ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                     Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi .....                     Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu .....                 

Avtomobil ehtiyat hissələri bazarında kritik durum: - Bazar rəhbərliyinə qarşı narazılıq artır
Tarix: 17-06-2019, 13:21 | Çap et
Avtomobil ehtiyat hissələri bazarında kritik durum:
Bakıda avtomobil ehtiyat hissələri kəskin bahalaşıb. Əksər maşın detallarında 30 faizə yaxın bahalaşma müşahidə olunur. Səbəb isə son gömrük islahatlarından sonra rüsumların artmasıdır. Gömrük rüsumlarının artması son nəticədə bazarda qiymətlərə təsir edir. Bu isə alıcılığı azaltdığından satıcılar bütün gəlirlərini satdıqları məhdud saydakı mallardan əldə etmə istəyirlər. Bu durum müştərilərin də narazılığına səbəb olur.

Musavat.com-un müxbiri Nizami rayonunda yerləşən “Maşın bazarı” adı ilə tanınan avtomobillərin ehtiyat hissələri bazarında bahalaşmanın səbəblərini araşdırıb. Məlum olub ki, qiymət artımının əsas səbəbi gömrük rüsumlarının yüksək olmasıdırsa, digər səbəbi bazar rəhbərliyinin satıcılara “divan” tutmasıdır. İcarə haqlarının həddindən artıq yüksək olması da son nəticədə ehtiyat hissələrinin qiymətinə təsir edir.

Yay aylarında bazarda durğunluq yaransa belə bazar rəhbərliyi tərəfindən hər hansı güzəşt edilmir. Sahibkarlar yay aylarında öz dillərilə desək, kisələrindən yeməyə məcbur olurlar. Ta ki vəziyyət düzələnə kimi...Bazarın ən qaynar dövrü təbii ki, qış ayları sayılır. Avtomobillərin ehtiyat hissələrinə tələbat artır.

Adının çəkilməsini istəməyən satıcı aylarla üzünü görmədikləri bazarın rəhbəri Rasim Salmanovun qoyduğu icarə haqlarının həddindən artıq yüksək olmasından şikayətləndi: “Ölkənin heç bir yerində bu qədər icarə haqqı verilmir. Bazar rəhbərliyinə şikayətimizi çatdıra bilmirik, çünki çox zaman burada olmur. Özünü görəndə isə ətrafındakılar bizi uzaqlaşdırırlar. Heç bir satıcı icarə haqlarının bu qədər fantastik qiymətlə qoyulmasını qəbul edə bilmir. Dəfələrlə Rasim Salmanovdan icarə haqlarının bir qədər endirməsini xahiş etmişik. Onun sözü bu olub ki, “işləyirsən işlə, işləmirsən yaxşı yol”. Bir sözlə, özü qazansın deyə millətin də cibinə girir. Çünki icarə haqları da malların qiymətin təsir edir”.

Bazarda müşahidə aparan zaman öyrəndik ki, icarə haqlarının baha olması sahibkarları müflis duruma salıb: “İcarə haqqını verə bilməyən obyektlər bir-bir sıradan çıxırlar. Əlində bir qədər vəsaiti olan sahibkarlar isə məhz onu xərcləməklə bizneslərini ayaqda tuta bilirlər”.

Qeyd edək ki, icarə haqları 1 kvadratmetrə görə 700-1000 manat arasında dəyişir. Avtomil açarlarının təmiri ilə məşğul olan usta 1,5 kvadratmetrlik obyekt üçün aylıq 1200 manat yerpulu ödədiyini dedi.

Təkər satışı şöbəsində isə təqribən 20-25 kvadratmetrlik yerin aylıq icarə qiyməti 1700-2000 manatdan başlayır. Ancaq məsələ bununla bitmir, bazara daxil olan hər təkərə üçün əlavə olaraq 1 manat ödənilir.

Satıcılar bu sistemlə nəinki qazanc əldə etdiklərini, əksinə hər ay ciblərindən xərclədiklərini bildirdilər: “Yay mövsümü təkər satışı üçün əlverişli vaxt deyil. Çünki insanlar daha çox istirahətə çəkilirlər. Bizim işimiz sentyabr ayından başlayır. O zaman yaxşı qazanc əldə edə bilirik. Yay aylarında isə mayamızdan yeyirik. Buna baxmayaraq, bizə heç bir güzəşt edimir. İki satıcı idik, qazanc olmadığından birimizi işdən çıxartdılar. Təsəvvür edin ki, 1700 manat aylıq icarə haqqı veririk, üstəgəl də gündəlik xərclərimiz... Sual verə bilərsiniz ki, əgər bizim qazancımız yoxdursa, niyə işləyirik? Səbəb odur ki, icarə haqqını verdikdən sonra yay aylarına maksimum 350-400 manat pul qalır olur. Təkərlərin və digər ehtiyat hissələrinin daşınma xərcini də hesablasaq, demək olar ki, müflis olmağa doğru gedirik”.

“Leş bazarı” adlanan hissədə isə maraqlı qaydalarla tanış olduq. Öyrəndik ki, sahibklarlar kassa üçün aylıq 270 manat vergiyə, 30 manat isə zibil puluna verirlər. Satıcılar zibilpulu üçün yığılan məbləğin yüksək olduğu bildirirlər. Belə ki, 100-ə yaxın obyektin hər birindən 30 manat aldıqda, bu aylıq 3000 manat vəsait edir. Bundan əlavə, sıradan çıxmış avtomobilləri bazara gətirən sahibkarlar, hər maşın üçün sahibkara 140 manat ödəyirlər. İcarə haqqı ödənilən bir obyektə “metallom maşın” gətirilməsinə görə, əlavə pul yığılmasının isə məntiqi bəlli deyil. Bir sözlə bazarda özbaşınalıq hökm sürür və xırda sahibkarlığın sıradan çıxmasına səbəb olur.

Gömrük rüsumlarına gəlincə, ehtiyat hissələrinin yığılması üçün olan 1 kubmetrlik dəmir qutu üçün dövlət rüsumu 1100 dollardır. Ancaq əvvəllər bu məbləğ 350 dollar olub. Yəni, son 3 ildə bir tərəfdən gömrük rüsumu 3 dəfə artıb, digər tərəfdən devalvasiya nəticəsində dollar 2 dəfədən artıq bahalaşıb. Sahibkarların sadəcə rüsumla bağlı xərclərinin 5 dəfə artması qiymətlərin də adekvat olaraq artımına gətirib çıxarıb.

Qeyd edək ki, mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21
Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:19
Rusiya Ermənistana etiraz notası göndərib
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru