Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək .....                     Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü .....                     Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub .....                     Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! .....                     Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər .....                     Zelenskidən Rusiyaya: .....                     "Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub .....                     NATO 3 hissəyə bölünə bilər .....                     Sosial müavinət alanlar pensiyaya keçə bilər? .....                     NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib .....                     "Bu qədər rəzil bir bank yoxdur!" .....                     'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir .....                     Kartı bloklayırlar, ardından isə... .....                     “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı .....                     Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR .....                     "Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. .....                     Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi .....                     Vyana Tacikistana rədd cavabı verdi .....                     "Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." .....                     Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... .....                     Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib .....                     "İnsan hüquqları" adı altında təzyiq? .....                     Ankara Ermənistan sərhədində işləri sürətləndirir .....                     “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” .....                     Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu .....                     Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? .....                     “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” .....                     Komediya ustası ilə bağlı şok detallar .....                     "Bolt" sürücülərinin yeni OYUNU .....                     350 minlik iş Hadı Rəcəblinin oğluna verildi .....                     Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi .....                     Separatçı istefa verdi: .....                     Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək .....                     İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz .....                     "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər .....                     Məşhur xanım sənətçiyə ağır qadağalar: .....                     Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? .....                     “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat .....                     Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası .....                     Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib? .....                 

Elçin Əmirov yenə də iş başındadır – Şəkidəki əməllərini Bakıda təkrarlayır
Tarix: 3-05-2023, 10:01 | Çap et
Elçin Əmirov yenə də iş başındadır
Azərbaycanda dövlət qurumlarının korrupsiya hallarına yol verdikləri sahələrdən biri də dövlət satınalmalarıdır. Bu sahədə kifayət qədər ciddi qanun pozuntuları baş verir. Hesablama Palatası tərəfindən dövlət orqanlarında aparılmış yoxlamalarla bağlı hesabatda qeyd olunur ki, əsas maliyyə pozuntularının qeydə alındığı sahələrdən biri də dövlət satınalmalarıdır. Palatanın hesabatlarında açıq şəkildə qeyd edilib ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir. Lakin bir çox dövlət qurumları və onların rəhbərləri dövlət əmlakından səmərəli istifadə etmək əvəzinə, dövlətin onlara etibar etdiyi əmlakı talamaqla məşğuldurlar. Bununla bağlı son dövrlər elektron media resurslarında yayılmış kifayət qədər ciddi məlumatlar tapmaq olar. Satınalmalarının şəffaf keçirilməməsi ilə bağlı belə bir məlumatı da biz əlavə etmək istərdik.

Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə təhlükəli tullantıların pasportunun satınalınması” üzrə keçirmiş olduğu kotirovka sorğusuna yekun vurub və 02.05.2023-cü il tarixdə “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 50.002,54 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib. Sözügedən portalda Baş Səhiyyə Mərkəzi kotirovka sorğusunun 26.04.2023-cü il tarixdə başladığını göstərib və qeyd edib ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Buradan suallar yaranır. Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi satınalmanı dövlət satınalmalarının vahid internet portalında keçirməmişsə elan hansı mətbu nəşrdə dərc olunmuşdur? Dövlət satınalmalarının vahid internet portalında kotirovka sorğusu prosedurunun 26.04.2023-cü il tarixdə başladığı göstərilir. Müqavilə isə 02.05.2023-cü il tarixdə bağlanılıb. Bu isə 7 gün edir ki, onun iki günü şənbə və bazar günlərinə düşür. Qalır 5 gün. Mövcud qanuna görə mümkündür. Amma deyəsən Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin rəhbərliyi 5 gün ərzində birbaşa müqavilə bağlamağa çox tələsib. Çünki müsabiqə başlamazdan iki ay əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin Tender Komissiyası bu satınalma prosedurunda çox ciddi qanun pozuntularına yol verib. Belə ki, dövlət satınalmalarının vahid internet portalında kotirovka sorğusu müsabiqəsinin başlanma tarixini 26.04.2023-cü il göstərən Tender Komissiyası 03.02.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 50.002,54 manat məbləğində birbaşa satınalma müqaviləsinin bağlanıldığını elan edib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GÜVƏN CN” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.02.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, GENERAL ŞIXLİNSKİ, ev 59, m. 4, qanuni təmsilçisi kimi isəAğayev Gülbala Etibar oğlu qeyd olunub.

Məlumat üçün xatırlatmaq istərdik ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin direktoru Elçin Əmirovdur. O, sözügedən vəzifənin başına keçməzdən əvvəl Şəki rayon Mərkəzi Xəstəxanasının Baş həkimi olub. Bir neçə dövlət qurumunun 2019-cu ildə Şəkidə apardığı kompleks yoxlamalardan sonra xəstəxanada ciddi maliyyə pozuntularına yol verildiyi aşkar olunub. Məlum olub ki, Şəki Mərkəzi Xəstəxanasında dəftəxana ləvazimatları və təsərrüfat malları adı altında hər il 100 min manatdan çox dövlət vəsaiti mənimsənilib. Bundan sonra Elçin Əmirov tutduğu vəzifədən kənarlaşdırılıb. Hətta barəsində cinayət işinin başlanıldığı da söylənilir. Buna baxmayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə 2021-ci ilin oktyabrında Elçin Əmirov Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə direktor təyin olunub.

Görsənən odur ki, Elçin Əmirov Şəkidə yol verdiyi qanun pozuntularını Bakı Baş Səhiyyə Mərkəzində də davam etdirir. TƏBİB-in sədri Vüqar Qurbanov da, Səhiyyə naziri Teymur Musayev də , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev də ona bu işlərədə geniş şəraitlər yaradırlar.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək - ŞƏRH
Bu gün, 09:40
Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:39
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub - "Unian"
Bu gün, 09:32
Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! - ŞOK FAKTLAR!
Bu gün, 09:18
Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər - GƏLİŞMƏ
Bu gün, 08:20
Zelenskidən Rusiyaya: - Elə silahlar istehsal edəcəyik ki...
Bu gün, 08:18
"Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 07:20
NATO 3 hissəyə bölünə bilər - Nauseda
Bu gün, 07:16
Sosial müavinət alanlar pensiyaya keçə bilər? - AKTUAL
Bu gün, 07:15
NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib - Bloomberg
Bu gün, 07:13
"Bu qədər rəzil bir bank yoxdur!" - iş adamı OD PÜSKÜRDÜ
Bu gün, 07:00
'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir - FAKT BUDUR!
Bu gün, 06:48
Kartı bloklayırlar, ardından isə... - GİLEY
Bu gün, 06:39
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı - TƏFƏRRÜAT
Bu gün, 06:29
Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
"Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. - sadəcə cizgi filmi deyil
Bu gün, 06:18
Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi – Türkiyə detalı da diqqətdə
Bu gün, 06:13
Vyana Tacikistana rədd cavabı verdi - BUNA GÖRƏ...
Bu gün, 06:08
"Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." - Natiq Cəfərli
Bu gün, 06:04
Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... - İNCƏLƏMƏ
Bu gün, 05:35
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Dünən, 17:45
"İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Dünən, 17:42
Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Dünən, 17:01
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Dünən, 16:58
Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:55
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Dünən, 16:53
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Dünən, 16:49
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Dünən, 16:34
"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Dünən, 16:26
350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Dünən, 16:19
Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Dünən, 16:15
Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Dünən, 16:11
Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Dünən, 15:58
İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Dünən, 15:54
"Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Dünən, 15:51
Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Dünən, 15:49
Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Dünən, 15:44
“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Dünən, 15:42
Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Dünən, 15:38
Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Dünən, 15:33
Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Dünən, 15:24
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Dünən, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Dünən, 14:55
Bu qrupa yeni sədr seçildi
Dünən, 14:49
BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Dünən, 14:47
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Dünən, 14:46
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Dünən, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Dünən, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Dünən, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru