Nazirin çətiri altında özbaşınalıq... - İDDİA
Tarix: 18-10-2016, 11:09 | Çap et
 Baş həkim Telman İbadovun rəhbərlik etdiyi Respublika Klinik Xəstəxanasının fəaliyyətində müşahidə olunan problemlər bu gün ölkə ictimaiyyətini narahat edən ən aktual məsələlərdən biridir. Bu xüsusda aldığımız məlumatlarda vurğulanır ki, bu xəstəxanada baş verənlər ölkə səhiyyəsinin ən nöqsanlı tərəflərindən birini səciyyələndirir. Artıq uzun müddətdən bəri redaksiyamıza təqdim olunan çoxsaylı şikayət məktublarında bildirilir ki, Klinik xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət baş alıb gedir. Hətta xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz ötüşmək olmur. Açıqlamalardan birində bu barədə deyilir: “Respublika Klinik Xəstəxanasında formalaşmış durum hər kəsə məlum olsa da, bu vəziyyətə heç kəs, hətta Səhiyyə Nazirliyinin rəhbərliyi belə müdaxilə edə bilmir. Təbii ki, əgər bu gün Klinik Xəstəxananın giriş-çıxış qapısında duran gözətçinin gündəlik qazancı nazirin aldığı məvacibdən bir neçə dəfə yüksəkdirsə, lakin burada baş alıb gedən rüşvətxorluğa qarşı heç bir tədbir görülə bilmirsə, demək ki, bunun əlahiddə səbəbləri var...” Bir qədər sonra biz mənbənin nəzərdə tutduğu səbəbə qayıdacağıq. Hələlik isə, Klinik Xəstəxananı ağuşuna almış total rüşvətxorluq barədə digər açıqlamalara nəzər salaq. Aldığımız digər bir məlumatda deyilir: “Xəstəxananın ultrasəs müayinəsi kabinetində də konkret tariflər müəyyənləşdirilib. Belə ki, zobdan müayinə olunmaq üçün həkimə 15-20 manat ödəmək lazım gələcək. Qadınlarda daxili orqanların kompleks müayinəsi isə 100 manata başa gələcək. Bundan başqa burada qanın ümumi analizi 10, qanda qlükozanın müəyyən olunması 5, sidiyin ümumi analizi 8, böyrək analizləri 35, QİÇS analizi 10, adi həkim müayinəsi 25, professor müayinəsi 70, ginekoloji yoxlanma 50 manata başa gəlir. Döş qəfəsinin rentgeni üçün 15-25 manat ödəmək lazımdır. Daxili orqanların ümumi müayinəsi isə 160 manatdır.”
Həmçinin burda fəaliyyət göstərən doğum şöbəsinin fəaliyyəti də ciddi narazılıqlara əsas verir. Bu barədə məlumatda deyilir: “Doğum şöbəsində qeysəriyyə əməliyyatı ilə ana olacaq xanımlar həkimə 800-1000 manat civarında pul ödəməli olurlar. Bundan başqa, əməliyyata girənləri hələ əlavə xərclər də gözləyir. Belə ki, əməliyyata girmədən öncə xəstənin yaxınlarına əməliyyat üçün lazım olan və olmayan dərmanların, preparatların böyük bir siyahısı verilir. Bunları almaq üçün də aptekdə orta hesabla 50-80 manat pul xərclənir. Belə prosedurları keçənlər isə iddia edirlər ki, verilən siyahıda yoddan tutmuş həkim üçün rezin əlcəklərə qədər hər şey nəzərdə tutulur. Halbuki xəstəxanalarda xəstələrə pulsuz verilən dərmanların siyahısı olur. Adi doğuş üçün isə, xəstələr 500 manat ödəməli olurlar. Lakin bu məbləğə hələ gələcək ananın xəstəxanada qalmaq pulu daxil deyil. Nisbətən daha rahat palatada qalmaq üçün xəstə əlavə 50 manat da ödəməlidir. Təqdim olunan açıqlamalara görə, xəstəxanada hər ananın gündəlik 15-20 manat əlavə xərci çıxır. Uşaq həkiminə, hər gün uşağa baxan növbətçi tibb bacılarına mütləq hörmət olunmalıdır...”
İndi isə, qayıdaq mənbələrdən birinin yuxarıda yarımçıq qoyduğumuz fikrinə. Beləliklə, redaksiyamıza verdiyi açıqlamasında mənbə Baş həkim Telman İbadovun tam cəzasızlıq şəraitində Respublika Klinik Xəstəxanasında istədiyi özbaşınalıqları törədə bilməsinin səbəblərinə, daha doğrusu bir əsas səbəbinə aydınlıq gətirir: “...Bu səbəblərdən ən vacibi də budur ki, Telman İbadovun oğlu hal-hazırda ölkənin ən nüfuzlu nazirliklərindən birində yüksək vəzifədə çalışır. Baş həkim özü isə, davamlı olaraq həmin nazirliyə rəhbərlik edən hörmətli şəxsin adından sui-istifadı hallarına yol verir. Həmin nazirin həqiqətən də hörmətli və nüfuzlu dövlət məmuru olduğunu nəzərə alıb, onun adını belə bir xoşagəlməz məqamla bağlı hallandırmaq istəməzdim. Sadəcə olaraq belə bir əminliyimi ifadə etmək istəyirəm ki, hörmətli nazir vəziyyətdən xəbərdar olacağı təqdirdə, böyük ehtimalla Telman İbadovun oğlunu dərhal rəhbərlik etdiyi nazirlikdən uzaqlaşdırar”.
Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58 |
|
|
|
| • Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55 |
|
|
|
| • Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52 |
|
|
|
| • Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49 |
|
|
|
| • Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23 |
|
|
|
| • "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10 |
|
|
|
| • “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12 |
|
|
|
| • MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05 |
|
|
|
| • ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02 |
|
|
|
| • Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55 |
|
|
|
| • “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52 |
|
|
|
| • Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50 |
|
|
|
| • Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44 |
|
|
|
| • “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35 |
|
|
|
| • İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33 |
|
|
|
| • ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15 |
|
|
|
| • Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14 |
|
|
|
| • Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12 |
|
|
|
| • Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03 |
|
|
|
| • ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59 |
|
|
|
| • Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
| • Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Dünən, 11:47 |
|
|
|
| • Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Dünən, 11:40 |
|
|
|
| • Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Dünən, 11:30 |
|
|
|
| • Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Dünən, 11:26 |
|
|
|
| • Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
| • Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Dünən, 11:16 |
|
|
|
| • Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Dünən, 11:13 |
|
|
|
| • Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:10 |
|
|
|
| • Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Dünən, 11:08 |
|
|
|
| • Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Dünən, 11:05 |
|
|
|
|