Paşinyanın Rusiyaya gəlməsinə qadağa .....                     Azərbaycanda tanınmış jurnalist vəfat edib .....                     “Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” .....                     Arif Hacılının “stop”u götürüldü .....                     “Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?” .....                     “Avropa ölkələri bu miqyasda istilərə tam hazır deyildilər” .....                     Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi .....                     Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək .....                     Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü .....                     Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub .....                     Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! .....                     Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər .....                     Zelenskidən Rusiyaya: .....                     "Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub .....                     NATO 3 hissəyə bölünə bilər .....                     Sosial müavinət alanlar pensiyaya keçə bilər? .....                     NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib .....                     "Bu qədər rəzil bir bank yoxdur!" .....                     'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir .....                     Kartı bloklayırlar, ardından isə... .....                     “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı .....                     Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR .....                     "Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. .....                     Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi .....                     Vyana Tacikistana rədd cavabı verdi .....                     "Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." .....                     Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... .....                     Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib .....                     "İnsan hüquqları" adı altında təzyiq? .....                     Ankara Ermənistan sərhədində işləri sürətləndirir .....                     “Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” .....                     Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu .....                     Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? .....                     “Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” .....                     Komediya ustası ilə bağlı şok detallar .....                     "Bolt" sürücülərinin yeni OYUNU .....                     350 minlik iş Hadı Rəcəblinin oğluna verildi .....                     Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi .....                     Separatçı istefa verdi: .....                     Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək .....                 

“Putyovka”lardan qazanılan milyonlar necə bölüşdürülür? - İTTİHAM VAR!
Tarix: 7-04-2023, 10:51 | Çap et
“Putyovka”lardan qazanılan milyonlar necə bölüşdürülür?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin fəaliyyəti ilə bağlı narazılıq artmaqdadır. Sosial yardımların (ÜSY) və əlilliyin müəyyən edilməsi məsələsində vətəndaşların kütləvi etirazına yol açan Agentlik indi də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda sağlamlıqlarını itirmiş qəhrəman vətən övladlarının qəsdinə durub.

Sosial şəbəkələrdə və mətbuatda qazilərlə şəhid ailələrinin Sosial Xidmətlər Agentliyinin fəaliyyətinə yönəlik şikayətlərin son dərəcə intensivləşdiyi müşahidə edilməkdədir. Şikayətçilərin ölkə başçısına ünvanlanmış müraciətlərində Agentliyin sədri Vüqar Behbudovun fəaliyyətindən, onun əlil və qazilərə, şəhid ailələrinə sayğısızlıq etdiyi bildirilir.

Qazilərin, həmçinin sağlamlığını itirmiş digər vətəndaşların reabilitasiyası və müalicəsini təşkil etməli olan Sosial Xidmətlər Agentliyinun bu sahədə ciddi qanun pozuntularına yol verməsi də edilən şikayətlər sırasındadır. Qeyd edilir ki, son zamanlar Agentlik əlil və qaziləri tibbi xidmətləri ilə qidalandırma səviyyəsinin yüksək olduğu sanatoriyalara deyil, tibbi personalı olmayan, pasiyentlərə keyfiyyətsiz yemək verilən, ümumi xidmət göstəricilərinin çox aşağı olduğu bərpa mərkəzlərinə göndərir.

Şikayətçilər qeyd edirlər ki, qazi və şəhid ailələrinin kurort mərkəzlərinə göndərilməsi üçün dövlət büdcəsindən on milyonlarla manat həcmində vəsait ayrılsa da, bu pul təyinatı üzrə tam xərclənmir. İddia olunur ki, Agentliyin rəhbəri özünə yaxın şirkətləri tenderlərdə qalib edərək, dövlətdən ayrılan vəsaitləri “silməklə” məşğuldur.

Şikayətçilərin bildirdiyinə görə, qazi və şəhid ailələrinin adlarına sənədləşdirilən göndərişlərdə (putyovka) tibbi xidmətlər üçün qiymətlər iri məbləğlərdə göstərilsə də, onlar reallıqda xidmətləri zəif olan pansionatlara göndərilirlər. Şirkətlərin hesabına köçürülən vəsaitlərin böyük hissəsinin isə sonradan geri alındığı deyilir.

Qeyd edək ki, belə neqativ hallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbərliyinin dövründə də baş verib.

Diqqətə çatdıraq ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin fevral ayında həbs edilməsi uzun illərdir əhalinin kasıb və imtiyazlı təbəqəsinə dövlət büdcəsindən ayrılan yüz milyon manatlarla vəsaitin qurumun yüksək vəzifəli şəxsləri tərəfindən mənimsənildiyi faktını aşkara çıxardı.

DTX-nin həmin dövrdə sabiq nazirin həbsi ilə bağlı açıqladığı məlumatda Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktların aşkarlandığı, aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyi bildirilirdi.

Səlim Müslümovun sonralar davam etdirilən məhkəmələrində şəhid ailələrinə və qazilərə dövlət tərəfindən inşa edilən evlərin həmin şəxlsərə növbədənkənar verilməsi üçün rüşvət alındığı da şahid ifadələrində öz əksini tapıb.

Şikayətlərdən göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu qurumunda baş verən qanun pozuntuları və digər maxinasiyalar əvvəlki dövrlərdən daha geniş vüsət alıb. Bildirilir ki, Naftalan şəhərində fəaliyyət göstərən bir sıra sanatoriyaların nazirlikdəki bəzi şəxslərlə “otkat” etdiyi məlum olub. Bu barədə faktlar Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması zamanı aşkarlanıb.

APA-nın yaydığı məlumatda hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə bir sıra şahidlərin ifadələrində deyilir:

“Məhkəmədə ilk olaraq Ehtiram Əhmədov dindirilib. “Sehrli Naftalan” sanatoriyasında çalışmış Ehtiram Əhmədovun sözlərinə görə, işlədiyi müddətdə imtiyazlı şəxslər “putyovka” ilə sanatoriyada istirahətdə olublar. Hər “putyovka”dan isə müəyyən məbləğ “otkat” kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verilib: “Sanatoriyanın rəhbəri Dilsuz Əzizov idi. Pulu verirdi, aparıb Şəlalə Cəfərovaya çatdırırdım. “Putyovka”lardan ümumilikdə 1 milyon manat “otkat” çatdırmışam”.

Məhkəmədə “Möcüzəli Naftalan” sanatoriyasının rəhbəri də ifadəsində nazirliyin onlardan pul aldığını bildirib. İttihama əsasən, istintaqın araşdırma apardığı dövrdə “putyovka” xərcləri üçün sanatoriyaya 3 milyon manat pul köçürülüb. Həmin vəsaitin 1 milyon manata yaxın hissəsi isə “otkat” kimi geri qaytarılıb:

“Sanatoriyaya göndərişlər olurdu. Bir “putyovka” təxminən 600-700 manatlıq idi. Hər “putyovka” üçün isə 150 manat “otkat” verilib. Həmin pulları isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcovun əli ilə maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərovaya vermişik. Sonuncu dəfə isə 29 min 509 manat “otkat” verməli idik, sonradan eşitdik ki, Səlim Müslümov işdən çıxıb. Həmin pul bizdə qalıb”.

Kürdəmir rayonunda yerləşən sanatoriyada işləmiş Elçin Ağayev isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova 4 ildə 204 min manat “otkat” verdiyini deyib. Həmin pullar da “putyovka”lar üçün köçürülən vəsaitdən nağdlaşdırılıb.

İddialara görə, nazirliklə bir sıra kurort mərkəzləri arasında olan “otkat” münasibətləri hələ də davam etməkdədir.

Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
www.yenicag.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın Rusiyaya gəlməsinə qadağa - adını siyahıdan çıxardılar
Bu gün, 10:22
Azərbaycanda tanınmış jurnalist vəfat edib
Bu gün, 10:17
“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” - NƏ ETMƏLİ?
Bu gün, 10:12
Arif Hacılının “stop”u götürüldü - Məhz bundan sonra...
Bu gün, 10:02
“Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?” - Könül Kərimovadan ETİRAF
Bu gün, 10:01
“Avropa ölkələri bu miqyasda istilərə tam hazır deyildilər” -Razi Nurullayev belə deyir...
Bu gün, 09:56
Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi - Qaluzin deyir ki...
Bu gün, 09:44
Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək - ŞƏRH
Bu gün, 09:40
Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:39
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub - "Unian"
Bu gün, 09:32
Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! - ŞOK FAKTLAR!
Bu gün, 09:18
Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər - GƏLİŞMƏ
Bu gün, 08:20
Zelenskidən Rusiyaya: - Elə silahlar istehsal edəcəyik ki...
Bu gün, 08:18
"Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 07:20
NATO 3 hissəyə bölünə bilər - Nauseda
Bu gün, 07:16
Sosial müavinət alanlar pensiyaya keçə bilər? - AKTUAL
Bu gün, 07:15
NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib - Bloomberg
Bu gün, 07:13
"Bu qədər rəzil bir bank yoxdur!" - iş adamı OD PÜSKÜRDÜ
Bu gün, 07:00
'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir - FAKT BUDUR!
Bu gün, 06:48
Kartı bloklayırlar, ardından isə... - GİLEY
Bu gün, 06:39
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı - TƏFƏRRÜAT
Bu gün, 06:29
Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
"Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. - sadəcə cizgi filmi deyil
Bu gün, 06:18
Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi – Türkiyə detalı da diqqətdə
Bu gün, 06:13
Vyana Tacikistana rədd cavabı verdi - BUNA GÖRƏ...
Bu gün, 06:08
"Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." - Natiq Cəfərli
Bu gün, 06:04
Otuz ilə yaxın davam etmiş işğalın nəticələri hüquqi müstəvidə qiymətləndirilir... - İNCƏLƏMƏ
Bu gün, 05:35
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat edib
Dünən, 17:45
"İnsan hüquqları" adı altında təzyiq? - Bakıya "şərt" qoyanlara sərt CAVAB
Dünən, 17:42
Ankara Ermənistan sərhədində işləri sürətləndirir
Dünən, 17:01
“Azərbaycan özünü ərzaqla tam təmin edə bilər, amma idxaldan asılı vəziyyətə düşüb” - FAKT BUDUR
Dünən, 16:58
Nazirliyə 12 minə işə düzəldəcəkdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 16:55
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
Dünən, 16:53
“Ya bizi köçürün, ya da bu zibilliyi yığışdırın” - ETİRAZ VAR...
Dünən, 16:49
Komediya ustası ilə bağlı şok detallar - Atası terrorçu olub, terror aktı törədib
Dünən, 16:34
"Bolt" sürücülərinin yeni OYUNU - Sərnişinlər niyə sifarişi ləğv etməyə məcbur edilir?
Dünən, 16:26
350 minlik iş Hadı Rəcəblinin oğluna verildi - DETALLAR
Dünən, 16:19
Kılıçdaroğlu Göktaşa dəstək üçün məhkəməyə gəldi
Dünən, 16:15
Separatçı istefa verdi: - Danelyan qondarma “parlament”dən getdi
Dünən, 16:11
Amalın bacısı cəzanın artırılmasını istəyir: şikayət verəcək – VİDEO
Dünən, 15:58
İstedaddan başqa hər şeyi fəlakət olan Fəlakətimiz - Saffari yazır…
Dünən, 15:54
"Brent" nefti 60 dollara qədər ucuzlaşa bilər
Dünən, 15:51
Məşhur xanım sənətçiyə ağır qadağalar: - "O olar, bu olmaz..."
Dünən, 15:49
Rusiyadakı çöküş: Azərbaycanlılara necə təsir edəcək? - AKTUAL
Dünən, 15:44
“PAŞA Kapital”da rəhbər vəzifəyə yeni təyinat - DOSYE
Dünən, 15:42
Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası - Ekspert deyir ki...
Dünən, 15:38
Cem Yılmaz Deniz Göktaşın saxlanılmasına “səssiz etiraz” edib?
Dünən, 15:33
Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Dünən, 15:24
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Dünən, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Dünən, 14:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru