Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                     Kannı silkələyən azərbaycanlı aktyor .....                     Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü .....                     Güney Qafqazın taleyi HƏLL OLUNUR... .....                     2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub .....                     Rahidəni PƏRT ETDİLƏR .....                     Rusiya Pekinin təsiri altına düşür... .....                     İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" .....                     "Bizi niyə xərcə salırlar?" .....                     BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı .....                     Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları .....                     Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır .....                     Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? .....                     WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir .....                     AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü .....                     Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir .....                     Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? .....                     Suraxanıda kimin sözü keçir... BİLİNMİR! .....                     Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi .....                     AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq .....                     Arzu Kazımovu kim himayə edir ki... .....                     Tarixdə ilk: Ermənistan silah satdı .....                 

“Azərlotereya” ASC niyə Türkiyə şirkətinə idarəetməyə verildi? - İLGİNC İDDİA
Tarix: 18-01-2021, 11:15 | Çap et
“Azərlotereya” ASC niyə Türkiyə şirkətinə idarəetməyə verildi?
Məlum olduğu kimi,yanvarın 16-da Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” sərəncam imzaladı.Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib və İqtisadiyyat Nazirliyinə müqavilə təsdiq edildikdən sonra “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti ilə təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin etmək həvalə olunub.

Xatırladaq ki, “Azərlotereya” ASC 2001-ci ilin noyabr ayının 23-də dövlət başçısının fərmanı əsasında Azərbaycanda lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə yaradılıb. “Azərlotereya”ASC-nin təsisçisi rolunda İqtisadiyyat Nazirliyi çıxış edir və İdarə Heyətinin sədri vəzifəsini 2008-ci ildən Bakı şəhər Vergilər Departamentinin rəis müavini vəzifəsində çalışmış Maqsud Tağıyev daşıyır.

Elektron media resursları üzərinən apardığımız araşdırmalar zamanı ilk gözə dəyən məlumat 2018-2020-ci illərdə İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyevə ildə 37 900 manat, yəni ayda təxminən 3 150 manat əmək haqqı ödənilməsi oldu. Nəzərə alsaq ki,Maqsud Tağıyev ASC-yə 12 ildir ki, rəhbərlik edir,onda onun təkcə vəzifəsindən əməkhaqqı kimi əldə etdiyi gəlirin bu günə qədər 454 800 manat təşkil etdiyi məlum olur.

Həmin məlumatlardan “Azərlotereya”nın İH-nin sədr müavini Elçin İbrahimovun 32 100 manat, yəni ayda 2 675 manat (sədrə ödənilən maaşın 85%-i qədər), İH-nin üzvü və maliyyə şöbəsinin rəisi Hidayət Yarıyevin isə 26 700 manat, yəni ayda 2 225 manat (sədrə ödənilən maaşın 70%-i qədər) əmək haqqı aldığı bəlli olur. Göründüyü kimi “Azərlotereya” ASC təkcə bu üç nəfərə bir il ərzində 96 700 manat əmək haqqı ödəyib.

Amma bu qədər samballı maaşla bərabər “Azərlotereya”ASC-də İdarə Heyətinin üzvlərinin əlavə gəlirləri də olmamış deyil. Bunlar hansılardır? Onların əsas qazanc yerlərindən biri lotereya biletlərinin satışıdır.Uduşlardan tutulan faizlər də “Azərlotereya”ASC rəsmilərinin gəlirlərinə daxildir.Maraqlıdır “Azərlotereya”Açıq Səhmdar Cəmiyyətinin rəsmiləri dövlət satınalmaları yolu ilə nə qədər qazanc əldə ediblər?

Qeyd edək ki,açıq internet resursları üzərindən apardığımız araşdırmalarda “Azərlotereya” ASC-nin təkcə 2016-cı ildə lotereya biletlərinin satışının təşkili işlərinin satın alınması üzrə tenderə 5 500 500.00 manat vəsait ayırdığı və “Lotto Yayım” MMC, “GLOBNET SYSTEMS” MMC,“Mobil Loto” MMC, “Azərinteltek” QSC ilə müqavilələr bağladığı məlum oldu.

Aktualinfo.org-un apardığı digər araşdırmalarda “Azərlotereya”Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilmiş açıq tenderdə bağlanılmış satınalma müqavilələri barədə məlumatların dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilmədən həyata keçirilməsi də üzə çıxdı.Belə ki, “Azərlotereya” ASC tərəfindən 26 noyabr 2020-ci il tarixdə “Lotereya biletlərinin satışı” üzrə keçirilmiş açıq tenderdə qalib elan edilmiş “LottoYayım” MMC, “CaspianTech” QSC, “Smart Lotto” MMC və “Mobil Loto” MMC ilə 15 yanvar 2021-ci il tarixində satınalma müqaviləsi bağlanıldığı bildirilir.Göründüyü kimi ASC 26 noyabr 2020-ci ildə keçirmiş olduğu tenderlər üzrə 15 yanvar 2021-ci ildə müqavilə bağlayıb.Amma satınalmalar haqqında qanuna görə,tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir. Bəs 26 noyabr 2020-ci ildən 15 yanvar 2021-ci ilə neçə bank günü keçib?

Digər tərəfdən,”Dövlət satınalmaları haqqında” Qanuna görə satınalan təşkilat satınalma prosedurları haqqında aşağıdakı məlumatların göstərildiyi hesabatı tərtib edir; tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti;

Amma “Azərlotereya”ASC həyata keçirdiyi tender və kotirovka sorğuları barədə məlumatları “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin əksinə olaraq ictimaiyyətdən gizlədib. Həm də bir yox,bir neçə dəfə. Elə buradan da, bu şirkətlərlə bağlanılan müqavilələr barədə ətraflı məlumatların dövlət sanalmalarının rəsmi internet saytında nə üçün yerləşdirilməməsi müəyyən suallar ortaya çıxarır. İndi isə səhmdar cəmiyyətin ictimaiyyətdən gizlətdiyi digər tender prosedurlarına nəzər salaq.

29.03.2019-cu il tarixli yeni ani, bayram və ənənəvi həftəlik lotereyaların, cəmiyyətin rəsmi internet səhifəsi və digər üsullarla satılan lotereya biletlərinin reklam kampaniyalarının səmərəliliyini artırmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə kotirovka sorğusunun qalibi elan olunmuş fərdi sahibkar Bədəlov Nadir Sabir oğlu ilə bağlanmış müqavilə barədə də açıq məlumatlar verilmir.

Amma 07.02.2020-ci il tarixdə kompyuter və server avadanlıqlarının satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi elan olunmuş “Premier”MMC-ilə 48 781,20 manat məbləğində satınalma müqaviləsinin bağlanması barədə məlumat açıq şəkildə göstərilir.

“Azərlotereya” ASC-nin 31 dekabr 2019-cu il tarixdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartların tələblərinə və Beynəlxalq Audit Standartlarına müvafiq audit yoxlanılmasının aparılması ilə bağlı keçirmiş olduğu kotirovka sorğusunun qalibi “Caspian Consulting partners” MMC olmuşdur. “Azərlotereya” ASC ilə “Caspian Consulting partners” MMC arasında 10.02.2020-ci il tarxidə satınalma müqaviləsi bağlanmışdır.Lakin bağlanmış müqavilə barədə açıq məlumatlar verilmir.

“Azərlotereya” ASC-nin 02.12.2019-cu il tarixdə keçirilmiş “Lotereya biletlərinin çapı” üzrə açıq tenderin qalibi elan olunmuş “İndigo” MMC-ilə satınalma müqaviləsi bağlanımışdır.Burada da ayrilmış vəsaitin məbləği açıqlanmamış qalıb.Qeyd edək ki,lotereya biletlərinin çap olunması vaxtaşırı həyata keçirilir və bu lot üzrə kifayət qədər vəsait ayrılır. Amma bu məqsədlə keçirilmiş tenderllər barədə dövlət sanalmalarının rəsmi internet saytında heç bir məlumat yerləşdirilməyib.

ASC tərəfindən 24.07.2019-cu il tarixdə kompyuter və digər avadanlıqların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi elan olunmuş “Premier” MMC -ilə 7398.60 manat məbləğində satınalma müqaviləsinin bağlanması barədə məlumat açıq şəkildə göstərilir.

Lakin 15.05.2019-cu il tarixdə kompyuter və digər avadanlıqların satın alınması üzrə kotirobka sorğusunun qalibi elan olunmuş “Megamart” MMC ilə müqavilə barədə məlumatlar ictimaiyyətdən gizlədilib.

Həmçinin 07.03.2019-cu il tarixdə İT avadanlıqlarının satın alınması üzrə kotirovka sorğusunun qalibi elan olunmuş “Best Comp Group” MMC-ilə bağlanılmış müqavilə barədə məlumatlar da.

İndi isə “Azərlotereya” ASC-nin gizlin şəkildə müqavilə bağladığı,daim işbirliyində olduğu şirkətlər barədə məlumatlara nəzər salaq.Qeyd edək ki,səhmdar cəmiyyətin uzun illərdir işbirliyi qurdiuğu və lotereya biletlərinin satışı üzrə bütün tenderlərin qalibi olan “Mobil Loto” MMC barədə heç bir məlumat yoxdur. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında belə bu MMC barədə məlumat olmadığı göstərilir.Ünvanı belə belə olmayan bir MMC ilə “Azərlotereya” ASC-nin işbirliyi müəmmalı görsənmirmi? ASC-nin işbirliyi qurduğu digər MMC-lər isə aşağıdakılardır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PREMİER” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 13.03.2015-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının LƏNKƏRAN RAYONU,LƏNKƏRAN ŞƏHƏRİ, V.MƏMMƏDOV, ev 6, qanuni təmsilçisi kimi Məmmədov Cavad Ramil oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MEGAMART” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 19.01.2006-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ, ev 119C, m. 22,qanuni təmsilçisi kimi Məmmədova Səbinə Ramiz qızı qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LOTTO YAYIM” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində 17.10.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU,KAZIM KAZIMZADƏ, ev 30B, m. 132, qanuni təmsilçisi kimi Həsənov Məhəbbət Əmirxan oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “CASPİAN TECH” qapalı Səhmdar Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində 19.01.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 100000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU,XOCALI, ev 13A,m.”XƏTAİ İŞ MƏRKƏZİ” qanuni təmsilçisi kimi Məmmədov Vüsal Yaqub oğlu qeyd edilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SMART LOTTO” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 11.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 13 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZƏR ƏLİYEV, ev 5Q, m. 35, qanuni təmsilçisi kimi Məmmədov Anar Elnur oğlu qeyd edilib.

Göründüyü kimi “Azərlotereya” ASC-nin maliyyə işlərində qaranlıq məsələlər çoxdur. Bizim qeyd etdiklərimiz bu qaranlıq məsələlərin üzdə olan,görünən bir hissəsidir.Maraqlıdır bəs görəsən bizlərə məlum olmayan başqa nə kimi qaranlıq məsələlr var? Sabiq Vergilər naziri Fazil Məmmədovun kadrlarından olan Maqsud Tağıyevin 12 illik fəaliyyətinin bu cür nəticələnməsi nə ilə bağlıdır,hələlik məlum deyil. Elə çox güman ki,ASC-nin Türkiyə şirkətinə idarəetməyə verilməsinin əsas səbəbi də lotereya oyunlarının keçirilməsindən dövlət büdcəsinə daxil olmalardan daha çox Maqsud Tağıyevin şəxsi qazancının artırılmasına xidmət etməsi olub.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58
Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56
Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47
AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48
Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru