Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     Köhnə başçının NƏSİMİ MACƏRALARI... .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Azərbaycandan ən çox neft idxal edən ölkələr .....                 

“Milli təhlükəsizliyimizə xələl gətirə biləcək bir sıra istiqamətlər var” - İLGİNC AÇIQLAMALAR
Tarix: 7-01-2024, 12:10 | Çap et
“Milli təhlükəsizliyimizə xələl gətirə biləcək bir sıra istiqamətlər var”
Ermənistan rəhbərliyi sülh danışıqlarını yekunlaşdırmaq və yekun sazişi imzalamaq üçün “siyasi iradə” sahibi olduğunu iddia etsə də, reallıqlar bunun əksini sübut edir. Nikol Paşinyan və komandasının prosesi süni şəkildə uzatmaq üçün ən absurd yollara əl atdığını görməkdəyik. Beləliklə, sülhün imzalanacağına bəslənən ümidlərlə 2024-cü ilə adladıq. Amma elə yeni ilin ilk günlərindən rəsmi İrəvanın absurd iddiaları yayılmağa başladı.

Bütün bunlarla əlaqədar təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:
- İlham bəy, qısa fasilədən sonra ABŞ-dan Azərbaycana növbəti həmlə oldu. Bu dəfə olduqca absurd iddiaların əks olunduğu hesabatla üstümüzə gəldilər. Ağ Ev Bakıdan nə istəyir?

- Sualınıza birbaşa cavab verməzdən öncə, 1987-ci ildə erməni akademik Ambarsumyanın “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi ideyasını Paris mətbuatında səsləndirdiyini xatırlatmaq istəyirəm. Daha sonra Qarabağ hadisələri başlandı və bütün SSRİ-nin digər millətləri arasında da ixtilaflar qanlı qarşıdurmaya çevrildi, üç ildən sonra da SSRİ dağıldı. Bu gün də ermənilər Fransada, Rusiyada, ABŞ-da dövlət strukturlarında açar nöqtələrdə yerləşiblər və ən kiçik imkandan belə istifadə edib, Azərbaycanı hədəfə alan hesabatlar, tezislərlə çıxış edir, çalışdıqları ölkənin siyasətinə təsir göstərərək münasibətləri korlamağı qarşılarına məqsəd qoyurlar. Bu hesabatı tərtib edən şəxs – erməni Daniela Saroyan Aşbaxyan da ilk fürsətdəcə Azərbaycanı hədəfə alan qondarma bir hesabat tərtib edib və Dövlət Departamentinə göndərib. Kimdir Saroyan? Daniela Saroyan Aşbaxyan ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının İctimaiyyətlə Əlaqələr və Konqreslə Əlaqələr üzrə rəhbəridir. USCIRF-ə qoşulmazdan əvvəl o, Amerika Erməni Assambleyasında Kommunikasiyalar direktoru olub. ABŞ-da müxtəlif istiqamətlər üzrə bir çox komissiyalar var, bu komissiya da onlardan biridir. Amma Ambarsumyan necə öz işini görmüşdü, bu Saroyan da öz işini gördü və ABŞ-la Azərbaycan arasında yeni bir soyuqluq yaratdı. Hesab edirəm ki, Azərbaycandakı ABŞ səfirliyi öz ölkəsini xəbərdar edəcək. İnanıram ki, Azərbaycanın da konkret etirazlarından sonra Azərbaycan o siyahıdan yaxın vaxtlara çıxarılacaq. Praktikada belə hallar olub. Ağ Ev ötən il Konqres dinləmələrində ermənipərəst mövqe nümayiş etdirdiyinin zərərli olduğunu dərk edib dekabrın 7-də O'Brayenin Bakıya səfər etməsini xahiş etdiyi kimi, bir erməni qadının yanlış və məkrli hesabatının da münasibətlərə necə mənfi təsir etdiyinin fərqində olacaq. Amma necə deyərlər, “Mavr öz işini gördü, Mavr gedə bilər” situasiyası yarandı. Bu situasiyanı dərinləşdirməyi məqsədəuyğun hesab etmirəm.

- Bu kimi gərginliklərdən sonra Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərində moderatorluğu qəbul oluna, yaxud effektli sayıla bilərmi?

- Bir erməni qadının yaratdığı məkri ABŞ-ın dövlət siyasəti kimi qəbul etməyi doğru hesab etmirəm. Düzdür, ABŞ daha çox ermənipərəst siyasət yeridib və yeridir də, amma adətən dərin dövlət maraqları ortada olanda Vaşinqton küləyin hardan əsdiyinin fərqində olur. Bu məsələni “gərginliklər” səviyyəsinə qaldırmaq və ya şərh etmək yox, sivil formada etirazımızı bildirməklə qarşı tərəfin səhvini etiraf etməsinə çalışmalıyıq. Necə ki, dekabrda oldu. O ki qaldı Vaşinqtonun moderatorluğuna, bu vasitəçilik vektoru Azərbaycan üçün tam tərəfsiz olmadığından hələ ki, effektli sayıla bilməz. Amma bu o demək deyil ki, biz Vaşinqton görüşündən imtina etməliyik. Bəlkə də ermənilər bu təxribatı qəsdən törədiblər ki, Azərbaycan gözlənilən, amma hələ rəsmiləşməyən Vaşinqton görüşündən imtina etsin və beynəlxalq aləmdə belə bir rəy formalaşdırsınlar ki, Azərbaycan Qranada, Brüssel görüşlərindən imtina edib, indi də Vaşinqton görüşündən imtina etməklə Qərb vektorunun vasitəçiliyindən deyil, ümumiyyətlə sülh müqaviləsini imzalamaqdan yayınır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Berliner Saytunq” nəşrinə verdiyi müsahibədə doğru vurğulayıb ki, Azərbaycan üçün vasitəçinin və məkanın fərqi yoxdur, əsas dayanıqlı sülhün imzalanmasıdır, amma vasitəçisiz, ikitərəfli görüşlər keçirib sülhə nail omaq daha effektlidir.

- Sizə elə gəlmirmi ki, Fransanın rəhbərliyi ilə Avropa İttifaqının nisbətən kölgəyə çəkilməsi şəraitində ABŞ anti-Azərbaycan fəaliyyətini gücləndirib? Qərbin məram-məqsədi nədən ibarətdir ki, paytaxtlar və ya təsisatlar növbəli şəkildə ölkəmizi hədəfə alırlar?

- Avropa İttifaqı və Fransa rəhbərliyinin nisbətən kölgədə qalması onların Azərbaycana qarşı olan siyasətini dəyişməyib, sadəcə Milad bayramı və Yeni il əhval ruhiyyəsi qeyri-fəal təsəvvür yaradıb. ABŞ-ın Azərbaycanı hədəfə alan mövqelərində Rusiya faktorunun müəyyən təsiri var. Vaşinqtonun strateji hədəfi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Azərbaycanın balanslı siyasət yürütməsi ABŞ-ı qane etməyə bilər və məhz bunu əsas götürüb Dövlət Departamenti, Konqres tərəfindən maraqlarımıza uyğun olmayan bəyanatların səsləndirilməsinin şahidi olmuşuq. İndi də belə bir situasiyadır, amma biz Rusiya ilə münasibətləri kiminsə istəyinə görə deyil, bizim dövlət maraqlarımıza uyğun olan bütün amilləri nəzərə alaraq qurur, siyasəti də bu istiqamətdə həyata keçiririk.

- İlham bəy, hesab etmək olarmı ki, Azərbaycanda növbədənkənar seçkinin təyin olunması Qərb paytaxtlarının planlarını pozub və aqressiya həm də seçkilərlə əlaqədardır? Bu mənada digər hansısa təxribatlar gözləniləndirmi? Milli təhlükəsizliyimizlə bağlı hansı cinahlarda ayıq-sayıq olmağı tövsiyə edirsiniz?

- Azərbaycanda Prezident seçkisinə əvvəllər də həm Qərbdən, həm Şimaldan təsirlər və təzyiqlər olub, mümkündür ki, Qərb 2025-ci il üçün də hansısa təzyiq planlaşdırıb. Amma Qərb də, Şimal da yaxşı bilir ki, Qarabağ zəfərindən sonra Azərbaycana qarşı heç bir təzyiq xalqın iradəsinə, seçiminə təsir edəsi deyil. Amma təxribatlar tamamilə mümkündür. Bu təxribatlar üçün hələ də erməni kartından istifadəni tamamilə mümkün sayıram. Bu, özünü Qarabağ ermənilərinin beynəlxalq mexanizm üzərindən geri qaytarılması kimi təzyiqlərlə, Ermənistanı silahlandırmaqla göstərə bilər, amma açığı, bu təzyiqlərin nəticə verməyəcəyini ilk növbədə o təxribatları planlaşdıranlar bilir. Milli təhlükəsizliyimizə xələl gətirə biləcək bir sıra istiqamətlər var, amma bu, Qərbdən çox erməni terrorunda və bu terror vasitəsilə bölgədə təsirini artırmaq istəyən erməni havadarların fəaliyyətində özünü göstərə bilər. Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı bu istiqamətdə gözlənilən təxribatların qarşısını almaq üçün kifayət edir.

- ABŞ doğrudanmı Rusiyanın Bakı və İrəvan arasındakı sülh təşəbbüslərinə normal yanaşır? Bu mənada Millerin son bəyanatı nə qədər səmimidir?

- Metyu Millerin bəyanatı diplomatik gedişdir. Rusiya Federasiyasının XİN rəhbəri Lavrov ilin yekunlarına aid hesabat müsahibəsində Rusiyanın iştirakı olmadan sülhün yaranmasının mümkünsüzlüyünə xeyli işarələr vurdu. 30 dekabrda isə onun müavini Mixail Qaluzin daha sərt açıqlama verərək, “Qərbdə möcüzəvi xilas axtarmaq illüziyalı və təhlükəlidir” fikrini səsləndirdi. Bir həftəyə hansı proses baş verdi ki, Rusiya Cənubi Qafqaz siyasətindən imtina etdi. Heç bir tərəf – Rusiya da, ABŞ da sülh müqaviləsinin imzalanmasının əleyhinə heç vaxt rəsmi mövqe bildirmir, amma siyasətlərini daha çox öz maraqları səviyyəsində qabartmaları elə mane olmaq deməkdir. Bunu həm Rusiya, həm də Qərb edir. Miller Rusiyadan yumşalama bəyanatı uma bilər, amma Rusiya Ermənistanı bu tezlikdə Qərbin qucağına atası deyil.

- İranda törədilən terror aktının izləri sizcə, real olaraq hara aparacaq? Bu qətliamın ardınca Tehranın qisas alacağını güman etmək olarmı, yoxsa buna cəsarət etməyəcək?

- İran apardığı siyasətin nəticələrini görür və bu, son olmayacaq. İran dünyada terroru yaradan, maliyyələşdirən bir dövlətdir. Bu dəfə bumeranq effekti verib. Tehran adətən qisas alacağını elan etsə də, qisas üçün tələsmir və uyğun zaman gözləyir, öz miqyasında qisas alır. İndi də elə olacaq, amma əksini də görəcək.

- Rusiya-Ukrayna müharibəsinin illərlə davam edə biləcəyi barədə ehtimalları bölüşürsünüzmü? Krım, Donbas... uğrunda müharibə Qəzza uğrunda savaşa çevrilə, on illərlə davam edə bilərmi?

- Rusiya-Ukrayna müharibəsi tezliklə bitəsi deyil. Martda ABŞ-ın və Avropanın maliyyə, hərbi yardımları yenidən davam edəcək və bu ilin sonunadək müharibənin davam etməsi realdır. Döyüşlər, raket zərbələri mübadiləsi artacaq və səngiyəcək, amma bitməyəcək. ABŞ-da prezident seçkisindən sonra vəziyyət dəyişə bilər. Hansı istiqamətdə proqnoz vermək çətindir. Yeni situasiyalar yaranacaq və dünya gücləri də uyğun olaraq yeni taktiki, strateji addımlar ata bilərlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00
Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru