Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     Köhnə başçının NƏSİMİ MACƏRALARI... .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                 

“Əgər öz namizədimiz olacaqsa, İlqar müəllim olacaq” - AÇIQLAMA
Tarix: 26-12-2023, 14:00 | Çap et
“Əgər öz namizədimiz olacaqsa, İlqar müəllim olacaq”
Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 15-ə çatıb.
MSK dekabrın 21-də namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Beləliklə, 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfərlə bağlı məsələyə MSK-nın növbəti iclaslarında baxılacaq.
Adətən prezident seçkilərində siyasətçilər öz namizədliyini irəli sürür. Amma budəfəki seçkilərdə iştirak etmək istəyən namizədlər arasında iqtisadçı-ekspertlərin də adına rast gəlirik. Həmin şəxslərdən biri də prezident seçkilərinə namizədliyini öz təşəbbüsü ilə irəli sürən iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifovdur. Onun fikrincə, prezident seçkilərinə qatılmaq bir insanın həyatında çox önəmli hadisədir.
F.Yusifov axar.az-a açıqlamasında əsas rəqibinin (İlham Əliyev - red.) çox güclü olduğunu da vurğulayıb: “Seçkiyə qatılmaq qərarı verən hər bir kəs anlamalıdır ki, bu, sıradan bir seçki deyil, bir dövlətin başında dayanmaq uğrunda yarışa qatılmaqdır. Bu səbəbdən seçkinin məsuliyyəti yetərincə böyükdür.
Azərbaycan xalqına Qarabağ zəfəri qazandırmış İlham Əliyevin qarşısında şansımın böyük olacağını düşünmürəm. Ancaq buna baxmayaraq, bu seçkidə iştiraka üstünlük verirəm. Bu platformadan edəcəyim çıxışlarla ölkə iqtisadiyyatına və onun maliyyə sektoruna daha çox töhfə verə biləcəyimi düşünürəm”.
İqtisadçı-alim prezident seçkisi zamanı təqdim edəcəyi proqramından da bəhs edib: "Mən ölkə iqtisadiyyatının və onun maliyyə sektorunun bütün problemlərini, onların həlli yollarını bilirəm. Seçkiyə getməkdə də əsas məqsədim bu seçki platformasından istifadə edib, ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edə biləcək iqtisadi islahatlar proqramımı cəmiyyətə təqdim etməkdir”.

Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, qanunvericilikdə buna bir qadağa yoxdur. İstənilən şəxs öz təşəbbüsü ilə prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürə bilər:
“Amma onların namizədliyinin qeydə alınıb-alınmayacağı sual altındadır. Proses çox çətindir. Bunun üçün 40 min artıq imza toplamaq lazımdır və bu imzalar 60 seçki dairəsini əhatə etməlidir. Amma ümumi yanaşsaq, müxtəlif sahələr üzrə ixtisaslaşan ekspertlərin seçkilərdə namizəd olaraq iştirak etmək istəyi təqdirəlayiqdir. Hesab edirəm ki, seçki prosesindən istifadə edərək iqtisadi problemlərin həlli yolları ilə bağlı diskussiyalar da açmaq olar. Azərbaycan dövləti ən böyük problemini, Qarabağ münaqişəsini həll edib, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub. Bu, çox böyük bir nailiyyətdir. Hökumətin qarşısında duran ən böyük vəzifə iqtisadi yüksəliş və rifah dövlətinin qurulmasıdır. Bu problemin həlli üçün də iqtisadçıların fikirləri, təklifləri əhəmiyyətlidir. Ümid edirəm ki, seçki prosesində əsas müzakirə mövzusu məhz iqtisadi problemlərin həlli yolları olacaq”.

Seçkilərdə iştirakın müxtəlif formaları olduğunu xatırladan N.Cəfərli deyib ki, Real Partiyası Prezident seçkilərindən kənarda qalmayacaq. Onun sözlərinə görə, REAL-ın Gənclər Təşkilatı müşahidəçi institutunun formalaşdırılması üçün seçki prosesindən istifadə edəcək:
“Çünki prezident seçkisindən bir neçə ay sonra parlament seçkilərinin keçiriləcəyi istisna deyil. Parlament seçkilərinə hazırlıq çərçivəsində isə bizim yüzlərlə müşahidəçiyə ehtiyacımız olacaq. Partiya olaraq ilkin qərarımız odur ki, müşahidəçilik institutunun genişləndirilməsi, müşahidəçilərin təcrübə toplaması, protokolların yazılması, məntəqələrin tanınması kimi sahələrdə təcrübə əldə edilsin. Hətta müşahidəçi statusunda iştirak edəcək gəncləri artıq Mərkəzi Seçki Komitəsində qeydiyyatdan keçiririk.
Bundan əlavə partiya üzvlərinə çağırışımız da olacaq ki, REAL üzvləri seçkilərdən kənarda qalmasın. Hər kəs seçki prosesində aktiv iştirak edib istədiyi namizədə səs versin.
REAL-ın öz namizədinin olub-olmayacağı sualına gəldikdə isə N.Cəfərli bu məsələnin müzakirəsinin hələ ki açıq qaldığını deyib: “REAL-ın İdarə Heyətində 8 üzv var. Onların 3-ü seçkilərdə öz namizədimizlə iştirakın əleyhinə, üç nəfər lehinə, 2 nəfər isə bitərəf qalmışdı. Həftənin sonuna yaxın İdarə heyəti təkrar toplaşıb bu mövzunu müzakirə edəcək. Prezident seçkilərinə REAL Partiyasının öz namizədi ilə iştirakının müsbət və mənfi tərəfləri ilə bağlı bütün nüansları müzakirə etdikdən sonra, Yeni il ərəfəsində ictimaiyyətə məlumat veriləcək. Lakin istənilən halda bəzi partiyalar kimi boykot çağırışımız olmayacaq. Siyasi partiyaların prezident seçkilərini boykot etməsi məntiqsiz bir haldır. Bazanın təkmilləşdirilməsi, təcrübə nöqteyi-nəzərindən hər bir partiyanın seçkilərdə bu və ya digər formada aktivlik göstərməsi mühüm şərtdir".
Qeyd edək ki, N.Cəfərli prezidentliyə namizəd olaraq özünün iştirakının müzakirə predmeti olmadığını deyib. Onun sözlərinə görə, REAL Partiyası prezident seçkilərində namizəd olaraq, sadəcə, İlqar Məmmədovun iştirakını müzakirə edir: “Əgər öz namizədimiz olacaqsa, İlqar müəllim olacaq. Əks halda partiya başqa şəxsin namizədliyini irəli sürməyəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru