"Bu gün DİN, xüsusi xidmət orqanları ölkədə kriminogen duruma tam nəzarət edir" - deputat
Tarix: 4-01-2024, 10:36 | Çap et
 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edirik:
- Qüdrət bəy, İranda Süleymaninin anım mərasimində baş vermiş terror hadisəsi barədə fikirləriniz necədir?
- Siyasi motivlərlə günahsız insanların öldürülməsi insan vəhşiliyinin son həddidir. Terror qurbanlarının yaxınlarına başsağlığı verirəm, yaralılara şəfa diləyirəm. Bu acımasız qanlı cinayətin motivini daxildəki zidiyyətlər də təşkil edə bilər, İranın düşmən olduğu xarici dövlətlərin xüsusi xidmət orqanları da törədə bilər. Amma kimin hansı motivlə törətməsindən asılı olmayaraq, Allah onların cəzasını verəcək. Təəssüf ki, bu gün hətta dünyanın demokratik, inkişaf etmiş ölkələri belə siyasi məqsədlərlə terrordan, terror təşkilatlarından istifadə edirlər. Türkiyəyə qarşı terror aktları törədən PKK-nın onun NATO üzrə “müttəfiqi” ABŞ tərəfindən dəstəklənməsi gözümüzün önündə baş verir. O cümlədən, İran da zaman-zaman terrora əl atır. Azərbaycan səfirliyinə və deputat Fazil Mustafaya qarşı törədilən son terror aktları bunun əyani sübutudur.
- İran narkotik maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərilməsində də ittiham olunur. Bu məsələyə də münasibət bildirmənizi istərdik.
- Bu da acı bir həqiqətdir. Amma ədalət naminə onu da söyləyək ki, ölkəmizə İrandan daxil olan səviyyədə olmasa da, Avropadan, Türkiyədən, dünyanın müxtəlif ölkələrindən narkotik maddələr gətirilir. Təəssüf ki, narkotik maddələrin yayılmasının qarşısını almaq, bu bəlanın kökünü kəsmək dünyanın heç bir ölkəsinə müyəssər olmayıb, o cümlədən Azərbaycana. Mən əvvəllər də demişəm, narkotiklərin yayılması ilə bağlı həyəcanlı çıxışlar heç də həmişə xoş niyyətlə edilmir. Məsələn, narkotiklərin yayılması ilə məşğul olanlar vətəndaşları qorxudub polisə müraciətdən çəkindirək üçün belə bir məlumat yayırlar ki, polisin bu işdə əli var. Bilirlər ki, geniş ictimai dəstək olmadan bu bəlaya qarşı effektli mübarizə aparmaq mümkünsüzdür. Bəziləri DİN-i gözdən salmaq üçün sifarişlə belə bir kampaniya aparır və s. Azərbaycanda dövlət orqanları narkotiklərin qarşısını almaq üçün bacardıqlarını edirlər, çünki buna qarşı mübarizə aparmalı olan vəzifəli şəxslərin də övladları, əzizləri bu bəlanın qurbanı ola bilər. Gənclərimizi, millətimizin genefondunu xilas etmək üçün narkotiklərə qarşı mübarizə işi daim təkmilləşdirilməli, gənclərin təhsilinə, işlə təmin olunmasına xüsusi diqqət yetirilməli, maarifçilik işi gücləndirilməlidir. Bununla bütün dövlət orqanları, hər kəs məşğul olmalıdır. İranla, terrorçuluğa son qoyulması, narkotiklərin ölkəmizə ötürülməsi, dini ekstremizmin yayılması kimi məsələlər dövlət başçıları səviyyəsində müzakirə olunub həllini tapmalıdır.
- Qayıdaq terror məsələsinə. Azərbaycanda da bu miqyasda terror aktları törədilə bilərmi?
- Bu gün DİN,xüsusi xidmət orqanları ölkədə kriminogen duruma tam nəzarət edir, sabitliyi, əmin-amanlığı, dövlətin təhlükəsizliyini tam təmin edirlər. Amma belə hadisələrdən tam sığortalanmaq mümkün deyil. Ölkəmizdə prezident seçkiləri kampaniyası başlanıb, istisnasız olaraq böyük qonşularımızın hamısı, Rusiya və İran müharibə və münaqişələrin, Türkiyə terrorla mübarizənin aktiv iştirakçısıdır. Ermənistanla sülh sazişi imzalanmayıb, müharibə vəziyyətindəyik. Ona görə hər birimiz son dərəcə ayıq-sayıq olmalıyıq. Xüsusilə, kütləvi siyasi tədbirlərin keçirilməsi təhlükəlidir. Ona görə ki, adətən kütləvi siyasi tədbirlər bu cür terror aktlarının hədəfi olur. Bütün bunları nəzərə alaraq namizədlərə səslənirəm ki, təbliğat kampaniyası zamanı açıq havada kütləvi tədbirlərin təşkilindən imtina etsinlər. MSK isə bunun qarşılığında namizədlərə daha çox efir vaxtı ayırsın.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58 |
|
|
|
| • Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55 |
|
|
|
| • Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52 |
|
|
|
| • Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49 |
|
|
|
| • Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23 |
|
|
|
| • Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16 |
|
|
|
| • "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10 |
|
|
|
| • “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12 |
|
|
|
| • MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05 |
|
|
|
| • ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02 |
|
|
|
| • Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55 |
|
|
|
| • “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52 |
|
|
|
| • Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50 |
|
|
|
| • Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44 |
|
|
|
| • “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35 |
|
|
|
| • İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33 |
|
|
|
| • ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15 |
|
|
|
| • Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14 |
|
|
|
| • Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12 |
|
|
|
| • Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03 |
|
|
|
| • ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59 |
|
|
|
| • Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
| • Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47 |
|
|
|
| • Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40 |
|
|
|
| • Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30 |
|
|
|
| • Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26 |
|
|
|
| • Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16 |
|
|
|
| • Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13 |
|
|
|
| • Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10 |
|
|
|
| • Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08 |
|
|
|
|