Neftçilər Günü... .....                     Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür .....                     Psixoloqdan yazıçıya cavab: .....                     AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib .....                     YAP-çı deputat GÜCÜNÜ belə göstərir .....                     Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq .....                     Aİ ilə Ermənistan arasında dialoq başlayıb .....                     Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... .....                     Masazırda növbəti qanunsuz tikinti? .....                     Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib .....                     Rayona "nəzarət edən" avtoritet həbs olundu: .....                     Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb .....                     “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” .....                     “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ .....                     "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" .....                     Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib .....                     "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" .....                     Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? .....                     DMA da DTA-nın yolunu gedir: .....                     Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb .....                     Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi .....                     “Narkomanların sayı statistikadan çoxdur” .....                     “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                     Xanım deputat qadın qətli törədənlərə .....                     Ermənistan İctimai Radiosunun təxribatı .....                     AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir .....                     Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb .....                     Hərbi prokurorun müavini işdən çıxarıldı .....                     Böyürtkənli torpaq haqqında .....                     Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə .....                     Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR .....                     Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq .....                     Mikayıldan Tolikə CAVAB .....                     Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ .....                     Paşinyandan ermənilərə siyasi mesaj .....                     Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... .....                     “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” .....                     Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək .....                     Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... .....                 

Prezident “əhalini incitməyin” deyir, “Azəristilik” isə... - Özbaşınalıq, yoxsa?..
Tarix: 20-11-2019, 15:28 | Çap et
Prezident “əhalini incitməyin” deyir, “Azəristilik” isə...
Azərbaycanda hər il noyabrın 15-i tarixini gözləyənlər böyük xəyal qırıqlığı yaşayırlar. “Qafqazinfo” xəbər verir ki, dövlət tərəfindən istiliyin veriləcəyi, evlərinin, övladlarının, yaşlı valideynlərinin isinəcəyi ümidi ilə yaşayanların arzusu hər il demək olar ki, puç olur. Fakt olaraq, təkcə son 3 ilə nəzər salsaq, deyə bilmərik ki, 15-i tarixindən etibarən paytaxt Bakıda “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanaları normal rejimdə işə düşüb.

Baxmayaraq ki, hər il qurum qışa hazırlıq mövsümünün yaydan başladığını elan edir və əhalini tam əmin edir ki, hər şey qaydasındadır. Elə son olaraq “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev noyabrın 14-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, sistem mövsümə hazırdır və noyabrın 15-dən etibarən gücləndirilmiş iş rejiminə keçiriləcək, bütün qazanxanalar tam işə başlayacaq.

Noyabrın 15-si isə məlum oldu ki, ASC-nin “Azəriqaz” a 29 milyon manatdan çox borcu var və buna görə də “Azəriqaz” qazanxanalara qaz vermir. Deyilən gündən iki gün keçdi, Bakı istiliksiz qaldı, bundan sonra hər iki qurumun aralarında gəldiyi razılığa əsasən qazanxanalara qaz verildi.

Bu məqamda maraqlı olan addım “Azəriqaz” ın “Azəristiliktəchizat” ASC-yə etdiyi “sürpriz”oldu. Çünki onsuz da “Azəristiliktəchizat” “Azəriqaz”a borclu olduğunu etiraf etmişdi. Öz aralarında razılaşa bilmədiklərinə görə, iki gün balansda olan binalara istilik verilmədi. Sözügedən problem əhaliyə də yansıdı. Daha sonra isə dedilər ki, borc dövlət tərəfindən tənzimlənəcək.

Deyək ki, hər hansı imkanlı şəxslərin öz evini şəxsi vəsaiti hesabına istiliklə təmin etməyə gücü çatır. Bəs, imkansız şəxslər neyləsin?! Əminliklə onu demək olar ki, hər kəsin yaşayış səviyyəsi xərclərini qarşılamağa imkan versəydi, heç kim “Azəristiliktəchizat” a möhtac qalmaq istəməzdi.

Ölkə başçısı da son zamanlar bir-birinin ardınca etdiyi müxtəlif çıxışlarda əsas diqqəti əhalinin incidilməməsinin üzərinə çəkib. Amma görünən odur ki, bəzi qurumlar hələ də bundan dərs çıxarmaq istəmir.

Təkcə “Qafqazinfo”ya noyabrın 15-dən etibarən oxuculardan paytaxtın müxtəlif ərazilərindən istiliyin verilməməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olub. Bizə verilən ünvanları “Azəristiliktəchizat”a atsaq da, onlar yenidən bizimlə əlaqə yaradaraq problemlərinin həll olunmadıqlarını qeyd ediblər. Axı, bizim işimiz ünvanların siyahısını sözügedən quruma atmaq deyil. Əhalini də ona görə başa düşürük ki, onlar “Azəristiliktəchizat” ASC-nin “Qaynar Xətti”nə düşə bilmirlər. Bəs, belə olanda evləri isinməyənlər nə etməlidir?

Yenidən bu sualla qurumun Abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyevə müraciət etdik. R. Əliyev bildirib ki, noyabrın 15-dən etibarən qurum olaraq istiliklə bağlı problemlər yaşayan vətəndaşlara müraciət ediblər: “Vətəndaşlar bizə müraciət etsin ki, biz gedib ünvanlarda dəqiq araşdıraq. Dünən bir neçə televiziya kanallarında da müraciətlər etmişəm. Gün ərzində “Qaynar Xətt”ə çoxsaylı müraciətlər daxil olur. Əgər kimsə xəttə düşə bilmirsə, qurumun elektron poçtuna, feysbuk səhifəsinə mənzildəki problemlə bağlı müraciət edə bilər. İndiyə kimi vətəndaşlardan daxil olan müraciətlərin təhlili onu göstərir ki, problemlər mənzildaxilidir. Bəziləri radiatoru bağlı saxlayıb. Yuxarı mərtəbədə olanlar radiaotorun havasını çıxarmalıdırlar. Çünki cihazlara hava düşərsə, onu çıxartmaq lazımdır. 3850 mənzildir. Bizim əməkdaşlar hamısı eyni anda çatdıra bilmir. Bu məsələləri də yaydan etmək mümkün deyil. Çünki istilik veriləndən sonra bu problemlər ortaya çıxır”.

Milli Məclisin deputatı Çingiz Qənizadə “Qafqazinfo”ya bildirib ki, əslində qış fəslinə qədər bütün təchizat qurumları öz işlərini görüb bitirməlidir: “Hardasa problemlər varsa, vaxtında aradan qaldırılmalı, təmir işləri görülməlidir. Hansı qurumlara borcları yaranıbsa, o silinməlidir. Noyabrın 15-nə kimi start vəziyyətində olmalı idilər. Əgər 15-də istiliyin verilməsi prosesi zamanı artıq nələrsə üzə çıxırsa, bu kifayət qədər qışa hazırlığın olmaması ilə bağlıdır. Amma burada da obyektiv və subyektiv səbəblər var. Sovet dövründə tikilmiş binaların istilik sistemində müəyyən problemlər olur. Bəziləri istismara yararsız olur, təbii ki onu dəyişmək üçün vəsait lazımdır. Bunların hamısı üçün də “Azəristiliktəchizat”ın müəyyən vəsaiti olmalıdır. Əgər quruma ayrılmış vəsait görülməli işin xərcindən azdırsa bununla bağlı məsələ qaldırılmaldır. Büdcədən əlavə vəsaitlər ayrılmalıdır ki, problem yaşanmasın. Hər qurum istəyər ki, neqativ hallarda adı hallanmasın. Borc məsələsi ortaya çıxdı. Qazı satan qurum təbii ki, pulunu istəməlidir və haqlıdır. İşlədilən qaza görə də pul ödənilməlidir. Hər ikisi də dövlət qurumlarıdır. Əgər “Azəristiliktəchizat”ın borcu ödəməyə pulu yoxdursa, vaxtında məsələni qaldırmalıydı. Həmin borcun bağlanması ilə bağlı vəsaiti dövlətdən istəməli idi ki, insanlar əziyyət çəkməsin. Bütün hallarda iş operativ, əlaqəli qurulmalıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Qafqazinfo”ya bildirib ki, yaranan çətinlik idarəetmə problemi ilə bağlıdır: “Dövlət şirkətlərinin idarə olunmasında ciddi qüsurlar var. Bu, həm şəffaflıq, həm effektiv idarəetmə, həm də ayrılan vəsaitin doğru xərclənməsi ilə bağlıdır. Belə olan halda, dövlət şirkətləri arasında olan problemli münasibətlərdən əziyyət çəkən də vətəndaş olur. “Azəriqaz”la “Azəristiliktəchizat” ASC arasında borc varsa vətəndaş bundan əziyyət çəkməməlidir. Dövlət özü qurumlarının effektiv idarə olunması ilə bağlı qərarlar qəbul etməlidir. Bütün dövlət şirkətlərinə büdcədən dotasiya da ayrılır. Həmin dotasiya hesabına ən azı borcların qarşılıqlı silinməsi məsələsi həll oluna bilər.

Ümumiyyətlə isə, istehlakçı şirkətin dövlətin nəzarətində qalması şərtiylə, paylayıcı şirkətlərin ya qismən ya da tam özəlləşdirilməsi məsələsi nəhayət ki öz həllini tapmalıdır. İllərdir bununla bağlı söhbətlər gedir. Ancaq əməli addımlar atılmır. “Azəristiliktəchizat” ASC-nin paylayıcı şirkət kimi dövlətin nəzarətində qalmasının heç bir əhəmiyyəti yoxdur. Onu uzunmüddətli icarəyə vermək ya da özəlləşdirməyə çıxartmaq olar.
Paylayıcı şirkətlər dövlətlə müqavilə bağlasalar, dövlətin də maddi yükü azalar.Vətəndaş da həmin şirkətləri öz öhdəliklərini yerinə yetirmədiyi halda məhkəmələrə verməklə öz haqlarını bərpa edə bilərlər. İndi bu yol da vətəndaşlar üçün bağlıdır. Dövlət şirkətlərini məhkəməyə verməyin mənası yoxdur. Bunlar tipik müqavilələrdir və burada məsuliyyət vətəndaşın üzərindədir. Fors-major situasiyalarda məsuliyyət vətəndaşın üzərinə düşür, qurumların isə məsuliyyəti yoxdur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftçilər Günü... - Müasir Azərbaycanın şanlı tarixi...
Bu gün, 00:13
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
Bu gün, 00:10
Psixoloqdan yazıçıya cavab: - “Heç bir bədii kitab psixoloqu əvəz edə bilməz”
Dünən, 18:02
AQTA “Slavyanka” sularını laborator analizlərə cəlb edib – Kəskin qoxunun səbəbi ARAŞDIRILIR
Dünən, 18:00
YAP-çı deputat GÜCÜNÜ belə göstərir - Həm də haqsız ola-ola...
Dünən, 17:57
Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
Dünən, 17:54
Aİ ilə Ermənistan arasında dialoq başlayıb - Qriqoryan
Dünən, 17:52
Naxçıvan Gömrük Komitəsinin sabiq sədri ölkədən qaçmaq istədi... - SƏHƏT HƏBİBBƏYLİ SƏRHƏDDƏN GERİ QAYTARILDI
Dünən, 17:50
Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Dünən, 17:33
Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Dünən, 17:31
Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Dünən, 17:27
Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Dünən, 17:18
“İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Dünən, 17:16
“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Dünən, 17:03
"Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Dünən, 16:58
Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Dünən, 16:56
"Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Dünən, 16:51
Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Dünən, 16:48
DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Dünən, 16:41
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Dünən, 16:38
Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Dünən, 16:33
“Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Dünən, 16:30
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Dünən, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Dünən, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Dünən, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Dünən, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Dünən, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Dünən, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Dünən, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Dünən, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Dünən, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Dünən, 15:44
Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Dünən, 15:32
Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Dünən, 15:28
Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Dünən, 15:27
“Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Dünən, 15:25
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Dünən, 15:22
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Dünən, 15:20
Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Dünən, 15:18
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Dünən, 15:13
Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Dünən, 15:10
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Dünən, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Dünən, 13:07
"Biz şokda idik" - İranlı general
Dünən, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Dünən, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Dünən, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Dünən, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Dünən, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Dünən, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru