ERMƏNİLƏR BU DƏFƏ TÜRKLƏRDƏN İCAZƏ ALDILAR
Tarix: 22-07-2012, 12:15 |
Çap et
«EZEL» SERİALININ ERMƏNİ VERSİYASI REKORD QIRIR
DİA.AZ: - Hər zaman icazəsiz şəkildə həm Türkiyə və həm də Azərbaycan türklərinə aid tarixi-mədəni dəyərləri erməniləşdirməyə çalışan düşmənlərimiz bu dəfə maraqlıdır ki, öz xislətlərini icazəli şəkildə həyata keçiriblər.
DİA.AZ bu barədə məlumatı Türkiyə KİV-inə istinadən verir və xəbərdə bildirilir ki, Ermənistanın ən böyük telekanalı olan «ŞantTV» bir zamanlar Türkiyənin «ShowTV» telekanalında yayımlanan «Ezel» serialının ssenarisini satın alıb və artıq həmin ssenari əsasında çəkilən serialın erməni versiyası düşmən ölkədə rekord qırmaqdadır.
Türkiyənin «Hürriyət» qəzeti yazır ki, Ermənistanda «Ezel» rüzgarı əsməkdədir. Türkiyə versiyasında Cansu Dərə və Kənan İmirzalıoğlunun rol aldığı «Ezel»in erməni versiyası üçün «ŞantTV» tərəfindən türkiyəli aktyorların bənzəri seçilib.
Bunun Ermənistanda izlənən ilk türk serialı olmasına rəğmən, hələ də düşmənlərimizin böyük əksəriyyəti ilk bölümündəncə 70 faizlik izlənmə rekordu alan serialın ssenarisinin Türkiyəyə aid olmasından xəbərsizdirlər.