Yasamalın başçısı yolsuzluğa hansı 'faiz' lə icazə verib?! - "Əcəb epoxaya düşmüşük!"
Tarix: 23-04-2023, 10:26 | Çap et
 Unudulmaz dahi rəssam Rəşid Şerif bir karikatura çəkmişdi və adını belə qoymuşdu: "Əcəb epoxaya düşmüşük!"
"Rahatlığın məkanı" MMC Yasamalda tikdiyi yaşayış kompleksinə kanalizasiya çəkir və yolları dağıdıb, töküb. Şəkildəki açıq kanalizasiya quyusunu görəndə Rəşid Şerifin o məşhur karikaturası düşür. Şəhərimiz onsuz da yarımadada yerləşir; giriş-çıxışlar azdır. Şimal və şimal-qərb tərəflərdən gələn yolun bir qolu da burdan keçir: 1 saylı Vərəm Əleyhinə Dispanserin qarşısından. Yəni Müzəffər Həsənov küçəsindən.
Onsuz da dünyanın düz vaxtı bu küçədə tıxac olur; indi bayramdır deyə seyrəklik var. Adi vaxtlarda buralardan keçib getmək əsl məşəqqətdir. Üstəgəl "Rahatlığın məkanı" MMC adlı tikinti şirkəti burda söküntü işləri ilə məşğul olub. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun "mübarək" imzası ilə icazəni alıb ki, camaata zülm eləsin. Yolu dağıdıb, kanalizasiya xətti çəkiblər. Mübarək imza sahibləri, kim bilir, bu kanalizasiya icazəsindən nə qədər "bəhrələnib" və özünü də, özgələri də Şerifin dediyi həmin o "epoxa"ya salıb. Hansı məmur bu kanalizasiya olayından nə qazanıb, nə yeyib, nə səfa sürüb, məlum. Ancaq naməlum olan budur ki, o yol söküntüsü nə vaxt düzələcək? Bu tıxaclı küçənin başına açılan bu oyun nə vaxt bitəcək?!
Adı tikinti, özü, deyəsən, söküntü şirkəti olan o MMC-nin adını təsisçiləri "Rahatlığın məkanı" qoyublar. Rahatlığın məkanı budursa, gör, indi bu şirkət sahiblərinin düşüncəsinə görə narahatlığın məkanı nə olar! MMC - məhdud məsuliyyətli cəmiyyət deməkdir. Bu şirkətin məsuliyyət anlayışı və hissi nəinki məhdud ölçüdədir, hətta belə görünür ki sıfırın altındadır. Bir neçə saata, lap uzağı bircə günə söküb-çəkib-tikib gedə biləcəyi işdir, günlərlə acı bağırsaq kimi uzadır. Qazdığı yeri yüngülcə torpaqlayıb çıxıb gedib. Sürücülər açıq kanalizasiya quyusundan və şinləri doğraya biləcək dərəcədə sərt asfalt kəsiklərindən yan qaçmaq üçün öz avtomobillərini o yana-bu yana səyridir. Təbii ki, qəza vəziyyətləri yaradırlar. Səkilərdə yeriyən piyadaların həyatına və sağlamlığına təhdid sovururlar. Bunu edən şirkət isə heç nə olmamış kimi öz rahatlığının məkanında dincəlir. Asdığı reklam lövhəsində hələ yarımçıq tikintisində aşağı kredit faizləri ilə rahat mənzillər vəd edir. Yolların halına baxın: bir kanalizasiya xəttini bu cür "məhdud məsuliyyətlə" çəkən - küçəni söküb qoyub gedən, gör indi o binaları necə məsuliyyətsizcəsinə "tikib" qoyub gedəcək! "Mübarək" imzalı, aşağı ayarlı məmurları, "başsız" başçıları "yuxarı" "faiz"lərlə yemləyərək...
Millət bu cür şəhər quldurlarından, görəsən, nə vaxt canını qurtaracaq?! Kim bilirsə, desin.
Qara şəhərli, //Bizimyol.info//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi - Qaluzin deyir ki...
Bu gün, 09:44 |
|
|
|
| • Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək - ŞƏRH
Bu gün, 09:40 |
|
|
|
| • Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:39 |
|
|
|
| • Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub - "Unian"
Bu gün, 09:32 |
|
|
|
| • Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! - ŞOK FAKTLAR!
Bu gün, 09:18 |
|
|
|
| • Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Zelenskidən Rusiyaya: - Elə silahlar istehsal edəcəyik ki...
Bu gün, 08:18 |
|
|
|
| • "Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 07:20 |
|
|
|
| • NATO 3 hissəyə bölünə bilər - Nauseda
Bu gün, 07:16 |
|
|
|
| • Sosial müavinət alanlar pensiyaya keçə bilər? - AKTUAL
Bu gün, 07:15 |
|
|
|
| • NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib - Bloomberg
Bu gün, 07:13 |
|
|
|
| • "Bu qədər rəzil bir bank yoxdur!" - iş adamı OD PÜSKÜRDÜ
Bu gün, 07:00 |
|
|
|
| • 'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir - FAKT BUDUR!
Bu gün, 06:48 |
|
|
|
| • Kartı bloklayırlar, ardından isə... - GİLEY
Bu gün, 06:39 |
|
|
|
| • “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı - TƏFƏRRÜAT
Bu gün, 06:29 |
|
|
|
| • Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • "Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. - sadəcə cizgi filmi deyil
Bu gün, 06:18 |
|
|
|
| • Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi – Türkiyə detalı da diqqətdə
Bu gün, 06:13 |
|
|
|
| • Vyana Tacikistana rədd cavabı verdi - BUNA GÖRƏ...
Bu gün, 06:08 |
|
|
|
| • "Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." - Natiq Cəfərli
Bu gün, 06:04 |
|
|
|
| • Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... - İNCƏLƏMƏ
Bu gün, 05:35 |
|
|
|
| • Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Dünən, 17:45 |
|
|
|
| • "İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Dünən, 17:42 |
|
|
|
| • Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Dünən, 17:01 |
|
|
|
| • “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Dünən, 16:58 |
|
|
|
| • Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:55 |
|
|
|
| • Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Dünən, 16:53 |
|
|
|
| • “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Dünən, 16:49 |
|
|
|
| • Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Dünən, 16:34 |
|
|
|
| • "Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Dünən, 16:26 |
|
|
|
| • 350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Dünən, 16:19 |
|
|
|
| • Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Dünən, 16:15 |
|
|
|
| • Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Dünən, 16:11 |
|
|
|
| • Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Dünən, 15:58 |
|
|
|
| • İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Dünən, 15:54 |
|
|
|
| • "Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Dünən, 15:51 |
|
|
|
| • Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Dünən, 15:49 |
|
|
|
| • Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Dünən, 15:44 |
|
|
|
| • “PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Dünən, 15:42 |
|
|
|
| • Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Dünən, 15:38 |
|
|
|
| • Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Dünən, 15:33 |
|
|
|
| • Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Dünən, 15:24 |
|
|
|
| • Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Dünən, 14:56 |
|
|
|
| • Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Dünən, 14:55 |
|
|
|
| • Bu qrupa yeni sədr seçildi
Dünən, 14:49 |
|
|
|
| • BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Dünən, 14:47 |
|
|
|
| • “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Dünən, 14:46 |
|
|
|
| • Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Dünən, 13:40 |
|
|
|
| • Rusiyada Putinin reytinqi kəskin azaldı
Dünən, 13:38 |
|
|
|
| • "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Dünən, 13:31 |
|
|
|
|