Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır .....                     Minimum əməkhaqqı nə zaman artırılacaq? .....                     "Referens" klinikasının direktoru arvadını niyə güllələyib? .....                     “Brent” neftinin qiyməti 106 dolları ötüb .....                     “Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? .....                     Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü .....                     AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb .....                     Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: .....                     Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... .....                     Paşinyan bizə ona görə lazımdır ki... .....                     Bir həkimdən DAHA ÖTƏSİ... .....                     Neçə gündür ki, içməli su küçəyə axıdılır... .....                     Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib .....                     Talıbovun aktivləşməsinin pərdəarxası .....                     Hakimiyyətin içində YEYƏN MİKİ... .....                     Onu TƏFTİŞ EDİRLƏR? .....                     Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı .....                     İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib .....                     "İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... .....                     “Bank Respublika”da təhlükəli dinamika .....                     Füzulidə direktor NİYƏ CƏZALANDI? .....                     NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR .....                     "Özümü yenidən kəşf etmişəm" .....                     Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI .....                     Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir .....                     Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ .....                     Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır .....                     "SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı .....                     Vəzifədə əvəzedici olsa da... .....                     Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu .....                     Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb .....                     Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                 

Eyni ərazini müxtəlif adamlara satdı, daha sonra… - NARAZILIQ!
Tarix: 23-11-2021, 15:54 | Çap et
Eyni ərazini müxtəlif adamlara satdı, daha sonra…
Abşeron rayonunun 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsinə sahiblənmiş şəxs ərazini hissələrə bölərək, qanunsuz olaraq müxtəlif şəxslərə satmaqda ittiham olunur. İddialara görə, sözügedən şəxs eyni ərazini 4-5 nəfərə satmaqdan belə çəkinmir.

Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 14.03.2008-ci il tarixli, 237 nömrəli sərəcamına əsasən, Əliyev Taleh Nizami oğlunun adına 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsi ayrılıb. Əldə etdiyimiz sənədlərdən aydın olur ki, Taleh Əliyev torpaqla bağlı bütün səlahiyyətlərini notarial qaydada qardaşı Coşqun Əlizadəyə ötürüb.

Şikayətçi olan vətəndaşlar iddia edirlər ki, aldıqları torpaq sahəsi təkcə bir şəxsə deyil, eyni zamanda dörd-beş şəxsə də satılıb. Belə olan halda, onlar nə torpaq sahəsini, nə də verdikləri pulu geri qaytara bilirlər.

Bu hadisədən məlumatlı olduqdan sonra ortaya maraqlı suallar çıxır. Görəsən, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Taleh Əliyevə torpaq sahəsi hansı məqsədlər üçün ayrılıb ki, o, daha doğrusu qardaşı Coşqun Əlizadə həmin torpaq sahəsini satışa çıxarıb? Ümumiyyətlı, həmin 2,96 ha torpaq sahəsinin təyinatı nədir?...

Bu suallara cavab axtarmazdan öncə, dəyərli oxucuların diqqətinə çatdıraq ki, məlum torpaq sahələrinin alqı-satqısı yalnız bir notariat ofisində - Bakı şəhəri 11 saylı Notariusda həyata keçirilib. Bu baxımdan, şikayətçilər iddia edir ki, Coşqun Əlizadənin bütün qanunsuz əməllərinə 11 saylı Notarius ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu şərait yaradıb. Yəni dolayısı ilə onlara qarşı dələduzluq əməlində İ.Məmmədovun da əlinin olduğu bildirilir.

Qeyd edək ki, Əlizadə-Məmmədov “cütlüyü”nün qanunsuz əməllərindən zərər çəkən şəxlərdən biri Yeni Suraxanı qəsəbəsində yaşayan Cahangirov Valeh Məhəmməd oğludur. O, "Hürriyyət"in redaksiyasına gələrək, Coşqun Əlizadə tərəfindən aldadıldığını bildirib. Valeh Cahangirovun sözlərinə görə, Bakı şəhər 11 saylı Notarius ofisində C.Əlizadədən aldığı torpaq sahəsinə dair etibarnamə sonradan ondan xəbərsiz ləğv edilib:

"Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayıram. Taksi fəaliyyət ilə məşğulam. Yəni kəndin hamısını tanıyıram. Açıq desək, kim nə işlə məşğuldursa, bilirəm. Həmin ərazidə torpaq satanlardan biri də Coşqun Əlizadədir. Çox imkanlı adamdır. Həmin ərazidə bütün torpaqlar etibarnamə ilə alınıb. Kənd təsərrüfatı xarakterli olmasına baxmayaraq, həmin torpaqlarda evlər tikilib. Mən də orda torpaq almışam və ev tikmişəm. Mənə də sözügedən ərazini təklif edən Əlizadə Coşqunun adamı Elçin Cəfərovdur. O dedi ki, bu ərazinin sotunu 2000 manatdan satırıq. Daha sonra Coşqun Əlizadə ilə əlaqə saxladıq. Telefon əlaqəsində ona bildirdim ki, pulu faizə götürmüşəm… Mənə pul verən adam da demişdi ki, pul verilməsi üçün girov qoymaq lazımdır. Coşqun Əlizadə mənə narahat olmamağımı dedi.

Daha sonra Elçin Cəfərov sənədimi məndən alıb, Coşqun Əlizadəyə apardı. İki-üç gündən sonra Coşqun Əlizadə zəng etdi ki, Bakı şəhəri 11 saylı Notariusa gəlim. Notariusda 4 sot torpaq etibarnamə ilə Əlizadə Coşqunun adından mənə verildi. Üstündən 7 ay keçəndən sonra mənə dedilər ki, notariusda mənim sənədim yoxdur. Ləğv olunduğunu bildirdilər. Məsələdən xəbər tutduqdan sonra 11 saylı Notariusa getdim, dedim ki, əgər etibarnamə ləğv edilirsə, vətəndaşa xəbər verilməli, ən azından evinə məktub göndərilməlidir. Amma məndən xəbərsiz etibarnamə ləğv edilib".

Valeh Cahangirov iddia edir ki, bir çox vətəndaş da eyni üsul ilə Coşqun Əlizadə tərəfindən aldadılıb. Şikayətçi 11 saylı Notarius ofisinin xüsusi notariusu İlqar Məmmədovun da Coşqun Əlizadə ilə əlbir olduğunu vurğulayıb:

"Coşqun Əlizadə iddia edir ki, ödədiyim pul ona verilməyib. Mənim kimi çox adamları belə aldadıblar. Ödənişi etdiyim adam da ortalıqda yoxdur. Bunlar hamısı bir-birlərilə əlbirdirlər. Ərazi üzrə polisə müraciət etdim. Polislə əraziyə gəldim. Polis müvəkkili Coşqun Əlizadəyə zəng edib əraziyə çağırsa da, o, gəlməkdən imtina etdi. Əgər mən pul verməmişəmsə, necə olur ki, Coşqun Əlizadə 11 saylı Notariusa mənimlə birgə gəlir və mənə etibarnamə verilir?! Bakı şəhəri 11 saylı Notarius idarəsi qanunsuzluq edir. Məndən xəbərsiz etibarnamə ləğv edilib. Coşqun Əlizadə notarius idarəsi ilə əlbirdir. Müxtəlif şəxslərin etibarnaməsi də ləğv edilib.

Rəsmi olaraq polis idarəsinə də müraciət etmişəm. Polis idarəsində Coşqun Əlizadədən şikayətin çox olduğu bildirilib. Amma işimə düzgün qaydada baxılmır. Hara şikayət edirəm, bir-birlərinin üzərinə atırlar".

Bu hadisədən məlumatlı olduqdan sonra maraqlı suallar ortaya çıxır: görəsən, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Taleh Əliyevə torpaq sahəsi hansı məqsədlər üçün ayrılıb? Ümumiyyətlı, ona ayrılmış 2,96 ha torpaq sahəsinin təyinatı nədir?...

O da maraqlıdır ki, həmin torpaq sahələrinin “alqı-satqısı” Bakı şəhəri 11 saylı notariusda həyata keçirilib. Yəni 11 saylı Notarius İdarəsi qanunsuz olaraq eyni ərazini dörd-beş şəxsə etibarnamə ilə verilməsinə vəsilə olub.

Məsələ ilə bağlı hüquqşünas Bəhruz Bayramovıa da danışdıq. Onun sözlərinə görə, eyni ərazi beş nəfərə etibarnamə ilə verilirsə və həmin şəxslərə bunu “alqı-satqı” kimi rəsmişləşdirirlərsə, bu, özlüyündə dələduzluq əməlidir:

"Pay torpaqları satıla bilər. Çünki xüsusi mülkiyyətdi. Amma icra hakimiyyətləri tərəfindən pay torpaqları ayrıla bilməz. Torpaq islahatı haqqında qanuna əsasən, pay torpaqları müəyyən olunur. Amma bu şəxsin adına isə İcra hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılıb. Bu torpaqlar kənd təsərrüfatı təyinatlı ərazilərdir. Əgər orda fərdi yaşayış evi tikilirsə, bu, qanunsuzdur. Orda ev tikmək, cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən, cinayət məsuliyyəti yaradır. Əgər torpaq sahəsinin çıxarışı varsa, satıla bilər. Torpaq sahəsinin təyinatını dəyişdirmək üçün isə Nazirlər Kabinetinin müvafiq qərarı lazımdır. Digər tərəfdən, etibarnamə ilə satmaq alqı-satqı sayılmır. Etibarnamə sadəcə istifadə üçün verilir. Yəni torpaq sahəsi ilə bağlı müəyyən səlahiyyətlər verilir. Etibarnamə verə bilər. Amma eyni ərazini beş nəfərə etibarnamə ilə verirsə və həmin şəxslərə bunu “alqı-satqı” kimi rəsmişləşdirirlərsə, bu, özlüyündə dələduzluq cinayətidir".

Əmlak Məsələri üzrə Dövlət Komitəsindən "Hürriyyət"ə bildirilib ki, torpaqın alqı-satqısı yalnız notariusda alqı-satqı müqaviləsi əsasında aparılır. Komitədən o da qeyd edilib ki, vətəndaşlar belə vəziyyətdə hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etməlidir:

"Ola bilsin ki, vətəndaş hüquqi məsələ ilə bağlı kifayət qədər məlumata malik deyil. Torpaqın alqı-satqısı yalnız notariusda alqı-satqı müqaviləsi əsasında aparılır. Dediyiniz vətəndaşın da bölgü sxemi olmalıdır. Əgər torpağı etibarnamə ilə satırsa, bu, dələduzluq ola bilər. Çünki etibarnamə müəyyən müddətə verilir. Bundan əlavə, etibarnamə verən şəxs istədiyi vaxt etibarnaməni ləğv etdirə bilər. Ola bilsin ki, bu şəxs hansısa vətəndaşların hüquqlarının bilməməsindən istifadə edərək, eyni ərazini müxtəlif şəxslərə etibarnamə ilə satıb. Torpağı satan şəxs sabah torpağı etibarnamə ilə veriyi adamın adından çıxardaraq, digər bir şəxsə etibarnamə ilə verə blər. Vətəndaşlar belə vəziyyətdə hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət etməlidir".

Günlərdir ki, bu məsələyə Abşeron rayon İcra Hakimiyyətindən də münasibət öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz boşa çıxdı. Görünür, rayon icra hakimiyyətinin rəsmi saytında qeyd edilən əlaqə nömrəsi ya formal xarakter daşıyır, ya da əlaqə telefonlarına cavab verməli olan növbətçi vəzifəsindən sui-istifadə edərək iş yerində olmur.

Məsələ ilə bağlı redaksiya adından Ədliyyə Nazirliyinə ünvanladığımız müraciətə cavab olaraq bildirilib: “"Notariat haqqında" Qanunun 32-ci maddəsinə əsasən notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir. Ünvanladığımız müraciətin cavabında o da qeyd edilib ki, notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icaraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir”.

Mövzunu daha da geniş araşdırmaq üçün Baş Prokurorluqla əlaqə saxlamağa çalışsaq da təəssüf ki, ünvanladığımız digər sorğular kimi, bu da cavabsız qaldı. Çox təəssüf ki, media ilə bu dövlət qurumu arasında “qalın divarlar” mövcuddur. Bu da informasiya təhlükəsizliyi üçün problem deməkdir.

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
//hurriyyet.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır - Babayan
Bu gün, 10:01
Minimum əməkhaqqı nə zaman artırılacaq? - AÇIQLAMA
Bu gün, 09:59
"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
Bu gün, 09:03
“Brent” neftinin qiyməti 106 dolları ötüb
Bu gün, 08:59
“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü
Bu gün, 08:35
AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb - KİV
Bu gün, 08:32
Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: - hissələrə ayrılacaq…
Bu gün, 08:31
Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... - "Bu pisliyi niyə etdiniz?.."
Bu gün, 08:27
Paşinyan bizə ona görə lazımdır ki... - AKTUAL
Bu gün, 07:54
Bir həkimdən DAHA ÖTƏSİ... - REAKSİYA
Bu gün, 07:49
Neçə gündür ki, içməli su küçəyə axıdılır... - ETİRAZ VAR!
Bu gün, 07:37
Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib - "Ukraynanın qərbinə keçməyə çalışıblar..."
Bu gün, 07:14
Talıbovun aktivləşməsinin pərdəarxası - “Gizli mübarizəyə başlayıblar”
Bu gün, 07:12
Hakimiyyətin içində YEYƏN MİKİ... - DARAŞIBLAR DÖVLƏTİMİZİN BÜDCƏSİNƏ...
Bu gün, 07:05
Onu TƏFTİŞ EDİRLƏR? - belə deyirlər...
Bu gün, 06:53
Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı - GƏLİŞMƏ
Bu gün, 06:49
İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44
"İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42
“Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11
NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05
"Özümü yenidən kəşf etmişəm"
Bu gün, 05:58
Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI - qanun-manun hərləyənmi var?
Bu gün, 05:54
Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ
Bu gün, 05:49
Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ - Qiymət BAHALAŞACAQ?
Bu gün, 05:47
Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır - NƏ BAŞ VERİR?
Bu gün, 05:42
"SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:40
Vəzifədə əvəzedici olsa da... - ÖZBAŞINA QALIB...
Bu gün, 05:38
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu - Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar...
Bu gün, 05:22
Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb - "Fox News"
Bu gün, 05:05
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru