Vilayətinin SURİYA SANCISI... .....                     Azərbaycanın Karapetyanı KİM OLACAQ? .....                     "İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur .....                     Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... .....                     Trampın vaxt qoymaqlığı... .....                     Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” .....                     Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb .....                     Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI .....                     İrəvanla Bakı arasında yekun anlaşma... .....                     Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır .....                     Göyçay sakinləri niyə narazılıq edir? .....                     Qusarda tənəzzül edən təhsil sistemi .....                     Ev tikmək istəyənlərə vacib xəbər .....                     "Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" .....                     Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ .....                     Səbail məhkəməsinin icraçıları qanun tanımır .....                     "ARKOZ Qazax Sement Zavodu"nun yarım milyonluq borcu üzə çıxdı .....                     Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə... .....                     Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR? .....                     Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında .....                     Trampın Zəngəzur planı .....                     " “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..." .....                     İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu .....                     "Anam mənim evimdir" .....                     "Qumar kralı"nın adamları azadlığa çıxdılar .....                     Oğul Şıxlinskinin həbsi buna görə imiş .....                     Ermənistan Fransaya hərbi attaşe təyin edib .....                     Əmək məcəlləsinin pozulması halları... .....                     FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb .....                     Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı .....                     Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər .....                     ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi .....                     Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi .....                     Paşinyan yeni katolikos axtarır .....                     “Rep oxuyursa, deməli, buna ehtiyac var!” .....                     Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu .....                     “Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” .....                     Zəngəzurda keçid dili ingiliscə olacaq? .....                     Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni plan .....                 

Məzun papağını göyə fırlatmaq DAHA DA ÇƏTİNLƏŞİR... - "Təhsil haqqından azad olunmaq əvəzinə 20 illik kredit yüklənir..."
Tarix: 21-06-2021, 08:57 | Çap et
Məzun papağını göyə fırlatmaq DAHA DA ÇƏTİNLƏŞİR...
İyunun 17-də prezident İlham Əliyevin fərmanı ilə Tələbə Təhsil Krediti Fondu yaradıldı.

Artıq uzun müddətdir ki, ətrafında müzakirələr aparılan Fond Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.

Qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 7 üzvdən ibarət Himayəçilik Şurası yaradılacaq.

Fonda cari rəhbərliyi 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. O, dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Tələbə Təhsil Krediti Fondunun yaradılması təhsil haqqları problemini həll edəcəkmi? AzadlıqRadiosu bu suala cavab axtarıb.

Son 7 ildə sırf təhsil haqqını ödəyə bilməyən 5 min tələbənin ali təhsil müəssisələrindən xaric edildiyini diqqətə çatdıran ekspertlər Fondun yaradılmasını gərəkli bir addım kimi qiymətlərsələr də, qurumda korrupsiya üçün əlyeri qoyulduğunu, onun fəaliyyətinin uğurlu olmayacağını iddia edənlər də var.

İyunun 18-də Təhsil naziri Emin Əmrullayevin Tələbə Təhsil Krediti Fondunun qeyri-kommersiya qurumu olduğunu söyləməsinə baxmayaraq, kreditlərin 2 faizlə verilməsi haqda dedikləri də birmənalı qarşılanmadı.

Bakı Dövlət Universitetinin adının çəkilməsini istəməyən tələbəsi AzadlıqRadiosuna bildirir ki, kredit sistemi ilk baxışdan yaxşı bir sistem kimi görünsə də, onun bəzi mənfi məqamları da var.

“Çoxları təhsilini davam etdirə bilmək üçün yüksək faizli kreditlərə girir və Tələbə Təhsil Krediti Fondunu sistemi buna son qoya bilər. Amma suallar yaranır, bütün ehtiyacı olan tələbələr bundan yararlana biləcəklərmi?”

O, təhsili başa vuran kimi tələbələrin iş tapıb-tapmayacağının bəlli olmadığını deyir:

“Amma artıq indidən boyunlarına yük qoymağa hazırlaşırlar. Təhsil haqqından azad olunmaq əvəzinə 20 illik kredit yüklənir”.

Təhsil Nazirliyindən “Turan”a bildirilib ki, adıçəkilən Fondun yaradılmasından əsas məqsəd təhsilin keyfiyyətini artırmaq, onu əlçatan etmək, bu sahədə mövcud olan bir sıra sosial problemin həllinə nail olmaqdır:

“Bir çox hallarda tələbələr və yaxud ali məktəbə qəbul olunan, amma bu və ya digər səbəbdən təhsil haqqını ödəyə bilməyən abituriyentlər problemlərlə üzləşirdi”.

Nazirlik həmçinin Azərbaycanda son illər dövlət başçısının müvafiq tapşırıq və sərəncamı ilə ali məktəblərdə dövlət sifarişli yerlərin sayının artdığını qeyd edir:

“Koronavirus pandemiyası ilə bağlı 20 min tələbənin təhsil haqqı dövlət tərəfindən ödənildi, tələbələrin 50 faizdən çoxu dövlət hesabına təhsil alır. Amma eyni zamanda təhsilin maliyyələşməsi şaxələnməlidir və dünyanın ən qabaqcıl təcrübəsini özündə birləşdirən Təhsil Tələbə Krediti Fondunun da Azərbaycanda mövcud olması tələbələr üçün yeni imkanlar açacaq”.

Nazirlikdən tələbə kreditlərinin ödənişli təhsil alan tələbələrə verilməsinin nəzərdə tutulduğu deyilir.

“Bu kreditlər əsasən sosial həssas qrupdan olan tələbələrə veriləcək və onun illik faiz dərəcəsi çox aşağı olacaq. Söhbət təhsili bitirdikdən sonra müəyyən möhlət hüququ olmaqla təxminən 20 il və ondan artıq müddətdən gedir. Həmin tələbələr artıq iş tapdıqdan sonra 20 il ərzində bu pulu ödəyə bilər”.

Bu da bildirilir ki, eyni zamanda başqa, standart kreditlər də veriləcək:

“Bu isə daha çox təhsil keyfiyyətini artırmaq məqsədi daşıyır və tələbələrin orta müvəffəqiyyət göstəricisinə uyğun olaraq veriləcək. Bu tələbənin bütün təhsil haqqının bir hissəsini əhatə edə bilər”.

Təhsil Nazirliyindən bu məqsədlə dövlət büdcəsindən 80 milyon manata qədər vəsait ayrılmasının nəzərdə tutulduğunu, bu rəqəmin 40 min və daha çox tələbəni əhatə edə biləcəyini vurğulayırlar:

“Bu kreditlər kommersiya xarakteri daşımır”.

Kreditin tələbəyə yox, onun oxuduğu ali və ya orta ixtisas təhsil müəssisəsinə köçürüləcəyi də qeyd olunur:

“Təhsil Tələbə Kredit Fondundan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbə istifadə edə bilər”.

“Azərbaycanda tələbəni narazılıq etdiyinə görə imtahana buraxmırlar, ona görə ən proqresiv sistem də burada yalnız görüntü xarakteri daşıyacaq” - Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədli yeni yaradılan Fond haqqında danışarkən belə söyləyir.

O hesab edir ki, təhsil kreditlərinin verilməsi tələbənin borclandırılması deməkdir:

“Dövlət universitetlərinin ilkin məsuliyyəti isə tələbəni pulsuz təhsillə təmin etməkdir”.

Onun sözlərinə görə, indiki şəraitdə tələbə kreditlərinin effektiv olması üçün həmin kreditlərin paylanması müstəqil təşkilatlara, məsələn, tələbə təşkilatlarına və ya tələbə həmkarlar ittifaqlarına həvalə olunmalıdır.

Mərkəz rəhbərinin fikrincə, tələbə kreditlərinin verilməsində problemlər olacaq:

“Çünki biz bəzi tələbələrin təhsil haqları ilə bağlı Təhsil Nazirliyinə, universitetlərin özlərinə müraciət edirik, amma onlar bürokratik problemlər yaradır. Deyirlər ki, Dövlət Sosial Müdafiə Fonduna, tələbənin valideynlərinin işsiz olduğunu sübut etmək üçün Məşğulluq İdarəsinə müraciət etmək lazımdır. Yəni bürokratik proses uzun və yorucudur. Kreditlərin verilməsi universitetlərə həvalə olunsa, bu bürokratik prosesləri artıracaq və təhsil kredit sistemi uğurlu olmayacaq”.

Tələbə Güc Mərkəzinin rəhbərinin sözlərinə görə, tələbə universitetə qəbul olanda ona xeyli vədlər verilir:

“Deyirlər ki, sən 4-cü kursda oxuyarkən biz səni Karyera Mərkəzi vasitəsilə işlə təmin edəcəyik, müxtəlif təcrübə proqramlarına göndərəcəyik, amma bunların hamısı sadəcə boş vədlərdir. Məsələn, hüquq fakültəsində oxuyan adam prokurorluqda və ya məhkəmədə kağız-kuğuz daşımaqla məşğuldur və təcrübəsi formal xarakter daşıyır. Amma tələbə borclandırılırsa, dövlət onu real işlə təmin etməlidir. Bu isə sual altındadır”.

Nazirliksə hələlik tələbələrin gələcəkdə işlə təmin edilməsinə hansı yardımı göstərəcyi haqda danışmır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vilayətinin SURİYA SANCISI... - Molla rejimi sərsəmləməkdə davam edir...
Bu gün, 09:17
Azərbaycanın Karapetyanı KİM OLACAQ? - belə birisi VARMI?
Bu gün, 09:07
"İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur
Bu gün, 09:04
Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 08:55
Trampın vaxt qoymaqlığı... - NƏ BAŞ VERİR?
Bu gün, 08:52
Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” - NƏ ETMƏLİ?
Bu gün, 07:56
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI - Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ
Bu gün, 07:44
İrəvanla Bakı arasında yekun anlaşma... - AN MƏSƏLƏSİDİR...
Bu gün, 07:38
Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır - GƏLİŞMƏ
Bu gün, 07:36
Göyçay sakinləri niyə narazılıq edir? - VİDEOMÜRACİƏT
Bu gün, 07:20
Qusarda tənəzzül edən təhsil sistemi - AXI NİYƏ?..
Bu gün, 07:15
Ev tikmək istəyənlərə vacib xəbər – Bunu mütləq edin, əks halda…
Bu gün, 07:11
"Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" - ÇÜNKİ...
Bu gün, 07:08
Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ - MÜRACİƏT
Bu gün, 07:06
Səbail məhkəməsinin icraçıları qanun tanımır - NAZİRƏ AÇIQ MƏKTUB
Bu gün, 07:02
"ARKOZ Qazax Sement Zavodu"nun yarım milyonluq borcu üzə çıxdı - 600 minlik yük kimin çiynindədir?
Bu gün, 06:39
Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə... - Azərbaycanla sülh əldə etmək çətin olacaq
Bu gün, 06:35
Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR? - AKTUAL
Bu gün, 06:32
Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında - FOTO
Bu gün, 06:21
Trampın Zəngəzur planı - GƏLİŞMƏ
Bu gün, 06:18
" “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..." - partiya sədri
Bu gün, 06:11
İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu – Regionu silkləyən TƏKLİF
Bu gün, 06:06
"Anam mənim evimdir" - FOTO
Bu gün, 05:36
"Qumar kralı"nın adamları azadlığa çıxdılar - 8 illik hökm ləğv edildi
Bu gün, 05:31
Oğul Şıxlinskinin həbsi buna görə imiş - TƏFƏRRÜAT
Bu gün, 01:00
Ermənistan Fransaya hərbi attaşe təyin edib
Dünən, 18:00
Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Dünən, 17:47
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Dünən, 17:43
Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Dünən, 17:38
Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər - BUNDAN SONRA...
Dünən, 17:34
ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi - TƏFƏRRÜAT
Dünən, 17:30
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Dünən, 17:13
Paşinyan yeni katolikos axtarır
Dünən, 17:10
“Rep oxuyursa, deməli, buna ehtiyac var!” – Alim Qasımov ətrafında qalmaqal
Dünən, 17:02
Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu - FOTO
Dünən, 17:00
“Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?
Dünən, 16:49
Zəngəzurda keçid dili ingiliscə olacaq? - AKTUAL
Dünən, 16:43
Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? - İLGİNC İDDİALAR
Dünən, 16:34
Zəngəzur dəhlizi ilə bağlı yeni plan – Kartlar yenidən paylanır
Dünən, 16:28
Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir - İcra başçısı
Dünən, 16:26
Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Dünən, 16:25
“Rossotrudniçestvo” rəhbərinin qorxusu: - “Təsirimizi itirmək fəlakətli olacaq"
Dünən, 16:22
Paşinyan gizli danışıqlara BAŞLADI
Dünən, 16:20
Parisin "sülh göyərçini" təqdimatı: - Makron erməni tərəfkeşliyindən əl çəkmir
Dünən, 16:18
Deputatlara verilən bu pullar narazılıq yaratdı – MƏBLƏĞ
Dünən, 16:14
Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Dünən, 16:12
Britaniya Ermənistana yeni səfir təyin edib - KİV
Dünən, 16:09
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib - DETALLAR
Dünən, 16:05
“Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” - ETİRAZ VAR...
Dünən, 15:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru