ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                 

MTN polkovniki iş adamı Nizami Kazımovdan 2.000.000 dollar rüşvəti necə alıb? - İTTİHAM AKTINDAN
Tarix: 11-01-2017, 08:14 | Çap et
MTN polkovniki iş adamı Nizami Kazımovdan 2.000.000 dollar rüşvəti necə alıb?
(Əvvəli BURADA)
В«TəzadlarВ» xatırladır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi işləmiş Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 162006082 nömrəli cinayət işi artıq məhkəmə baxışındadır…
***
Beləliklə, zərərçəkmiş kimi tanınmış Kazımov Nizami Firudin oğlu ərizə və ifadələrində göstərmişdir ki, 1991-ci ildə Kooperasiya Universitetini əmtəəşünas ixtisası üzrə bitirmiş, universitetdə oxuduğu müddətdə Naxçıvan şəhərində ictimai iaşə sahəsində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində işləmiş, 1992-ci ildən Bakıya köçərək bizneslə məşğul olmuşdur, hazırda quru meyvə yağlarının istehsalı ilə məşğul olmaqla В«BİOİLВ» MMC-nin təsisçisi və sahibidir, cəmiyyəti 8-9 il öncə təsis etmişdir. Özünə məxsus 1.120.000 ABŞ dollarını 16.01.2007-ci il tarixdə “Texnikabank"ın “Bakı“ filialına kürəkəni Əbdülqasımov Samir Tahir oğlu ilə birlikdə sonuncunun adına qoymuş, əmanət müqaviləsi filialın müdiri Zal Yusifov tərəfindən imzalanmış, adını xatırlamadığı qadın mühasib və xəzinədar pulu sayıb götürdükdən sonra mədaxil qəbzini onlara vermiş, bundan sonra hər ay 1 faiz olmaqla gəlirləri filialın kassasından Samir götürmüş, 2008-ci ilin iyul ayında dolların məzənnəsi aşağı düşdüyündən filialda olan pulu götürüb müvafiq məzənnə ilə 704.000 avroya çevirmiş və 14.07.2008-ci il tarixdə yenə Samirin adına eyni əmanət müqaviləsi bağlanaraq illik 12 faiz gəlirlə banka qoymuş, bu zaman da mühasib və xəzinədar tərəfindən pul sayılaraq hesaba köçürülməsi üçün qanuni şəkildə qəbz verilmiş, həmin əmanətə görə təxminən iki ay faiz verilmiş, daha sonra isə verilməmiş, bununla əlaqədar müraciət etdiyi Zal Yusifov fazilərin və əmanətin ödəniləcəyini bildirsə də, onlara pul ödənilməmiş, belə olduqda “Texnikabank’’ın müşahidə şurasının sədri Etibar Əliyevin yanına getmiş, sonuncu da pulların ödəniləcəyini, şikayət etməməyi demiş, lakin verdiyi vədə əməl etməmiş, əksinə, bankdan pulu tələb etdiyinə görə əsassız həbs edilmiş, barəsində cinayət təqibinə xitam verilməsinə baxmayaraq bankdan pullar geri ödənilməmiş, Etibar Əliyev ona Zal Yusifov tərəfindən mənimsənilmiş pullara görə bankın məsuliyyət daşımadığını, pulun Zal tərəfindən ödənilməli olduğunu bildirmişdir. 01.10.2008-ci il tarixdə Qurban bayramı, yəni qeyri-iş günü istifadəsində olan 050-216-86-86 mobil nömrəsinə zəng olunaraq saat 15:00 üçün Milli Təhlükəsizlik Nazirliyinə çağırılmış, bunu bildirən şəxs özünü təqdim etməmişdir. Saat 15:00-da MTN-nin nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq özünü təqdim edib çağırıldığını bildirmiş və gözləmiş, orada olan şəxs ona İstintaq Baş idarəsi tərəfindən çağırıldığını demiş, bir əsgərin müşayəti ilə 6-cı mərtəbədə yerləşən İstintaq idarəsinə aparılmış, orada liftin yanında gözlədikdən sonra Vüsal Ələkbərov öz xidməti otağında onu qəbul etmiş, onunla çox aqressiv və kobud danışmış, onu dindirərək kürəkəni Samirin adına qoyduğu əmanət barədə soruşmuş, o da cavabında pulu kürəkəni Samirin xərcləməsi üçün qoyduğunu demiş, buna baxmayaraq Vüsal Ələkbərovun qərarı əsasında guya “Texnikabank”ın əməkdaşları ilə cinayət əlaqəsinə girib öz kürəkəni Samir Əbdülqasımovun adına qoyduğu pulu mənimsədiyinə görə şübhəli şəxs kimi tutulmuş, dindirməni Vüsal Ələkbərovun işçisi Vüqar adlı müstəntiq aparmış, heç kimi aldatmadığı, hər hansı şikayətçi olmadığı halda 2 gün MTN-nin təcridxanasında saxlanıldıqdan sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluq ittihamı elan edilərək barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olduğu müddətdə Vüsal Ələkbərov onu 20 dəfəyə yaxın öz xidməti otağına dəvət edib barəsində cinayət işini xitam etmək üçün 3.000.000 ABŞ dolları tələb etmiş, imkanı olmadığını dedikdə isə Vüsal ona rəhbərliyin belə göstəriş verdiyini, pulu verməli olduğunu bildirmiş, konkret olaraq pulu kimin tələb etməsini isə deməmişdir. Pulu verə bilmədiyini dedikdə Vüsal Ələkbərov ona 8 ildən 12 ilədək iş kəsilə biləcəyini deməklə hədələmiş, imkanı çatmadığına görə tələb edilən pulu ödəməkdən imtina etmiş, həbs ediləndən 15-20 gün sonra İstintaq Baş idarəsinin rəisi Mövlan Şıxəliyev də onu xidməti otağına çağırıb müdafiəçisi olmadan söhbət apararaq Vüsal tərəfindən deyilən məbləği, yəni 3.000.000 ABŞ dollarını ondan tələb etmiş, cinayət məsuliyyətinə cəlb edilib 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcəyi ilə hədələmiş, yenə imtina etdikdə Vüsal ondan 2.000.000 ABŞ dolları tələb edib məbləğin bundan aşağı ola bilməyəcəyini demiş, həbsindən 45 gün keçmiş Mövlan Şıxəliyev onu bir dəfə də qəbul edərək Vüsalın tələb etdiyi 2.000.000 ABŞ dolları məbləğində pulu istəmiş, yenə 8-12 ilədək azadlıqdan məhrum etmə ilə hədələməklə bərabər, pulu verməyəcəyi halda başına torba keçirilərək aşağıya "maskalıların” yanına aparılacağı ilə hədələmiş, banka qoyduğu pulların adını da çəkməməyi, həmin pulların onlara aidiyyatı olmadığını və qaytarılmayacağını, rəhbərliyin göstərişinin belə olduğunu demiş, bütün bu hədələrə dözüb pulu ödəməyə razılaşmadıqda Vüsal da ona hədə qorxu gəlməkdə davam edərək başına torba geyindirilərək aşağıda “maskalıların” yanına aparılacağını demişdir.

В«Vüsal Ələkbərov: “Gedim rəisə deyim, razılıq versə, sənə deyərəm”- demiş, rəis kimi Mövlan Şıxəliyevi nəzərdə tutduğunu başa düşmüşdürВ»

Tutulduqdan sonra 2008-ci ilin noyabr ayının sonlarında səhhətində ciddi problemlər yaranmağa başlamış, şəkərli diabet xəstəliyi əmələ gəlmiş, bununla əlaqədar özünü yaxşı hiss etmədiyindən, həmçinin Vüsal Ələkbərovun təhdidlərinə artıq dözmədiyi üçün onunla razılaşmış, lakin pulu dərhal ödəyə bilməyəcəyini deyərək bir hissəsini ödəyib azadlığa buraxılmasını, qalan hissəsini ödəmək üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Bundan sonra Vüsal Ələkbərov: “Gedim rəisə deyim, razılıq versə, sənə deyərəm”- demiş, rəis kimi Mövlan Şıxəliyevi nəzərdə tutduğunu başa düşmüşdür. Növbəti gün Vüsal Ələkbərov ona rəisi ilə razılaşdığını, 1.000.000 ABŞ dollarını verəndən sonra barəsində seçilmiş həbsin ev dustaqlığı ilə əvəz ediləcəyini, qalan 1.000.000 ABŞ dollarını isə 4-5 ay müddətinə ödədikdən sonra barəsində cinayət işinə xitam veriləcəyini demişdir. O da Vüsal Ələkbərovla razılaşmış, vəkili vasitəsi ilə qudası Tahir Əbdülqasımova məktub yazaraq, qohum-əqrəbadan 1.000.000 ABŞ dolları pulu yığıb ona çatdırmalarını xahiş etmişdir.

В«Vüsal Ələkbərov həmin gün saat 12 radələrində ona Samirdən 1.000.000 ABŞ dollarını aldığını, onu buraxacağını, məhkəmədən ev dustaqlığı qərarını alacağını demişdirВ»

Kürəkəni Samir onun 180.000 ABŞ dollarına aldığı “Mercedes Benz S class 500" markalı, 115.000 ABŞ dollarına aldığı “BMW 745” markalı və təxminən eyni qiymətə aldığı “Lexus 470" markalı avtomaşınları bazar qiymətindən çox aşağı qiymətə sataraq 250.000 ABŞ dolları düzəltmiş, 325.000 ABŞ dollarını qardaşı Niyazi Kazımov vermiş, qudası Tahir Əbdülqasımov da pulun qalanını əlavə edib ümumilikdə 1.000.000 ABŞ dolları toplamışlar, 03 dekabr 2008-ci ildə saat 12 radələrində kürəkəni Samir, qudası Tahir, sürücü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə götürüb MTN-nin inzibati binasının yanına gəlmiş, Samir avtomaşından düşüb pulu Vüsala verərək qayıtmış, Vüsal Ələkbərov həmin gün saat 12 radələrində ona Samirdən 1.000.000 ABŞ dollarını aldığını, onu buraxacağını, məhkəmədən ev dustaqlığı qərarını alacağını demiş, həmin gün, yəni 03 dekabr 2008-ci il tarixdə saat 18 radələrində nazirliyin istintaq təcridxanasından buraxılmış, Vüsal ona 04 dekabr 2008-ci il tarixdə saat 12:00-da nazirlikdə olmalı olduğunu bildirmiş, növbəti gün qalan 1.000.000 ABŞ dollarını 4-5 aya tapıb verməli olduğunu demişdir. Özünün 050-216…… mobil telefon nömrəsi ilə Mövlam Şıxəliyevin 050-21…… nömrəsi arasında 26, 30 mart 2009-cu il, 02 aprel 2010-cu il, 20 mart 2011-ci il tarixlərdə danışıqlar MövlamŞıxəliyevə bayram təbriki etməsi, yaxud da sonuncunun anasının və qızının rəhmətə getməsinə görə başağlığı verməsi ilə əlaqədar olmuşdur.
Həbsdən buraxılandan sonra 1-ci dəfə 2009-cu ilin fevral ayında 150.000 ABŞ dolları toplayıb Vüsalın hazırda xatırlamadığı mobil telefonuna öz telefonundan zəng etməklə onun dediyi "Qələbə kinoteatrının kruqu’’ deyilən yerdə, keçmiş В«QələbəВ» kinoteatrının yanında görüşərək təklikdə vermiş, bundan 1 ay sonra dost-tanışdan borc aldığı 280.000 ABŞ dollarını, daha 35 gün sonra 2009-cu ilin aprel ayında 300.000 ABŞ dollarını eyni yerdə zəngləşib görüşərək Vüsala vermiş, 2009-cu ilin may ayının sonlarında 200.000 ABŞ dollarını, iyun ayında isə 70.000 ABŞ dollarını MTN-nin əsas giriş qapısının önündəki avtomaşın dayanacağı, hazırda isə park olan yerdə Vüsala təklikdə vermişdir, Vüsal Ələkbərov “Qələbə” dairəsinin yanında ondan pulu götürəndə yaşadığı evin kinoteatrın yaxınlığında olduğunu demiş, sonuncu dəfə pulu verəndə isə Vüsal onu öz xidməti otağına dəvət etmiş, çay içib, söhbət edərək aralarında yaranmış narazılığa görə könlünü almaq istəmişdir. Bütün pulu ödədikdən sonra Vüsal zəng edib barəsində cinayət təqibinə xitam verildiyini, gəlib qərarı götürməsini demiş, o da gedib həmin qərarı götürmüş, Vüsal Ələkbərova ödədiyi pullara görə qohum və dostlarına yaranmış borcunu ödəyə bilməmiş, buna görə В«Para BankВ»dan 300.000 manat kredit götürmüş, lakin işi alınmadığına görə həmin borclarını tam bağlaya bilməmişdir, hazırda qudasına 500.000 ABŞ dolları borcu vardır. Öz adına olan “BMW 745” markalı 10-ZZ-866 dövlət qeydiyyat nişanlı, “Lexus LX 470” markalı 10-SS-866 dövlət nömrə nişanlı, “Mercedes S 500’’ markalı 10-TT-866 dövlət nömrə nişanlı avtomaşınlar həbsdə olarkən Samir Nadirli tərəfındən hazırda xatırlamadığı maşın alverçilərinə satılmış, rəsmiləşdirmə isə həbsdən çıxandan sonra edilmişdir. Əmindir ki, Eldar Mahmudov həmin dövrdə В«TexnikabankВ»ın idarə heyətinin sədri Etibarla əlbir olub onun və digər sahibkarların banka qoyduqları 38.000.000 manat məbləğində əmanətləri mənimsəmiş, bunun ört-basdır edilməsi üçün onların həbsi təşkil edilmişdir.
(Davamı var)
В«TəzadlarВ»










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Bu gün, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Bu gün, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Bu gün, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Bu gün, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Bu gün, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Bu gün, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Bu gün, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru