“Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi” .....                     Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... .....                     Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu .....                     Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur .....                     Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... .....                     Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib .....                     Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı .....                     Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... .....                     Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı .....                     Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU .....                     Boksçumuz erməniyə qalib gəlib çempion oldu .....                     Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi .....                     KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? .....                     “Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... .....                     Milli Azərbaycan mətbuatının yaranması və inkişafı .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 .....                     Müəyyən səbəbdən iş yerində olmayan işçinin... .....                     Vilayətinin SURİYA SANCISI... .....                     Azərbaycanın Karapetyanı KİM OLACAQ? .....                     "İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur .....                     Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... .....                     Trampın vaxt qoymaqlığı... .....                     Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” .....                     Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb .....                     Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI .....                     İrəvanla Bakı arasında yekun anlaşma... .....                     Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır .....                     Göyçay sakinləri niyə narazılıq edir? .....                     Qusarda tənəzzül edən təhsil sistemi .....                     Ev tikmək istəyənlərə vacib xəbər .....                     "Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" .....                     Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ .....                     Səbail məhkəməsinin icraçıları qanun tanımır .....                     "ARKOZ Qazax Sement Zavodu"nun yarım milyonluq borcu üzə çıxdı .....                     Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə... .....                     Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR? .....                     Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında .....                     Trampın Zəngəzur planı .....                     " “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..." .....                     İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu .....                 

Alış-veriş saytlarından məhsul sifariş verərkən, yaranan problemlər
Tarix: 9-05-2017, 13:43 | Çap et
Alış-veriş saytlarından məhsul sifariş verərkən, yaranan problemlər
"Noyabr ayında dealman.co.nz adlı xarici onlayn alış-veriş saytından iki məhsul almışam. Amma məhsul gəlmir ki, gəlmir. Əvvəl dedilər ki, bir müddət də gözləyin, gələcək. Daha sonra hətta mənə trackinq nömrə də verdilər. Amma ilk gündən o nömrə sistemdə çıxmadı. Məhsullar isə gəlmədi” - bu sözləri bizimlə söhbətində Təhlükəsiz Yol Alyansının koordinatoru Şahin Camalov bildirdi. Ş.Camalovun qeyd etdiyi sayta daxil olanda isə www.shopdealman.com adlı sayt açılır. Müsahibim deyir ki, alış-veriş üçün 74 dollar ödəyib: "Texnologiyadan başım çıxır, proqramlarla işləyirəm. Sayt çox yüksək səviyyədə hazırlandığı üçün saxta olduğunu təsəvvürümə belə gətirə bilməzdim. Amma sonra məlum oldu ki, saxtadır”.

"Problemlə bağlı hara müraciət edəcəyimi bilmədim”

Düzdür, bu, həddindən artıq böyük rəqəm olmaya bilər, amma az da hesab edilməz. Bir nəfərin bu qədər pulunun boşuna getməsi heç də etinasız yanaşılası hal deyil, hələ bu kimi problemlə üzləşən nə qədər digər insanlar da var.

Zəhra Hacıyeva isə belə problemlə iki dəfə üzləşdiyini deyir. Özü də məşhur alış-veriş saytlarından sifariş edib, amma çatdırılma olmayıb: "Keçən il may ayında aliexpress.com.ua-dan anamın doğum günündən iki həftə əvvəl onun üçün geyim sifariş verdim. Amma gəlmədi. Sonra məktub yazdım, dedilər ki, bir neçə aya göndəriləcək. Amma bir neçə gündən sonra anamın yenidən ad günü olacaq. Yəni bir il keçsə də, məhsulu çatdırmadılar, pulu isə geri qaytaran yoxdur. Ebay.com-dan isə telefon sifariş vermişdim. Hesabımdan pul çıxdılar, amma telefon gəlmədi. Sonra məktub yazdım, dedilər ki, sizin məhsul sərhəddə saxlanılıb. Dedim onda pulumu geri qaytarın. Dedilər ki, mümkün deyil. Geyim üçün pul az olsa da, telefona 80 dollar ödəmişdim. Bu isə az məbləğ deyil. Xarici sayt olduğu üçün isə problemlə bağlı hara müraciət edəcəyimi bilmədim”.

"Bu kimi hallarda istehlakçıların hüquqlarını qoruyan mexanizm çox zəifdir”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Kaspi”yə açıqlamasında bildirdi ki, AİB-ə bu tipli müraciətlər çox daxil olur: "Ödəniş edirlər, məhsul göndərilmir, yaxud çatdırılsa da, çox keyfiyyətsiz olur. Məhsul keyfiyyətsiz çıxanda qaytarmaq problemi olur. "Ebay”dan bir nəfər telefon sifariş vermişdi, çox keyfiyyətsiz bir məhsul göndərmişdilər. Heç cür qaytara bilmədi. Azərbaycanda xüsusilə www.qnet.net şirkətindən sifariş edilən məhsulların çatdırılmadığı ilə bağlı 72 şikayət daxil olub. Bunları 8 ay öncə Baş Prokurorluğa göndərmişəm”.

E.Hüseynov deyir ki, bu kimi hallarda istehlakçıların hüquqlarını qoruyan mexanizm çox zəifdir: "Ona görə də, biz Ombudsman Aparatına təklif vermişik ki, Milli Məclis qarşısında məsələ qaldırsın, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna dəyişiklik olunsun, bu məsələlər öz əskini tapsın”.

"Ən çox satılanlar”dan alın...

Elektron Ticarət İcmasının (ETİ) rəhbəri Rəşad Camal deyir ki, elektron ticarətin 3 forması var. Problem isə platforma üzərindən aparılan alış-veriş zamanı yaranır: "Elektron ticarətdə bir neçə cür alış-satış növü var. Birincisi, rəsmi şirkətlər özlərinə elektron ticarət saytı açırlar və ordan məhsullarını satırlar. İkincisi, alış-satış platforması yaradılır, bir nəfər məhsulunu ora satmaq üçün yerləşdirir, digəri də daxil olub alır. Sayt məhsul satmır. Bir də var, platforma üzərindən şirkətlər məhsullarını satırlar, digər şirkətlər alırlar. Burada problem platforma üzərindən satış həyata keçirilənlərdə olur. Aliexpress.com.ua, ebay.com kimi platformaları buna misal göstərə bilərik. Həmin platformalar məhsul satmırlar, sadəcə, onların üzərindən alış-veriş həyata keçirilir. Orada qeydiyyatdan keçən bəzi şirkətlər ödəniş edilsə də, məhsulu alıcıya göndərmirlər”.

R.Camal deyir ki, xarici alış-veriş saytlarından məhsul sifariş verərkən satıcını araşdırmaq lazımdır: "Alıcıların təhlükəsizliyini qorumaq üçün platformalarda "top bestseller”lər (ən çox satılanlar) yaradılıb. Hər dəfə alış-veriş ediləndə alıcılar həmin şirkətlər haqqında fikir bildirirlər, ulduz qoyurlar, rəy yazırlar. Alıcılar məhsulu məhz həmin köklü satıcılardan almağa çalışsınlar. Əgər onlardan alınırsa, 99 faiz hallarda problem olmur. Köklü satıcılarla da bəzən problem olur. Logistika şirkətləri məhsulun göndərilməsini gecikdirə bilir. Amma bu o demək deyil ki, məhsul gəlib çatmır. Bir-iki gün fərq ola bilər. Amma məhsul ümumiyyətlə gəlmirsə, aylar keçirsə, bu o deməkdir ki artıq saxtakarlıq var”.

Alıcı saxtakarlıqla üzləşibsə, nə etməlidir?

R.Camal qeyd etdi ki, alıcı, sifariş verdiyi məhsul göndərilmədikdə, pulunu geri ala bilər: "Əgər Azərbaycanda fəaliyyət göstərən bankların kartı ilə alış-veriş ediblərsə, öz banklarına müraciət edib, hardan alış-veriş etdiklərini göstərirlər, rekvizitlərini verirlər. Bank 30 iş günü ərzində həmin məsələni araşdırır, doğrudan da alıcı haqlıdırsa, o zaman pulu geri qaytarırlar. Elektron ticarət adi dükanlar kimidir. Təhlükəsizliyi düşünüb, hansısa bir küncdə yerləşən, qaranlıq, üfunət iyi verən mağazaya girib məhsul almırsınızsa, elektron ticarət də elədir. Elə elektron ticarət saytı var ki, onların SSL sertifikatı var. Sayta daxil olduqda, birinci vizual görüntüyə baxanda bilinir ki, bu professional işdir, yoxsa yox. Onlayn alış-veriş edərkən həmin şirkətin sertifikatının olub-olmamağına, hansı banklarla əməkdaşlıq edib-etmədiyinə, neçə ildir fəaliyyət göstərdiyinə baxmaq lazımdır. Əgər hər şey qaydasındadırsa, məhsulu rahatlıqla ala bilərsiniz. Onlayn alış-verişdən qorxmaq lazım deyil. Elə şey ola bilməz ki sizi aldatsınlar, pulunuzu verməsinlər. Orada sadəcə, platforma üzərindən məhsul alarkən aldana bilərsiniz”.

Məhsulun keyfiyyətinə, ödənişin geri qaytarılmasına zəmanət...

Elekton ticarət üzrə mütəxəssis Zahir Əzəmətin sözlərinə görə, xarici saytlardan alış-veriş edərkən, bu sahədə məşhur olanlara üstünlük vermək lazımdır: "Necə ki real həyatda bir məhsul almaq istəyərkən daha tanınmış mağazalara, brendlərlə üstünlük veririksə, elektron ticarətdə də dünya nəhəngləri var. Dünyanın istənilən nöqtəsinə xidmət göstərə biləcək gücdə olan şirkətlər var. "Alibaba”, "Ebay”, "Amazon” və başqalarını misal göstərə bilərik. Alış-veriş etdikdə bunlara diqqət etmək lazımdır. Tanınmamış, arxasında duran şəxsin kimliyi bilinməyən saytlarda alış-veriş etməkdən çəkinmək lazımdır. Hansı saytdan alacağına diqqət etmək vacibdir”.

Z.Əzəmət deyir ki, tanınmış saytlardan alanda məhsulun keyfiyyətinə, şirkətlər məhsulu çatdırmasalar ödənişin geri qaytarılmasına zəmanət verilir: "Tanınmamış, hansı ölkəni, hansı şirkəti təmsil etdiyi bilinməyən saytlarda bu, çətin ki olsun. Hansısa məhsulun ucuzluğuna aldanıb alış-veriş etmək olmaz. Əgər məhsul gəlmirsə, saytda müraciət bölməsinə yazaraq problem bildirilməlidir. Hər bir satıcı saytda qeydiyyatdan keçir. Alış-veriş prosesinə sayt nəzarət edir. Əgər hər hansı satıcı sizə yanlış məlumat veribsə, istədiyiniz məhsulu göndərməyibsə, yanlış xidmət göstəribsə, sayt rəhbərliyinə müraciət edirsiniz, həm pulunuzu geri qaytarırlar, həm də şirkəti cərimələyirlər, yaxud sistemdən qovurlar”.

Müsahibimiz onu da qeyd etdi ki, bir çox vətəndaşlarımız elektron ticarətlə bağlı tam məlumatlı olmadığı üçün problem yarananda çıxış yolu olaraq nəsə edə bilmirlər, ona görə pulları batır: "Düzdür, ingiliscə bilmədən müraciət etmək çətin olar. Amma həmin saytların hər birində "Şikayət et” düyməsi var. Elektron ticarətlə bağlı bizdə insanların çoxunun məlumatı azdır. Biz ölkəmizdə elektron ticarətlə məşğul olanda görürdük ki, insanlar bu alış-verişin müsbət və mənfi tərəflərindən məlumatsızdırlar. Bu da zamanla düzələn məsələdir. Məsələn, məhsulu təhvil almaqla bağlı sənəd itirilsə, dünyanın heç bir yerində artıq onu nə qədər keyfiyyətsiz olsa da, geri qaytara bilməzsən. Digər şərtlər də bunun kimi. Ümumiyyətlə, elektron alış-veriş edərkən qaydalarla tanış olmaq lazımdır”.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Məni Bəhramın gözündən saldılar, direktor mənə “xalq artisti” fəxri adı vermədi” - Vahid Əliyev kimlərdən gileyləndi?
Bu gün, 11:06
Paşinyan Görusdakı iclasda Zəngəzurdan Naxçıvana yol verilməsini müzakirə edib... -“Johovurd”
Bu gün, 10:31
Bakıda özbaşına tikinti işləri aparan şəxsə hökm oxundu
Bu gün, 10:29
Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR
Bu gün, 10:26
Əcnəbi seyrə balonlarla çıxır: Xəzər rayonunda isə zibili eşşəklə daşıyırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:24
Jurnalist Rəşad Baxşəliyevə ağır itki üz verib
Bu gün, 10:19
Seyfəddin Hüseynlinin qardaşının həbs müddəti uzadıldı - AÇIQLAMA
Bu gün, 10:17
Bakı Dövlət Universitetində görkəmli alimlərə qarşı sayğısızlıq və traybalizm... - İTTİHAM VAR...
Bu gün, 10:13
Bu şəhərdə 2 milyon manatlıq yol işləri hələ ki, kağız üzərində qaldı
Bu gün, 10:04
Ruslar Azərbaycandan gələn bu məhsullara da QADAĞA QOYDU - Rosselxoznadzor İŞ BAŞINDA
Bu gün, 09:59
Boksçumuz erməniyə qalib gəlib çempion oldu - FOTO
Bu gün, 09:55
Şəmkirdə dəhşət: 24 yaşlı şəxs ona əmanət edilən bacılara qarşı zorakılıq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:53
KAPİTAL BANK digər banklardan NİYƏ GERİDƏ QALIR? - BU DA FAKT!
Bu gün, 09:47
“Azercell” müştərilərini rəsmən BOĞAZA YIĞIB... - ETİRAZ VAR...
Bu gün, 09:41
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 09:31
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - 150 - İsrafil Kərimovun yazısı...
Bu gün, 09:27
Müəyyən səbəbdən iş yerində olmayan işçinin... - ekspert danışır...
Bu gün, 09:22
Vilayətinin SURİYA SANCISI... - Molla rejimi sərsəmləməkdə davam edir...
Bu gün, 09:17
Azərbaycanın Karapetyanı KİM OLACAQ? - belə birisi VARMI?
Bu gün, 09:07
"İcraçı Kredit Agentliyi" BOKT ləğv olunur
Bu gün, 09:04
Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra... - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 08:55
Trampın vaxt qoymaqlığı... - NƏ BAŞ VERİR?
Bu gün, 08:52
Kodlaşdırma vaxtı çatır: Qiymət “göydə uçuşur” - NƏ ETMƏLİ?
Bu gün, 07:56
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 07:48
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI - Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ
Bu gün, 07:44
İrəvanla Bakı arasında yekun anlaşma... - AN MƏSƏLƏSİDİR...
Bu gün, 07:38
Azərbaycan-Ermənistan sülh danışıqları: Detallar üzə çıxır - GƏLİŞMƏ
Bu gün, 07:36
Göyçay sakinləri niyə narazılıq edir? - VİDEOMÜRACİƏT
Bu gün, 07:20
Qusarda tənəzzül edən təhsil sistemi - AXI NİYƏ?..
Bu gün, 07:15
Ev tikmək istəyənlərə vacib xəbər – Bunu mütləq edin, əks halda…
Bu gün, 07:11
"Bu təklifin reallaşması yaxşı müəllimlərin sistemdən sıxışdırılıb çıxarılmasına səbəb ola bilər" - ÇÜNKİ...
Bu gün, 07:08
Orta məktəb şagirdi nazirə rəsmən DƏRS KEÇDİ - MÜRACİƏT
Bu gün, 07:06
Səbail məhkəməsinin icraçıları qanun tanımır - NAZİRƏ AÇIQ MƏKTUB
Bu gün, 07:02
"ARKOZ Qazax Sement Zavodu"nun yarım milyonluq borcu üzə çıxdı - 600 minlik yük kimin çiynindədir?
Bu gün, 06:39
Paşinyan anlayır ki, Vardanyanla bağlı israr etsə... - Azərbaycanla sülh əldə etmək çətin olacaq
Bu gün, 06:35
Ətin qiyməti bahalaşır: SƏBƏB NƏDİR? - AKTUAL
Bu gün, 06:32
Ata Abdullayevin Amerikalı arvadı Ombudsman Aparatında - FOTO
Bu gün, 06:21
Trampın Zəngəzur planı - GƏLİŞMƏ
Bu gün, 06:18
" “Qafqaz Evi” ideyası praktikada mümkün deyil..." - partiya sədri
Bu gün, 06:11
İrəvan rədd etdi, Türkiyə “bilmirik” dedi, Bakı susdu – Regionu silkləyən TƏKLİF
Bu gün, 06:06
"Anam mənim evimdir" - FOTO
Bu gün, 05:36
"Qumar kralı"nın adamları azadlığa çıxdılar - 8 illik hökm ləğv edildi
Bu gün, 05:31
Oğul Şıxlinskinin həbsi buna görə imiş - TƏFƏRRÜAT
Bu gün, 01:00
Ermənistan Fransaya hərbi attaşe təyin edib
Dünən, 18:00
Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Dünən, 17:47
FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Dünən, 17:43
Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Dünən, 17:38
Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər - BUNDAN SONRA...
Dünən, 17:34
ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi - TƏFƏRRÜAT
Dünən, 17:30
Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Dünən, 17:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru