Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     Köhnə başçının NƏSİMİ MACƏRALARI... .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                 

“Dedilər ki, əlində olan-qalanını seçkiyə xərcləyib sonra ac qalacaqsan...” - Razi Nurullayevdən ilginc açıqlamalar
Tarix: 27-12-2023, 10:19 | Çap et
“Dedilər ki, əlində olan-qalanını seçkiyə xərcləyib sonra ac qalacaqsan...”
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkisində namizəd olaraq iştirak etmək istəyir. Razi Nurullayev seçki iddiasını ortaya qoyması və digər məsələlərlə əlaqədar “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Razi bəy, seçkidə iştirak təşəbbüsü öncə kimdən gəldi? 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində də namizəd olmuşdunuz. Amma o zaman fərqli bir durum idi.

- Milli Cəbhə Partiyası üçün seçkidə iştirak həm də siyasi həyatda qalmaq anlamına gəlir. Əgər siyasi partiya müxtəlif bəhanələrlə seçkidə dalbadal iştirak etməkdən imtina edərsə, həm öz üzvlərinin, həm də xalqın gözündən düşür və beynəlxalq ictimaiyyət qarşısında da hörmətini itirir. Məsələn, Əli Kərimli seçkiləri boykot etdiyini elan edib, lakin hələ görməmişəm ki, normal bir təşkilat və ya şəxs onun bu qərarına haqq qazandırsın. Hətta zamanında dostu olmuş və dəstək vermiş adamlar da ondan üz döndərib. Çünki boykotla iş bitmir. Boykotun arxasında hansı planlar dayanıb? “A”, “B” planı varmı? Heç bir plan yoxdur. Onun üçün də boykot gülünc qərardır.

Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Bu məntiqlə o seçkilərdə də iştirak etməyəcəklər. Etsələr, səbəbini nə ilə izah edəcəklər? Deyəcəklər ki, indi seçki mühiti yaxşıdır? Gərək qərarlarda məntiq olsun. Milli Cəbhə Partiyası seçkidə qələbə üçün mübarizə aparacaq, amma biz də təbii ki, real vəziyyətin iqtidar partiyasının namizədinin xeyrinə olduğunu bilirik. Amma bu, o demək deyil ki, biz əlimizi-qolumuzu sallayıb məğlubiyyətlə barışmalıyıq. Seçki bir prosesdir, reallıq öncədən görünə bilər, amma proses canlı olduğuna görə ruhdan düşmək olmaz. Digər tərəfdən isə ölkədə prezidentliyə namizəd olub mübarizə aparmaq və öz proqramlarını xalqla bölüşmək gələcək qələbələr üçün cığır aça bilər.

- Səmimi deyin, qərarınızı verərkən hakimiyyət düşərgəsindəki dostlarınız, həmkarlarınızla da məsləhətləşdinizmi?

- Hakimiyyətdə tanıdıqlarım var, çünki deputatam və hakimiyyətin bir qolunda təmsil olunuram. Ancaq daha çox məsləhətləşdiyim kənar qüvvələr idi. Hər kəs dedi ki, “özünü yorma, nə sənin, nə də digərlərinin heç bir şansı yoxdur”. Bəzisi zarafat etdi ki, əlində olan-qalanını seçkiyə xərcləyib sonra ac qalacaqsan. Ətrafımda məsləhətləşə biləcəyim adamlar çoxdur və fikirlər aşağı-yuxarı eyni oldu. Sonunda partiya iştirak qərarı verdi. Sonra bəzi dostlar zəng edib narazılığını etdi ki, iştirak edəcəkdinsə, bizim fikrimizi nəzərə almayacaqdınsa, niyə bizimlə uzun-uzadı məsləhətləşirdin? Açığını deyim ki, bəzi dostları başa düşməkdə çətinlik çəkirəm. Məsləhətləşmək öhdəlik götürmək deyil ki... Hər zaman öz şəxsi fikrim olub və əyri, yoxsa düz öz yolumla getmişəm. Amma kor-koranə yox, reallıqları və vəziyyəti real olaraq qiymətləndirib, addımlayıram. Gərək reallığın içindən ən yüngülünü və ziyansızını seçəsən.

-Keçən seçkilərdən sonra Prezident İlham Əliyev namizədlərə, rəqiblərinə təşəkkür etmişdi. O zaman bildirilirdi ki, namizədlərin təklifləri diqqətdən kənarda qalmayacaq. Sizin hansısa təklifləriniz müsbət həllini tapdımı?

- Təklif etmişdim ki, hər bir ailəyə Neft Fondundan dövlət nəzarəti və biznes plan çərçivəsində öz kiçik biznesini qurmaq üçün 10 min manat ayrılsın. Bu layihə bu və ya digər şəkildə ailə özünüməşğulluq şəklində həyata keçirilir. Digər təkliflərin həyata keçməsi barədə məlumatım yoxdur.

- Yəqin ki, seçki platformanız var. Əsas hədəfləriniz nədir?

-Milli Cəbhə Partiyası sosial-demokratiya ideoloji xəttinə malik partiyadır. Milli Cəbhə Partiyası sosial demokratiya ideologiyasını ona görə seçdi ki, o, kapitalizmin yaratdığı sosial bərabərsizliyi kompensasiya edə bilsin. Kampaniyamızda da bu, əsas hədəflərdən biri olacaq. Milli Cəbhə Partiyası kasıbların partiyası, Razi Nurullayev də onların namizədidir. Yəni Razi Nurullayev xalqın adamıdır. Biz sosial demokratlar kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem içində qəbul edilə bilən səviyyəyə salmağı hədəfləyirik. Sadə dildə desək, bizim partiya üçün bu, o anlama gəlir ki, əgər bir nəfərin savadı, bacarığı yoxdursa, o digərlərindən on dəfələrlə aşağı səviyyədə yaşamamalıdır. Biz sosial demokratlar üçün hər bir vətəndaşın ləyaqətli yaşayışı önəmlidir. Bunun üçün hər bir vətəndaşın pulsuz təhsil alması, bütün növ tibbi xidmətlərə malik olması, pulsuz peşəyə yiyələnməsi dövlətin təməl borcudur.

- Razi bəy, maraqlıdır, seçici olaraq özünüz kimə səs verəcəksiniz?

- Razi Nurullayev namizəd Razi Nurullayev Qulaməli oğluna səs verəcək.

- Seçkinin müəyyən mərhələsində namizədliyinizi geri götürə, hansısa namizədi dəstəkləyə, yaxud hansısa iddialılarla koalisiya şəklində hərəkət edə bilərsinizmi?

- Hələ ki, buna səbəb və lüzum görmürəm. Amma seçki canlı prosesdir. Bəzən elə bir seçki vəziyyəti yetişir ki, məcburən, ya da məntiqə söykənib yeni qərarlar qəbul etməli olursan. Ciddi təlatümlər və dəyişkənlik görmürəm, onun üçün də yəqin ki, dediyiniz məsələlərə zərurət yaranmayacaq.

- Razi bəy, ötən seçkidəki platformanızı bir daha oxudum. Qeyd olunub ki, “Azərbaycan ”Nüvə silahının yayılmaması haqqında" müqavilədən imtina edir və eyni zamanda, Qoşulmama Hərəkatından çıxdığını bəyan edir. Bununla da məhdudlaşdırıcı hərbi hüquqlardan imtina edərək, Azərbaycan hərbi əməliyyatların keçirilməsi ilə bağlı üstünlük hüququ əldə edir". Eyni zamanda Pakistanla bağlı fikirləriniz var idi. Yeri gəlmişkən, Pakistanla nüvə əməkdaşlığı barədə fikirləriniz birmənalı qarşılanmadı və uzun illər müzakirələrə səbəb oldu. Ötən seçki platformasındakı bu məqamlara korrektələr olacaqmı?

- 2018-ci ildə dediyim fikirlər yerinə düşüb. Qarabağ probleminin həlli üçün kənar qüvvələrin təsirindən qorunmaq üçün Azərbaycan elə silaha malik olmalı idi ki, heç kim onu təzyiqlə haqq yolundan döndərə bilməsin. İran ona görə nüvə silahına malik olmaq istəyir ki, heç kim onu məhv etmək dili ilə danışmasın. Bu gün Qərb ona görə Rusiyaya tam təzyiq göstərə və Ukraynaya lazım olan silahları verə bilmir ki, Rusiyanın nüvə silahı və digər öldürücü arsenalı var. Mən də ona görə Pakistanın nüvə silahının Azərbaycanda yerləşdirilməsini istəyirdim ki, ölkəmizə barmaq silkələyən ölkələrə biz də barmaq silkələyək. Bu yolla Qarabağımızı azad edib, suverenliyimizi bərpa edək. Bu gün dünyanı idarə edənlər gücü olanlardır. Beynəlxalq hüquq və normalar sadəcə güc tətbiqinə və sanksiyalara haqq qazandırmaq üçündür.

Ümumiyyətlə isə tam olaraq nüvə silahına qarşıyam. Bütün qırğın silahlarının məhvini istərdim. İstərdim ki, bütün xalqlar sülh və əmin-amanlıq içində yaşasınlar. Müharibələr və münaqişələr heç bir xalqa xeyir və bərəkət gətirmir, sadəcə fəlakətlərə düçar edir. Bu gün Azərbaycan dövləti sülh gündəliyini müzakirə edir və sülhə sadiq ölkədir. Mən də sülhün və dinc yanaşı yaşamanın tərəfdarıyam və birmənalı yolumuz budur. Amma bizə təcavüz edənlərə və etmək istəyənlərə qarşı da silahımız gərək hazır olsun.

- Yeni namizədlər ortaya iddia qoyub. Namizədlərin sayının artmasından narahat deyilsiniz ki? Ümumən nə qədər seçici səsinə iddialısınız?

- Hər kəsin namizəd olmaq hüququ var və bundan narahat deyiləm. Bir çoxlarına namizəd olmaq asan gəlir, amma inanın ki, onun məsuliyyət yükü o qədər ağırdır ki, adamın belini bükür. 2018-ci il seçkilərində xeyli qocaldım, dünyam dəyişdi. Səs sayını deyə bilməyəcəm, amma əgər namizəd qalib olmaq istəmirsə, demək hədəfi yanlışdır. Yenə də deyim ki, gərək hədəf düzgün seçilsin, birinci olmasan da, sonrakı mərhələlərdə böyük zəfərlər səni gözləyə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru