Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

“Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və...” - deputat
Tarix: 14-11-2023, 08:50 | Çap et
“Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və...”
ABŞ Senatı uzun prosesdən sonra nəhayət, Azərbaycana yeni səfir təyinatını təsdiqləyib. Senat səsvermə yolu ilə Mark Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyinə “hə” deyib.

M.Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

Onu da qeyd edək ki, Birləşmiş Ştatların ölkəmizdəki səfir postu ötən ilin iyulundan boş idi.

Yeni səfirin mürəkkəb regional şərtlər donunda əsas missiyası nə olacaq? Hələ ki ABŞ-ın heç bir səfiri Şuşaya getməyib. Libbi gedəcəkmi?

Bu suallarla müsahiblərə müraciət etdik.

Deputat Bəhruz Məhərrəmov ABŞ-ın Azərbaycanın yerləşdiyi bölgəyə baxışının dəyişdiyini qeyd etdi: “Sirr deyil ki, ABŞ-Azərbaycan münasibətləri özünün mürəkkəb dövrlərindən birini yaşayır. Bu ilin mayında Azərbaycanla əməkdaşlığı regionun təhlükəsizlik qarantı elan etməsinə baxmayaraq, daha sonra ABŞ-da korrupsiyalaşmış senatorların Azərbaycanla münasibətlərdə təşəbbüsləri ələ alması Vaşinqtonun ritorikasını dəyişməsinə səbəb oldu. Hətta əvvəllər yalnız ayrı-ayrı senatorlar və Dövlət Departamentinə dolayısı ilə bağlı olan QHT və media strukturları vasitəsilə ifadə olunan hücumlar artıq ABŞ xarici siyasət idarəsinin rəsmilərinin də dilindən səslənməyə başladı. Hətta ABŞ-ın Azərbaycana yeni səfir təyinatı uzun müddət ləngidildi. Bu gün statistikaya nəzər salsaq, ABŞ-ın Cənubi Qafqazda əsas ticari və iqtisadi tərəfdaşı Azərbaycandır. Amerikanın qlobal miqyasda təhlükəsizlik platformasında Azərbaycanla çox səmərəli əməkdaşlığı mövcuddur. Əslində ABŞ miqyasda dövlət üçün maraqlarının Ermənistan kimi əhəmiyyətsiz və suveren beynəlxalq subyektliyi belə sual doğuran dövlətin maraqlarına qurban verilməsi ağlabatan deyil. Bu mənada, diqqət etsək, aydın olar ki, əslində ABŞ üçün önəmli olan Ermənistanın maraqları yox, regionda hökm edə bilmək üçün güclü subyektlərin olmamasıdır. Təəssüf ki, Fransa kimi ABŞ da regionda Azərbaycan və Ermənistan arasında münaqişəyə fürsət kimi baxır, bu gün sülh ehtimallarını, Bakı və İrəvanın mümkün əməkdaşlığını öz maraqlarına təhdid kimi görür. Digər tərəfdən, ABŞ da o qənaətdədir ki, Ermənistanda Rusiyadan "boşalan" yeri doldurmaq üçün yaxşı fürsətdir və bu mənada, Vaşinqton anti-Azərbaycan ritorikası ilə Ermənistanda yerini möhkəmlətməyə çalışır. Lakin Azərbaycan artıq elə bir reallıq formalaşdırıb ki, regionda maraqlarını təmin etmək istəyən qlobal subyektlər mütləq Bakı ilə hesablaşmalı və yalnız bərabərhüquqlu tərəfdaşlığa can atmalıdır. Görünən odur ki, Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və Azərbaycana yeni səfir təyinatının ləngidilməsinin əhəmiyyətsiz olduğunun fərqindədir. Yeni səfirin fəaliyyəti ilə bağlı proqnoz vermək asan olmasa da, başa düşmək çətin deyil ki, onun davranışları ölkəsinin konsepsiyası və Vaşinqtonun bundan sonra sərgiləyəcəyi mövqedən asılı olacaq".

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, yeni səfir Cənubi Qafqazdakı mövcud durumu düzgün dəyərləndirməlidir: “Səfir təyinatlarını Xarici Əlaqələr Komitəsi təsdiq edir. Bütövlükdə Libbi çevik əməliyyatlar missiyasının mütəxəssisidir. Məncə, onun Qafqaza təyin olunması təkcə müşahidəçi kimi deyil, böhran idarəçiliyində yaxşı mütəxəssis olmasından irəli gəlir. Nəzərə alaq ki, Qafqaz çox qaynar bölgədir. Buradakı böhran vəziyyətini Amerikanın mövcud səfiri yüksək peşəkarlıqla dəyərləndirməlidir. O zaman sizin ritorik olaraq səsləndirdiyiniz Şuşaya gedəcəkmi sualınızın arxasında atacağı bir addım olmalıdır. Massaçusets ştatının Tafts Universitetində bakalavr dərəcəsi alıb. Bu arada qeyd edim ki, Azərbaycanla məhz bu ştat dost ştat sayılır. Bu da çox önəmli məsələ sayılmalıdır. İkinci vacib missiya budur ki, indiki Bayden administrasiyasının erməni lobbisindən asılılıq dərəcəsi yüksəkdir. Bu mənada Libbi və başqa kiminsə səfir təyin olunmasının o qədər də önəmi yoxdur. Sadəcə olaraq, ABŞ-dan verilən tapşırığa əsasən addımlar atmalıdırlar. Bunun, sadəcə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi ilə bağlı ölçülməsi doğru deyil”.

Politoloq Yeganə Hacıyeva ABŞ səfirinin Şuşaya səfər etməməsinə heç bir əsas görmür: “Burada məsələ ondadır ki, indiyə kimi Amerikanın səfirinin olmamasını onunla əlaqələndirirdilər ki, səfir yoxdur, müvəqqəti işlər üzrə nümayəndə var, Şuşaya getmək onun səlahiyyətində deyil kimi izah verirdilər. O üzdən də müxtəlif səfərlərdən yayınırdılar, istər Şuşa şəhərinə olsun, istərsə də digər azad edilmiş ərazilərimizə olsun. Sonradan Menendes haqqında cinayət işlərinin açılması ilə Libbi səfir təyinatı aldı. Düşünürəm ki, Libbinin gəlişi ilə Amerikanın Azərbaycanla bağlı siyasəti yenilənməlidir. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan münasibətlərindəki konfliktin həllindən sonrakı dövrdə bir sıra narahatlıq doğuran mövqelər formalaşdırıblar. Bu da Amerikanın regionda maraqlarını risk altında qoyur. Çünki nə qədər özünü elə göstərməyə çalışsa da, Ermənistan Cənubi Qafqazda Amerikanın strateji tərəfdaşı deyil. Bütün proseslər də bunu göstərib. Bu da Dövlət Departamentində belə hamıya məlumdur. Bu baxımdan da yeni səfirin gəlişi ilə bağlı müəyyən yenilənmələr olmalıdır. Digər səfirlər kimi, bu səfir də Şuşaya səfər etməlidir. Səfər edəcəkmi sualınıza gəlincə, bəli, edəcək deyərdim. Çünki Amerika səfirinin bu gün Şuşaya səfər etməməsinin heç bir əsası yoxdur. Sadəcə, əvvəldə dediyim kimi, səfər olunmamasını əsaslandıran arqumentləri var idi. Amma indi artıq buna qərar verəcək şəxs gəlib çıxıb”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Dünən, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Dünən, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Dünən, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Dünən, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Dünən, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Dünən, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Dünən, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Dünən, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Dünən, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru