"AXC-Müsavat hakimiyyətinin nə prezidenti, nə bir naziri Bakıdan çıxa bilmirdi" - deputat
Tarix: 13-10-2023, 15:23 | Çap et
 “Ötən ilin oktyabrında Praqada və bu ilin may ayında isə Brüsseldə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb, bu hətta rəsmən rəqəmlərdə ifadə olunub. Azərbaycan Respublikası həmişə olduğu kimi beynəlxalq hüququn prinsiplərinə sadiqdir və möhtərəm Prezident də dəfələrlə bəyan edib ki, bizim heç bir dövlətə qarşı ərazi iddiamız yoxdur. O cümlədən Ermənistana qarşı ərazi iddiasında deyilik, lakin açıq formada da ifadə edirik ki, beynəlxalq hüququ rəhbər tutaraq Qərbi Azərbaycana, o cümlədən İrəvana olan tarixi haqlarımızdan, ələlxüsus 300 mindən artıq Qərbi azərbaycanlının evinə qayıtmaq hüququndan imtina etmək niyyətində deyilik. Ermənilər özləri də bunu yaxşı başa düşür və reallığı saxtalaşdırmaq üçün xüsusən son 60 ildə İrəvanda və digər bölgələrdə Azərbaycan irsi sürətlə məhv edilməkdədir. Təsəvvür edin, Azərbaycan irsini sıradan çıxarmaqla İrəvanın tarixinə iddia etməsi fonunda Ermənistan bu şəhərdə tarixi 100 ili aşan bir dənə də olsun erməni abidəsi nümayiş etdirə bilmir. Bu mənada, Qərbi Azərbaycandakı hər bir yaşayış məntəqəsi, o cümlədən də İrəvanın tarixi Azərbaycan şəhəri olması mübahisə doğura bilməz”.
DİA.AZ bildirir ki, bu sözləri Pravda.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Ermənistandan danışarkən “rəsmi İrəvan” ifadəsinin işlədilməsinə edilən etirazlara münasibət bildirərkən deyib.
Deputat xatırladıb ki, Azərbaycan Xalq Cumhuriyyətinin bağışlanılmaz səhvi nəticəsində İrəvan Ermənistana güzəştə gedilib: “Bölgədə tarixin ilk erməni dövlətinin yaradılmasına imkan vermişik. Sonrakı dövrlərdə də - istər SSRİ zamanı, istərsə də post-sovet periodunda beynəlxalq hüquq İrəvanı Ermənistanın paytaxtı kimi qəbul edib. Bu gün isə Ermənistan BMT-nin formal da olsa, de-yure suveren üzvüdür və İrəvan da Ermənistanın paytaxtı kimi rəsmən tanınır. Biz tariximizin ən güclü dövrünü yaşayırıq, işğala, təcavüzə son qoymuşuq, Qərbi Azərbaycana qayıdışa dair aydın Konsepsiyamız var. Həm hüququn gücü, həm gücün hüququ ilə diqtə edən tərəfik. Belə bir məqamda, bizim heç kimin ərazisinə iddiamız olmadığını rəsmən bəyan etdiyimiz bir vaxtda populist çağırışlar səsləndirmək faydasız və zərərlidir. Bu kimi spekuliyasiyalara yol vermək Elçibəy hökumətinin bayrağımızı Çin səddinə sancacağı barədə məsuliyyətsiz bəyanatlarını təkrarlamaq deməkdir. Min kilometrlərlə uzağa bayraq sancmağı vəd edən populistlər sonunda heç öz ölkələrinin ərazi bütövlüyünü və suverenliyini qoruya bilmədilər, heç Azərbaycanın rayonlarında hökm sahibi ola bilmədilər. AXC-Müsavat hakimiyyətinin nə prezidenti, nə bir naziri Bakıdan çıxa bilmirdi. Bu mənada, İrəvan, bütövlükdə Qərbi Azərbaycan populist bəyanatların mövzusu olmamalıdır. Siyasi manipuliyasiyalarla məsələ həll edilmir. Sadəcə, hər kəs əmin olsun ki, bizi AXC-Müsavatın xəyanəti ilə işğal olunmuş Qarabağa, Şərqi Zəngəzura qaytaran müzəffər siyasi iradə Xalq Cümhuriyyətinin də səhvinin nəticələrini aradan qaldıraraq bizi İrəvana da, Göyçəyə də, Qərbi Zəngəzura da qaytaracaq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58 |
|
|
|
| • Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55 |
|
|
|
| • Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52 |
|
|
|
| • Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49 |
|
|
|
| • Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23 |
|
|
|
| • "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10 |
|
|
|
| • “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12 |
|
|
|
| • MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05 |
|
|
|
| • ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02 |
|
|
|
| • Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55 |
|
|
|
| • “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52 |
|
|
|
| • Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50 |
|
|
|
| • Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44 |
|
|
|
| • “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35 |
|
|
|
| • İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33 |
|
|
|
| • ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15 |
|
|
|
| • Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14 |
|
|
|
| • Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12 |
|
|
|
| • Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03 |
|
|
|
| • ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59 |
|
|
|
| • Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
| • Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Dünən, 11:47 |
|
|
|
| • Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Dünən, 11:40 |
|
|
|
| • Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Dünən, 11:30 |
|
|
|
| • Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Dünən, 11:26 |
|
|
|
| • Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
| • Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Dünən, 11:16 |
|
|
|
| • Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Dünən, 11:13 |
|
|
|
| • Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:10 |
|
|
|
| • Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Dünən, 11:08 |
|
|
|
| • Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Dünən, 11:05 |
|
|
|
|