"Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm"
Tarix: 13-02-2017, 08:03 |
Çap et
DİA.AZ: - Bu gün türkiyənin məşhur stilist Sadık Bekarın ad günüdür.
DİA.AZ xəbər verir ki, 50 yaşı tamam olan stilist təbriklərdən başını itirdiyini bildirib:
"Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm. Telefonum susmur. Jurnalistlər, sənətçi dostlarım, tanıyıb-bilən hər kəs təbrik edir. Gecədən çalışıram ki, hər kəsin təbrikini qarşılıqsız qoymayım".
Qeyd edək ki, Xalq artisti Aygün Kazımova həmişə saçlarını Türkiyədə qaynaq edir. Onun saç ustası Sadık ustadır. O Sadık usta ki, Ajda Pekkan, Seda Sayan, Hande Yener, Zerrin Özer, Bülent Ersoy kimi sənətçilərin saçlarını “yaradır.”