“Səda Store”də şok maliyyə maxinasiyaları aşkara çıxarıldı
Tarix: 13-06-2016, 11:13 | Çap et
Məlum olduğu kimi, Azərbaycanın ən iri supermarketlər şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək istəyiblər. Belə ki, müflis olma təhlükəsi qarşısında olduqlarını iddia edən supermaketlər şəbəkələrinin rəhbərləri hökumətdən vergi yükünün azaldılması üçün bəzi güzəştlər xahiş ediblər. Sahibkarlar bildiriblər ki, 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə, Azərbaycanın əsas supermarket şəbəkələrinin mənfəət marjaları minimuma enib. Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil. Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub. Onlar iddia ediblər ki, hazırda tətbiq edilən effektiv vergi dərəcələri və digər ödəmələr qiymətlərin stabil saxlanmasına imkan vermir. Üstəlik, devalvasiyası nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Bu səbəbdən, iri supermarket şəbəkələrinin rəhbərləri öz müraciətlərində konkret olaraq respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər. Xatırladaq ki, müraciəti “Bizim” marketlər şəbəkəsi adından təsisçi Rasim Salmanov, “FRESKO” və “SƏBƏT” marketləri adından direktor Kamran Eyyubov, “Rahat” marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, “Makromart” marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, “Araz” marketlər şəbəkəsi adından İlqar Nuri, “Neptun” maketlər şəbəkəsi adından direktor Vüqar İbrahimov, “Bolmart” marketləri adından Elçin Kərimov, “Favorit” marketlər şəbəkəsi adından Aydın Əzizov, “Mega store” və “Sarı” marketləri adından Eşqin İsmailli imzalayıblar. Qeyd edək ki, sahibkarların müraciətinə İqtisadiyyat Nazirliyindən “müraciət olunan məsələlərlə bağlı araşdırmalar aparılır” adı altında hələ də “araşdırması başa çatmayan” cavab verilsə də, Vergilər Nazirliyinin onlara cavabı çox net oldu. Nazir Fazil Məmmədov birmənalı olaraq bəyan etdi ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz: "Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2% marketlərdə satılır. Ona görə marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil. Təkrar edirəm, kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi". Əlbəttə, istər İtiqsadi İnkişaf, istər də Vergilər nazirliklərindən sahibkarlara verilən cavab tamamilə başadüşülən idi. Doğrudur, ilk baxışdan kimlərsə hər iki nazirliyini bu mövqeyini “hökumətin iş adamlarına qarşı ədalətsizliyi” kimi qələmə verdilər. Hətta bəzi ekspertlər bildirdilər ki, belə getsə, tezliklə iri marketlər “zərərlə işlədiyi” üçün sıradan çıxacaq. Əslində, sözügedən müraciətdən keçən iki aya yaxın zaman hökumətin bu məsələdə haqlı olduğunu ortaya qoydu. Çünki indiyə kimi nə adıçəkilən marketlər bağlandı, nə də ortada onlarına fəaliyyətinə əngəl olan hansısa problem mövcuddur. Bu baxımdan əminliklə deyə bilərik ki, supermarket rəhbərlərinin bu müraciəti devalvasiyadan sonra ölkədə yaranmış ajiotajdan istifadə edərək daha çox gəlir əldə etmək istəyindən başqa bir şey deyil. Hansı ki, “Hürriyyət”in son vaxtlar Sumqayıtdakı bir sıra ticarət mərkəzlərinin fəaliyyəti ilə bağlı aşkara çıxardığı faktlar da dediklərimizi sübut edir. Belə ki, sahibkar Vüqar Rəsul oğlu Qələndərova məxsus olan “Əli-94”, “Göyçay ”, “Hiper”, “Səda Store” və “Ən Ucuz” adı altında fəaliyyət göstərən ticarət mərkəzlərinin hər birində qanuni gəlirdən əlavə, il ərzində 1,5 milyon manatdan artıq dövlət vəsaiti mənimsənilir. Nəzərə alsaq ki, indi ölkədə əksər ticarət mərkəzləri eyni prinsiplə fəaliyyət göstəriri, o zaman sahibkarların nazirliyə müraciətinin sadəcə fürsətdən yararlanmaq cəhdi olduğu sirr deyil...
“Səda Store” ticarət mərkəzindəki yeyinti faktları
Ötən sayımızda da qeyd etdiyimiz kimi, Sumqayıtda fəaliyyət göstərən “Əli-94” (“Ən ucuz market”) ticarət mərkəzində dövlət büdcəsindən külli miqdarda – 1,4 milyon manata yaxın vəsait oğurlandığı haqda çox ciddi faktları ortaya çıxarmışıq. Bu yazımızda isə V.Qələndərovun sahibi olduğu “Səda Store” ticarət mərkəzindəki yeyinti faktları ilə oxucularımızı tanış edəcəyik... İlk əvvəl onu qeyd edək ki, əldə etdiyimiz sənədlərdə bəzi rəsmi şəxslərin də Vüqar Qələndərovun cinayət tərkibli əməllərinə ortaq olduğu, hətta onun qanunsuzluğunu ört-basdır etdiyi faktı təsdiq olunur. Xüsusən də Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının bu sahədəki fəaliyyəti daha qabarıqdır. Həmçinin, sözügedən obyektin - “Səda Store” ticarət mərkəzinin yoxlanılması zamanı da vergi müfəttişi J.Ə.Qurbanovun imzası ilə tərtib olunan aktda bu saxtakarlıq açıq-aşkar görünür.
Saxta vergi aktı və saxta rəqəmlər
Belə ki, 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının 2015-ci ilin avqust ayı üzrə “Səda Store” ticarət mərkəzində apardıqları yoxlama zamanı orta günlük satış dövriyyəsi barədə tərtib olunan akta diqqət edək(FOTO 1). Aktda göstərilir ki, 07.08.2015-ci il tarixdən 21.08.2015-ci ilədək aparılan araşdırma nəticəsində bu ticarət mərkəzinin satış dövriyyəsinin ümumilikdə 31 395 manat olduğu müəyyən edilib. Həmin akta əsasən, orta günlük satış dövriyyəsi isə 2 092 manat təşkil edib. Halbuki, həmin dövr üçün şirkətin “qara mühasibatlıq” hesablarında bu göstərici dəfələrlə artıqdır. Məsələn, Sumqayıt şəhəri 17-ci mikrorayon İ.Qayıbov küçəsində yerləşən “Səda Store” ticarət mərkəzinin həmin dövr üçün aylıq satış dövriyyəsi 750 000 manat təşkil edir. Göründüyü kimi, bütün bunlar bir daha təsdiq edir ki, “Səda Store” ticarət mərkəzinin aylıq satış dövriyyəsi 750 min manatdan çox olduğu halda, rəsmi sənədlərdə təxminən 40 min manat göstərilir. Bu da o deməkdir ki, “Səda Store” ticarət mərkəzi aylıq satış dövriyyəsinin 710 min manatını gizlədir.
ƏDV-dən 108 min manat yayındırılıb
Sözsüz ki, bu vəsait dövlət büdcəsinə yönləndiriləcəyi halda V.Qələndərov təkcə 18 faiz ƏDV ödəməli olacaqdı, deməli, bu vəsaitin (710 min manat) yayındırılması nəticəsində dövlət büdcəsindən 108 305 manat oğurlanıb. Digər tərəfdən, əgər bu şəxsin qəbul olunmuş 20 faiz orta rentabelliklə fəaliyyət göstərdiyini də nəzərə alsaq, bu halda müəyyən vergidən yayındırılmış vəsaitin təxminən 568 min manatı xərc, 142 min manatı isə xalis gəlir olar. Həmin vəsaitin də (142 min manatın) 20 faizi gəlir vergisinə cəlb olunardısa, Vüqar Qələndərov əlavə olaraq hər ay 28 400 manata yaxın da gəlir vergisi ödməyə məcbur olacaqdı. Lakin hazırda bu vəsait V.Qələndərov tərəfindən mənimsənilir.
Saxta icarə müqaviləsi...
Təbii ki, Vüqar Qələndərovun saxtakarlıqları təkcə bu faktlarla bitmir. Qeyd edək o, sahibi olduğu “Səda Store” ticarət mərkəzinə Əliyev Talıb Əli oğlunu direktor təyin edib. Sonradan – 04.05.2015-ci ildə T.Əliyevlə yenə də qarovulçu kimi çalışan və ayda cəmi 170 manat maaş alan Əsgərov Rövşən Bibiqulu oğlu arasında saxta icarə müqaviləsi bağlanmışdır. Lakin bu müqavilədə sözügedən obyektin icarə haqqı 400 azn göstərilir ki, bu da real bazar qiymətindən dəfələrlə azdır. Bütün bunlar isə heç də təsadüfi deyil. İlk öncə onu qeyd edək ki, “Səda Store” ticarət mərkəzinin icarəyə verilən hissəsi 2000kv. metr təşkil etsə də, sözügedən icarə müqaviləsində bu rəqəm kiçildilərək 300 kv.metr göstərilir(FOTO 2). Şübhəsiz, obyektin sahəsi olduğundan 1700 kv.metr az göstərilməklə külli miqdarda dövlət vəsaiti mənimsənilir. Belə ki, həmin ərazidə icarəyə verilən obyektin hər kvadrat-metrinə görə ən azı 25 manat ödənildiyini, üstəlik tərəflərin anlaşmasının da bu rəqəmə yaxın olduğunu nəzərə alsaq, deməli, ay ərzində təkcə saxta icarə müqaviləsi əsasında 5950 manat (1700 x 25 x 14% ÖMV) büdcədən yayındırılır.
120 işçidən 105 nəfərin adı gizlədilir
İcarə haqqı ilə yanaşı “Səda Store” ticarət mərkəzində yerləşən obyektlərin və işçilərin sayı da dövlətdən gizlədilir. Hansı ki, bu obyektdə 120 nəfər çalışdığı halda rəsmi sənədlərdə cəmi 15 nəfər işçinin adı qeyd olunur Bununla, Vüqar Qələndərovun sahibi olduğu ticarət mərkəzlərinin təkcə birində - “Səda Store”də 105 nəfərin adı Vergilər Nazirliyindən və DSMF-dən gizlədilməklə, yenə də külli miqdarda yeyintiyə yol verilir. Konkret olaraq, işçilərin əlimizdə olan maaş cədvəlinə əsasən deyə bilərik ki, 105 nəfərin orta aylıq əməkhaqqı toplam 31 500 manat edir və bu halda vergidən 5670 manat (31 500 manatın 18 faizi), DSMF-dən isə 7875 manat (31 500 manatın 25 faizi) vəsait oğurlanır.
Hər ay dövlətdən 156 200 manat oğurlayır
Beləliklə, “Hürriyyət”in əməkdaşının apardığı araşdırma nəticəsində məlum olur ki, Sumqayıtdakı “Əli-94” (“Ən Ucuz”), “Hiper”, “Səda Store”, “Göyçay” və digər marketlər şəbəkəsinin sahibi olan Vüqar Qələndərov təkcə bir obyektində - “Səda Store”də həyata keçirdiyi saxtakarlıqlar nəticəsində hər ay dövlət büdcəsindən toplam olaraq 156 200 manat oğurlayır. Hansı ki, bunun da 108 305 manatı ƏDV-dən, 28 400 manatı gəlir vergisindən, 5950 manatı icarə müqaviləsinin saxtalaşdırılmasından, 7875 manatı DSMF-dən, 5670 manatı isə vergidən yayındırılan pullardır. Bu isə o deməkdir ki, Vüqar Qələndərov il ərzində dövlət büdcəsindən 1 874 400 (1 milyon, 874 min, 400) manat oğurluq edir.
Dövlət rəsmilərinə müraciət...
Biz “Hürriyyət” olaraq bir daha Vergilər naziri cənab Fazil Məmmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edərək, yuxarıda göstərilən faktlarla bağlı araşdırılma aparılmasına göstəriş vermələrini xahiş edirik. Çox istərdik ki, bu yoxlamalar zamanı qəzetimizin əməkdaşlarının da iştirakı təmin olunsun. Çünki bu zaman əlimizdə olan və yuxarıda açıqlanmayan bir çox əlavə faktları da təqdim etməklə, yoxlamaların daha tez və obyektiv aparılmasına yardımçı ola bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|