Robert Koçaryana qarşı cinayət işi başlanacaq .....                     Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir .....                     ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... .....                     İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? .....                     "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub .....                     Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır .....                     9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir .....                     Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb .....                     `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... .....                     Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? .....                     Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb .....                     Hansı ölkədə ailələrin daha çox borcu var? .....                     16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi .....                     AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Partiya sədrindən deputata SƏRT TƏPKİ: . .....                     Turistlər Azərbaycana ona görə gəlmirlər ki: .....                     Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi .....                     Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib .....                     İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib .....                     Pekinin Rusiya və İranla bağlı öz planları var... .....                     Xəzər Türklərinə aid qeyri adi toqqa .....                     Azərbaycana daxil olan humanitar yardımlar azalıb .....                     Maaş kartını rəisə vermədi, işdən çıxarıldı .....                     BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub .....                     Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib .....                     Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi .....                     20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi .....                     Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər .....                     Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir .....                     Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi .....                     “Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi” .....                     "Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" .....                     ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? .....                     Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu .....                     Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı .....                     "Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" .....                 

Tibb bacıları TƏBİB-dən əlavə ödəniş istəyir, TƏBİB-i isə Ramin Bayramlının villası maraqlandırır - NƏ BAŞ VERİR?
Tarix: 30-08-2021, 12:05 | Çap et
Tibb bacıları TƏBİB-dən əlavə ödəniş istəyir, TƏBİB-i isə Ramin Bayramlının villası maraqlandırır
Azərbaycan hakimiyyəti Covid-19-la mübarizəyə indiyədək 1 milyard manata yaxın vəsait ayırıb. Baş nazir Əli Əsədovun sözlərinə inansaq, hökumətin təkcə ötən il bu sahəyə xərclədiyi pul 644 milyon manatı keçib. 2021-ci ilin dövlət büdcəsində isə koronavirusla mübarizəyə daha 261 milyon manat ayırılıb.

Bütün bunlara baxmayaraq, Azərbaycanda koronavirusa yoluxanların və bu bəladan ölənlərin sayı günü-gündən artır. Əvəzində isə bu işlərə rəhbərlik edən bir qeyri-hökumət təşkilatının – TƏBİB-in sədri Ramin Bayramlının yeni villasının şəkilləri, videoları sosial şəbəkələri bəzəyir.

Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən biri də xəstələrlə birbaşa təmasda olan həkim və tibb bacılarına əlavə ödənişlərin verilməsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iddiasına görə, dövrün vəbası ilə mübarizə tədbirlərində iştirak edən 11667 nəfər tibb, 3029 nəfər qeyri-tibb işçisinə təkcə iyun ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə maaşlar ödənilib: Bakı şəhəri üzrə 114, respublikanın digər şəhər və rayonları üzrə 104 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18 milyon manat. O da bildirilir ki, “tibbi profilaktik tədbirləri həyata keçirən 2151 nəfər tibb işçisinə aylıq maaşının 3 misli məbləğində əlavə ödənişlər verilir.

Tibb bacıları TƏBİB-dən əlavə ödəniş istəyir, TƏBİB-i isə Ramin Bayramlının villası maraqlandırır

Ovqat.com-a şikayət edən tibb işçiləri isə onlara hər hansı əlavə ödəniş almadıqlarına deyirlər.

23 saylı poliklinikanın tibb bacıları əlavə ödənişlərin onlara yox, xəstələrin siyahısını tutan operatorlara verildiyini iddia edirlər. “Halbuki xəstələrlə hər gün təmasda olanlar bizlər və həkimlərdir. Həyatımızı təhlükəyə ataraq, insanlara şəfa verməyə çalışırıq. İçərimizdə bu xəstəliyə tutulanların da sayı az deyil. Hətta həkimlərimizdən biri koronavirusla mübarizədə dünyasını dəyişib. TƏBİB isə həyatını riskə atan bizlərə yox, poliklinikanın operatorlarına hər gün demək olar ki, 40-50 manat əlavə ödəniş verir”.

Qaynağımızın bildirdiyinə görə, bu barədə şikayətlərini TƏBİB-dən tutmuş Səhiyyət Nazirliyinə Baş nazirə və s. dövlət qurumlarına göndəriblər. Di gəl ki, onların haqlı iradlarına məhəl qoyan yoxdur.

Şikayətçilərin fikrincə, bu hal təkcə 23 saylı poliklinikada müşahidə olunmur. Ölkənin digər tibb ocaqlarında da vəziyyət eynidir.

Poliklinikanın həkimlərindən biri (müəyyən səbəblərdən adını çəkmək istəmirik) öz facebook səhifəsində həmkarlarının haqqını müdafiə edən status paylaşıb. Statusda deyilir:

“Vaksinasiya zamanı birbaşa vaksinatorlara deyil , kompüterdə işləyən operatorlara TƏBİB tərəfindən pul vəsaitlərinin ayrılması başadüşülən deyil. Çünki , potensial xəstələrlə vaksinatorlar daha yaxın kontakta olurlar. Əlavə pul vəsaiti verilməlidirsə , onlara verilməlidir”.

Tibb bacıları TƏBİB-dən əlavə ödəniş istəyir, TƏBİB-i isə Ramin Bayramlının villası maraqlandırır

Digər qaynaqlardan aldığımız məlumatına görə, TƏBİB-in əsas “qazancı” dövlət tibb müəssisələrində yox, öz evlərində müalicə alan xəstələrdir. İddiaya inansaq, dövlət hər xəstə üçün müalicə paketi ayırır, stasionar (evlərində) müalicə alanlar da qanunən dərmanlarla təmin olunmalıdır. TƏBİB isə bu tələbi sadəcə sənədlər üzərində yerinə yetirir, xəstələrə göstərilməyən xidmətin haqqı təşkilat rəhbərliyinin cibinə gedir.

Tibb işçilərinin şikayətlərini qulaq ardına vuran TƏBİB-i isə hazırda öz sədri Ramin Bayramlının villa qalmaqalı maraqlandırır. Bir müddət əvvəl mediada böyük əks-səda doğuran villa ilə bağlı ictimai birlik təkzib açıqlaması verərək bildirmişdi:

“Heç bir ciddi fakta, sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayırıq. Həmin məlumatı təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.

Qeyd edək ki, TƏBİB sədrinin özünə dəbdəbəli villa tikdirməsilə bağlı iddialar və fotoşəkillər yayılmış, daha sonra media işçiləri bu faktı araşdırmaq üçün əraziyə getmişdilər. Onların qarşısını kəsən bir adam jurnalistlərə qarşı kobud rəftar etmiş, hətta onların video-aparatını qırmağa cəhd göstərmişdi. Ardınca da tikilən villanın Ramin Bayramlıya yox, özünə aid olduğunu bildirən bu adam arı saxladığını, villanı da satdlğı balın hesabına tikdiyini bildirmişdi. Hətta özünü təqdim etdməkdən də çəkinməmişdi – Razim Bayramlı.



Medianın araşdırmaları nəticəsində aydın olmuşdu ki, özünü ingilis xuliqan kimi aparmaqdan çəkinməyən bu adam əslində Ramin Bayramlının dos-doğma qardaşıdır. Arxasında o boyda qardaşı olan yerdə, kimdən çəkinməli idi ki?











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Bu gün, 18:17
Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir
Bu gün, 18:16
ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... - AÇIQLAMA
Bu gün, 18:11
İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? – Səbəb hər kəsi təəccübləndirdi
Bu gün, 18:10
"Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub
Bu gün, 18:08
Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır - "Bloomberg"
Bu gün, 18:07
9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir
Bu gün, 18:05
Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb - KİV
Bu gün, 18:03
`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
Bu gün, 17:56
Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? - Ekspert deyir ki...
Bu gün, 17:43
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:42
Hansı ölkədə ailələrin daha çox borcu var?
Bu gün, 17:21
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 17:18
AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb - DİQQƏT!
Bu gün, 17:13
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər - GƏLİŞMƏ
Bu gün, 17:06
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər
Bu gün, 17:04
Partiya sədrindən deputata SƏRT TƏPKİ: . - Elə sözlər dedi ki..
Bu gün, 16:28
Turistlər Azərbaycana ona görə gəlmirlər ki: - Bilet baha, yol bağlı...
Bu gün, 16:20
Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi - KİV
Bu gün, 16:15
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib - SİYAHI
Bu gün, 16:02
İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib
Bu gün, 15:54
Pekinin Rusiya və İranla bağlı öz planları var... - İNCƏLƏMƏ
Bu gün, 13:21
Xəzər Türklərinə aid qeyri adi toqqa - FOTO
Bu gün, 13:18
Azərbaycana daxil olan humanitar yardımlar azalıb
Bu gün, 13:15
Maaş kartını rəisə vermədi, işdən çıxarıldı - İNDİ İSƏ...
Bu gün, 13:07
BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - FOTO
Bu gün, 13:03
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - FOTO
Bu gün, 12:58
Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi - Meyxanaçı kimdən tərbiyəsizdir?
Bu gün, 12:55
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi - İLGİNC
Bu gün, 12:40
Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər - QƏRAR
Bu gün, 12:36
Ermənistan parlamentinin sədri özündən 20 yaş kiçik modellə evlənir
Bu gün, 12:33
Azərbaycan Gürcüstandan ən çox pul köçürülən ölkə olub - SİYAHI
Bu gün, 12:31
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:28
“Sahil-S İnşaat” MTK-nın yeni sədri də axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 12:24
“Səhhətindəki problemlərə, ayağındakı ağrılara baxmayaraq Ramiz Rövşən konsertimə gəldi”
Bu gün, 12:19
"Millət vəkillərinin tələbə övladları varsa, onlar da gedib işləsinlər" - deputat
Bu gün, 12:16
ETİRAZ: Şəhəri BELƏMİ SALIRLAR? - "Bu necə mümkündür axı?"
Bu gün, 12:14
Xaçmazdan adam oğurlayıb Bakıya gətirərək döyən şəxslərə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:04
Sərdar Cəlaloğlunun “cinsi uyğunsuzluq” fikri mübahisə yaratdı – Cavadzadədən cavab
Bu gün, 11:56
"Ondan olmaz, əli qana batıb, gələcək lideri biz müəyyən edəcəyik" - İran şahının oğlundan Trampa təpki
Bu gün, 11:48
Prezidentin təsdiqlədiyi investisiya layihələrinin icrasına hansı qurum mane olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:42
Ziraat Bank Azərbaycanda YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:40
Cənubda EKOTERROR DAVAM EDİR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:25
“İtirilmiş ada” tələsi və ya Kreml Krımı saxlaya bilmir - Böhran içində "qala"
Bu gün, 11:15
İrəvandan sülhə qarşı SABOTAJ – erməni nazirin O YALANI...
Bu gün, 11:04
FHN 289 min manata 2 ədəd “Toyota” alır - DETALLAR
Bu gün, 11:02
Rusiya Ermənistana qapıları bağlayır? - Moskva qadağaların səbəbini açıqladı
Bu gün, 10:55
“Bizi qınayırlar; Nizami Rəmzi nə biləydi ki, 10 yaşlı qızı böyüyüb 45 yaşında narkotik istifadə edəcək?”
Bu gün, 10:53
Naxçıvanda şəhid atası yerli məmurlara OD PÜSKÜRDÜ - "Gəlin, cavab verin... UTANMAZLAR!"
Bu gün, 10:43
Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru