"Ermənilər bu kəndə iddia edə bilməzlər" - Partiya sədri
Tarix: 30-10-2023, 07:54 | Çap et
 Ermənistan Azərbaycanın işğalda qalan 8 kəndini (Qazaxın 7, Naxçıvanın 1) azad etməmək üçün müxtəlif bəhanələr uydurmağa davam edir. İrəvan bir müddət əvvəl “anklavların dəyişdirilə biləcəyi” ehtimalını irəli sürmüşdü, indi isə rəsmi Bakının bununla bağlı “hüquqi sənədləri Ermənistana təqdim etmədiyi” iddiası başlayıb. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib ki, Azərbaycan Ermənistan ərazisində anklavların olması ilə bağlı heç bir hüquqi sənəd, heç bir əsas təqdim etməyib: "Nə qədər ki, Azərbaycan hüquqi sənədlər təqdim etməyib, “anklavların dəyişdirilməsi” məsələsini müzakirə etmək mənasızdır". Daha bir maraqlı məqam isə Marukyanın anklavları gündəmdə saxladığına görə medianı qınamasıdır. Guya bu mövzu aktual deyil, sadəcə, erməni mediası gündəmə daşıyır: “Azərbaycan bu barədə danışıbmı? Əgər varsa, qanuni prosedura uyğun olaraq təqdim etsinlər. Əgər hər hansı ilin xəritəsində qeyd olunan ərazilər varsa, bu o demək deyil ki, onlar Azərbaycana məxsusdur. Bu mövzu delimitasiya və demarkasiya komitəsinin iclasında müzakirə olunacaq”. Marukyanın bu iddialarına elə erməni mediası özü cavab verib. Bildirilib ki, bu mövzu həmişə gündəmdə olub və Baş nazir Nikol Paşinyan da 2021-ci ildən mövzu ilə bağlı açıqlamalar verib. Baş nazir bildirib ki, Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərini Azərbaycan tələb edir. Bu ilin may ayında da Paşinyan parlamentdə bildirib ki, anklavlar mövzusu həmişə siyasi müstəvidə olub. Qeyd edək ki, Azərbaycan bu mövzunu ən yüksək səviyyədə daim diqqətdə saxlayır və eksklavlarını tələb edir. Anklavların dəyişdirilməsi isə qətiyyən gündəmdə deyil. Belə ki, Qazaxın 7 kəndi Ermənistanın şimal marşrutu üzərində strateji mövqedədir, Kərki isə cənub yolunda əhəmiyyətli mövqe tutur. Ermənistanın iddia etdiyi, 1920-ci ildə Ermənistana verilən Başkənd isə sərhəddən 8 km içəridə, 1500 metr hündürlükdədir. Ermənistandan ora dağlıq ərazidən gələn yol keçilməzdir və yaşayış üçün də əlverişsizdir. Üstəlik, tam olaraq Azərbaycan kəndləri ilə əhatə olunub. DİA.AZ-ın məlumatına görə, Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a bildirib ki, Ermənistan hökuməti anklav kəndlər məsələsində manipulyasiya edir. Paşinyan Qazaxın kəndlərinin sovet dövründə guya hansısa qanunlara əsasən Ermənistanda qaldığını iddia edir və "anklavların dəyişdirilməsi" məsələsini gündəmə gətirir:
"Əlbəttə, bunlar uydurmadır. Qazaxın 7 kəndi, xüsusən onların içində üç kənd - Sofulu, Barxudarlı, Yuxarı Əskipara tam şəkildə anklav vəziyyətinə salınıb. Həmin kəndlərin ətrafındakı Azərbaycan əraziləri Ermənistan tərəfindən tədricən işğala məruz qalıb. Ona görə də üç anklav kənd işğal edilmiş kəndlərimizlə birgə Azərbaycana qaytarılmalıdır. Bunun başqa variantı yoxdur və ermənilər oyun oynamağa son qoymalıdır. Naxçıvanın Kərki kəndinin vaxtı ilə Sədərəklə quru əlaqəsi var idi. Sonradan Kərkinin ətrafındakı əraziləri sovet hökuməti qeyri-qanuni yolla ermənilərə verdi. Nəticədə Kərki anklav vəziyyətinə düşdü. Kərki və ətrafı da Azərbaycana geri verilməlidir. Məsələnin mahiyyəti bundan ibarətdir və hüquqi sənədlər də var. Sovet Rusiyası heç bir hüquqa əsaslanmadan Azərbaycan torpaqları ilə bağlı qərarlar verib. Ermənistan Başkəndə iddia irəli sürür. Ancaq Başkəndin Ermənistana heç bir dəxli yoxdur. Sovet dövründə ermənilərin təsərrüfat və heyvandarlıqla məşğul olmaları üçün kənddə onlara şərait yaradılmışdı. Başkənd Azərbaycana məxsus torpaqdır. Ermənilər bu kəndə iddia edə bilməzlər".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58 |
|
|
|
| • Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55 |
|
|
|
| • Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52 |
|
|
|
| • Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49 |
|
|
|
| • Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23 |
|
|
|
| • "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10 |
|
|
|
| • “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12 |
|
|
|
| • MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05 |
|
|
|
| • ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02 |
|
|
|
| • Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55 |
|
|
|
| • “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52 |
|
|
|
| • Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50 |
|
|
|
| • Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44 |
|
|
|
| • “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35 |
|
|
|
| • İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33 |
|
|
|
| • ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15 |
|
|
|
| • Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14 |
|
|
|
| • Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12 |
|
|
|
| • Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03 |
|
|
|
| • ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59 |
|
|
|
| • Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
| • Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Dünən, 11:47 |
|
|
|
| • Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Dünən, 11:40 |
|
|
|
| • Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Dünən, 11:30 |
|
|
|
| • Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Dünən, 11:26 |
|
|
|
| • Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
| • Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Dünən, 11:16 |
|
|
|
| • Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Dünən, 11:13 |
|
|
|
| • Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:10 |
|
|
|
| • Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Dünən, 11:08 |
|
|
|
| • Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Dünən, 11:05 |
|
|
|
|