Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

“Bir aylıq əməkhaqqımızı kəsməklə, dövlət büdcəsi dolacaq?!” - Cabbarovun gedişləri narazılıq yaradır...
Tarix: 25-08-2016, 12:00 | Çap et
“Bir aylıq əməkhaqqımızı kəsməklə, dövlət büdcəsi dolacaq?!”
Yaşı 65-ə çatmış müəllimlərin qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirib-etdirməməsi təhsil nazirinin müvafiq əmrilə tənzimlənir. Təhsil Nazirliyindən verilən məlumata görə, həmin əmrə uyğun olaraq, hazırda ümumtəhsil məktəblərində yaşı 65-i keçmiş 3200 müəllimlə əmək müqaviləsi bağlanıb.Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün yaş senzi 65 yaş həddində müəyyənləşdirilib. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.

Əməkdar müəllim: “Müəllimin 1 aylıq haqqını kəsmək, ədalətsizlikdir”

Yaşı 65-i keçən orta məktəb müəlliminin Hurriyyet.org-a verdiyi xəbərə görə, müəllimlərin yaş senzilə əlaqədar tətbiq edilən qaydalarda bu il yenilik edilib. Belə ki, hər il yaşı 65-i keçən müəllimlərlə əmək müqaviləsinə dərs ilinin sonunda, iyunun 15-də xitam verilirdisə, bu il avqustun 15-dən xitam veriləcək. Bu dəyişiklik yaşı 65-i keçən müəllimlərin ciddi narazılığından sonra tətbiq olunmağa başlanıb. Amma əməkdar müəllim hesab edir ki, tətbiq edilən bu qaydada da çatışmazlıq var: “İndiyədək ilboyu işləyən, yaşı 65-dən yuxarı olan müəllimi məzuniyyətsiz işdən çıxarırdılar. Müəllimlər bundan çox narazı idi. Bu ildən başlayaraq, həmin müəllimlər məzuniyyəthaqqı aldıqdan sonra onlarla əmək müqaviləsinə xitam verilir. Ancaq burada da müəllimin hüququ tam bərqərar olunmur. Əgər məktəb rəhbərliyi yaşı 65-i keçən müəllimlə növbəti dəfə işləmək üçün əmək müqaviləsi bağlayacaqsa, əmrlə o müəllim işinə bərpa olunacaqsa, onun 1 aylıq əməkhaqqı niyə kəsilməlidir? Bu müəllim, sentyabrın 15-dən hazırlıqsız necə dərsə gələ bilər? İbtidai sinif müəllimləri həm də sinif rəhbəridir. Sinif rəhbərləri dərsə xüsusi hazırlaşmalıdır. Müəllim dərs proqramı hazırlamalıdır, müəyyən əyani vəsaitlərin alınması üçün pul xərcləməlidir. Bu vəsaitləri hansı pulla almalıdır? Nazirin qərarı var ki, avqust ayından dərsliklər siniflər üzrə bölünməlidir. Müəllim birbaşa sentyabrın 15-dən gəlib, bütün bu işləri, necə çatdıra bilər? Axı yaşı 65-i keçən müəllimin 1 aylıq əməkhaqqını kəsmək, dövlət büdcəsinə nə gəlir gətirə bilər ki, onun haqqını kəsirlər? Həm yüksək dairələrdən belə fikirlər səsləndirlir ki, müəllimlərin əməkhaqqı artırılmalıdır, həm də onun haqqı kəsilir. Bu, ədalətsizlikdir.”
Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehovun mobil telefonu söndürüldüyündən, əlaqə cəhdimiz baş tutmadı.

Direktor: “Kollektiv müqavilənin şərtində qanun pozuntusu yoxdur”

Məktəb direktoru Şəmsi Qoca isə hesab edir ki, tətbiq olunan yenilik, əksinə ədalətlidir. Çünki indiyədək bəlli yaş həddini keçən müəllimlərlə əmək müqaviləsinə xitam dərs ilinin sonunda verilirdisə, indi bu müddət 2 ay uzadılıb: “Əmək Məcələsinin 70-ci maddəsinin e bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə - 65 yaşa çatdıqda, onunla bağlanan əmək müqaviləsi ləğv olunur. Əgər zəruri ehtiyac varsa, fiziki baxımdan sağlamlığı imkan verirsə, işgötürən onunla bir il müddətinə əmək müqaviləsi bağlaya bilir. 5 dəfə bu müqavilənin müddətinin uzadılmasına yol verilməsi mümkündür. Əgər məktəbdə sıxlıqdırsa, dərs saatları azdırsa, o müəllimin sağlamlığı imkan vermirsə, onu məktəbdə saxlamağa nə ehtiyac var, o, pensiyaya göndərilir. Dərs ilinin ortasında müəllimin 65 yaşı tamam olunubsa, müəllimlə müddətli əmək müqaviləsi bağlanır. Çünki dərs ilinin ortasında müəllimi pensiyaya göndərmək məktəbə sərf etmir. Ona görə də təhsil işçiləri, Təhsil Nazirliyi və Həmkarlar İttifaqı arasında kollektiv müqavilə var. Həmin müqavilənin şərtinə görə, yaşı 65-i keçən müəllimlərlə bağlanan əmək müqaviləsi iyunun 15-də başa çatsa da, müqaviləyə xitam verilməsi məzuniyyətdən sonraya, avqustun 15-ə təxirə salınır. Bu, əslində ədalətlidir. Həmkarlar İttifaqı məsələyə müdaxilə etdi ki, əvvəl həmin müəllimləri məzuniyyətə buraxın, sonra xitam verin. Biz də kollektiv müqavilənin şərtinə uyğun olaraq müqaviləyə avqustun 15-dən veririk. Burda heç bir qanun pozuntusu yoxdur”.
Rəhbərlik etdiyi məktəbdə yaş senzilə əlaqədar müqavilə ilə çalışan 4 müəllimin olduğunu deyən direktorun sözlərinə görə, onlardan 2-sinin saxlanması, 2-nin isə pensiyaya göndərilməsi nəzərdə tutulub: “O müəllimlərdən hansıyla işləmək zəruridirsə, onlarla da əmək müqaviləsi bağlanacaq, 1 il işləyəcəklər. Bu şərtlə ki, o müəllimlərə ehtiyac olsun. Bizim məktəbdə 109 müəllim var, 4-ünün yaşı 65 yaşdan yuxarıdır. Əslində məktəbdə ümumi işçilərin sayının 2 faizindən artıq müəllim saxlana bilməz. Ona görə də 2-si getməlidir. Eyni zamanda müəllimlərin işə qəbulu müsabiəqsinə də bu boş yerləri çıxarmışıq. Yeni müəllim gəlməsə belə, o müəllimlərdən 2-si mütləq gedəcək”.
Təhsil eksperti Nadir İsrafiolovun fikrincə, yaş senzilə əlaqədar müəllimlərin əmək fəaliyyətində konkret mexanizm olmadığına görə, bu məsələ daim tərəflər arasında mübahisə predmetinə çevrilir:
“Misir Mərdanovun rəhbərliyi dövründən, müəllimlərin yaş senzi məsələsi ortalığa atıldı. O vaxt bir xeyli müəllim yaş senzinə görə işsiz qaldı. Bəziləri məhkəməyə müraciət etdi, bərpa olundu. Bəzi müəllimlər haqqında ədsalətsizlik edildi, 67 yaşlı müəllimi saxlayıb, 65 yaşlını çıxardılar və sair. Onlardan bəziləri məhkəmə yolu ilə öz haqlarını bərpa etdilər, mətbuat da bu məsləni çox ictimailəşdirdi. Müxtəlif qərarlar verildi. , Sovet dövründə bu məsələlərin konkret mexanizm vardı. Vaxtilə bu məsələ konkret olaraq Əmək Məcəlləsilə tənzimlənirdi, sonra müxtəlif qərar və sərəncamlarla tənzimlənməyə başlandı. Sonra belə bir qərar da qəbul etdilər ki, pensiya məsələsində müəllimin kollektivdə nüfuzuna görə baxsınlar və sair. Onlarla əlavə 1-2 il əlavə müqaviə bağlasınlar. Amma bu məsələ konkret qanunvericilklə həll olunmayıb. Elə region var ki, orda 67, 68, 69 yaşlı müəllim də var. Elə yer də var ki, 65 yaşı tamam olan kimi çıxarırlar. İndi bu məsələləri əmək müqaviləsilə həll edirlər, amma eyni zamanda əmək məcəlləsi də öz qüvvəsində qalır. Direktora necə sərf edir, o qaydanı da tətbiq edir. Ona görə də yaşlı müəllimləri asılı vəziyyətə salıblar. Halbuki təhsilimizin ən ağır yükü o müəllimlərin çiynindədir. Təhsilimizdə qazanılan az-çox uğur o müəllimlərin iş təcrübəsinin bəhrəsidir. Əgər hər hansı bir müəllimə bir ay müddətinə xəbərdarlıq elan olunursa, o, işdən çıxarıla bilər, bunun o müəllimə ödənişi, kompensasiyası verilməlidir. Konkret mexanizm yoxdur deyə, bu məsələdə bu gün də özbaşınalıq var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru