İcra başçısı müavininin şirkətləri üzə çıxdı -SİYAHI-FOTOLAR
Tarix: 25-05-2016, 16:08 | Çap et
 Azərbaycanda bir çox məmurların yerində olmadığı, işlərinin öhdəsindən gələ bilmədikləri qeyri-adi hadisə deyil. Elə bizrnesə qurşanıb, məmurluğa ikinci dərəcəli vasitə kimi baxanlar da az deyil. JAM.AZ xəbər verir ki, Beyləqanda da analoji durum yaşanır. Vəziyyət belədir ki, rayon İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərov bütün işləri unudaraq, başını biznesinə qatıb.
Böyük biznesə gedən yol
Qeyd edək ki, Beyləqan İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə Məhəmməd Qələndərov öz səlahiyyətlərini bir kənara qoyaraq, başqa işlərə qurşanmağa başlayıb. JAM.AZ xəbər verir ki, keçmiş icra başçısı İrşad Əliyevin dövründə qılıncının dalı da, qabağı da kəsən Qələndərov, Beyləqanın külli-ixtiyar sahibi kimi özünü aparsa da, hazırda havası bir az yatıb. Bildirək ki, Məhəmməd Qələndərov İrşad Əliyevin icra başçısı olduğu dönəmlərdə В«qara vəzirВ» ampluasından çıxış edərək, rayon sakinlərinə divan tutmaqla məşğul olub. JAM.AZ xəbər verir ki, Vaqif Abdullayevin Beyləqana icra başçısı təyin olunmasıdan sonra Qələndərovun hökmüranlığının sona çatdırıb. Nəzərinizə çatdıraq ki, Vaqif Abdullayev icra başçısı təyin olunandan sonra sözügedən şəxs onun üzünə ağ olub. Bundan başqa, o, daha bir neçə məsələdə ciddi səhvlərə yol verib ki, nəticədə müavinin işdən çıxarılması məsələsi gündəmə gəlib.
Müavinin tenderlik şirkətləri hansılardır?
Qeyd edək ki, Beyləqan rayonunda indiyə qədər həyata keçirilmiş tenderlərin böyük əksəriyyəti məhz Məhəmməd Qələndərovun rəhbəri olduğu şöbənin səlahiyyətində olub. Elə bu səbəbdəndir ki, rayondakı tenderlərlə bağlı yeyintilərdə əsasən onun adı halanır. JAM.AZ-a verilən məlumatlarda vurğulanır ki, Qələndərovun adının bu tip işlərdə hallanması heç də səbəbsiz olmayıb. Belə ki, o, özünün qohumları, tanışları və yaxınlarını qeyri-qanuni yollarla qalib elan edərək, büdcə vəsaitlərinin silinməsini həyata keçirib. Bu pullar əsasən abadlaşdırma, tikinti və təmir işlərində В«sərfВ» olunub. Buraya inventarlar və avadanlıqların alınmasını da əlavə edərsək, o zaman kifayət qədər böyük rəqəmlərin ortaya çıxmasına şahid olacağıq. Nəzərinizə çatdıraq ki, bütün bunlar İrşad Əliyevin icra başçısı olduğu dönəmlərdə baş verib və hazırda da Qələndərov istəyini reallaşdırmağa çalışır. Bu əsnada, JAM.AZ Beyləqan icra başçısının müavininin tenderlərdə qalib etdiyi və şəxsi nəzarətində olan şirkətlərinin adlarını müəyyənləşdirib. Həmin şirkətlər sırasında В«Murad-ElmirВ» MMC, В«Təmir-TikintiВ» LTD, В«Mirdamət-2008В» MMC və В«İlkin -İMВ» MMC var. Lakin bu da son deyil. Çünki belə şirkətlərin sayı həddindən artıq çoxdur və hamısı da bir mövsümlük fəaliyyət göstərdikdən sonra bağlanılıb. Qeyd edək ki, Məhəmməd Qələndərov İrşad Əliyevin icra başçısı olduğu 7 il ərzində bu şirkətlərin imkanlarından yararlanıb. Büdcə vəsaitlərini həmin şirkətlərin hesabına köçürərək, oradan В«təmizləyibВ».
Fitnes zalına çevrilmiş kitabxana
JAM.AZ xəbər verir ki, Məhəmməd Qələndərovun biznesi təkcə tenderlər üzərində qurulmayıb. Onun həmçinin başqa biznes sahələri də var. Məsələn, onun bir müddət əvvəl Sovet dövründən qalma kitabxananı 30 min manata aldığı məlum olub. Bəlli olub ki, həmin kitabxananı fitnes kluba çevirən icra başçısının müavini təmir işlərinə daha 70 min manat xərcləyib. Beyləqanda fitnes klubun kimə və nəyə lazım olduğu məlum olmasa da, bunun investisiya xatirinə edildiyi qətiyyən şübhə doğurmur. Həmçinin müavin əlindəki vəsaitləri ticarət işlərinə də sərf edərək, dövriyyəsini artırmağa çalışır.
Bahalı daşlarla hörülmüş döşəmə
Onu da bildirək ki, Məhəmməd Qələndərovun Mədəniyyət və Turizm Şöbəsinin yaxınlığında çox bahalı daha bir obyekti də var. JAM.AZ xəbər verir ki, icra başçısının müavini bu obyektinə xüsusi diqqət yetirir. Səbəbi məlum olmasa da, bilinən odur ki, həmin obyektin döşəməsinə həddindən artıq baha qiymətə aldığı daşlar döşətdirib.
P.S. Növbəti günlərdə Məhəmməd Qələndərovun daha hansı biznes sahələrinə pul yatırdığı barədə geniş məlumat verəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq.






|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58 |
|
|
|
| • Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55 |
|
|
|
| • Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52 |
|
|
|
| • Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49 |
|
|
|
| • Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23 |
|
|
|
| • Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16 |
|
|
|
| • "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10 |
|
|
|
| • “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12 |
|
|
|
| • MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05 |
|
|
|
| • ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02 |
|
|
|
| • Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55 |
|
|
|
| • “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52 |
|
|
|
| • Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50 |
|
|
|
| • Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44 |
|
|
|
| • “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35 |
|
|
|
| • İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33 |
|
|
|
| • ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15 |
|
|
|
| • Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
| • Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12 |
|
|
|
| • Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03 |
|
|
|
| • ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59 |
|
|
|
| • Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
| • Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47 |
|
|
|
| • Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40 |
|
|
|
| • Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30 |
|
|
|
| • Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26 |
|
|
|
| • Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16 |
|
|
|
| • Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13 |
|
|
|
| • Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10 |
|
|
|
| • Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08 |
|
|
|
|