Siyasi tamaşa: .....                     Separatçılar özlərinə “spiker” axtarır .....                     Paşinyan Rusiyadan əliboş döndü: .....                     Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib .....                     “Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub .....                     “Türkiyədə qayda-qanun var, bizdə isə...” .....                     Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü .....                     YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... .....                     “Çiməndə qəfil sel aparıb” .....                     İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" .....                     Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? .....                     AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib .....                     Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! .....                     Kənan Seyidova birinci müavin təyin edildi .....                     "Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." .....                     Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib .....                     Pit Heqset İsrailə səfərini ləğv edib .....                     Nazirliyin balansındakı heyvanları oğurladı .....                     "Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." .....                     DGK 1.5 milyon ayırdı, .....                     İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq .....                     “Bunu təkcə Rüfət Axundov bilirdi” .....                     Zabil Qəhrəmanovun məhkəməsi başlayıb .....                     Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? .....                     Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? .....                     Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti .....                     Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın .....                     UNEC-in mühafizəsinə 670 min xərclənəcək .....                     "Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" .....                     NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: .....                     BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram .....                     Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı .....                     İranla atəşkəs başa çatıb .....                     Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır .....                     Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? .....                     İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! .....                     Peşə Təhsilində qiymət və bal qalmaqalı .....                     Astaraya yeni baş memar təyin olundu .....                     Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq .....                     Vodolazkin və Vardanyan: .....                 

“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…” – Cəbrayılovun ŞOK telefon danışığı (AUDİO)
Tarix: 15-10-2019, 10:34 | Çap et
“23 BİNA TİKDİN, RAFAEL SƏNƏ “KRIŞALIQ” ETDİ…”
Biabırçı borc qalmaqalına görə deputat mandatından məhrum edilən sabiq deputat Rafael Cəbrayılovun borclu olduğu şəxslərdən biri ilə telefon danışığının səsyazısı yayılıb.

“AzPolitika.info”ya daxil olan səsyazısında Rafael Cəbrayılov 300 min dollar borclu olduğu Təranə Fətiyeva ilə danışır.

Sabiq deputatın ixtisasca həkim olan Təranə Fətiyeva ilə söhbətindən belə məlum olur ki, Rafael Cəbrayılov başına gələnlərin əsas günahkarı kimi qardaşı Elşən Cəbrayılovu görür. Deputat T.Fətiyeva isə telefon danışığında qardaşına “krışalıq” etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır.

Qeyd edək ki, bununla bağlı məlumatlar Rafael Cəbrayılov deputat mandatını itirən ərəfədə də yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, deputatın qardaşı Elşən Cəbrayılovun rəhbərlik etdiyi “Dərhal” MMC-nin külli miqdarda borcu üzə çıxıb. R. Cəbrayılov öz statusundan istifadə edərək həmin borcun ertələnməsinə nail olub.

“Deputatın, qardaşının adına olan şirkəti 30 bina tikib. Onlardan 23-nün heç bir vergisi verilməyib. R.Cəbrayılov öz statusundan istifadə edərək həmin verginin ödənilməsinin ləngidilməsinə nail olub. Amma bir də onda ayılıb ki, 1.6 milyon vergi borcu yaranıb. Elşən də həmin pulları götürərək ölkədən gedib”, – deyə məlumatda iddia olunurdu.

O da bildirilirdi ki, qardaşı deputatı hələ uzun müddət əvvəldən aldadırmış. Rafael Cəbrayılov deputat olduğuna görə şirkəti qardaşının adına yazdırıb və bütün səlahiyyəti ona verib: “O da mənzilləri dostlarının, özünə yaxın olan şəxslərin adına keçirib. Hətta Rafaelin indi yaşadığı villa da deputatın adına deyil. Elşən onu Nurəddin adlı dostunun adına keçirib”.

Rafael Cəbrayılovun Təranə Fətiyeva ilə telefon danışığında bu məlumatlar bir növ təsdiqlənir. Sabiq deputat açıq şəkildə qardaşının onun DÜŞMƏNİ olduğunu bildirir. Hətta söhbətdən belə anlaşılır ki, qardaşlar arasında birbaşa ünsiyyət olmadığından, onlar bir-birənə fikirlərini Elşən Cəbrayılovun dostu Nurəddinin vasitəsilə çatdırırlar.

Rafael Cəbrayılovun bu telefon danışığındakı etirafları əslində həm də ölkənin biznes mühitində necə yaramaz qaydaların hökm sürdüyünün növbəti sübutudur.

Belə ki, borc problemi həll olunmazsa, həbs oluna biləcəyini istisna etməyən Rafael Cəbrayılov, nə isə geri almaq üçün (yəqin ki, girov qoyduğu deputat vəsiqəsini geri almaq üçün-red.) qardaşının həmin borcluya mənzil müqaviləsi yazmasını istəyir. Bunun üçün Təranə Fətiyevadan xahiş edir ki, Nurəddinin vasitəsilə qardaşına məsələnin həlli üçün müəyyən addımlar atmağıın lazım olduğunu çatdırsın: “Nurəddinə denən ki, mən bunu eləmişəm, Rafael işdən çıxıb. İndi türməyə gedir. İndi gəlin bunu düzəldək. Düzəltmək üçün də, bir yolunu fikirləşin. Görürsünüz ki, bu qadın (borc alınan qadın nəzərdə tutulur-red.) deyir ki, mənim adıma bir şey yazın. Başqasının adına olan bir şeyi yaz da. Onsuz da biz bunun pulunu verəcəyik. Bu pulun 42 min dolları elə Elşənin özündədir. Özü verər. Yerdə qalan 150 mindir, nəsə yazın, bunu Rafael yavaş-yavaş verər…”

Bu zaman Təranə Fətiyeva qarşı tərəfin bunu qəbul etməyəcəyini bildirdikdə isə, Rafael Cəbrayılov şok faktlar açıqlayır. Sabiq deputat Təranə Fətiyevaya təklif edir ki, qardaşını onun söylədiyi faktları mətbuata çıxarmaqla hədələsin: “Denən, Elşən, bu olmursa, Rafael haqda yazan adamımız bunları yazıb, hazırlayıb… Onu yazıb ki, sən 23 buna tikmisən, VERGİ verməmisən. Buna da “krışalığı” Rafael edib. Rafaeli aldatmısan, bütün binaların gəlirini götürüb İstanbulda özünə biznes qurmusan. Həmçinin digər ölkələrdə… Bunu yazıb hazılayıb, sənə bir saat vaxt verirəm. Bir saatdan sonra saytlara buraxacam…. Bunu qoyandaan sonra nə olacaq, daha mən bilmirəm. Amma bunu 100-ə qədər sayt hər gün qoyacaq… Mən istəyirdim səni də, sənin qardaşını da qurtarım. Bundan sonra heç olmasa tutulmaq söhbəti olmasın. Sən də bunu eləmədin, buyur…”

Təranə Fətiyeva REAL TV-nin ondan müsahibə götürmək istədiyini, hələlik razılaşmadığını qeyd edir. Bunu Elşənə də deyəcəyini bildirdikdə, Rafael Cəbrayılov razılaşır: “Denən, çıxıb bunları efirdən də deyəcəm…”

Sonra Təranə Fətiyeva bildirir ki, Elşən öz pulunu başqasının vasitəsilə Rafael Cəbrayılova sələmə verib: “Elşən mənə deyir ki, o boyda borclar olub, hamısını mən bağlamışam. Yəni, mənim borclarımı. Dedim, mənin borclarım niyə olur ki? Bu pulları götürüb sən tikirdin də… Dedim ki, sən FAİZLƏ öz QARDAŞINA pul vermisən. Bunu mənə Miri özü dedi ki, Təranə xanım, Elşən mənə pul verdi, mən də başqasının adıyla Rafaelə gündəlik faizlə borc verdim… Bir qardaş ki öz qardaşına günlüklə pul verir…”

Bu sözlərdən əsəbləşən Rafael Cəbrayılov qardaşı barədə ağır ifadələr işlədir: “İndi bunu sən deyirsən. Utanıb, tər töküb, xəcalət çəkib yerə girmirsən? Belə oğraşdan ötrü məni ləkələmək lazım idi?!”

Daha sonra Rafael Cəbrayılov bunların keçdiyini bildirir, Təranə Fətiyevaya bir daha qardaşını hədələməyi məsləhət görür: “İndi onlar keçib. Sən denən ki, axşamdan yazılıb bunlar, hazırlanıb. Yazılıb ki, 23 binadan ibarət şəhərcik tikib, vergi verilməyib. Rafael buna “krışalıq” edib, vergi verməyib. Sonra da gedib İstanbulda, digər ölkələrdə biznes qurub. Denən dövlət orqanlarına, Vergilər Nazirliyinə, cənab Prezidentə müraciət olunur ki, bu şirkət niyə vergi vermir?… İlin-günün bu vaxtı, dövlətin belə vəziyyətində… Denən REAL TV də məni çağırıb, efirdən də məlumat verəcəm… Denən mən səni “Şərq bazarını” tikəndən tanıyıram da. Mən bilmirəm kim edirdi bu işləri? Vergi, bütün “krışalığı” Rafael edirdi da… Bunu bilməyən vardı Azərbaycanda? Vergi verməmisiniz. Denən, bəlkə mən səhv edirəm? Qoy yoxlasınlar, məni də cəzalandırarlar…”

Təranə Fətiyeva Elşəni yoxlayıb-yoxlamayacaqlarını soruşduqda isə Rafael Cəbrayılov yenə bəzi maraqlı faktlar açır: “Qurana and olsun, VERGİ NƏ GƏZİR… Bir dənə dövlətə NDS (ƏDV nəzərdə tutulur) üzrə 130 min borc vardı, onu siliblər…”

Daha sonra Təranə Fətiyevanın bu məlumatlar ortaya çıxdıqdan sonra Elşən Cəbrayılovun cəzalandırılıb-cəzalandırılmayacağına dair sualını Rafael Cəbrayılov belə cavablandırır: “Bunu ya tutacaqlar, ya da evini-eşiyini satıb vergini ödətdirəcəklər. Bunun başqa yolu yoxdur ki… Saxlayırlar orda, pasportunu alırlar. Deyirlər təcili vergini ödə. Deyirlər adamın var, təcili satsın, ya iki günə satsın. Özü qalır orda. Sata bilmirsə, deyirlər bu əmlakları yaz bura. Məsələn, deyirlər ofisi yaz, bizim adam var, onun adına. Deyir ki, ofisi satmışam. Deyirlər, cəhənnəmə satmısan. Gedərsən satdığın adama pulu qaytararsan, yaz bura! Bunun qaydası budur!”

Telefon danışığının sonunda Rafael Cəbrayılov Təranə Fətiyevaya bildirir ki, Nurəddin vasitəsilə qardaşına məsələnin cox ciddi olduğunu çatdırsın: “Denən başa-baş gedirəm… Sizin ikinizi də onsuz tutacaqlar. Denən 100 dənə ikili müqavilə yazmısan. Bir dənə bunun adına, bu qızdan bu şeyi (girov qoyduğu vəsiqəni-red) alaq, bu insan (Rafael-red) heç olmasa özünü bir təhər qurtarsın… Qardaşını qurtarmaq istəmirsən? Onsuz da bilirdim ki, sən istəyirsən onun (Rafaelin-red) başına nəsə gəlsin… Sən bunları desən, Nurəddin mənə zəng edəcək… Mən də deyəcəm ki, o (Elşən-red) mənim düşmənimdir…”

“AzPolitika.info” başabəla deputatın telefon danışığının lent yazısını təqdim edir:











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Siyasi tamaşa: - Minalanan torpaq Azərbaycanda, maşın isə Ermənistanda
Bu gün, 15:36
Separatçılar özlərinə “spiker” axtarır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:35
Paşinyan Rusiyadan əliboş döndü: - Həlledici “döyüş” başlayır
Bu gün, 15:28
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verilib - SƏRƏNCAM
Bu gün, 15:24
“Gesco” ASC dövlət qurumlarından 45 milyonluq mühafizə tenderi udub – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 15:21
“Türkiyədə qayda-qanun var, bizdə isə...” - Bələdiyyələrlə bağlı acı reallıq açıqlandı
Bu gün, 15:16
Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü - DETALLAR
Bu gün, 15:10
YAP-ın Xaçmaz təşkilatının sədri saxlanıldı: HAKİM PARTİYA İSƏ... - TƏFƏRRÜAT
Bu gün, 15:01
“Çiməndə qəfil sel aparıb” – çayda batan Nüşrəvanın qardaşı elə şeylər danışdı ki...
Bu gün, 14:59
İdarədən vətəndaşlara təhdid bildirişləri gəlir: "Qazınızı kəsəcəyik" – NƏ ETMƏLİ?
Bu gün, 14:55
Naxçıvanın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI
Bu gün, 14:51
AMEA-nın həqiqi üzvü Əjdər Məcidov vəfat edib
Bu gün, 14:48
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
Bu gün, 14:39
Kənan Seyidova birinci müavin təyin edildi - ƏMR
Bu gün, 14:36
"Oğlumun musiqi alətini fırıldaqlıqla əlindən alıb..." -ŞİKAYƏT
Bu gün, 14:33
Pezeşkian ABŞ-ı dünya çempionatına ev sahiblikdə rəqiblərə maneələr yaratmaqda ittiham edib
Bu gün, 14:28
Pit Heqset İsrailə səfərini ləğv edib
Bu gün, 14:27
Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
Bu gün, 13:55
"Sizi vəzifəyə qoymayıblar ki, kef edəsiz, yeyəsiz, sonra boğmalanasız..." - ETİRAZ!
Bu gün, 13:47
DGK 1.5 milyon ayırdı, şirkət isə 637 minə işi öhdəsinə götürüb
Bu gün, 13:42
İran Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayacaq - KİV
Bu gün, 13:40
“Bunu təkcə Rüfət Axundov bilirdi” – Tanınmış müğənninin gizli saxladığı toyuq biznesi...
Bu gün, 13:36
Zabil Qəhrəmanovun məhkəməsi başlayıb
Bu gün, 13:33
Cənazədə ŞOK: Xameneinin ailəsi İrandan köçür? – SEPAH-la bağlı “satqınlıq” mesajı
Bu gün, 13:24
Fermer zəhmətlə yetişdirdiyi məhsulu niyə zibilliyə atır? - AKTUAL
Bu gün, 13:05
Gəlirləri 82 milyon manata çatan “Azərmaş Group”un mənfəəti 13%-dən çox AZALIB
Bu gün, 13:02
Azərbaycanda bu şirkətə 2,5 milyon manata yaxın “maya” qoyuldu
Bu gün, 13:00
UNEC-in mühafizəsinə 670 min xərclənəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 12:59
"Ermənistan TRIPP layihəsinin Tehran üçün təhlükə yaratmayacağına zəmanət verib" - İran səfiri
Bu gün, 12:57
NATO “ağıllandı”, ABŞ-ın hücumlarını dəstəklədi: - Vacibdir
Bu gün, 12:50
BAKI-TİFLİS: bilet 240 manat, icazə verilən yük 20 kiloqram - NARAZILIQ VAR...
Bu gün, 12:45
Benjamin Kərimovu təhqir etdi, cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 12:34
İranla atəşkəs başa çatıb - Tramp BƏYAN ETDİ
Bu gün, 12:32
Azərbaycan Hava Yolları və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır - DİQQƏT
Bu gün, 12:21
Fransa sülhü dəstəkləyir, yoxsa “arsax mifi”ni? - İNCƏLƏMƏ
Bu gün, 12:12
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir?
Bu gün, 12:03
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
Bu gün, 11:53
Astaraya yeni baş memar təyin olundu - ƏMR
Bu gün, 11:36
Paşinyanı hakimiyyətdən “lom”la uzaqlaşdırmaq PLANI
Bu gün, 11:31
Vodolazkin və Vardanyan: - yeni “fəlsəfi” dostluq, "çarpayının altından məktublar"
Bu gün, 11:28
Emin Ağalarovun şirkəti İsrail klubunun əsas sponsoru olub – İldə 860 min dollar ödəyəcək
Bu gün, 11:25
Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? - GİLEY
Bu gün, 11:20
"Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: - "Çirkab sular axıdılır, bədən səpə bilər"
Bu gün, 11:13
“Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq 70 400 manatlıq dələduzluq etdi
Bu gün, 11:11
"Direktor təyin olunmağım üçün 60 min manat istənildi" - Milli Qəhrəmanın qızını işdən çıxardılar
Bu gün, 11:03
Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
Bu gün, 10:58
Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir - Rəsmilərsə deyir ki...
Bu gün, 10:50
İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
Bu gün, 10:43
İranın İrəvan şəbəkəsi çökdürüldü - “Üçbaşlı casus əjdaha”sının başı İranın adamı çıxdı
Bu gün, 10:39
Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq"
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru