В«Bank RespublikaВ» vətəndaşın başına necə oyun açıb... - QALMAQAL
Tarix: 18-03-2020, 09:32 | Çap et
 Paytaxt sakini Qulu Quliyev deyir ki, bankda imzasını saxtalaşdırıb, onu işə salıblar və heç nədən xəbəri olmadığı halda, evinin üstünə həbs qoyublar. Dediyinə görə, həmin vaxt evini satmaq istəyirmiş, hətta bir nəfərdən beh də alıbmış. Ancaq evin üstündə həbs olduğuna görə alqı-satqı baş tutmayıb. İddia edir ki, bunun ucbatından aldığı behi ikiqat qaytarmağa məcbur qalıb və beləcə, durduğu yerdə ziyana düşüb.
DİA.AZ-ın məlumatına görə, Q.Quliyev və eyni ünvanda yaşayan yaxınları В«Bank RespublikaВ»nı məhkəməyə verərək, 50 min manat təzminat tələbini irəli sürüblər – 20 min manat maddi, 30 min manat mənəvi ziyanın əvəzi kimi. Ancaq məhkəmə Q.Quliyevin yaxınlarını (öz ailə üzvləri, qardaşı və onun övladları) iddiaçı kimi qəbul etməyib. Qərar verilib ki, iddiaçı Q.Quliyev özü olsun, qohumları da sadəcə, maraqlı şəxs. Məhkəmə В«Bank RespublikaВ» ilə bağlı qalmaqalın yalnız Q.Quliyevə aid məsələ olması qənaətinə gəlib.
Məsələnin kökü gedib 2014-cü ilə çıxır. O zaman В«Bank RespublikaВ» bir müştərisinə - Əhməd Əliyevə kredit verib. Sonradan həmin kreditin qaytarılmasında problem yaranıb və bir il sonra bank məhkəməyə üz tutub. Şuşa rayon Məhkəməsi 2015-ci ilin avqustunda qərar çıxarıb ki, banka qalmış borcu (17 min 692 dollar) Əhməd Əliyevlə ona zamin durmuş Q.Quliyev ödəməlidir. Ardınca da məhkəmə icraçılarının təqdimatı əsasında Suraxanı rayon Məhkəməsi Q.Quliyevin evinin üstünə həbs qoyub.
Müqavilədə zamin yerindəki imzanın ona aid olmadığını deyən Q.Quliyev bu məsələyə görə məhkəməyə üz tutub. Səbail rayon Məhkəməsi xətşünaslıq ekspertizası təyin edib.
Ekspertiza rəy verib ki, doğrudan da o imzanı Q.Quliyev atmayıb. Yəni müqavilədə zamin kimi göstərilsə də, əslində, xəbəri yoxdur, imzası saxtalaşdırılıb. Bu rəyi əsas götürən məhkəmə sözügedən zaminlik müqaviləsinin ləğvinə qərar verib.
Bundan sonra Q.Quliyev kredit borcunu onun ödəməsi barədə qərardan şikayət verib. Sumqayıt Apellyasiya Məhkəməsi də eyni əsasla vaxtilə Şuşa məhkəməsinin onun haqqında çıxardığı qərarı ləğv edib. Ötən ilin iyununda evin üzərindən həbs də götürülüb.
В«Saxta müqavilə ilə məni nə qədər ziyana saldılar. Evi satanda 3 min manat beh götürmüşdüm. Onda bilmirdik ki, evin üstündə həbs var. Alqı-satqıda üzə çıxdı. Məcbur olub behi ikiqat qaytardım. Həm bu məsələ, həm də məhkəmə xərcləri bizə nə qədər ziyan vurub. Özümün də, ailəmin də səhhətində problemlər yaranıbВ», - şikayətçinin sözləridir.
Ancaq məhkəmə onun 5 min manatlıq təzminat tələbini təmin etməyib. Səbəbi də belə izah edib ki, Q.Quliyev ona maddi ziyan dəyməsi (evi almaq istəyən şəxsə 6 min manat ödəməsi və s.) haqda iddiasıyla bağlı sübutlar ortaya qoya bilməyib. Yuxarı məhkəmə instansiyalarına şikayət də, nəticəni dəyişməyib.
В«İddiaçı Qulu Quliyev В«Bank RespublikaВ»nın hərəkətləri nəticəsində onun və ailəsinin səhhətinə 20 min manatlıq ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Evin üzərinə həbs qoyulmasına görə onun aldığı behi qaytarmaqla zərərə uğraması birbaşa bankın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyan deyilВ», - Ali Məhkəmənin qərarında belə yazılıb.
Beləcə, В«Kimdir müqəssirВ» sualı cavabsız qalır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Bu gün, 17:46 |
|
|
|
| • Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Bu gün, 17:43 |
|
|
|
| • “Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Bu gün, 17:39 |
|
|
|
| • SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:34 |
|
|
|
| • Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Bu gün, 17:31 |
|
|
|
| • Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Bu gün, 17:29 |
|
|
|
| • “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Bu gün, 17:25 |
|
|
|
| • Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Bu gün, 17:22 |
|
|
|
| • Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Bu gün, 17:19 |
|
|
|
| • Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Bu gün, 17:15 |
|
|
|
| • 800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Bu gün, 17:12 |
|
|
|
| • Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 17:05 |
|
|
|
| • Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Bu gün, 16:53 |
|
|
|
| • Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 16:50 |
|
|
|
| • Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Bu gün, 16:45 |
|
|
|
| • “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Bu gün, 16:42 |
|
|
|
| • Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Bu gün, 16:38 |
|
|
|
| • “Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Bu gün, 16:33 |
|
|
|
| • Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Bu gün, 16:30 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Bu gün, 16:28 |
|
|
|
| • İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Bu gün, 16:22 |
|
|
|
| • Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Bu gün, 16:21 |
|
|
|
| • Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
| • Rusiya Ermənistana etiraz notası göndərib
Bu gün, 16:18 |
|
|
|
| • İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir - Pezeşkian
Bu gün, 16:17 |
|
|
|
| • Azərbaycanda boşanma çətinləşdirilə bilər - ŞƏRH
Bu gün, 16:15 |
|
|
|
| • Sülh sazişinə ən böyük maneə... - Konstitusiyanı dəyişməmək müharibə anonsudur
Bu gün, 16:11 |
|
|
|
| • Neft Fondunun 22 ton qızılı hara və... neçəyə satdığı məlum oldu
Bu gün, 16:08 |
|
|
|
| • Ermənistan 3 ildir üzvlük haqqı ödəmir - Masadıkov
Bu gün, 16:06 |
|
|
|
| • Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... - TƏFƏRRÜAT
Bu gün, 16:03 |
|
|
|
| • Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? - GƏLİŞMƏ
Bu gün, 15:50 |
|
|
|
| • Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - BUNDAN SONRA...
Bu gün, 15:48 |
|
|
|
| • Belarus Ukraynaya nota verib
Bu gün, 15:45 |
|
|
|
| • Mirzoyan Avropa İttifaqından yardım istədi - “Azatutyun”
Bu gün, 14:40 |
|
|
|
| • Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib
Bu gün, 14:39 |
|
|
|
| • Bakıda 20 yaşlı oğlan evlənmək vədi verdi, azyaşlı qızla qaçdı: “İki gecə küçədə qaldıq” - TƏFƏRRÜAT
Bu gün, 14:32 |
|
|
|
| • Paşinyandan TRIPP-lə bağlı VACİB AÇIQLAMA
Bu gün, 14:24 |
|
|
|
| • Namizəd Səfərovun məhkəməsi başlayıb
Bu gün, 14:22 |
|
|
|
| • TÜRK KİMLİYİNƏ QARŞI "DNT HÜCUMU"? – "Məsələ təkcə gen deyil..."
Bu gün, 13:36 |
|
|
|
| • Bakıda qadın müştərilərlə tanış olmaq istəyən taksi sürücüləri HƏBS OLUNDU
Bu gün, 13:32 |
|
|
|
| • Arvadını öldürmüşdü - Qayınatası onu bağışladı
Bu gün, 13:30 |
|
|
|
| • Yanan binada övladını itirən vəkil Prezidentə üz tutdu - MÜRACİƏT
Bu gün, 13:25 |
|
|
|
| • Anasını itirən Ləman əməliyyat masasında - Yasamal yanğınının dəhşəti bitmir
Bu gün, 13:23 |
|
|
|
| • Yazıçılar Birliyinə qəbul müvəqqəti dayandırıldı - Səbəb açıqlandı
Bu gün, 13:18 |
|
|
|
| • Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu... - TƏFƏRRÜAT
Bu gün, 13:17 |
|
|
|
| • “Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
Bu gün, 13:05 |
|
|
|
| • Ya 60 qəpiyi qaytarın, ya da 20 manatı... - ETİRAZ
Bu gün, 13:03 |
|
|
|
| • Moskva aeroportlarında xaos - uçuşlar ləğv edildi
Bu gün, 12:56 |
|
|
|
| • Sayımızı necə artıraq... ARTIRAQMI? - Başqa ölkələrdə...
Bu gün, 12:55 |
|
|
|
| • Paşinyan Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasına qatılacaq
Bu gün, 12:52 |
|
|
|
|