İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb .....                     Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib .....                     Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu .....                     Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub .....                     Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq .....                     “İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” .....                     BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI .....                     “Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb .....                     Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur .....                     Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? .....                     İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır .....                     İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır .....                     İsrail Tehran radiosunu da vurdu .....                     Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? .....                     Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? .....                     Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? .....                     Çin İsrailin İrana hücumlarından narahatdır .....                     Daha kimlər ÖLMƏLİDİR Kİ... .....                     Gədəbəy rayonuna prokuror təyin edilib .....                     Lerikə yeni prokuror təyin edilib .....                     "İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" .....                     Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? .....                     Əvəz Zeynallının həyat yoldaşı: .....                     "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı .....                     “Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib .....                     Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik .....                     "Beeonline" ASC-də yığıncaq keçiriləcək .....                     “Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” .....                     Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ .....                     Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! .....                     Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək .....                     İranda üzdə olmaq da bir iş deyil... .....                     "Sepah Bank" kiberhücumla çökdürüldü .....                     Uzunmüddətli müharibəyə hazırıq .....                     İsrail-İran savaşında kritik an .....                     İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir .....                     Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı .....                     Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib .....                     SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur .....                     Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? .....                 

Hamlet İsaxanlının qardaşıoğlu turizm fırıldağında ittiham olunur – ARAŞDIRMA
Tarix: 12-08-2016, 11:34 | Çap et
Hamlet İsaxanlının qardaşıoğlu turizm fırıldağında ittiham olunur
Avqustun 2-də “Vətəndaşlar “MSN Tour” şirkətini fırıldaqçılıqda ittiham edir” başlıqlı yazı dərc olunmuşdu.

Yazıda bildirilirdi ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Bakı sakini Anar Eldar oğlu Salayev bildirib ki, “MSN Tour” MMC-nin dələduzluq əməlləri üzündən onun ailəsinə maddi zərər dəyib və hazırda həmin şirkəti heç yerdə tapa bilmir. Anar Salayev Qafqaz Xəbər Agentliyinə yazdığı ərizəsində bildirib: “2015-ci il aprelin 12-də anam Səltənət Mirhəsən qızı Salayeva ilə “MSN Tour” MMC-nin direktoru Cəmalə Əfqan qızı İsayeva arasında müqavilə imzalanıb.

Qeyd edim ki, həmin şirkətin VÖEN nömrəsi 1301614511-dir. Həmin müqaviləyə görə, şirkət özünün “Holidays & Miles” istirahət proqramı üzrə 3 il ərzində xidmət göstərməyi öhdəsinə götürürdü. Müqaviləni imzalayan tərəf kimi, Səltənət Mirhəsən qızı Salayeva şirkətə 3200 manat ödəməklə, 3 il ərzində 3 dəfə (və yaxud 21 gün) müxtəlif xarici ölkələrdə iki nəfərlik istirahət imkanı qazanacaqdı. Anam öz öhdəliyini yimg242erinə yetirərək, 3200 manatı şirkətə tam ödədi. Anama şirkətdən plastik üzvlük kartı da verildi. İlk səfər qaydasında keçdi və 2015-ci ilin dekabr ayında valideynlərim ikilikdə BƏƏ-nin Dubay şəhərində bir həftə istirahət edib qayıtdılar”. Onun sözlərinə görə, Dubay səfərinin üstündən üç-dörd ay keçəndən sonra, valideynləri yayda Türkiyədə istirahət etmək üçün də detalları razılaşmaq məqsədi ilə şirkətə müraciət ediblər. “Müqaviləyə görə, istirahətə müştəri “MSN Tour” şirkətini 30 gün əvvəldən xəbərdar etməli idi. Həmin vaxt “MSN Tour” şirkəti Nobel prospekti 15 ünvanında.

“Azure” Biznes Mərkəzində yerləşirdi. Şirkətdən anama bildirdilər ki, “hazırda başqa ofisə köçmək üzrəyik, mobil telefon vasitəsilə əlaqə saxlayarsınız, sizə yeni ünvanı bildirərik”.

Onlar anama bir neçə mobil nömrə vermişdilər. Lakin bir həftə sonra şirkətə aid nömrələrin heç biri işləmirdi. Bir müddət sonra anam Turan İsayev adlı şirkət nümayəndəsinə zəng etdi, həmin şəxs isə dedi ki, guya Gürcüstandadırlar, daha bir həftə sonra Bakıya gələcəklər. Lakin üstündən üç aydan çox vaxt keçib və “MSN Tour”un internet ünvanı da, mobil və şəhər nömrələri də işləmir. Çox axtarsaq da, şirkətin ofisini tapmadıq. Əminəm ki, sözügedən şirkətin qurbanları tək biz deyilik və onlarla, hətta yüzlərlə insan bu fırıldaqçıların toruna düşüb”, – deyə A.Salayev qeyd edib.

Vətəndaş Qafqaz Xəbər Agentliyi vasitəsilə Respublikanın Baş Prokuroru Zakir Qaralova və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə də üzünü tutub. “Zakir Qaralovdan və Kamran Əliyevdən bu şirkətlə bağlı təcili araşdırma aparmalarını, problemi nəzarətə götürmələrini xahiş edirəm”, – deyə şikayətçi vurğulayıb.

Avqustun 11-də Qafqaznews.az araşdırmanı davam etdirərək, həmin şirkətin “izini tapmağa” çalışdıq. Həqiqətən də, şirkətə aid bütün stasionar və mobil nömrələrin, eləcə də “msntour.az” saytının işləmədiyinə əmin olduq. Şirkətin vizit kartında ünvan olaraq qeyd olunan Azure Biznes Mərkəzi ilə əlaqə saxladıq. Xanım əməkdaşın sözlərinə görə, “MSN Tour” şirkəti bir ilə yaxındır biznes mərkəzində icarələdiyi ofisdən çıxıb, əlaqə nömrələri və ya ünvan qoymayıb. Sözügedən şirkətin ofisi dəyişdikdən sonra “Babək Plaza”ya köçdüyünü öyrəndik.

“Babək Plaza”dan bizə bildirdilər ki, “MSN Tour” artıq bir neçə aydır orda icarədar deyil. Bəs Mədəniyyət və Turizm Nazirliyinin bu şirkətin fəaliyyəti ilə bağlı xəbəri varmı? Nazirlik “MSN Tour” şirkətiylə bağlı hər hansı qaranlıq məqama aydınlıq gətirə biləcəkmi? Bu suala cavab tapmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ilə əlaqə saxladıq. M.Qəhrəmanov bizə bildirdi ki, sözügedən “MSN Tour” vaxtilə uzunmüddətli müqavilələrlə kampaniyalar təşkil edərkən, şirkət rəhbərliyini yanına çağıraraq xəbərdarlıq edib.

“Bir türklə kampaniya edirdilər. Çağırıb yanıma dedim ki, siz bu işlə məşğul olmayın, sizin yeriniz türmədir. Vətəndaşlar bizə zəng edib narahatlıqlarını bildirirdilər. Mən öz təcrübəmdən bilirəm ki, belə kampaniyaların axırı yoxdur. Onlara xəbərdarlıq etdim, dedim sizin gələcəyiniz yoxdur. Amma dinləmədilər. Bu şirkətin işi qalıb prokurorluğa, məhkəməyə. 2015-ci ilin noyabrında Prezidentin sərəncamından sonra, otel və turizm şirkətlərinə lisenziya vermirik. Əvvəl monitorinq aparırdıq, fəaliyyətlərinə nəzarət edirdik. İndi isə yox, yeni yaradılan şirkətlər var ki, bizim onlardan heç xəbərimiz yoxdur… Təəssüf ki, bəzi şirkətlər onlara yaradılan bu imkanlardan sui-istifadə edirlər” , – deyə M.Qəhrəmanov vurğuladı.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə şirkət tərəfindən aldadıldığını düşünən vətəndaşlara hüquq mühafizə orqanlarına müraciət etməyi məsləhət gördü. “Hüquq mühafizə orqanlarına müraciət etsinlər. Araşdırma zamanı cinayət faktı ortaya çıxarsa, şirkətin rəhbərliyi məsuliyyətə cəlb oluna bilər. Amma vətəndaşlar əvvəlcə müraciət etməlidirlər”, – deyə E.Sultanov Qafqaznews.az-a qeyd etdi. Biz internetdə araşdırma apararkən, Anar Salayevin adını çəkdiyi Cəmalə İsayeva və Turan İsayevin ər-arvad olduğunu öyrəndik.

Modern.az saytının yazdığına görə, Turan İsayev Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qardaşı oğludur. 2016-cı ilin may ayında modern.az-da dərc olunan yazıdan çıxarışı oxuculara təqdim edirik: “Hamlet İsaxanlının qardaşı oğlu Turan Suddar oğlu İsayevlə bağlı Modern.az-a daxil olan şikayəti Abşeron rayon sakini Kəmalə Məhərrəmova yazıb.

K.Məhərrəmova bildirib ki, Turan İsayev 2013-cü ildə onun adına “VTB bank”dan 18 min dollar kredit götürüb. Bildirib ki, anası xərçəngdir və Türkiyədə müalicəyə aparmalıdır. “Dedi ki, adına müxtəlif banklarda kredit olduğu üçün ona pul vermirlər. Bir yerdə işlədiyimizdən ona inandım və adıma kredit götürülməsinə razılıq verdim. Turan əvvəllər “Bank of Baku”, sonra “Nikoilbank”da işləyib. Daha sonra MSN Tour adlı turizm şirkəti yaradıb”. Turan İsayev kreditin ödənişini vaxtında etmədiyi üçün bank Kəmalə Məhərrəmovanı məhkəməyə verib və pulu geri tələb edir. Bundan sonra şikayətçi Turan İsayev barəsində Xətai rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Hazırda işi baş müstəntiq Vüsal Şahbazov araşdırır.

Araşdırmalar nəticəsində məlum olub ki, Turan İsayev Gürcüstan vətəndaşıdır və 2016-cı il yanvarın 3-də Azərbaycanı tərk edib. Kəmalə Məhərəmmova deyir ki, onu dolandıran şəxsin əmisi Hamlet İsaxanlı ilə əlaqə yaratmaq istəsə də, qəbuluna düşə bilməyib.

Turanın Xəzər Universitetində işləyən digər əmisi İsaxan İsaxanlı isə bildirib ki, qardaşı oğlu barəsində artıq polisə şikayət etdikləri üçün onlara kömək etməyəcək. Turan İsayevin xanımı Cəmalə İsayevanın atası da Xəzər Universitetində işləyir. Ona müraciət etdikdə isə bildiriblər ki, artıq evli deyillər, boşanıblar və bu məsələnin həmin ailəyə aidiyyatı yoxdur. “Tək anama baxıram. O qədər pulum yoxdur ki, ödəyim. O vaxt “VTB bank”dan kredit verən şəxs də vaxtilə Turanın işçisi olub. Ona görə bankda bizim işimiz 5 dəqiqə çəkdi və bizə kredit tez bir zamanda verildi. Mən bunu bilmirdim.

Məhkəmə zamanı öyrəndim. Ona görə hər şey belə tez oldu, bütün işləri əvvəlcədən ediblərmiş”. Şikayətçi Gürcüstana, Turanın atasının yanına da gedib. Lakin atası bildirib ki, oğlu Türkiyədə olmalıdır və bu məsələnin ona aidiyyatı yoxdur. K.Məhərrəmova məhkəmə prosesi zamanı Turanın 30-dan çox insanı bu cür yolla aldatdığını öyrənib. “Onun artıq bir çox banklara və insanlara borcu var”, deyə şikayətçi bildirib (modern.az).

Təəssüf ki, Hamlet İsaxanlı ilə əlaqə saxlamaq imkanımız olmadı. Adıkeçən şəxslərin münasibətini də dərc etmək, məsələyə aydınlıq gətirmək istərdik. Araşdırmamız davam edir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
Bu gün, 22:10
Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib - KİV
Bu gün, 22:09
Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu - Elçin Aslangil yazır...
Bu gün, 21:34
Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub - KİV
Bu gün, 19:12
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq - KİV
Bu gün, 18:06
“İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığı hədəf alınır” - VİDEO
Bu gün, 18:04
BU NƏDİ BELƏ: Bakıda çörəkdən mismar ÇIXDI - VİDEOFAKT
Bu gün, 17:56
“Tiktok”da vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb - VİDEO
Bu gün, 17:50
Kilsənin zərərsizləşdirilməsi Azərbaycan və Türkiyənin də maraqlarına uyğundur - Bəlanın kökü qurudulur
Bu gün, 17:46
Quru sərhədlər bağlıdır, çünki təhlükə realdır: Azərbaycan nəyi qabaqlayır? - AKTUAL
Bu gün, 17:42
İsrail hazırda İranla nizamlanma ilə bağlı danışıqlar aparmır - “İnterfaks"
Bu gün, 17:40
İsrail yanacaq qıtlığının olacağını proqnozlaşdırmır - Energetika Nazirliyi
Bu gün, 17:38
İsrail Tehran radiosunu da vurdu - VİDEO
Bu gün, 17:05
Türkiyə ilə Azərbaycanın arasını vurmaq cəhdi: KİM VƏ NİYƏ? - İLGİNC
Bu gün, 17:00
Krediti ödəməsən, iş yerinə zəng edəcəyik: Banklar vətəndaşları HƏDƏLƏYİR? - FOTO
Bu gün, 16:58
Kazino biznesi Azərbaycanda turizmi təşviq edə bilərmi? - AKTUAL
Bu gün, 16:53
Çin İsrailin İrana hücumlarından narahatdır
Bu gün, 16:12
Daha kimlər ÖLMƏLİDİR Kİ... - NAEAZILIQ VAR...
Bu gün, 16:10
Gədəbəy rayonuna prokuror təyin edilib - ƏMR
Bu gün, 16:05
Lerikə yeni prokuror təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
"İran parçalanma ərəfəsindədir və bu qaçılmazdır" - ONA GÖRƏ DƏ...
Bu gün, 16:00
Rusiya niyə əvvəllər - 30 ilə yaxın müddətdə belə sülhpərvər addım atmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:56
Əvəz Zeynallının həyat yoldaşı: - Bankla bağlı problem həll edildi
Bu gün, 15:54
"Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Bu gün, 15:52
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-də ən yaxşı regional aviaşirkət seçib - DİQQƏT
Bu gün, 15:49
Bütün hədəflərə çatana qədər İrana qarşı əməliyyatı davam etdirəcəyik - İsrail ordusu
Bu gün, 15:41
"Beeonline" ASC-də yığıncaq keçiriləcək
Bu gün, 15:36
“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayev
Bu gün, 15:32
Gözdən əlillərdən “SİMA İmza”ya NARAZILIQ - “Bizim simamız yoxdur?”
Bu gün, 15:26
Bakıdan İsrail rəhbərliyinə MESAJ: Azərbaycanlılar yaşayan yerləri vurma! - SEVGİMİZ SARSILIR...
Bu gün, 15:21
Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək - Alen Simonyan
Bu gün, 15:19
İranda üzdə olmaq da bir iş deyil... - Görünəni odur ki...
Bu gün, 15:16
"Sepah Bank" kiberhücumla çökdürüldü
Bu gün, 15:09
Uzunmüddətli müharibəyə hazırıq - İran Silahlı Qüvvələri Baş Qərargah rəisi
Bu gün, 15:06
İsrail-İran savaşında kritik an – Zəngilanda axtarırdılar, görün harada tapıldı
Bu gün, 13:10
İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir - Netanyahu
Bu gün, 13:04
Ermənistandakı AB müşahidəçiləri durbinlərini İrana tuşladı - AXIR Kİ...
Bu gün, 13:02
Ermənistan və Hindistan Tehrandan hindistanlı tələbələrin təxliyəsini müzakirə edib
Bu gün, 12:57
SOCAR işçilərinin çox az hissəsi neft və qaz hasilatı ilə məşğul olur - İLGİNC FAKT
Bu gün, 12:47
Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? - İLGİNC DETALLAR
Bu gün, 12:36
Rəşid Mahmudovdan jurnalistlərə ÇAĞIRIŞ – “Birgə hərəkət edib televiziyaları düzəldin”
Bu gün, 12:29
Quru sərhədlər İrandakı soydaşlarımız üçün açıla bilər? – “Sərhədlərin bağlı olması ideyası daha böyük məna və əhəmiyyət kəsb edir”
Bu gün, 12:26
İsrail İrana qarşı son dərəcə mürəkkəb əməliyyat hazırlayıb - TASS
Bu gün, 12:19
SEPAH mediası Azərbaycanı “hədələdi”: “Mehr”dən təxribatçı yazı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:17
İsrail İrandan necə qorunur? - Çoxqatlı sistem belə İŞLƏYİR
Bu gün, 12:15
“Pilot-16” MMC-də iş icraçısı AZADLIĞA ÇIXDI - QƏRAR
Bu gün, 12:13
Paşinyan bu tarixdə Türkiyəyə gedəcək - İDDİA
Bu gün, 12:01
Ərdoğan İranı niyə dəstəkləyir? - “Regnum”
Bu gün, 11:58
Bakıda vəzifəli şəxslərə qarşı dələduzluq etməkdə ittiham olunan şəxs özünü təqsirli bilmir
Bu gün, 11:52
BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat - BUNDAN SONRA...
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru