Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Azay Quliyevin fəaaliyyətindən KİMSƏ RAZI DEYİLMİŞ... - “Yenə kimlərsə pul yeyəcək”
Tarix: 4-05-2021, 08:05 | Çap et
Azay Quliyevin fəaaliyyətindən KİMSƏ RAZI DEYİLMİŞ...
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Şuradan fərqli olaraq, Agentliyə ümumi nəzarət və rəhbərliyi Müşahidə Şurası həyata keçirəcək. Müşahidə Şurası tərəfindən təyin olunan sədr isə icraçı direksiyaya rəhbərlik edəcək.

Bundan sonra publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək QHT-lərə Dövlət Dəstəyi Agentliyi geniş səlahiyyətlərə malik olacaq. İctimai nəzarəti təşviq, digər dövlət qurumlarının keçirdiyi qrant layihələrinə nəzarət, regional nümayəndəliklər təsis etmək, qanunla qadağan edilməyən kənar mənbələr hesabına maliyyələşmək və s. bu qəbildəndir.

Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün öncə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərini təyin edib. Dövlət qurumlarından - Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin böyük məsləhətçisi Vüsal Quliyev, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Zakir Hacıyev, qeyri-hökumət təşkilatları sektorundan isə Azay Quliyev, Azər Allahverənov, Əvəz Həsənov, Zaur İbrahimov, İsrayıl İsgəndərov, Nürəddin Mehdiyev, İlqar Orucov və Günel Səfərova Müşahidə Şurasının üzvləri təyin olunublar. Müşahidə Şurasının ilk iclasında Azay Quliyev yenidən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbəri, Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.

İqtisadçı alim, Milli Məclisin sabiq üzvü Nazim Bəydəmirli AYNA-ya açıqlamasında deyib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən heç bir gözləntisi yoxdur, baxmayaraq ki, o, vətəndaş cəmiyyətinə nəzarəti həyata keçirən qurumdur: “Bu cür qurumların fəaliyyətləri kifayət qədər qüsurludur. Dövlət büdcəsi hesabına müxtəlif qurumların qrantlar ayırması korrupsiya sxemi yaradır. Hesab edirəm ki, nəinki idarəetmə forması dəyişməli, ümumiyyətlə həmin qurumlar ləğv edilməli idi. Bu, o demək deyil ki, dövlət bu sahələrin inkişaf etdirilməsində maraqlı olmalı deyil. Əksinə, müxtəlif nazirliklər, dövlət komitələri tərəfindən layihələr həyata keçirilməli, ictimai birliklər də həmin layihələrə qoşulmalı idi. Bütün dünyada belədir, beynəlxalq təcrübə də bunu deyir. Heç bir dövlətdə ayrıca bir qurum yaradıb, onun vasitəsilə QHT-ləri maliyyələşdirmirlər”.

“Heç şübhəsiz, qrantların vahid qurum və ya qurumlar tərəfindən verilməsi şəffaflığa böyük zərbədir. Nəticədə qrantları əksər hallarda adıçəkilən agentliklərə yaxın şəxslər əldə edirlər. QHT-lər qrant əldə etdiklərinə, asılı olduqlarına görə həmin agentliklərin əleyhinə fikir bildirə bilmirlər. Bir çox hallarda da bu qrantlar faktiki olaraq icra edilmir və cəmiyyətə heç bir faydası olmur. Dövlət büdcəsinin mənimsənilməsini və israf edilməsini istəmiriksə, buna imkan verməməliyik. Dövlət büdcəsinə “sağmal inək” kimi baxmaq olmaz. Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun və dəstəsinin fəaliyyəti bir daha sübuta yetirdi ki, bu sahələrdə böyük yeyintilərə yol verilib və hazırda cinayət araşdırması davam edir”, - deyə həmsöhbətimiz bildirib.

Beynəlxalq təşkilatların qrant layihələrinin həyata keçirilməsinə qadağalardan danışan Məmmədov bunu yolverilməz hesab edir: “Azərbaycanda müxtəlif beynəlxalq təşkilatların işləməsinə qoyulan faktiki qadağalar, müstəqil QHT-lərə qarşı süni əngəllər, xaricdən qrant layihələrinin çətinləşdirilməsi müstəqil vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini iflic edir. Yalnız daxildə və dövlət büdcəsi hesabına fəaliyyət göstərən qurumlar tərəfindən maliyyələşmə mexanizmi müstəqil ictimai fəaliyyətin qarşısını almaq cəhdidir. Faktiki olaraq müstəqil düşüncəli təşkilatlar informasiya savaşında tərkisilah edilib. Eyni zamanda, beynəlxalq müstəviyə çıxışları əngəllənib”.

“Baş verənlər bu sahədə də inhisarçılığın olduğunu söyləməyə əsas verir. Bu mənada xarici təşkilatlar tərəfindən qrant layihələrinin Azərbaycanda da bərpa edilməsinə ciddi ehtiyac var”, - deyə sabiq deputat vurğulayıb.

Politoloq Əhəd Məmmədli də oxşar fikirdədir. Onun AYNA-ya dediyinə görə, dövlət büdcəsindən maliyyələşən QHT-lərin fəaliyyətindən ciddi nəticələr gözləməyə dəyməz: “Azərbaycanda QHT sektoru, istər dövlət dəstəyi ilə fəaliyyət göstərənlər olsun, istərsə də xarici mənbələr hesabına - yalnız qrant aldığı dairələrin maraqlarına xidmət edir. Elə bu səbəbdəndir ki, uzun illər ölkəmizdə vətəndaş cəmiyyəti insitutları fəaliyyət göstərsə də, heç bir faydaları olmayıb. Nə insan haqları, nə demokratiya, nə də vətəndaş cəmiyyətinin inkişafı istiqamətində nəzərəçarpacaq addımları müşahidə edilib”.
“Ümumi yanaşma bundan ibarətdir ki, qrant layihələri yalnız müəyyən adamların vəsait əldə etməsi üçün bir vasitəsidir. Ortada isə heç bir uğurlu layihədən söhbət gedə bilməz. Bu sahə ilə bağlı müzakirələr zamanı insanlarda ironik təbəssüm yaranır ki, yenə kimsə pul yeyəcək. Misal üçün, 10 min manat qrant alırlar, 1-2 minini xərcləyirlər, yerdə qalanına mənzil, avtomobil alırlar”, - deyə müsahibimiz söyləyib.

Xarici donorlardan maliyyələşmənin kəsilməsinə gəldikdə, Məmmədlinin fikrincə, bu qərar xaricdən qrant alan təşkilatlara ciddi zərbədir: “Müxtəlif xarici təşkilatlardan qrant alan əksər təşkilatlar da heç bir iş görmürdü. Yalnız statistika xatirinə fəaliyyət göstəriblər. Lakin bütün hallarda müstəqil QHT-ləri susdurmaq üçün xarici qrantları kəsmək yolverilməzdir. Bu, demokratiya, insan haqları prinsiplərinə, o cümlədən Azərbaycan dövlətinin beynəlxalq təşkilatlar qarşısında öhdəliklərə ziddir”.

“Hesab edirəm ki, qrantları yalnız dövlət büdcəsi hesabına həyata keçirməklə müstəqil QHT-lərin fəaliyyətinin qarşısı alınır. Yeni Agentlik yaradıb və bu sahədə islahatlar aparılacağı elan edirlərsə, o halda xarici qrantların da verilməsinə icazə verilməlidir”, - deyə politoloq fikrini yekunlaşdırıb.
//AYNA.AZ//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru