biz rus dilinin tədrisi məsələsi ilə bağlı korrektelərimizi etməliyik. Bununla bağlı ümid edirəm ki, yaxın vaxtlarda siyasi hərəkət görəcəyik. Xalqın tələbi, istəyi də budur və bu dövlət də bütün həyata keçirilən işlər, siyasət xalqın istəyi əsasında formalaşdırılır, xalqın mənafeyi naminə formalaşdırılır. Ümid edirəm ki, biz bu barədə yaxın vaxtlarda müsbət qərarlar görəcəyik", - deyə İlqar Orucov Referans'a açıqlama verib.

Məmmədov Hüseyn

Referans











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlılara hücumun pərdəarxası – Putinin ilginc səbəbi
Bu gün, 13:01
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi - FOTO
Bu gün, 12:43
Bu gün Oleq Bakinskiyə hökm oxunacaq – Rusiya FTX zabitinin mülki iddiası təmin olunacaqmı?
Bu gün, 12:37
Aqil Abbas polislərin maaşının artırılmasını istəyir: - Ən az maaşı onlar alır
Bu gün, 12:34
Cümşüdün ölümünün bir həftəsi: Osmanov vəzifədə qalacaqmı… - AKTUAL
Bu gün, 12:27
Müştərisindən “Leobank”a ciddi ittihamlar - "...banklarımız da yalançı və oğrudur"
Bu gün, 12:13
Kamil Əliyev özü üçün işıqfor qoydurub – məşhur şirkətə etiraz
Bu gün, 12:11
Rusiyanın 5 şəhərində kritik durum – Minlərlə azərbaycanlı…
Bu gün, 12:06
Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir - İNCƏLƏMƏ
Bu gün, 12:04
Ermənistanda müxalif hərəkatın lideri saxlanıldı
Bu gün, 12:01
Azərbaycan restoranı darmadağın edildi - FOTO
Bu gün, 11:58
Külli miqdarda vergi borcu olan Dadaş Şükürov ikibaşlı oyun oynayır - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıdakı İran mağazalarında qiymətlər ARTDI
Bu gün, 11:48
Ümid edirəm ki, ABŞ regionda uzun müddətdir gözlənilən sülhə fundamental töhfə verəcək - Paşinyan
Bu gün, 11:42
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Bu gün, 11:38
İqtisadi Zirvənin siyasi yükü - Bu dəfə mesaj Xankəndidən verilir
Bu gün, 11:37
“Kişilər Turan qurur” deyənlər görür ki... – onlar ayaqda sağlam DURAN birlik qururlar
Bu gün, 11:33
"Azərbaycan hər kəsə hörmət edir, eyni zamanda heç kəsə öz suverenliyinə zərər vermək fürsəti də tanımır" - ONA GÖRƏ DƏ...
Bu gün, 11:30
Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”
Bu gün, 11:28
Milli Məclis büdcənin icrasını təsdiqləyib
Bu gün, 11:26
Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları - uğursuz cəhdin tarixçəsi...
Bu gün, 11:13
"Rusiya-Azərbaycan münasibətlərində gərginlik: Kim daha çox itirir?" - "Deutsche Welle"
Bu gün, 11:09
Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 11:07
Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur - MƏQALƏ
Bu gün, 11:00
“Şou-biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?” - FOTO
Bu gün, 10:58
Müdafiə Nazirliyinin hərbçilərdən rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub
Bu gün, 10:52
Naxçıvanın əxlaqsızlıqda ittiham olunan deputatını BIÇAQLAMAQ İSTƏDİLƏR - ARAYA ƏMİSİ OĞLU GİRDİ VƏ...
Bu gün, 10:45
AZƏRİQAZ-da fəhlə sinfinin ixtisarı `UĞURLA` davam etdirilir... - URRRAAA!!!
Bu gün, 10:37
Səhiyyə nazirliyi bunlarla BACARA BİLMİRSƏ... - DİQQƏT: TƏHLÜKƏ VAR...
Bu gün, 10:18
Sertifikasiyada kütləvi kəsilmə: - Sabiq deputat yaşlı müəllimlərin əleyhinə çıxdı
Bu gün, 10:14
Zelenskini Bakıya zənginə görə hədəf aldılar - Kreml İSTERİKADADIR...
Bu gün, 09:57
Rusiya kanallarından absurd çağırışlar davam edərsə... BAĞLANMALIDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
Vikipediya QALMAQALI: Tanınmışlar haqda qərəzli və saxta ölüm xəbərlərini kim YAYIR? - ARAŞDIRMA
Bu gün, 09:47
Nazirimiz bahalı maşınının benzinpulunu BELƏ ÇIXARIR - SİZ DƏ ELƏ BİLİRSİNİZ Kİ...
Bu gün, 09:38
Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu... - “Johovurd”
Bu gün, 09:30
Paşinyan Azərbaycanın şərtlərinin icrasına başladı - BUNDAN SONRA...
Bu gün, 09:26
Məhkəmə borca görə dostunu bıçaqlayan şəxslə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:22
Naxçıvanın keçmiş nazirinə AĞIR İTTİHAM - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:20
Əlillərlə bağlı BU TƏLƏB VAR... - DİQQƏT!
Bu gün, 09:16
Azərbaycan mediasına hücum: Kremlin məqsədi nədir? - AKTUAL
Bu gün, 09:14
Beynəlxalq axtarışda olan daha bir şəxs Bosniya və Herseqovinadan Azərbaycana ekstradisiya edilib
Bu gün, 09:12
DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran TÜRK DÖVLƏTİNƏ çevrilə bilərmi? - Gerçək şir indi oyanır
Bu gün, 09:08
"İki gündür internetimiz kəsilib, amma..." - GİLEY
Bu gün, 09:04
Rusiya Azərbaycanın şimalını “qurdalamağa” başladı - indi DƏRBƏNDİMİ GERİ TƏLƏB EDƏK?
Bu gün, 09:01
Fəxri Neftçi" Həmkarlar İttifaqından niyə çıxır? - ÖZÜ DANIŞDI
Bu gün, 08:59
Trampın sensasion Zəngəzur dəhlizi planı - Görünəni odur ki...
Bu gün, 08:51
Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB - BU NƏDİ BELƏ?
Bu gün, 07:23
Moskvaya daha bir “sürpriz” – Bakıda mühüm müzakirələr başladı
Bu gün, 07:13
Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru