Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

“Azərbaycanın süverenliyini bərpa etməsi bütün qlobal oyunçuların planlarını pozub” - Ərəstun Oruclu ŞƏRH EDİR...
Tarix: 19-11-2023, 08:04 | Çap et
“Azərbaycanın süverenliyini bərpa etməsi bütün qlobal oyunçuların planlarını pozub”
Dövlət Departamentinin Avropa və Avrasiya üzrə yüksək vəzifəli rəsmisi noyabrın 15-də amerikalı qanunvericiləri əmin edib ki, ABŞ Bakı ilə Yerevan arasında sülh sazişi bağlanmayana qədər Azərbaycanla “adi iş” aparmayacaq.

“TURAN”ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, səfir Ceyms O`Brayen bunu Konqresin Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağın gələcəyi ilə bağlı keçirilən dinləmələrdə deyib.

O, daha sonra konkret addımlar barədə məlumat verib, birincisi, Dövlət Departamenti 907 saylı düzəlişi dondurmayacaq, bu isə Azərbaycana yardım göstərməyi mümkünsüz edir. Bundan əlavə, ABŞ tranzit dəhlizinin tikintisini sülh sazişi bağlandıqdan və Ermənistanın razılığından sonra mümkün hesab edir.

O'Brayen həmçinin bildirib ki, Vaşinqton hər yüksək səviyyəli təmasda Ermənistana qarşı güc tətbiqinin tamamilə qəbuledilməz olduğunu “dəfələrlə” açıq şəkildə bəyan edib.

“Bakıdakı hakimiyyət bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur və biz qoşunların hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti çox diqqətlə izləyirik”, o əlavə edib.

Sentyabr müharibəsi haqqında danışan O'Brayen bildirib ki, Dövlət Departamenti katib Blinkenin göstərişi ilə təkcə o günlərdə deyil, ondan əvvəlki aylarda baş verənlərin hərtərəfli və şəffaf hesabatını hazırlayır.

Vaşinqton Ermənistana dəstək üzərində də işləyir. “Biz Ermənistana dəstək vermək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik.

Sülh danışıqlarına gəldikdə, O'Brayen bildirib ki, qarşıdakı bir neçə həftə tərəflərin yaxşı niyyətdən hərəkətə keçmək istəyini yoxlamaq üçün kritik olacaq.

O`Brayen qanunvericilərin sualını cavablandırarkən bir daha bəyan edib ki, 19 sentyabr hadisələrindən (Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal hərbi əməliyyatlar) sonra sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq.

“Buna görə də biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik, (Bakının) hərəkətlərini pislədik və 907-ci düzəlişı bərpa etdik”, - O'Brayen bildirib.

Nə baş verir? ABŞ Azərbaycanla münasibətləri korlamağa çalışır?

Siyasi şərhçi Ərəstun Oruclu mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

* * *

Sual: Ərəstun bəy, səfir Ceyms O`Brayen Konqresin Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağın gələcəyi ilə bağlı keçirilən dinləmələrdə deyib ki, sentyabrda baş verənlərdən sonra biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik, Bakının hərəkətlərini pislədik və 907-ci düzəlişı bərpa etdik. Bu nə deməkdir? ABŞ niyə belə bir mövqe sərgiləyir?

Cavab: İkitərəfli münasibətlərin bu həddə çatması gözlənilən idi və özəlliklə də Azərbaycanın keçirdiyi anti-terror əməliyyatı ərəfəsində və ondan sonra gələn mesajlardan görünürdü ki, Qərb ölkələrində bu əməliyyata görə ciddi narahatlıq yaranıb. Belə münasibətlər də anlaşılandır, çünki Azərbaycanın öz torpaqlarına nəzarəti tam bərpa etməsi az qala bütün qlobal oyunçuların planlarını pozmuş oldu. Məsələ burasındadır ki, az qala bütün konfliktlər böyük güclər üçün öz geosiyasi maraqlarının həyat keçirilməsi baxımından vacib alət kimi nəzərdən keçirilir. Azərbaycan-Ermənistan Qarabağ münaqişəsi də bu mənada istisna deyildi. Xüsusilə də geosiyasi proseslərin indiki həlledici mərhələsində bölgə ilə bağlı geosiyasi planlar həmin reallıq üzərində qurulmuşdu. Amma Azərbaycanın öz ərazisində suverenliyini tam bərpa etməsi bölgədə böyük maraqları olanların həmin planlarını ciddi şəkildə pozmuş oldu. İndi Azərbaycana bütün tərəflərdən olan münasibət də bunun təzahürlərindəndir. Planlar pozulub və indi yeni planlar qurmaq lazımdır, amma problem təkcə bu deyil. Problem həm də baş verənlərin nəticəsində yeni geosiyasi reallığın yaranmasıdır. Buna görə də Azərbaycana bütün tərəflərdən münasibət məzmunca eynidir, sadəcə onlar zahirən bir-birindən fərqlənir: Rusiya hələlik daha “yumşaq” təsir yolunu seçibsə, Qərb isə daha çox açıq təzyiq yolunu tutub. Təzyiqlərin başqa bir səbəbi də Azərbaycanı onların tərəfini tutmağa və həm də gələcək planlarını onlarla razılaşdırmağa vadar etməkdən ibarətdir. Konkret ABŞ və Avropa istiqamətindən gələn təzyiq cəhdlərinin bir səbəbi də Qərbin Azərbaycanı sanki Rusiyanın yanında görməsidir. Bunun da səbəbi Rusiyanın Azərbaycanın son zamanlar atdığı addımlara açıq müqavimət göstərməməsidir. Rusiyanın bunu bilərəkdən etməsi və ya onun bundan artığına gücünün çatmaması isə belə görünür ki, maraqlı deyil.

Sual: ABŞ-ın bu mövqeyi qəbulediləndirmi? ABŞ niyə Azərbaycanın süverenliyini bərpa etmək üçün öz ərazisində hərbi əməliyyat aparmasını belə qarşılasın ki? Bəlkə onlar reallığı bilmirdilər və ya bilmirlər? Ya da birtərəfli formada məlumatlandırılıblar?

Cavab: Xeyr, belə münasibət nə beynəlxalq hüquq, nə dövlətlərarası münasibətlər, nə də Azərbaycan dövlətinin maraqları baxımdan heç bir halda məqbul sayıla bilər. Xüsusilə də bu gün Qəzzada dağıdıcı müharibə aparan İsrailə nümayiş etdirilən münasibətin fonunda bunu heç cür anlamaq və qəbul etmək olmur. ABŞ-da bizim bölgədəki və ölkəmizdəki reallıqları bilmədiklərini düşünmürəm. Bilirdilər və bilirlər də əlbəttə, özü də bütün incəliklərinə qədər. Məncə problem böyük güclərin bütün dünyadakı gəlişmələrə öz maraqları çərçivəsindən baxmaq və onları məhz belə görmək istəyindədir. Onu da görə bilməyəndə bu cür yanaşmalar üzə çıxır. Elə olmasaydı ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasının açılışına Livandan Kilikiya erməni kilsəsinin katalikosu dəvət olunmazdı və ona ABŞ ali qanunverici orqanının tribunasından Azərbaycanın Qarabağda ermənilərin “etnik təmizləməsi” haqqında danışmağa imkan yaratmazdılar. Bu və digər atılan addımların hamısı Azərbaycana təqyiq siyasətinin ayrı-ayrı detallarıdır.

Sual: Dövlət Departamentinin Avropa və Avrasiya üzrə yüksək vəzifəli rəsmisi amerikalı qanunvericiləri əmin edib ki, ABŞ Bakı ilə Yerevan arasında sülh sazişi bağlanmayana qədər Azərbaycanla “adi iş” aparmayacaq. İllərdir Azərbaycanda vətəndaş cəmiyyəti bunu deyirdi ki, ABŞ biznes və enerji maraqlarına görə Azərbaycanda demokratiya və insan haqlarının vəziyyətinə göz yumur. İndi Azərbaycanı bununla hədələyirlər?

Cavab: Əvvəlcə Azərbaycanla Ermənistan arasında bağlanmalı olan sülh sazişi ilə əlaqədar bunu deməliyəm ki, həmin sazişin imzalanması həm iki dövlətin maraqları, həm regionda davamlı sülhün təmin olunması, həm də qlobal təhlükəsizliyə təhdidlərin aradan qaldırılması naminə atılması vacib olan ən zəruri addımdır. Həmin səbəblərdən də istər Azərbaycan, istərsə də Ermənistan sazişlə bağlı pozitiv mesajlar verməkdədir. Bu mövqe hətta son anti-terror əməliyyatından sonra da dəyişmədi. Digər tərəfdən isə həm Moskva, həm Brüssel, həm də Vaşinqton məsələyə müsbət yanaşma ifadə edir. O zaman sual olunur ki, nədən son vaxtlar biz beynəlxalq vasitəçilərin Azərbaycana münasibətində dəyişikliklər görürük? Bunu onunla izah etmək olar ki, sülh danışıqlarının ilk günlərindən vasitəçilik məsələsində Brüssel-Moskva rəqabəti mövcud olub. Həmin rəqabətlə bağlı heç bu gün də nəsə dəyişməyib. Yeganə dəyişən budur ki, Qarabağ yükündən xilas olmuş münaqişə tərəfləri vasitəçilərin xidmətinə əvvəlki qədər ehtiyac duymurlar. Bunu da onların, yəni Azərbaycan və Ermənistan rəhbərlərinin bəyanatlarından, atdıqları addımlarından görmək olar. Azərbaycan faktiki Avropa Birliyinin vasitəçiliyilə keçirilən danışıqlarda iştirakdan imtina etdi, Ermənistanın isə Rusiya ilə münasibətlərinin indiki durumunda Moskvanın vasitəçiliyinə razılaşacağı inandırıcı görünmür. Belə olduqda ölkələr sülh danışıqlarını ya birbaşa ikitərəfli formatda, ya da uzaqbaşı Gürcüstanın vasitəçiliyilə apara bilərlər. Zənnimcə, bunun da əlamətləri görünməkdədir və bu, həm də tərəflərin maraqlarına cavab verən ən ideal variant olardı. Amma belə olduqda qlobal güclərin maraqları təmin olunmaya bilər ki, bu da eyni zamanda hər iki ölkənin öz qərarlarında daha müstəqil olması anlamına gəlir. Sual olunur ki, belə bir vəziyyət Moskvanın, Brüsselin və Vaşinqtonun maraqlarına cavab verirmi? Əlbəttə ki, heç birinin maraqlarına cavab vermir, elə ona görə də həm Rusiya, həm də Qərb tərəfindən açıq destruktiv addımlar atılmağa başladı. Özü də təkcə Azərbaycana və Ermənistana qarşı deyil, həm də Gütcüstanın mümkün vasitəçilik missiyasına qarşı. Parisin Ermənistana hərbi yardımı və bu yardımın Gürcüstan üzərindən həyata keçirilməsi Tiflisin də rolunu zəiflətməyə, ona Bakının etimadını azaltmağa yönəlmiş addımdır. Əslində Fransanın Ermənistana verdiyi silahlar nə nəyisə dəyişə, nə də hərbi paritet yarada bilir və heç buna da yönəlməyib. Həmin "xeyirxaqlığın" əsas məqsədi dağıdıcılıqdır. Mahiyyətcə oxşar addımlar da Vaşinqtondan gəldi, Moskva isə durmadan İrəvanı hədəfə alır. Sanki Azərbaycanla Ermənistanın yaxınlaşmaq cəhdləri Vaşinqton-Moskva-Brüssel münasibətlərində də “doğmalıq” yaradır. Burdan da belə qənaətə gəlmək olar ki, indi hər şey Azərbaycan və Ermənistan rəhbərlərinin siyasi radəsindən asılı olacaq. Başqa sözlə, ən azı çərçivə sazişi imzalanacaq, amma bu halda da təzyiqlər davam edəcək. Qaldı insan haqları, azadlıqlar və digər dəyərlərin qabardılması məsələsinə, indiki mərhələdə onlar artıq ümumbəşəri dəyərlərdən daha çox siyasi təzyiq alətinə bənzəyirlər. Bu gün azərbaycanlıları inandırmaq çətin olacaq ki, bundan sonra demokratik dəyərlər onilliklər boyu olduğu kimi barellə və ya dollarla ölçülməyəcək. Əgər bu, ümumiyyətlə mümkün olacaqsa.

Sual: Açıq desək, ABŞ belə bir mövqe sərgiləməklə Azərbaycandan umacağı və ya gözləntisi nədir? Bu mövqenin altında hansı mətləblər gizlidir? Daha açıq, Azərbaycana bu təzyiqin arxasında hansı maraqlar gizlənib?

Cavab: Bu gün Azərbaycandan istər ABŞ-ın, istərsə də digər regional və qlobal siyasətin iştirakçılarının gözləntisi, umacağı onların geosiyasi maraqlarına uyğun mövqe ortaya qoymaqdır. Bu isə faktiki qeyri-mümkündür, çünki tərəflər o qədər çoxdur və onların maraqları o dərəcədə bir-birinə əksdir ki, yaranmış vəziyyətdən nəzəri baxımdan yeganə çıxış yolu tərəflərdən birini seçməkdir. Burda isə sual yaranır ki, belə olacağı halda əks tərəfin təhdidlərindən Azərbaycan qorunacaqmı? Açıq danışaq, əlbəttə ki, yox, çünki onlar üçün masa üzərində olan Azərbaycanın, Ermənistanın deyil, özlərinin maraqlarıdır. Bakıda və elə İrəvanda da bu reallığı yaxşı anlayırlar, ona görə də bütün səylərini özlərini təhdidlərdən qorumağa yönəldiblər. Hər kəsin gözü önündə nəticə çıxarılmalı olan Suriya, Ukrayna və digər ölkələrin nümunələri var. Əgər ABŞ Azərbaycandan Rusiyanın Yaxın Şərqə yolunu bağlamağı umursa ,o zaman sual olunur ki, Azərbaycan bunu edəcəyi təqdirdə onun qazancı nə olacaq? Qazanc dedikdə də indiki mərhələdə söhbət heç olmazsa təhdidlərdən qoruna bilməkdən gedir. Burda da vədlər istənilən qədər ola bilər, amma reallıq budur ki, hətta tək vəd deyil, istək də olsa, onu reallaşdırmaq imkanları məhduddur. Ona görə də Azərbaycan yeganə real müttəfiqi olan Türkiyə ilə sinxron hərəkət etməyə məcburdur. Həm də ona görə ki, sadəcə ayrı seçim yoxdur.

Sual: Mark Libbi ABŞ-nin Azərbaycandakı yeni səfiri təyin olunub. Xeyli vaxt idi ki, bu post boş idi. Sizcə, Libbinin təyinatı ortamı sakitləşdirə biləcəkmi? Ümumiyyətlə Libbi kimdir? Ondan hansı gözləntilər var?

Cavab: Mark Libbi təcrübəli doplomatdır, amma vəziyyətin dəyişməsi səfirlərin və ya digər siyasətçilərin davranışından, mövqeyindən az asılı olur. Əsas dövlət səviyyəsində qərarların necə və hansı istiqamətlərdə qəbul edilməsidir. Bizim halda da belə olacaq. Başqa cür təsəvvür etmək çətinidr. İkitərəfli münasibətlər korlanacağı halda da onların nizama düşməsi xeyli zaman, enerji və səylər tələb edəcək. Hələlik isə hər şey münasibətlərdə yaranmış çatın harayadək gedə biləcəyindən asılı olacaq.

Müəllif: "TURAN" Agentliyi
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru