MİLLİ ORDUMUZDA DAHA BİR İNTİHAR
Tarix: 20-07-2012, 13:09 |
Çap et
ƏSGƏRİMİZ CANINA QIYDI
Azərbaycan Ordusunun əsgəri intihar edib.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hissələrindən birində baş verib. Şəmkir rayonundan həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı əsgər Əliyev Elfaq özünü asaraq intihar edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilib.