Baş redaktorun övladlarının faciəli ölümündən 8 il keçir - "Cinayət işinin aqibəti ilə bağlı sonuncu müraciətimdən sonra..."
Tarix: 7-10-2019, 09:59 | Çap et
 Tanınmış jurnalist, BTV onlayn telekanalının və Bolgexeber.com saytının rəhbəri Vasif Turanın övladlarının faciəvi şəkildə dünyalarını dəyişməsindən 8 il keçir. Söhbət 8 il əvvəl, 7 oktyabr 2011-ci ildə Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsindən gedir. O yanğın ki, 9 yaşlı Rüfətlə, 11 yaşlı Əhməd yanaraq, tələf olmuşdular.
Bu məşum və dəhşətli gecədə Vasif Turanın Qonudakı evində qəfil yanğın hadisəsi baş verib. Yaxınlıqda yaşayan qayınanası gilə həyat yoldaşı ilə birlikdə gedən baş redaktor heç 10 dəqiqə keçməmiş evinin yandığı xəbərini alır. Həmin müdhiş anı Vasif Turan belə xatırlayır: “Həyat yoldaşımla birlikdə qayınanam gilə getmişdik. Evlərimiz arasında məsafə də elə uzaq deyildi. Rayondan bizə sovaq göndərmişdilər. Onun almaq üçün getmişdik. Heç 10 dəqiqə deyildi ki, qayınanam gilə çatmışdıq ki, xəbər gəldi evimiz yanır. Təcili geri döndük, uşaqlar evdəydi. Onları yatırdıb çıxmışdıq. Bizim geri dönüşümüz də ən çoxu 5 dəqiqə çəkərdi. Evə yetişəndə gözlərimə inanmadım. Çünki qısa müddətdə evin bu qədər sürətlə yanması mümkün deyildi. Uşaqları çıxarmağa çalışdıq. Dəfələrlə evə girmək istədim. Əllərim, qollarım yandı. Amma…”
Özünü saxlaya bilmir. Büllur kimi göz yaşları yanaqlarından axıb tökülür. O anı danışdıqca həmin halı bir də yaşadığını deyir. Bir an belə hadisəni unuda bilmədiyini deyir. Vasif Turan deyir ki, övlad itkisinin acısı onu tez qocaltdı. “Mən müharibə görmüş adamam. Ən ağır döyüşlərdə olmuşam. Yaralanmışam. İtkinin nə olduğunu hələ gənckən bilirdim. Amma övlad dərdi başqa bir dərddir. Heç cür qaldırmaq olmur”.
Baş redaktor deyir ki, Rüfətlə Əhməd o qədər uşaq deyildilər ki, yanğın baş verdiyi halda evdən çıxa bilməsinlər. Üstəlik, Əhməd taekovando ilə məşğul olurmuş və onun pəncərədən aşaraq evdən çıxa bilməsi mümkünsüz görünür. “Evin qısa müddətdə yanması, uşaqların evdən çıxa bilməməsi, evin qapısının arxadan bağlı olması, ondan əvvəl təhdid olunmağım və digər hallar yekunda o qənaətə gəlməyimə səbəb oldu ki, bu mənə və övladlarıma qarşı törədilmiş terrordur. Tam əminliklə deyirəm ki, evimi qəsədən yandırıblar. Bunu istintaq dönəmində də israrla bildirmişəm. Bu gün də həmin qənaətdəyəm”.
Vasif Turan 8 ildir davam edən istintaqın hələ də nəticə vermədiyini deyir. İstintaqın nəticəsindən narazı qalan baş redaktor bu yaxınlarda baş prokurora müraciət edib
Bildirək ki, baş vermiş ağır faciə ilə bağlı cinayət işi açılmış, lakin ötən bu illər ərzində hadisənin başvermə səbəbləri hələ də naməlum qalmaqdadır. Bu günlərdə isə məlum olub ki, sən demə, cinayət işinə hələ 2012-ci ilin avqustundan xitam verilib və bununla da 2 körpənin ölümünə səbəb olmuş ağır cinayət hadisəsilə bağlı işin istintaqı yekunlaşmışdır. Baş verənlərlə bağlı açıqlama verən Bolgexeber.com saytının baş redaktoru Vasif Turan cinayət işinə gizli şəkildə xitam verilməsilə barışmayacağını bildirib. İstintaqın nəticəsindən narazı qalan baş redaktor baş prokurora müraciət edib.“Mənim çoxsaylı müraciətlərimdən sonra sözügedən cinayət işi araşdırılmaq üçün Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsindən alınaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İşlər İdarəsinə verilmişdi. Həmin müddətdə cinayət işinin araşdırılmasını müstəntiq Mehdi Mirzəyev aparıb. İlkin istintaq hərəkəklərindən sonra məsələnin nə yerdə olduğu ilə bağlı maraqlandığımızda bizə hər dəfə narahatlığa səbəb olmadığını, istintaqın davam etdiyini bildiriblər. Bu minvalla üstündən altı ildən çox zaman keçib. Cinayət işinin aqibəti ilə bağlı sonuncu müraciətimdən sonra isə əsl şok yaşadım. Belə ki, mənə cinayət işinin araşadırılmasına hələ 2012-ci ildən xitam verildiyi bildirilib. Maraqlıdır ki, bununla bağlı mənə və vəkilimə heç bir məlumat verilməyib, bizə cinayət işininə xitam verilməsilə bağlı aktı isə təkidli müraciətlərimizdən sonra, yalnız 28.09.2018-ci il tarixində təqdim olunub. Amma ötən bu illər ərzində bizə cinayət işinin davam etdirilməsinə dair həqiqətdən uzaq açıqlamalar verilib. Sual olunur, cinayət işinə 2012-ci ildən xitam verilibsə bu mənə niyə 6 ildən sonra – 2018-ci ildə, həm də təkidlli müraciətlərimdən sonra deyilir?” Baş redaktor bu hüquqi nonsenslə bağlı bütün müvafiq orqanlara müraciət edəcəyini və məsələnin yenidən obyektiv şəkildə araşdırılmasına çalışacağını bildirib. Bununla bağlı baş prokuror Zakir Qaralova müraciət ünvanladığını bildirən jurnalist məsələnin ədalətli həllinə hələ də ümidvar olduğunu bildirib. Sonda bildirək ki, jurnalistin evinin yandırılması və nəticədə 2 azyaşlı övladının yanaraq ölməsi ilə bağlı məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Masallı, Astara və Lerikdə nevroloq yoxdur, insult xəstələri çarəsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 11:43 |
|
|
|
• Yekaterinburqda Şıxlinskilərə qarşı cinayət işi: - rəsmi ittiham aktında polisin əzilməsi, zorakılıq və açıq təfərrüatlar
Bu gün, 11:39 |
|
|
|
• Yekaterinburq məhkəməsi azərbaycanəsilli altı nəfərin həbs müddətini uzadıb - KİV
Bu gün, 11:37 |
|
|
|
• İTV-nin əməkdaşı Kənan M.M.-i məhkəmə ilə hədələdi - "Ölkədə hər büdcəyə uyğun yaltaq var"
Bu gün, 11:36 |
|
|
|
• Hacı Vəliyevin DURUMU AĞIRDIR... - Aclıq aksiyası keçirir...
Bu gün, 11:34 |
|
|
|
• Baba Vəziroğlu nazirə nə hədiyyə edib? - "Mən olacağam"
Bu gün, 11:32 |
|
|
|
• Su kanallarında boğulmalar artır – Deputatdan qurumlara VACİB ÇAĞIRIŞ
Bu gün, 11:29 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvanı rəsmən QARƏT EDİR... - ŞOK FAKTLAR...
Bu gün, 11:19 |
|
|
|
• Həbsdəki icra başçısı İlham Əliyevdən əfv istəyib - 4 ildən artıqdır ki...
Bu gün, 11:10 |
|
|
|
• “Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi” - Vahid Əliyev kimlərdən gileyləndi?
Bu gün, 11:06 |
|
|
|
• Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... -“Johovurd”
Bu gün, 10:31 |
|
|
|
• Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu
Bu gün, 10:29 |
|
|
|
• Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR
Bu gün, 10:26 |
|
|
|
• Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:24 |
|
|
|
• Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib
Bu gün, 10:19 |
|
|
|
• Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı - AÇIQLAMA
Bu gün, 10:17 |
|
|
|
• Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... - İTTİHAM VAR...
Bu gün, 10:13 |
|
|
|
• Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı
Bu gün, 10:04 |
|
|
|
• Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU - Rosselxoznadzor İŞ BAŞINDA
Bu gün, 09:59 |
|
|
|
• Boksçumuz erməniyə qalib gəlib çempion oldu - FOTO
Bu gün, 09:55 |
|
|
|
• Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:53 |
|
|
|
• KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? - BU DA FAKT!
Bu gün, 09:47 |
|
|
|
• “Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... - ETİRAZ VAR...
Bu gün, 09:41 |
|
|
|
• Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 09:31 |
|
|
|
• Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:27 |
|
|
|
• Müəyyən səbəbdən iş yerində olmayan işçinin... - ekspert danışır...
Bu gün, 09:22 |
|
|
|
• Vilayətinin SURİYA SANCISI... - Molla rejimi sərsəmləməkdə davam edir...
Bu gün, 09:17 |
|
|
|
• Azərbaycanın Karapetyanı KİM OLACAQ? - belə birisi VARMI?
Bu gün, 09:07 |
|
|
|
• "İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur
Bu gün, 09:04 |
|
|
|
• Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 08:55 |
|
|
|
• Trampın vaxt qoymaqlığı... - NƏ BAŞ VERİR?
Bu gün, 08:52 |
|
|
|
• Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” - NƏ ETMƏLİ?
Bu gün, 07:56 |
|
|
|
• Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 07:48 |
|
|
|
• Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI - Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ
Bu gün, 07:44 |
|
|
|
• İrəvanla Bakı arasında yekun anlaşma... - AN MƏSƏLƏSİDİR...
Bu gün, 07:38 |
|
|
|
• Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• Göyçay sakinləri niyə narazılıq edir? - VİDEOMÜRACİƏT
Bu gün, 07:20 |
|
|
|
• Qusarda tənəzzül edən təhsil sistemi - AXI NİYƏ?..
Bu gün, 07:15 |
|
|
|
• Ev tikmək istəyənlərə vacib xəbər – Bunu mütləq edin, əks halda…
Bu gün, 07:11 |
|
|
|
• "Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" - ÇÜNKİ...
Bu gün, 07:08 |
|
|
|
• Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ - MÜRACİƏT
Bu gün, 07:06 |
|
|
|
• Səbail məhkəməsinin icraçıları qanun tanımır - NAZİRƏ AÇIQ MƏKTUB
Bu gün, 07:02 |
|
|
|
• "ARKOZ Qazax Sement Zavodu"nun yarım milyonluq borcu üzə çıxdı - 600 minlik yük kimin çiynindədir?
Bu gün, 06:39 |
|
|
|
• Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə... - Azərbaycanla sülh əldə etmək çətin olacaq
Bu gün, 06:35 |
|
|
|
• Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında - FOTO
Bu gün, 06:21 |
|
|
|
• Trampın Zəngəzur planı - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
• " “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..." - partiya sədri
Bu gün, 06:11 |
|
|
|
• İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu – Regionu silkləyən TƏKLİF
Bu gün, 06:06 |
|
|
|
• "Anam mənim evimdir" - FOTO
Bu gün, 05:36 |
|
|
|
|