Bu dəfə parlamentə 11 müxalifət partiyası düşə bilər - İDDİA
Tarix: 12-08-2024, 12:17 |
Çap et
Növbədənkənar parlament seçkilərinin keçirilməsinə təxminən 3 həftə qalıb. Sentyabrın 1-də seçicilər 125 dairə üzrə növbəti 5 ildə onları Milli Məclisdə təmsil edəcək şəxsləri müəyyənləşdirəcəklər.
Yenisabah.az xəbər verir ki, hazırda deputat mandatı uğrunda 1000-dən çox namizəd mübarizə aparır. Onlar 20-ə yaxın siyasi partiyanı və bitərəfləri təmsil edirlər.
Müxalifətin aparıcı təşkilatlarının parlament seçkilərində iştirakı siyasi proseslərə yeni rəng qatıb. onlayn aptek
“Yeni Sabah” parlament seçkilərinin nəticələrinə dair maraqlı məlumatlar əldə edib. YAP-çı deputatlardan biri bizimlə söhbət zamanı deyib ki, hakimiyyət bu dəfə opponentlərinə mane olmayacaq. Seçicilərin etimadını qazanan müxalifət təmsilçilərinin qələbəsi tanınaraq, onların Milli Məclisdə təmsilçiliyinə şərait yaradılacaq.
Saytımız 1 sentyabr seçkilərindən sonra Milli Məclisdə hansı müxalifət partiyasının neçə deputatla təmsil olunacağına dair maraqlı məlumatlar əldə edib.
İddialar əsasında formalaşan həmin məlumatları təqdim edirik:
ReAL Partiyası - 2 deputat
Ədalət, Hüquq və Demokratiya Partiyası - 2 deputat
Vətəndaş Həmrəyliyi Partiyası - 2 deputat
Böyük Quruluş Partiyası - 1 deputat
Müsavat Partiyası - 1 deputat
Ümid Partiyası - 1 deputat
Azad Vətən Partiyası -1 deputat
Yeni Zaman Partiyası -1 deputat
Milli Cəbhə Partiyası - 1 deputat
Azərbaycan Xalq Partiyası - 1 deputat
Böyük Azərbaycan Partiyası - 1 deputat
Seçki günü digər namizədlərin topladıqları səsə uyğun olaraq, siyahıda müəyyən dəyişikliklərin baş verməsi istisna edilmir.