Minimum əməkhaqqı nə zaman artırılacaq? .....                     "Referens" klinikasının direktoru arvadını niyə güllələyib? .....                     “Brent” neftinin qiyməti 106 dolları ötüb .....                     “Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? .....                     Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü .....                     AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb .....                     Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: .....                     Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... .....                     Paşinyan bizə ona görə lazımdır ki... .....                     Bir həkimdən DAHA ÖTƏSİ... .....                     Neçə gündür ki, içməli su küçəyə axıdılır... .....                     Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib .....                     Talıbovun aktivləşməsinin pərdəarxası .....                     Hakimiyyətin içində YEYƏN MİKİ... .....                     Onu TƏFTİŞ EDİRLƏR? .....                     Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı .....                     İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib .....                     "İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... .....                     “Bank Respublika”da təhlükəli dinamika .....                     Füzulidə direktor NİYƏ CƏZALANDI? .....                     NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR .....                     "Özümü yenidən kəşf etmişəm" .....                     Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI .....                     Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir .....                     Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ .....                     Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır .....                     "SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı .....                     Vəzifədə əvəzedici olsa da... .....                     Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu .....                     Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb .....                     Qlobal bazarlar qaynayır .....                     Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi .....                     Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb .....                     Koçaryan erməniləri Paşinyanla qorxutdu .....                     Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi .....                     Müəllimlərin maaşı yeni qayda ilə .....                     Bankların şikayət indeksi .....                     Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək .....                     Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir .....                     Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB .....                 

Gənclər və İdman Nazirliyində kadr islahatları başlayacaqmı... — Kimlər və nə üçün yola salınmalıdır?
Tarix: 29-09-2021, 15:35 | Çap et
Gənclər və İdman Nazirliyində kadr islahatları başlayacaqmı...
Fərid Qayıbov cəmi 22 gündür Gənclər və İdman naziri vəzifəsinə təyin olunub. Bu qısa müddət ərzində yeni nazirdən əlahiddə addımlar və “korpus” qərarlar gözləmək doğru deyil, ancaq F.Qayıbovun vəzifəyə təyin olunduğu gündən etibarən davamlı görüşlər keçirməsi, gənclər və idman sahəsindəki situasiyanı dərindən dəyərləndirməsi onun yaxın gələcəkdə mühüm qərarlar verəcəyinin mesajıdır. Yeni nazirin iş fəaliyyətini xarakterizə edən əsas xüsusiyyətlərdən biri onun nazirlikdə kadr islahatlarına kor-koranə şəkildə başlamamasıdır.

Bununla belə, F.Qayıbovun müxtəlif federasiya və idman qurğularında keçirdiyi görüşlərdə on illərdir nazirlikdə “betonlaşan” şəxslərdən bir neçəsi gözə dəymədi. Məsələn, 15 ildir nazir müavini vəzifəsini daşıyan İsmayıl İsmayılov yeni nazirin görüşlərində iştirak etməyib. Müsbət tendensiyadır! Bu, nazirliyi köhnələrin “şineli”ndən xilas etmək istiqamətdə atılan pozitiv addımdır. Heç şübhəsiz, İ.İsmayılov “mifi”nin dağıdılması Gənclər və İdman Nazirliyi üçün yeni nəfəslik açacaq. Nazirlikdə köklü islahatlar aparılmalıdır və aparılacaq da! Əks halda ölkənin gənclər və sektoru daha böyük bir bataqlığa yuvarlanacaq.

2006-cı ilin fevral ayının 7-də mərhum Azad Rəhimov Gənclər və İdman naziri vəzifəsinə təyin edilir. Qısa müddət sonra - iyul ayının 5-də isə İ.İsmayılovun nazir müavini postuna təyinatı reallaşır.

Naxçıvan doğumlu İ.İsmayılov həmin dövrdə “Mehdiyev epoxası”nın ən işartılı namizədlərindən biri kimi bu posta gətirilmişdi. O, bundan əvvəl ABTİA-da prorektor vəzifəsində “Mehdiyev klanı”nın gənclər və idman sahəsində əsas forpostu hesab olunurdu.

Odur ki, R.Mehdiyevin təqdimatı əsasında İ.İsmayılovun nazir müavini vəzifəsinə təyinatı gözlənilən idi. Ancaq indi Mehdiyev erası bitib, ölkənin rəsmi dəhlizləri köhnə zehniyyət sahiblərinin addımlarından xilas olub, Prezident İlham Əliyev bütün sahələr üzrə köklü islahatlara başlayıb və yeni inkişaf mrəhələsinə qədəm qoymuşuq. İ.İsmayılovun 15 illik iş fəaliyyətini təhlil etsək, bu müddət ərzində ölkə idmanının “tormozlanması”nda onun “əhəmiyyətli” rolunun şahidi olarıq.

Nazirliyin tender, tikinti və s. əməliyyatlarının pərdəarxası əsas ruporlardan olan İ.İsmayılov özü haqqında mənfi məlumatların yayılmasının qarşısını almağı da bacarıb. Necə deyərlər, o, çoxbilmiş Qumru quşu kimi “radara” düşməkdən yayınmağı peşəkarcasına bacarır. Ölkə idmanının sütunlarının darmadağın edilməsi hesabına İ.İsmayılovun əldə etdiyi səltənət haqqında yazmaq ayrı mövzunun predmetidir.

Ancaq yeni nazir bir məsələni diqqətdə saxlamalıdır: bu şəxslərlə ölkə idmanını dirçəltmək iynə ilə qəbir qazmaq qədər çətin və mümkünsüz olacaq.

Gənclər və İdman Nazirliyində 10 şöbə fəaliyyət göstərir, hər şöbə isə bir neçə sektora bölünür. Nazirliyin rəsmi saytında 17 sektorun fəaliyyət göstərdiyi qeyd olunub. Qurumun rəhbərliyində 1 Aparat rəhbəri (Rüfət Həsənov), 3 nazir müavini (İsmayıl İsmayılov, İntiqam Babayev və Fərhad Hacıyev) təmsil olunur.

Azsiyaset.com 31 avqust 2021-ci il tarixində nazir müavini F.Hacıyev haqqında məqalə ilə çıxış etmişdi. Məqalədə onun hüdudsuz siyasi iddiaları və səmərəsiz fəaliyyətindən bəhs olunurdu. Aparılan müşahidələr göstərir ki, F.Hacıyev nazir müavini postunu sadəcə “bron” etmək üçün tutub və özünün daha böyük iddialarını gerçəkləşdirmək üçün buradan tramplin kimi istifadə etməyi düşünür.

Gənclər və İdman Nazirliyində rəsmi və qeyri-rəsmi qərarların əsas “Surkovu” hesab olunan İntiqam Babayev 21 illik bir dönəmin əsas kripto ismidir.

2000-ci ildən nazir müavini vəzifəsini tutan İ.Babayevin dirijorluğu ilə ölkənin gənclər sektoru tamamilə iflic hala gətirilib. Bu illər ərzində Azərbaycanda yalnız ölkə rəhbərliyinin iradəsi daxilində gənclər sahəsində mühüm addımlar atılıb. İ.Babayevin bütün addımlarının kökündə isə sabotaj amillər dayanıb və “pərdəarxası” oyunların əsas icraçısı kimi, o, ölkə idmanına xeyli sayda qurbanlar bəxş etməyi də bacarıb.

Azərbaycanda heç bir gənclər təşkilatı dövlətçiliyin bir qolu kimi bu sahədə sütuna çevrilə bilmədi.

İ.Babayevin kuratorluğu çərçivəsində (bu məsələdə F.Hacıyevin də payı az deyil) mövsümi və şəxsi ambisiyalara xidmət edən gənclər təşkilatları meydana gəldi. Bu təşkilatlar ya bir neçə şəxsdən ibarət olub, “qrantyeyən maşın”a çevrilib, ya da müxtəlif məmurlara bağlı şəkildə bu və ya digər şəkildə buxarlanıb yoxa çıxıblar.

Ölkədə stabil, ictimai rəyə təsir edən, əhatəli kütləyə sahib olan neçə gənclər təşkilatının adını çəkmək olar?

Sadəcə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə özlərinə fəaliyyət fürsəti qazanan və ənənəvi, “pərçimləmə” üslubunda ortada atılıb-düşən neçə təşkilat var? Və bu təşkilatlar illərdir təkcə Gənclər və İdman Nazirliyindən nə qədər pul “yeyiblər?”

Ümumiyyətlə, bu təşkilatların heç biri niyə böyüməyib? Dövlət gənclər təşkilatı axtaran zaman bu günə qədər əlini atıb yapışmağa, istinad etməyə niyə bircə təşkilat tapmayıb?

Bu ölkədə müxtəlif sahələrdəki biabırçı boşluğu niyə bir şəxsin fundamental fəaliyyəti doldurmalıdır? Dövlət başçısının siyasətinin arxasınca nə qədər gizlənib öz yarasız fəaliyyətininizi ört-basdır edəcəksiniz?

Nazirliyin gənclər profili üzərində 21 ildir öz inzibati-siyasi hökmranlığını qoruyub saxlayan İ.Babayev ölkənin gənclər və idman sahəsinin iflic olmasının əsas səbəbkarlarındandır.

Yeni nazir nərə almalıdır ki, ölkədə əksər gənclər təşkilatları mövsümidir, fərdi maraqlara xidmət edir və sabah dövlət ehtiyac duysa, bu təşkilatların heç biri bufer rolundan çıxış edə bilməyəcək.

Ən dəhşətlisi odur ki, illərdir milyonların, bəlkə də milyardların yatırıldığı gənclər sahəsi dövlətçiliyin sarsılmaz bir qanadı kimi özünü ifadə edə bilmir və belə getsə, bundan sonra da edə bilməyəcək. Odur ki, bu sahədə inqilabi dəyişikliklər qaçılmazdır!

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, hörmətli Çingiz Hüseynzadə sayğı duyulan şəxslərdəndir.

Ancaq göstərilən uzun müddətli etimada əsaslanıb fəaliyyətsizlik nümayiş etdirmək də milli mraqlarımıza cavab vermir. Bəlkə də artıq yaş öz sözünü deyir. Olimpiya Hərəkatndakı səmərəli fəaliyyətinə görə, bu ilin iyul ayının 20-də Çingiz Hüseynzadə 70 yaşı - yubileyi münasibətilə Prezident tərəfindən “Şərəf” odeni ilə də təltif olundu.

Ancaq oturub düşünməliyik: Azərbaycan idmanı getdikcə legionerlərdən, xaricdən gətirilən idmançılardan asılı vəziyyətə gətirilib. Bu vəziyyət nə vaxta qədər davam edəcək? Bəs, idmanı milliləşdirmək? Xərclənən pullar ölkənin idman sütunlarını möhkəmləndirməlidir, yeni məktəblər formalaşdırmalıdır, yoxsa legionerlərə xərclənməlidir? Bizə bu istiqamətdə ölkəyə yatırılan pul lazımdır, yoxsa xaricə daşınan?

Yeni nazir bunu da nəzərə almalıdır: ölkə idmanı milliləşməlidir, legionerlər bizə uzumüddətli qələbə vəd etmir. Bu məsələ ilə bağlı ortaya sağlam fikirlər qoyulmalı və milli konsepsiya hazırlanmalıdır.

Göründüyü kimi, yeni nazirin qarşısında məsuliyyətli məsələlər var.

Ümid edirik ki, yuxarıda adı çəkilən və Nazirliyi xərçəng kimi sarıyan müavinlər vəzifəsindən azad olunacaq, ölkəyə, gənclər sektoruna və idmana daha yararlı şəxslər bu postlara təyinat alacaqlar.

Samir Feyruzov
//demokrat.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Minimum əməkhaqqı nə zaman artırılacaq? - AÇIQLAMA
Bu gün, 09:59
"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
Bu gün, 09:03
“Brent” neftinin qiyməti 106 dolları ötüb
Bu gün, 08:59
“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü
Bu gün, 08:35
AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb - KİV
Bu gün, 08:32
Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: - hissələrə ayrılacaq…
Bu gün, 08:31
Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... - "Bu pisliyi niyə etdiniz?.."
Bu gün, 08:27
Paşinyan bizə ona görə lazımdır ki... - AKTUAL
Bu gün, 07:54
Bir həkimdən DAHA ÖTƏSİ... - REAKSİYA
Bu gün, 07:49
Neçə gündür ki, içməli su küçəyə axıdılır... - ETİRAZ VAR!
Bu gün, 07:37
Rusiya gizlicə Belarus sərhədindən kütləvi hücum edib - "Ukraynanın qərbinə keçməyə çalışıblar..."
Bu gün, 07:14
Talıbovun aktivləşməsinin pərdəarxası - “Gizli mübarizəyə başlayıblar”
Bu gün, 07:12
Hakimiyyətin içində YEYƏN MİKİ... - DARAŞIBLAR DÖVLƏTİMİZİN BÜDCƏSİNƏ...
Bu gün, 07:05
Onu TƏFTİŞ EDİRLƏR? - belə deyirlər...
Bu gün, 06:53
Əhmədzadənin həbsi onu bir başqa cür fəallaşdırdı - GƏLİŞMƏ
Bu gün, 06:49
İsrailin hakim koalisiyası parlamentin buraxılması ilə bağlı qanun layihəsi təqdim edib - KİV
Bu gün, 06:44
"İnsanlar artıq bir şeyi çox yaxşı öyrəniblər... - söhbəti təhlükəsiz etmək..."
Bu gün, 06:42
“Bank Respublika”da təhlükəli dinamika - TƏFƏRRÜAT
Bu gün, 06:14
Füzulidə direktor NİYƏ CƏZALANDI? - İTTİHAM VAR...
Bu gün, 06:11
NƏ DƏYİŞDİ Kİ: Süleyman Mikayılov rayonu indi də EVDƏN İDARƏ EDİR - İLGİNC İDDİALAR
Bu gün, 06:05
"Özümü yenidən kəşf etmişəm"
Bu gün, 05:58
Səhiyyə Nazirliyinin TENDER HOQQABAZLIĞI - qanun-manun hərləyənmi var?
Bu gün, 05:54
Torpaq sahibi əkdiyi ağacı kəsə bilmir - Deputatdan ETİRAZ
Bu gün, 05:49
Nazirlər Kabineti qazla bağlı YENİ QƏRAR VERDİ - Qiymət BAHALAŞACAQ?
Bu gün, 05:47
Paşinyan sammit qərarı: İrəvan Moskvanın orbitindən çıxır - NƏ BAŞ VERİR?
Bu gün, 05:42
"SOLO SUN" MMC-nin iki milyon manat vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 05:40
Vəzifədə əvəzedici olsa da... - ÖZBAŞINA QALIB...
Bu gün, 05:38
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu - Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar...
Bu gün, 05:22
Rubio Çini ABŞ-ın əsas geosiyasi rəqibi adlandırıb - "Fox News"
Bu gün, 05:05
Qlobal bazarlar qaynayır - Azərbaycan təsirdən kənarda qala biləcəkmi?
Dünən, 22:21
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Dünən, 22:19
Küveyt İran gəmisinə hücum edərək dörd nəfəri saxlayıb - Əraqçi
Dünən, 22:17
Koçaryan erməniləri Paşinyanla qorxutdu - "Hakimiyyətdə qalsa..."
Dünən, 22:14
Rusiya kommunistlərinin lideri Paşinyanla bağlı çağırış etdi
Dünən, 17:32
Müəllimlərin maaşı yeni qayda ilə HESABLANACAQ?
Dünən, 17:28
Bankların şikayət indeksi - SİYAHI
Dünən, 17:26
Füzulinin Dövlətyarlı kəndinin su təchizatının tikintisinə 1,9 milyon xərclənəcək
Dünən, 17:23
Türkiyə-Ermənistan ticarəti Cənubi Qafqazın xəritəsini dəyişir - Yücel Karauz
Dünən, 17:20
Trendyol Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına DƏSTƏK OLUB - FOTO
Dünən, 17:18
Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR
Dünən, 17:13
"Birmarket" yanğından sonra işini tam bərpa edib, dəyən zərər kompensasiya ediləcək
Dünən, 17:09
Şuşadakı otellərdə ən çox fransızlar, ən az isə almanlar pul xərcləyib - SİYAHI
Dünən, 17:06
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
Dünən, 16:57
Paşinyana qarşı qadağa tələbi - Zelenskinin İrəvan çıxışı Moskvanı ayağa qaldırdı
Dünən, 16:48
Fırıldaqçılıqdan əziyyət çəkən ölkələr - Şok siyahı
Dünən, 16:44
Məşhur generalın xanımı vəkilliyə BAŞLADI
Dünən, 16:42
Nazim Pənahovdan yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:41
Putinə bu səlahiyyət verildi - Rusiyalıları “qorumaq” üçün başqa ölkələrə ordu yeridəcək
Dünən, 16:33
SOCAR-ın əksər qurumlarında islahat aparılsa da... BURALAR UNUDULDU! - MÜRACİƏT!
Dünən, 16:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru