BAKININ MƏRKƏZİNDƏ SİLAHLI TOQQUŞMA
Tarix: 17-07-2012, 13:42 |
Çap et
ÖLƏN VƏ YARALANANLAR VAR
Bakıda istirahət mərkəzlərindən birində silahlı insident olub, ölən və xəsarət alan var.
Səbail Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Şıxov qəsəbəsindəki "1001 gecə" istirahət mərkəzində gecə saat 03.30 radələrində naməlum şəxsinodlu silahdan açdığı atəş nəticədə 1982-ci il təvəllüdlü Bayramov Ramal Abdulla oğlu döş qəfəsindən və 1985-ci il təvəllüdlü Mənsimov Səməd İbadət oğlu qolundan güllə yarası alıb.
Onlar Kliniki Tibbi Mərkəzə aparılıb.
Bayramov xəstəxanada aldığı güllə yarasından ölüb, Mənsimov reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı rayon prokuroluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci), qəsdən adam öldürməyə cəhd (29, 120.2.7-ci) və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə (228.1-ci) maddəsi ilə cinayə işi başlanıb.
Hadisəni törədən şəxsi müəyyən etmək və onun tutulması üçün opürativ əməliyyat axtarış tədbirləri həyata keçirilir.