Vətəndaşın 23 minə aldığı avtomobilə gömrükdə 32 min qiymət qoyublar - GİLEY
Tarix: 11-03-2020, 17:05 | Çap et
 Gömrük orqanları xaricdən avtomobil gətirən vətəndaşa artıq vergi hesablayıblar. Belə bir iddia ilə Yeniavaz.com-a müraciət edən Azərbaycan vətəndaşı Nadir İbrahimov bildirir ki, hərrac yolu ilə ABŞ şirkətinə məxsus avtomobili satın alıb. Nadir İbrahimovun sözlərinə görə, ABŞ-dan gətirdiyi 2018-ci il istehsalı olan “JEEP WRANGLER” markalı avtomobil üçün 23 min 31 dollar vəsait ödəyib. “Gömrük orqanları vergi hesablayan zaman avtomobilin dəyərinin 32 min dollar göstərərək vergini də bu məbləğə əsasən məndən aldılar”, - deyən İbrahimov bildirdi ki, avtomobili 23 min dollara aldığını təsdiqləyən bank ödənişini, ABŞ şirkətinin verdiyi “invoys”i (hesab-faktura) və digər sənədləri gömrük orqanına təqdim edib: “Gömrük orqanları təqdim etdiyim sənədlərdəki rəqəmə deyil, özlərinin yazdığı rəqəmə əsasən vergi hesabladılar. Avtomobili 23 min dollara aldığım halda vergini hansı səbəbdən 32 min dollar üzərindən hesabladıqlarını soruşduğum zaman, əvvəlcə bildirdilər ki, 23 minin üzərinə yol pulunu əlavə ediblər. Etiraz edərək bildirdim ki, avtomobil Gürcüstanın Poti limanına kimi əlavə yol xərci ödənilmədən gətirilib və bununla bağlı da təqdim olunan “invoys”də qeydlər var. Poti limanından Azərbaycan sərhədinə kimi olan məsafədə yol xərci 9 min dollar edə bilməz. Tələb etdim ki, avtomobilə 32 min dollar dəyər qoyulmasını hansı əsaslarla hesabladıqlarını yazılı surətdə mənə versinlər. Ancaq bu sənədi də vermədilər”. Məlumat üçün qeyd edək ki, Azərbaycan gömrük ərazisinə gətirilən malların gömrük dəyəri “Gömrük Tarifi haqqında” Qanununun müddəalarına uyğun olaraq müəyyən olunur. Malların gömrük dəyərini hesablamaq üçün tətbiq edilən ilk üsul malların sövdələşmə qiyməti üsuludur. Yəni, malın gömrük dəyəri müəyyən olunarkən tərəflər arasındaki sövdələşmə qiyməti əsas götürülür. Bu üsuldan istifadə edilə bilmədiyi halda, digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Vətəndaş Nadir İbrahimov bildirir ki, təqdim etdiyi “invoys” məhz qanunda qeyd olunan sövdələşmə sənədi hesab olunur: “Əgər avtomobili aldığım şirkətlə sövdələşməm olmasa, onlar mənə necə “invoys” verə bilər. Təqdim olunan “invosy”də avtomobilin qiyməti və digər bütün zəruri məlumatlar açıq şəkildə qeyd olunub. Ancaq gömrük əməkdaşları heç bir izahat vermədən avtomobilə aldığım qiymətdın daha yüksək qiymət qoyurlar”. Xatırladaq ki, bir qədər əvvəl məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev də keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirir ki, gömrük qanunvericiliyinə görə, ölkəyə gətirilən malları, o cümlədən avtomobilləri bir neçə üsulla qiymətləndirmək olar: “Tarif haqqında” qanunda deyilir ki, ölkəyə gətirlən avtomobilin dəyərləndirilməsi üçün birinci üsul sövdələşmədir. Yəni bu nəqliyyat vasitəsi Gürcüstandan alınıbsa, rəsmi fakturası varsa, pul rəsmi ödənilibsə, buyursun gətirsin. Və bu zaman birinci üsul tətbiq ediləcək – yəni müqavilədəki qiymət əsas götürüləcək. Amma əgər rəsmi faktura yoxdursa, invoys, müqaviləsi yoxdursa, əvəzində bazardan bir faktura və ya çek alıb gəlirsə, o halda bu avtomobil fərqli üsulla qiymətləndirilir”. Səfər Mehdiyev bildirib ki, avtomobili gətirən şəxs nəqliyyat vasitəsini neçəyə alıbsa, normal orijinal kontraktı və valyutasına dair köçürdüyü sənədi təqdim etməlidir. Vətəndaş Nadir İbrahimovun səsləndirdiyi şikayətə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Natiq Axundov ən qısa müddətdə məsələni araşdıracaqlarını bildirdi.





|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57 |
|
|
|
| • Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53 |
|
|
|
| • ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45 |
|
|
|
| • “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42 |
|
|
|
| • Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41 |
|
|
|
| • Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39 |
|
|
|
| • Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37 |
|
|
|
| • Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35 |
|
|
|
| • Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35 |
|
|
|
| • “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33 |
|
|
|
| • Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30 |
|
|
|
| • Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27 |
|
|
|
| • Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23 |
|
|
|
| • İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14 |
|
|
|
| • “FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10 |
|
|
|
| • Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02 |
|
|
|
| • Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53 |
|
|
|
| • “28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50 |
|
|
|
| • Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42 |
|
|
|
| • ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06 |
|
|
|
| • Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05 |
|
|
|
| • Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04 |
|
|
|
| • Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01 |
|
|
|
| • Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39 |
|
|
|
| • Brüsselin Bakı tərəddüdü: Avropa Azərbaycan qazına möhtacdır, amma… - ONA GÖRƏ DƏ...
Bu gün, 07:35 |
|
|
|
| • Putin qeyri-adekvat vəziyyətə düşüb! - Romanenko
Bu gün, 07:08 |
|
|
|
| • Qarabağ qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - MÜRACİƏT
Bu gün, 07:05 |
|
|
|
| • AYININ MİN BİR OYUNU: Daha bir qadağa gəlir... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
| • Bu da sizə GÜRCÜSTAN SƏYAHƏTİ - NARAZILIQ VAR...
Bu gün, 06:48 |
|
|
|
| • DƏLİCƏSİNƏ tikilən Bakını dünya AĞILLI HESAB ETMİR - SİYAHI
Bu gün, 06:36 |
|
|
|
| • Türkiyədə nə baş verir... - NİYƏ BAŞ VERİR...
Bu gün, 06:30 |
|
|
|
| • Professor milləti söyənlərə OD PÜSKÜRDÜ - "Körpələrimizin qidasını oğurlayıb..."
Bu gün, 06:18 |
|
|
|
| • Taksi sürücüləri NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:08 |
|
|
|
| • "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bu gün, 05:46 |
|
|
|
| • Cənab Cabbarovun YOXSULLUQ MİZANI - rəqəmlərdə təskinlik...
Bu gün, 05:40 |
|
|
|
| • Quran oğrusu Əlixan Musayevin yeni taktikası - Radikal şəbəkənin “əxilik” oyunu
Bu gün, 05:36 |
|
|
|
| • "Qəlbimi çox qırıblar..."
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ və İran Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığa gəliblər - "The New York Times"
Bu gün, 05:22 |
|
|
|
| • Tramp İranın “Avraam sazişləri”nə qoşula biləcəyini istisna etmədi
Dünən, 19:33 |
|
|
|
| • Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan
Dünən, 19:30 |
|
|
|
| • Dizeli hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Dünən, 16:17 |
|
|
|
| • Ermənistan və Aİ viza rejimini ləğv edir – Paşinyan
Dünən, 16:12 |
|
|
|
| • Hamı bir qərara tabe olacaq! – Pezeşkiandan sərt xəbərdarlıq
Dünən, 12:08 |
|
|
|
| • Ermənistan MDB-dən də çıxır - GƏLİŞMƏ
Dünən, 12:07 |
|
|
|
| • İranın Bakıdakı səfiri konsulun ölümündən yazdı - "Xidmət borcunu yerinə yetirərkən..."
Dünən, 10:08 |
|
|
|
| • CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi - TƏFƏRRÜAT
Dünən, 10:05 |
|
|
|
| • Putin artıq bunu gizlədə bilmir: - Moskvalılar şokdadır...
Dünən, 10:03 |
|
|
|
| • Rusiya səfiri Albaniya XİN-ə çağırılıb
Dünən, 10:01 |
|
|
|
|