Əsas Səhifə > Güney Press, Şou-biznes > "Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm"

"Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm"


13-02-2017, 08:03
"Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm"
DİA.AZ: - Bu gün türkiyənin məşhur stilist Sadık Bekarın ad günüdür.

DİA.AZ xəbər verir ki, 50 yaşı tamam olan stilist təbriklərdən başını itirdiyini bildirib:

"Sevinirəm ki, ətrafımdan bu qədər dəyər görürəm. Telefonum susmur. Jurnalistlər, sənətçi dostlarım, tanıyıb-bilən hər kəs təbrik edir. Gecədən çalışıram ki, hər kəsin təbrikini qarşılıqsız qoymayım".

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova həmişə saçlarını Türkiyədə qaynaq edir. Onun saç ustası Sadık ustadır. O Sadık usta ki, Ajda Pekkan, Seda Sayan, Hande Yener, Zerrin Özer, Bülent Ersoy kimi sənətçilərin saçlarını “yaradır.”

Geri qayıt