Gömrükdə “köhnə qaydalar” yenidən işə düşdü - ŞİKAYƏT
Tarix: 12-04-2017, 08:21 | Çap et
 2016-cı ildə prezidentin gömrük sahəsinin şəffaflaşdırılması ilə bağlı qərarı ölkəyə gətirilən malların bir çoxunun qiymətinə birbaşa təsir etdi. Bu qərardan sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qeyd etmişdi ki, inhisarçılığa maarifləndirmənin aparılmaması səbəb olur: “Burada bizim də səhvimiz var. Bu, nəzərə alınaraq iş adamlarının arasında bu məsələyə daha ciddi yanaşılacaq. Azərbaycan bazarı getdikcə sivil formada inkişaf edir. Burada inhisarçılıq dedikdə, bəziləri anlamır ki, artıq dünyada tanınmış bir sıra istehsalçıların malları bazara nümayəndəlik şəklində gəlir. Əgər kimsə nümayəndəliyin hüququna toxunursa və malı gətirmək istəyirsə, onda idxalçı tərəfindən də tədbirlər görülə bilər. Əsas işimiz isə buna yol verməmək və şəffaflığın təmin olunmasıdır. Yəni məqsəd bərabərhüquqlu iqtisadi əlaqələrin aparılmasıdır”. 2016-cı ildə verilən qərardan və A.Əliyevin çıxışından sonra dəyişən vəziyyət yenidən köhnə axarına qayıtmaqdadır. Bunu söyləmək üçün əsas verən Vüsal Rafiq oğlu Hacıyevin “Yeni Müsavat”a açıqlamasıdır. V.Hacıyev deyir ki, Almaniyadan “Mersedes Vito” markalı, istehsal tarixi 2009-cu il olan nəqliyyat vasitəsi gətizdiriblər. “Həmin nəqliyyat vasitəsinin gömrük rüsumunu rəsmi şəkildə gömrük kalkulyatoru ilə hesablayırıq. Rəsmi gömrük kalkulyatorunda ödəməli olduğumuz dövlət rüsumu 5 min 500 manat göstərilir. Amma Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsində Rövşən adlı müavin var, o deyir ki, 7 min 500 manat verməlisiz. Biz də əlavə 2 min manat tələb etmələrinin səbəbini soruşuruq. Deyir ki, sən maşına istədiyin qiyməti qoya bilərsən. Əlimdə maşının alış qiymətini təsdiqləyən invoys var. Həmin invoysu təqdim edirəm. Deyirəm ki, istəsəm belə invoysa nəsə əlavə edə bilmərəm” –şikayətçi deyib. V.Hacıyev deyir ki, bir müddət gömrükdə nəqliyyat vasitələrini rəsmiləşdirərkən belə qanunsuz tələblər olmayıb. İndi isə yenidən belə tələblər var: “Hazırda “təzə-köhnə qanunlar” yenidən “qüvvəyə” minib. Əvvəl belə idi ki, maşını gətirdilər, gömrükçülər istədikləri qiyməti qoyurdular. Həmin qiyməti də əsas götürüb dövlət rüsumu hesablayırdılar. 2016-cı ildə prezidentin gömrük orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı qərarından sonra vəziyyət bir qədər fərqli idi. İnvoysda yazılan qiymətlərə əsasən dövlət rüsumu alınırdı, əlavə heç bir ödəmə, rüşvət tələb olunmurdu. İndi isə yenidən köhnə qaydaları tətbiq edirlər. Əgər gətirdiyimiz maşının qiyməti ilə bağlı şübhələri varsa, gömrükçülərin bunu yoxlamaq imkanları da var. Qanunda yazılıb ki, invoysda yazılan qiymətə uyğun dövlət rüsumu alınmalıdır. Şübhə olarsa, bunun üçün istintaq var. Versinlər istintaqa və yoxlasınlar. Sorğularını verib cavab alsınlar. Yəni əlavə ödəmənin tələb olunması ölkədə aparılan islahatlara daban-dabana ziddir”. Şikayətlə əlaqəli Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən sorğumuzu cavablandırmaqdan imtina etdi. Bununla belə, Dövlət Gömrük Komitəsinin mövqeyini də dərc etməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sən mütləq general olacaqsan!..” - Ali Baş Komandandan ƏMR
Bu gün, 18:11 |
|
|
|
• Milli dövlətçilik ənənələrinin yeni səhifəsi - MƏQALƏ
Bu gün, 18:07 |
|
|
|
• Azərbaycan Rusiyanı qıtlıqdan xilas edə bilər? - AKTUAL
Bu gün, 15:41 |
|
|
|
• Fidan Moskvada Putinlə danışıqların bəzi detallarını açıqlayıb
Bu gün, 15:39 |
|
|
|
• Sülh bəyanatları ilə paralel silahlanma - Bu necə barış istəyidir?
Bu gün, 15:33 |
|
|
|
• Şamil Basayevin dəstəsinin daha 4 üzvü tutuldu
Bu gün, 15:30 |
|
|
|
• Şəhid anası yeni video yaydı - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Bayrağımızın rəngləri belə qarışıq düşür... - FOTOFAKT
Bu gün, 15:16 |
|
|
|
• Apostrofun ləğvi qəzəlin dilinə də çox təsir edir
Bu gün, 15:03 |
|
|
|
• Fidanla danışıqlarda yüksək səviyyəli razılaşmaların yerinə yetirilməsini müzakirə etdik - Lavrov
Bu gün, 15:00 |
|
|
|
• İrandan müəmmalı Zəngəzur açıqlaması – Tehranın yeni PLANI
Bu gün, 13:05 |
|
|
|
• Azərbaycan və Ermənistan rəsmiləri Moskvada görüşəcək? - “İnterfaks”
Bu gün, 13:03 |
|
|
|
• “İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Mərhum iş adamının yüksək rütbəli oğlu doğum günündən sonra vəfat etdi
Bu gün, 12:59 |
|
|
|
• “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 12:57 |
|
|
|
• “Zəngəzur dəhlizi Türkiyənin patronajlığına keçəcək” – Böyük güclərin planları ALT-ÜST OLDU
Bu gün, 12:47 |
|
|
|
• DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin edib - AY BƏRƏKALLAH...
Bu gün, 12:37 |
|
|
|
• Tender ŞOUSU: Bir-biri üçün yaranmışlar... - “QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir?
Bu gün, 12:32 |
|
|
|
• Hamının subay bildiyi Namiq 6 ay əvvəl...
Bu gün, 12:24 |
|
|
|
• Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:12 |
|
|
|
• 20 ildir icra başçısı olan Mərdan Camalov…… - HƏLƏ DƏ GÖRƏVDƏDİR...
Bu gün, 12:09 |
|
|
|
• Paşinyanla Makron Azərbaycana gələ bilər? - GÖZLƏNTİ
Bu gün, 12:05 |
|
|
|
• İcra Hakimiyyətinin kabellərini oğurlamaq istədi, həbsə getdi
Bu gün, 12:02 |
|
|
|
• Şəmkir sakini zibilliyə od vurarkən özü yanaraq ölüb - TƏFƏRRÜAT
Bu gün, 11:58 |
|
|
|
• Üç kənddə görünməmiş FƏLAKƏT – 100 hektardan çox təsərrüfat və toyuq-cücə MƏHV oldu
Bu gün, 11:56 |
|
|
|
• “Azər-Türk Bank” kimə ARXAYINDIR? – 4 ildir dividend ÖDƏMİR
Bu gün, 11:52 |
|
|
|
• “Mehriban Ələkbərzadə şəhid qızından üzr istəməyi özünə əskiklik bilir...” - Mehriban Xanlarova
Bu gün, 11:48 |
|
|
|
• TƏBİB-in şübhəli tenderlər seriyası davam edir... - Başqa ŞİRKƏT YOXDURMU?
Bu gün, 11:44 |
|
|
|
• Zəngəzur dəhlizi Tehran ilə Kreml arasında problem yaradıb - INSS
Bu gün, 11:39 |
|
|
|
• Valideynlər Elm və Təhsil Nazirliyi qarşısında ETİRAZ EDİRLƏR - FOTOLAR
Bu gün, 11:29 |
|
|
|
• Fuad Nəcəfliyə inanıb qayıtmışdım... - AMMA İNDİ...
Bu gün, 11:25 |
|
|
|
• Ermənistanı sülhə gətirmək heç də asan olmayacaq - ÇÜNKİ...
Bu gün, 11:16 |
|
|
|
• Elcan Rəsulov Mədət Quliyevlə bir arada - FOTOLAR
Bu gün, 11:12 |
|
|
|
• "Məclis.info" saytının rəhbərinin və onunla birgə ittiham olunan şəxslərin məhkəməsi başlayıb
Bu gün, 11:10 |
|
|
|
• Türk NATO-su nə zaman yaradılacaq? - Elçin Alıoğlu yazır...
Bu gün, 11:09 |
|
|
|
• 5 milyon Elman Rüstəmova çatıb: banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:07 |
|
|
|
• Pozulmuş əmək hüquqlarının bərpasında... - Ekspert danışır...
Bu gün, 11:04 |
|
|
|
• Susuz qalan tender: Dövlət qurumunun tenderi niyə ləğv olundu? - TƏFƏRRÜAT
Bu gün, 10:58 |
|
|
|
• Fransanın “qisas qrupu” Ukraynada: Rusiya ilə döyüşə hazırlaşırlar - “France Inter” radiostansiyası
Bu gün, 10:47 |
|
|
|
• Azərbaycanda eyni hüquqi ünvanda 4 şirkət - LƏĞV EDİLİR
Bu gün, 10:38 |
|
|
|
• Fuad Nəcəfli üçün zarafatyana MƏSLƏHƏT... - "Canişin" dərmanı Yelisey sarayında
Bu gün, 10:35 |
|
|
|
• “Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır” – Mirvari Qəhrəmanlı
Bu gün, 10:24 |
|
|
|
• Separatçıların odla oyunu: Bakının səbri bitir - son damla!
Bu gün, 10:12 |
|
|
|
• Şirkət rəhbərinin Azərbaycandan çıxışına "stop" qoyuldu
Bu gün, 10:09 |
|
|
|
• Nə aptekdə var, nə də depolarda qalıb... – “Varfarin” qıtlığı təhlükəli HAL ALDI
Bu gün, 10:03 |
|
|
|
• Biləsuvarın həbsdə olan sabiq icra başçısının müsadirə edilən əmlakları ilə bağlı QƏRAR - DETALLAR
Bu gün, 09:58 |
|
|
|
• Babək Quliyev vəfat etdi
Bu gün, 09:53 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda mübarizə: Fransa Rusiyanı qabaqladı - “Hraparak”
Bu gün, 09:50 |
|
|
|
• Ermənistan Qərbi Azərbaycana çevriləcək, Paşinyan razılaşıb – Abovyan
Bu gün, 09:46 |
|
|
|
• "Sumqayıt-Aptek-415"-nin səhmdarları toplanır
Bu gün, 09:37 |
|
|
|
|